Məhkəmə qərarları › İş №3(3-10)-339/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-339/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-339/2026 03.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük Idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Z.Məmmədova) ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: № **********) barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, həmin hüquqi şəxs tərəfindən Italiya Respublikasından **ZB*** nömrəli nəqliyyat vasitəsi ilə idxal olunmuş “qabığı təmizlənmiş meşə fındığı ləpəsi” yükünün Balakən Gömrük Idarəsində gömrük rəsmiləşdirilməsi aparılan zaman, həmin yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş gaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük Idarəsi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ## ###### 2025-ci il tarixdə, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük Idarəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası IXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də o, Azərbaycan Respublikası IXM-nin həmin maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, “xxxx” MMC-nin əməlinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi ilkin olaraq “xxxx” MMC-nin əməlində Azərbaycan Respulikası IXM-nin 485.2-ci maddəsinin tərkibinin mövcud olubolmadığını müəyyən etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Iş materiallarından görünür ki, hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: № **********) tərəfindən Italiya Respublikasından **ZB*** nömrəli nəqliyyat vasitəsi ilə idxal olunmuş “qabığı təmizlənmiş meşə fındığı ləpəsi” yükünün Balakən Gömrük Idarəsində gömrük rəsmiləşdirilməsi aparılan zaman, həmin yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş gaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmiş və bu əsasla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində protokol tərtib edilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11265000081317 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, həmin bəyannamə ##.##.2026-cı il tarixində saat 17:59-da gömrük orqanına elektron formada təqdim edilmişdir. Həmçinin qısa idxal bəyannaməsinin təqdim edilməsi üçün “xxxx” MMC tərəfindən 35.40 manat məbləğində ödənişin təqdim edilməsi iş materialları ilə təsdiq olunur. Göründüyü kimi iş materiallarında xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixində qısa idxal bəyannaməsini tərtib etməsi və həmin bəyannamə ilə bağlı müvafiq ödəniş faktı mövcuddur. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, bu hallar sübut edir ki, “xxxx” MMC-nin qanunvericiliyin tələblərindən yayınmaq və ya hərəkətsizlik nümayiş etdirməklə bağlı bir niyyəti olmamışdır. “xxxx” MMC öz üzərinə düşən vəzifələri icra etmişdir. Göndərilmiş sənədin gömrük orqanına daxil olmaması texniki xəta, sistem nasazlığı və ya digər məsələlərdən yarana bilər ki, buna görə də vətəndaş və yaxud sahibkar təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 13.3 və 13.4-cü maddələrinə görə, elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Işdəki sübutlаrlа müəyyən оlunmuş işin fаktiki hаllаrı оnu deməyə əsаs verir ki, “xxxx” MMC gömrük orqanında gömrük rəsmiləşdirilməsi aparılan zaman, inzibati xəta haqqında protokolda qeyd olunan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim etmiş və bunun dövlət rüsumunu ödəmişdir. Ona görə də “xxxx” MMC -nin əməlində Аzərbаycаn Respublikаsı IXMnin 485.2-ci mаddəsinin tərkibi yоxdur. Əməldə inzibаti xətа tərkibinin оlmаmаsı isə bаşlаnmış inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilməsi üçün hüquqi əsаs yаrаdır. Belə ki, Аzərbаycаn Respublikаsı IXM-nin 53.1. 2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi оlmаdıqdа inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası IXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası IXM-nin 134.1-ci mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:..134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında… Azərbaycan Respublikası IXM-nin 135.1-ci mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:…135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərаr qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və əməlində inzibаti xətа tərkibinin оlmаmаsı əsаsı ilə “xxxx” MMC barəsində Azərbaycan Respublikası IXM-nin 485.2-ci mаddəsilə bаşlаnmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Əməlində inzibаti xətа tərkibinin оlmаmаsı əsаsı ilə hüquqi şəxs “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 485.2-ci mаddəsilə bаşlаnmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar