Məhkəmə qərarları › İş №3(3-10)-338/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-338/2026

01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-338/2026 01.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi,barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs), onun vəkili Vəkil, Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından inzibati xəta haqqında qərar qəbul etmiş şəxs Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-123)-64/2026 (sədrlik edən E.Qurbanov) saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 395.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini X1 ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Barəsində qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini X1 ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə inspektoru tərəfindən ## ###### 2026-cı il tarixdə barəsində İXM-in 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Göyçay rayon İcra Hakimiyyətinə göndərilmişdir. Sözügedən inzibati xəta haqqında protokola Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini X1 tərəfindən ##.##.2026-cı il tarixdə baxılmış və o, İXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilməsi barədə MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində İXM-in 395.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasına əsas onun tərəfindən «Göyçay şəhəri Natəvan küçəsi *** saylı ünvanda müvafiq icazə olmadan qeyri-yaşayış obyekti inşa edilməsi» olmuşdur. Şikayətə görə,ünvan 1 ünvanda yerləşən əmlak kompleksi qardaşı X5 xüsusi mülkiyyətindədir. Sözügedən əmlak kompleksinin yerləşdiyi 0,5173 ha torpaq sahəsi isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir (kənd təsərrüfatı təyinatlı deyil). Torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, icarə müqaviləsinə əsasən X3un qanuni sahibliyində və istifadəsindədir. X3 tərəfindən qeyd edilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin üzərində müvəqqəti konstruksiya quraşdırılması işlərinə başlanmışdır. Quraşdırma işlərində metal profillərdən istifadə edilmiş, faktiki olaraq talvar (altıaçıq) formasında olan müvəqqəti konstruksiya təyinatlı olmuşdur. Quraşdırma işləri görülən zaman Göyçay rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin əməkdaşları əraziyə gələrək işlərin dərhal dayandırılmasını tələb etmişlər. X3 fiziki qüsurlu şəxs olduğundan, hərəkət məhdudluğu var. Bu səbəbdən bir qardaş kimi həmişə Fazilin yanında olur, ona şəxsi işləri ilə əlaqədar hərəkət etməkdə, şəhərdə bir nöqtədən digər nöqtəyə getməsinə, eləcə də işlərinin idarə olunmasına köməklik edir. Bu, istənilən qardaşın qohumluq bağları ilə bağlı borcudur. Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin, eləcə də Göyçay rayon Polis şöbəsinin əməkdaşları əraziyə gələrkən, ərazidə onunla rastlaşdıqlarından müvəqqəti konstruksiyanın ona məxsus olmasını zənn etmiş, heç bir araşdırma aparmayaraq, dərhal quraşdırma işlərinin dayandırılmasını tələb etmiş, sənədləşdirmə işləri görmüşlər. Yuxarıda sadaladıqlarından görünür ki, inzibati xəta hadisəsi kimi qələmə verilən olayla bağlı barəsində inzibati protokol tərtib edilə və həmin protokola əsasən barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. İkincisi və daha önəmlisi, qeyd olunan hadisədə inzibati xəta tərkibi mövcud deyil. Belə ki, İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi inzibati məsuliyyətə səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi inzibati məsuliyyətə səbəb olur. Lakin ünvan 1 ünvanda quraşdırılan müvəqqəti konstruksiya üçün icazə alınması qanunda müəyyən olunmamışdır. Qanunun birbaşa tələbindən göründüyü kimi, müvəqqəti metal konstruksiyanın quraşdırılması üçün nə məlumatlandırma icraatı, nə də icazə tələb olunmur. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 79.2-ci maddəsində həmin Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatının tətbiq olunduğu nəzərdə tutulsa da, lakin həmin Məcəllənin 79.1.6-cı maddəsində nəzərdə tutulan tikililərin ölçüsündən asılı olmayaraq ümumiyyətlə nə məlumatlandırma icraatının, nə də tikintiyə icazənin tətbiq olunması nəzərdə tutulmamışdır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən aydın şəkildə görünür ki, X3un müvəqqəti quraşdırdığı konstruksiyanın montaj edilməsinə (yüngül metal konstruksiyanın karkasının bir birinə birləşdirilməsinə, müvəqqəti istifadə üçün nəzərdə tutulan altıaçığın (talvarın) quraşdırılmasına) heç bir icazə və yaxud məlumatlandırma işinin aparılması tələb olunmur. Aşkar şəkildə görünür ki, barəsində tərtib edilmiş protokol, eləcə də həmin protokola əsasən barəsində qəbul olunmuş qərar qanunsuz və əsassızdır, qərəzli xarakter daşıyır. İstər inzibati xəta haqqında protokol tərtib edən, istərsə də həmin protokola əsasən barəsində qərar qəbul edən vəzifəli şəxslər tərəfindən mübahisəli konstruksiyanın quraşdırılmasını həyata keçirən, eləcə də həmin konstruksiyanın yerləşdiyi ərazinin kimə məxsus olmasını, qanunun tələblərinin tərəfindən pozulub-pozulmaması, maddi hüquq normalarının tələblərinin nədən ibarət olması araşdırılmamış, tez-tələskən qərar qəbul edilərək, vətəndaşı törətmədiyi inzibati xətaya görə cəzalandırmaq mövqeyi tutmuşlar. Yuxarıda vurğuladığı kimi, mübahisələndirdiyi inzibati qərar hansı tərəfdən baxılırsabaxılsın, qiymətləndirilirsə-qiymətləndirilsin, əsassız və qanunsuzdur və onun Konstitusiyada təsbit olunmuş və Dövlət tərəfindən təminat altına alınmış hüquqları kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Digər tərəfdən barəsində ##.##.2026-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokola ##.##.2026-cı il tarixdə baxılsa da, lakin bu barədə ona bildiriş göndərilməmiş, heç bir məlumat verilməmişdir. Göründüyü kimi, Göyçay rayon İcra Hakimiyyəti istinad olunan prosessual qanun normasının tələbini pozmuş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması barədə bildirişi qanunla müəyyən edilmiş qaydada və müddətdə ona göndərməmiş, bununla da öz müdafiəsini hazırlamağa imkan verməmişdir. Məhkəmə iclasında barəsində qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə etdi,izahat verərək bildirdi ki,qeyd edilən obyekt X3a məxsusdur,qardaşı əlildir,hərəkətləri məhduddur.Qardaşı əlil olduğuna görə işlərin görülməsində ona köməklik edir.Qardaşına məxsus olan torpaq sahəsində natamam olan tikili inşa edilmiş,həmin tikili ərzaq mallarının saxlanılması üçün nəzərdə tutulmuşdur.Hazırda tikilinin üzəri və yanları açıq vəziyyətdədir.Şikayətin təmin edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə barəsində qərar çıxarılmış şəxsə məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş,işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qərarda digər mühüm faktiki yanlışlığa da yol verilmişdir. Qərarın əsaslandırma hissəsində inzibati xəta haqqında protokolunGöyçay RPŞ tərəfindən tərtib edildiyi göstərilmişdir. Halbuki, həmin protokol RİH tərəfindən tərtib edilmişdir. Bu bir daha onu göstərir ki, işin faktiki halları tam və düzgün araşdırılmamışdır. Məhkəmənin inzibati xətanın subyektinin müəyyən edilməməsi ilə bağlı gəldiyi nəticə də əsassızdır. Tikinti ərazisinə baxış zamanıQərardan şikayət verən orqan (şəxs)la aparılmış söhbət zamanı tikintinin onun tərəfindən aparıldığını etiraf etmiş və tikilinin söküləcəyinə dair vəd vermişdir. F.Məstanov 1-ci dərəcə əlilliyi müəyyən edilmiş şəxsdir və tikintini planlaşdırması, sifariş etməsi və ya həyata keçirməsi iqtidarında deyildir. Bu cür dəlillər inzibati məsuliyyətdən yayınmağa yönəlmiş mövqe kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahat da tikinti işlərinin onun tərəfindən həyata keçirildiyini təsdiq edir. Məhkəmə yalnız torpaq sahəsinin F.Məstanovun istifadəsində olmasına əsaslanaraq Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın subyekti olmadığı qənaətinə gəlmişdir. Torpaq sahəsinə dair hüququn başqa şəxsə məxsus olması tikinti işlərini faktiki həyata keçirən şəxsin inzibati məsuliyyətini istisna etmir. Prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd edilməlidir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati işə baxılmasında iştirakı təmin edilmiş, o, RİH-də qəbul edilmiş və tikilinin qardaşı tərəfindən inşa edilməsi barədə izahat vermək imkanı olduğu halda bundan imtina etmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş aktla təsdiq olunur. Belə ki, məhkəmə baxışı zamanı iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli rəylərində birmənalı olaraq göstərilmişdir ki, sözügedən tikili müvəqqəti tikili hesab edilmir və onun tikintisi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icazə alınması tələb olunur. Belə olan halda, iş üzrə ixtisaslaşmış ekspertlər tərəfindən verilmiş aydın, əsaslandırılmış və heç bir şübhə doğurmayan ekspert rəylərinin nəzərə alınmaması məhkəmənin sübutları düzgün qiymətləndirmədiyini göstərir. Həmin rəylərdən açıq şəkildə görünür ki, mövcud qanunvericiliyə əsasən inşa edilmiş obyekt əsaslı tikili olmaqla, tikintisinə icazə tələb olunan tikinti obyektlərinə aiddir. İlkin ekspert rəyi kifayət qədər əsaslandırılmış olduğu halda, sonradan təkrar ekspertiza təyin edilmiş, son rəy də əvvəlki nəticələri təsdiq etmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən heç bir zərurət olmadan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəy verilməsi üçün müraciət olunmuşdur. Komitənin ##.##.2026-cı il tarixli cavab məktubunda rəy verilməsi səlahiyyətlərinə aid olmadığı üçün yalnız qanunvericiliyə istinad olunmasını vurğulanmışdır. Məhkəmənin inzibati xətanın subyektinin müəyyən edilməməsi ilə bağlı gəldiyi nəticə də əsassızdır. Tikinti ərazisinə baxış zamanı Qərardan şikayət verən orqan (şəxs)la aparılmış söhbət zamanı tikintinin onun tərəfindən aparıldığını etiraf etmiş və tikilinin söküləcəyinə dair vəd vermişdir. F.Məstanov 1-ci dərəcə əlilliyi müəyyən edilmiş şəxsdir və tikintini planlaşdırması, sifariş etməsi və ya həyata keçirməsi iqtidarında deyildir. Bu cür dəlillər inzibati məsuliyyətdən yayınmağa yönəlmiş mövqe kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahat da tikinti işlərinin onun tərəfindən həyata keçirildiyini təsdiq edir. Məhkəmə yalnız torpaq sahəsinin F.Məstanovun istifadəsində olmasına əsaslanaraq Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın subyekti olmadığı qənaətinə gəlmişdir. Torpaq sahəsinə dair hüququn başqa şəxsə məxsus olması tikinti işlərini faktiki həyata keçirən şəxsin inzibati məsuliyyətini istisna etmir. Prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd edilməlidir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati işə baxılmasında iştirakı təmin edilmiş, o, RİHdə qəbul edilmiş və tikilinin qardaşı tərəfindən inşa edilməsi barədə izahat vermək imkanı olduğu halda bundan imtina etmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş aktla təsdiq olunur. Odur ki Göyçay Rayon Məhkəməsinin 2026-cı il ## #### tarixli *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. . Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) və onun onun vəkili Vəkil çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 apelllyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - İnzibati xəta haqqında materiala əlavə edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyindən görünür ki, Göyçay şəhəri, Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikinti obyektinin döşəməsi və dəmir sütunlar basdırılan hissələri beton materialından olduğunu və tikilinin alt səviyyəsinin mişar daşı ilə hörüldüyünü nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinin tələbləri baxımından müvəqqəti tikilinin sayılmadığı müəyyən edilir Göyçay şəhəri, Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikinti obyektinin sahəsi 387 m2 , hündürlüyü 6,30 m. olduğunu nəzərə alaraq tədqiq olunan tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-80-cı maddələrinin tələbləri baxımından tikintisinə icazəsi tələb olunmayan və ya məlumatlandırma icraatı qaydalarında nəzərdə tutulan tikinti obyektinin olmadığı müəyyən edilir. Göyçay şəhəri, Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikinti obyektinin sahəsi 387 m2 , hündürlüyü 6,30 m. olduğunu nəzərə alaraq tədqiq olunan tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddələrində nəzərbə tutulmuş tikintisinə icazə tələb olunan tikinti obyekti olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, quraşdırma (tikinti) işi başa çatmadan Göyçay şəhəri, Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı və yaxud icazə tələb olunan tikili olmasını müəyyən etmək mümkündür. Belə ki, tədqiq olunan tikilinin faktiki texniki parametirlərini, yəni hündürlüyünün 6,30 m. olduğunu, sahəsinin 387 m2 təşkil etdiyini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin göstərilənləri, o cümlədən 79.1.1 bənddə hündürlüyü ən çoxu 5,0 m., sahəsi 100 m2 olan bir mərtəbəli tikililərinin inşası üçün icazə tələb olunmadığının göstərildiyini, lakin tədqiq olunan tikilinin faktiki texniki parametirlərini, yəni hündürlüyünün 6,30 m. və sahəsinin 387 m2 təşkil etdiyini nəzərə alaraq sözü gedən tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1.1-ci bəndinin tələblərinə uyğun olaraq icazə tələb olunan tikili olduğu müəyyən edilir. Göyçay şəhəri, Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikilinin konstruksiyanın metal profilləri birbaşa betona basdırılmadığı, həmin profellərin bolt və qayka vasitəsi ilə betondakı ankerlərə bağlandığı müəyyən edilmişdir. Göyçay şəhəri, Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikilinin döşəmə səviyyəsində quraşdırılmış beton kəmərin sökülüb-yığılmasının mümkün olmadığı, lakin yığılmış konstruksiyanın metal profilləri birbaşa betona basdırılmadığını, həmin profillərin bolt və qayka vasitəsi ilə betondakı ankerlərə bağlandığını nəzərə alaraq, maşın mexanizm (kran, avtokar və s.) vasitəsi ilə sökülüb-yığılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ### 2026-cı il tarixli *-**/*-****/**** nömrəli məktubundan görünür ki, məhkəmə qərardadında qoyulmuş sualların açıqlanması Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları”nda öz əksini tapmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsinin tələblərinə əsasən bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli **/*** nömrəli ekspert rəyindən görünür ki, Göyçay şəhəri Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikilinin döşəməsi və dəmir sütunların basdırılan hissələrinin beton materialından olduğu və tikilinin alt səviyyəsinin mişar daşı ilə hörüldüyü müəyyən edilmişdir. Həmin ekspert rəyində tikinti işlərinin aparıldığ dövrəki faktiki vəziyyət əks etdirilmiş, konstruksiyanın torpaqla bağlantı üsulu isə ayrıca və xüsusi tədqiqat predmeti kimi araşdırılmamışdır. Məhkəmə ## #### 2026-cı il tarixli,**/*** nömrəli ekspert rəyinin tikintinin tamamlanmamış mərhələsini əks etdirdiyi və bolt-qayka birləşməsi məsələsini ardıcıl olaraq araşdırmadığı üçün həmin rəyə əsaslanmayaraq sonrakı ekspert rəyinə müraciət etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Göyçay şəhəri, Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikilinin metal profilləri birbaşa betona basdırılmamış, həmin profillərin bolt və qayka vasitəsi ilə betondakı ankerlərə bağlandığı müəyyən edilmişdir. Ekspert bu bağlantı üsulunun torpaqla beton əsaslı möhkəm bağlılıq yaratmadığını texniki-elmi cəhətdən əsaslandırmışdır. Ekspert ayrıca müəyyən etmişdir ki, döşəmə səviyyəsində quraşdırılmış beton kəmərin sökülüb-yığılması mümkün olmasa da, metal profillərin bolt-qayka birləşməsi ilə beton ankerlərə bağlanmasını nəzərə alaraq bütöv konstruksiyanın kran və avtokar kimi maşın mexanizmlər vasitəsi ilə sökülüb başqa yerə daşınması texniki cəhətdən mümkündür. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, C apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 395.1-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, onun əməli bu maddə ilə tövsif olunmuşdur. Lakin iş üzrə toplanmış sübutlar, xüsusilə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli ekspert rəyi mübahisəli obyektdə aparılan tikinti işlərinin maddi və prosessual hüquq normaları baxımından inzibati xəta tərkibi yaratmadığını və işdə olan sübutların kafi olmadığını birmənalı olaraq təsdiq edir. İnzibati xəta haqqında iş üzrə qərarın qanuniliyi və əsaslılığı yoxlanılarkən məhkəmə kollegiyası ilk növbədə mübahisə predmeti olan tikinti obyektinin hüquqi statusuna, onun texniki xüsusiyyətlərinə və qanunvericiliyin tələblərinə uyğunluğuna diqqət yetirir. İş materiallarında mövcud olan ## ##### 2026-cı il tarixli ekspert rəyindən aydın olur ki, Göyçay şəhəri, Natəvan küçəsi *** saylı ünvanda yerləşən tikilinin metal profilləri birbaşa betona basdırılmamış, həmin profillər bolt və qayka vasitəsi ilə betondakı ankerlərə bağlanmışdır. Ekspert bu bağlantı üsulunun torpaqla beton əsaslı möhkəm bağlılıq yaratmadığını texniki-elmi cəhətdən əsaslandırmış və müəyyən etmişdir ki, metal profillərin bolt-qayka birləşməsi ilə beton ankerlərə bağlanmasını nəzərə alaraq bütöv konstruksiyanın kran və avtokar kimi maşın mexanizmlər vasitəsi ilə sökülüb başqa yerə daşınması və yenidən yığılması texniki cəhətdən tam mümkündür. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinin birbaşa tələbinə görə, torpaq üzərində yerləşdirilən, qısa müddətdə istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili müvəqqəti tikili sayılır. Həmçinin, normativ hüquqi aktların sistemli təhlili göstərir ki, xüsusi təyinatlı texnika ilə daşınması və sökülüb-yığılması mümkün olan, metal profillərlə bolt-qayka birləşməsi əsasında qurulan talvar və ya oxşar altıaçıq konstruksiyalar öz mahiyyəti etibarı ilə əsaslı tikinti obyekti statusuna malik deyildir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, yalnız icazə tələb olunan tikinti obyektlərinin siyahısına daxil olan və əsaslı binalar qrupuna aid edilən obyektlərin inşası üçün müvafiq icazənin alınması məcburidir. Müvəqqəti, yüngül metal konstruksiyalı və sökülüb-yığılması mümkün olan obyektlərin qurulması üçün isə Şəhərsalma və Tikinti Məcəlləsində tikintiyə icazə alınması barədə imperativ tələb nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən ərazidə yüngül metal konstruksiyaların montaj edilməsi, karkasların birləşdirilməsi və talvar quraşdırılması fəaliyyətində tikintiyə icazə qaydalarının pozulması faktı, müvafiq olaraq isə İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyekti və obyektiv cəhəti mövcud deyildir. Bununla yanaşı, apelyasiya şikayətinin inzibati xətanın subyektinin müəyyən edilməsi və tikinti işlərinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həyata keçirilməsi barədə dəlilləri hüquqi əsasdan məhrumdur və işin faktiki halları ilə ziddiyyət təşkil edir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə, xüsusilə də təqsirsizlik prezumpsiyasına əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində inzibati xətanın subyekti qismində çıxış etmək üçün zəruri olan hüquqi və faktiki şərtlər tam sübuta yetirilməlidir. İş materiallarından görünür ki, tikinti işlərinin aparıldığı ünvan 2 ünvanda yerləşən əmlak kompleksi Qərardan şikayət verən orqan (şəxs) qardaşı fiziki qüsurlu şəxs olan X5 xüsusi mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 0,5173 ha torpaq sahəsi də icarə müqaviləsinə əsasən qanuni şəkildə X5 istifadəsindədir. Qərardan şikayət verən orqan (şəxs) ərazidə tapılması və qardaşının fiziki qüsurları ilə əlaqədar ona təsərrüfat işlərində köməklik göstərməsi onun tikintinin faktiki sahibi, sifarişçisi və ya hüquqi mənada subyekti olduğunu sübut etmir. Torpaq sahəsi və əmlak üzərində heç bir hüququ olmayan, sadəcə qohumluq münasibətlərinə görə kömək edən şəxsin tikintiyə icazə alınmamasına görə xüsusi subyekt qismində inzibati məsuliyyətə cəlb olunması hüququn ümumi prinsiplərinə ziddir. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin ekspert rəylərini düzgün qiymətləndirməməsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubunu nəzərə almaması barədə iradları da əsassızdır. Çünki, İXM-in 133.2.8-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iş üzrə toplanmış bütün materialları bütöv şəkildə, heç bir sübuta əvvəlcədən müəyyən edilmiş qüvvə vermədən, obyektiv və hərtərəfli qiymətləndirməlidir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli ilkin rəyi tikintinin tamamlanmamış ilkin mərhələsini əks etdirdiyi və metal konstruksiyaların bolt-qayka ilə bağlanması elementlərini ayrıca tədqiq etmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təkrar ekspertiza təyin edilmişdir. Məhz ## ##### 2026-cı il tarixli sonuncu ekspert rəyi obyektin sökülüb-yığılma imkanlarını və konstruktiv xüsusiyyətlərini elmi cəhətdən tam aydınlaşdırdığı üçün məhkəmə aktının əsasını təşkil etmişdir. Öz növbəsidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ### 2026-cı il tarixli cavab məktubunda da məsələnin birbaşa qanunvericiliyin, yəni Şəhərsalma və Tikinti Məcəlləsinin normaları çərçivəsində həll edilməli olduğu vurğulanmışdır ki, bu da məhkəmənin istinad etdiyi hüquqi mövqe ilə tam uzlaşır. İş materialllarından və işin faktiki halllarında görünür ki, Göyçay rayon İcra Hakimiyyəti işin faktiki hallarını tam araşdırmadan, inzibati xətanının baş verməsini təsdiq edən yetəri qədər sübütlar toplamadan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta barədə tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, müəyyən edilməsi sadəcə müvafiq ekspert tərəfindən mümkün olan hallara (tikilinin müvəqqəti xakakterli olub-olmaması barədə məlumatlar) qiymət vermədən inzibati xəta haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə prosesi zamanı əldə edilmiş sübutlar inzibati xəta tərkibinin olmasını əhəmiyyətli dərəcədə şübhə altına alır. Oxşar münasibətləri tənzimləyən İXM-in 8.3-cü bəndinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Nəhayət, inzibati xəta haqqında protokolun tərtib edilməsi və işə baxılması mərhələsində prosessual hüquq normalarının pozulması faktı da öz təsdiqini tapmışdır. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada rəsmi bildiriş göndərilməmiş, onun icraatda şəxsən iştirak etmək, vəkilin köməyindən istifadə etmək və öz müdafiəsini təşkil etmək kimi fundamental prosessual hüquqları məhdudlaşdırılmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.10-cu maddəsinə əsasən tikinti obyektləri tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğulardır. Həmin Məcəllənin 3.0.11-ci maddəsinə əsasən bina insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanılması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir. Həmin Məcəllənin 3.0.12-ci maddəsinə əsasən müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti qurğu sayılır. Həmin Məcəllənin 3.0.16-cı maddəsinə əsasən isə torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili müvəqqəti tikili sayılır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları”nın 1.2-ci bəndi müvəqqəti tikili anlayışını birbaşa Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinə istinadla müəyyən etmişdir. Həmin bəndə görə müvəqqəti tikili torpaq üzərində yerləşdirilən, qısa müddətdə istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikilidir. Qaydaların 1.3.1-ci bəndinə görə asanlıqla quraşdırılıb-sökülən tikili xüsusi təyinatlı texnika cəlb edilmədən quraşdırılıb-sökülən tikilidir. Qaydaların 1.3.3-cü bəndinə görə torpaq üzərində yerləşdirilən tikili torpaqla beton əsaslı bağlılığı olmayan və ya ayrı-ayrı duran dirəkaltı bünövrələr üzərində quraşdırılan tikilidir. Qaydaların 1.3.4-cü bəndinə görə yüngül inşaat konstruksiyalarından inşa edilən tikili karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan polad dirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac və ya plastik lövhələrdən ibarət tikilidir. İXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İXM-in qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Göyçay rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar