Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-340/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi X1 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Işin halları: Türkiyə Respublikasının vətəndaşı Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin əməkdaşı X2 tərəfindən ##.##.2026-cı il tarixli IXP-******* nömrəli inzibati protokol əsasında qəbul edilmiş ##.##.2026cı il tarixli qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək, ##.##.2026-cı il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi; barəsində aparılmış inzibati icraat zamanı ##.##.2026-cı il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunla nəzərdə tutulmuş şikayət müddəti gözlənilmədən dərhal qüvvəyə mindirilməsinin qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması, pozulmuş hüquqlarının bərpa edilib BDYPI tərəfindən ##.##.2026-cı il tarixdə tətbiq edilən məhdudiyyətin aradan qaldırilması, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarına əsasən barəsində aparılan işə yaşayış yeri üzrə olan Balakən Rayon Məhkəməsi tərəfindən baxılması barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 93-cü kilometrliyində YPX əməkdaşları tərəfindən idarə etdiyi “PORSCHE Cayenne” markalı, **RR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmış və barəsində IXM-nin 327.2-ci maddəsi ilə IXP******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə ##.##.2026-cı il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab etdiyi üçün məhkəmə qaydasında mübahisələndirir. Belə ki, avtomobili saxlanılan zaman azyaşlı övladı avtomobilin arxa oturacağında əyləşmişdi. Yalnız avtomobil tam dayandırıldıqdan sonra o, avtomobilin içərisindən ön oturacağa anasının yanına keçmişdir. Uşağın ön oturacağa keçməsi hərəkətləri avtomobilin hərəkətdə olduğu zaman deyil, nəqliyyat vasitəsi dayandırıldıqdan sonra baş vermişdir. YPX əməkdaşı avtomobilini saxladıqdan sonra ona yaxınlaşarkən uşağın ön oturacaqda olduğunu görmüş, lakin onun hərəkət zamanı ön oturacaqda olması barədə heç bir sübut təqdim etməmişdir. O, əməkdaşa vəziyyəti izah etsə də bu izahatı nəzərə alınmamışdır. Əməkdaş əvvəlcə onunla ümumi söhbət aparmış, hər hansı yol hərəkəti qayda pozuntusu müəyyən etməmişdir. Bir neçə dəqiqə sonra isə yalnız uşağın ön oturacaqda görünməsini əsas götürərək inzibati xəta protokolu tərtib etmişdir. Halbuki inzibati məsuliyyətə cəlb etmə üçün hadisənin mövcudluğu və şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. Bundan başqa, qeyd etmək istəyir ki, barəsində ##.##.2026-cı il tarixdə IXP******* nömrəli inzibati xəta protokolu tərtib olunarkən o, protokolla razılaşmadığını bildirmiş və iş üzrə qərarın dərhal qəbul edilməməsini, protokolun qərarsız qeydiyyata alınmasını tələb etmişdir. YPX əməkdaşı da etirazını əsaslı hesab edərək protokolu qərarsız statusda sistemə daxil etmişdir. Bundan sonra o, inzibati icraat üzrə araşdırmanın obyektiv aparılması, işə onun iştirakı ilə baxılması və izahat vermək hüququnun təmin olunması məqsədilə aidiyyəti orqanlara yazılı müraciətlər etmişdir. Xüsusilə inzibati xəta haqqında işə baxılarkən onun əvvəlcədən məlumatlandırılmağını və icraatın onun iştirakı ilə aparılmasını rəsmi qaydada xahiş etmişdir. Lakin etdiyi müraciətlərə baxmayaraq işə baxılması üçün o,heç bir orqana çağırılmamışdır. Bu səbəbdən ona dinlənilmək imkanı verilməmiş, izahatı alınmamış, mülahizələri dinlənilməmiş və icraatda iştirakı təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə elektron informasiya sistemi vasitəsilə məlum olmuşdur ki, qərarsız statusda olan inzibati protokol üzrə artıq Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin əməkdaşı R X2 tərəfindən qərar qəbul edilmiş, həmçinin həmin qərar qəbul edildiyi andan dərhal sistemdə qüvvəyə minmiş və barəsində elektron sistemdə 6 ay müddətinə məhdudiyyət tətbiq olunmuşdur. Halbuki Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinə əsasən barəsində icraat aparılan şəxsin işə baxılmasında iştirak etmək, izahat vermək və vəsatətlər təqdim etmək hüququ vardır. Qəbul edilmiş qərardan şikayət vermək üçün qanunla 10 günlük müddət nəzərdə tutulmuşdur. Qərar yalnız şikayət müddəti bitdikdən və ya qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilə bilər. Lakin bu halla onun iştirak hüququ tam şəkildə pozulmuş, qərar onun xəbəri olmadan qəbul edilmiş, daha sonra isə qanunla nəzərdə tutulmuş şikayət müddəti gözlənilmədən dərhal qüvvəyə mindirilmişdir. Bu səbəbdən o faktiki olaraq həm müdafiə hüququndan, həm də qərardan effektiv şikayət vermək imkanından məhrum edilmişdir. Hesab edir ki, qeyd olunan hallar Konstitusiya ilə təmin edilmiş hüquqlarının, xüsusilə ədalətli araşdırma, dinlənilmə və müdafiə hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmuşdur. Buna görə də hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır, ləğv edilməlidir. Bununla yanaşı barəsində aparılan inzibati xəta haqqında iş üzrə şikayətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarına əsasən, inzibati xəta haqqında iş üzrə şikayətin barəsində qərar çıxarılmış şəxsin yaşayış yeri üzrə verilməsi mümkün olduğundan, işə yaşayış yeri üzrə, yəni Balakən Rayon Məhkəməsi tərəfindən baxılmasını vəsatət olaraq xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Balakən Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş orqanı Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin nümаyəndəsi məhkəmə iclasına gəlməmişdir. Аzərbаycаn Respublikаsı IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan ##.##.2026-cı il tarixli elektron protokolun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinin tələblərini pozması barədə (sərnişin daşıma qaydalarını pozduğuna) ##.##.2026cı il tarixli IXP******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Işdə materialında olan Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2 ci maddəsinə əsasən təqsirli bilinərək cərimə olunmuşdur, lakin cərimənin məbləği qeyd edilməmişdir. Işdə olan Balakən rayonu Talalar kənd sakini Qərardan şikayət verən orqan (şəxs) Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinə ünvanlandığı ərizəsində göstərilmişdir ki, “Məlumat üçün bildirirəm ki, barəmdə ##.##.2026-cı il tarixdə tərtib edilmiş IXP******* nömrəli inzibati protokolla bağlı tərəfimdən etiraz verilmişdir. Buna görə də iş üzrə icraat qərarsız qalmışdır. Hazırda iş üzrə qərarın qəbul olunmadığı üçün materialların mənim qeydiyyatda olduğum ərazi üzrə Dövlət Yol Polisi orqanına göndəriləcəyini ehtimal edirəm, lakin iş Baş DYPI-də də aparıla bilər. Bununla əlaqədar olaraq inzibati xəta haqqında işə baxılarkən mənim də iştirakımın təmin olunmasını, baxılmanın mənim iştirakımla aparılması üçün mənə əvvəlcədən məlumat verilməsini xahiş edirəm.Iş üzrə obyektiv araşdırmanın aparılması üçün iştirakımın vacib olduğunu nəzərə alımağınızı xahiş edirəm”. Işdə olan Balakən rayonu Talalar kənd sakini Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinə ünvanladığı ərizəsində göstərilmişdir ki, “Bildirirəm ki, barəmdə ##.##.2026-cı il tarixdə tərtib olunmuş IXP******* nömrəli inzibati xəta protokolu üzrə qəbul edilmiş qərar üzrə informasiya ehtiyatında mövcud olan məlumatların çıxarış və qərarı mənə təqdim edilməsini xahiş edirəm. Inzibati Xətalar Məcəlləsinin 46-cı maddəsinə (Informasiya ehtiyatının açıqlığı) əsasən, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə informasiya ehtiyatında onun haqqında olan məlumatı əks etdirən çıxarış həmin şəxsin yazılı və ya elektron müraciəti əsasında bir iş günü müddətində verilir. Ərizəyə qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günü ərzində baxılmasını xahiş edirəm”. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarı qəbul etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası IXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası IXM–nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “ICMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “ICMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “ICMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Birinci instansiya məhkəməsi öz qərarını Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın düzgün tərtib olunmaması, qərarda müəyyən edilmiş halların, cərimənin məbləğinin qeyd edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) Ayxan oğlunun inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığını bildirməsi və işə baxılarkən onun iştirakının təmin edilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, işə baxılarkən onun iştirakının təmin edilməməsi ilə əsaslandırmış, bununla da hesab etmişdir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinə göndərilməlidir. Işə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hazırkı inzibati xəta haqqında iş üzrə araşdırma apararaq yekunda sərgilədiyi mövqe ilə razılaşır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə tərtib edilmiş protokola baxılmasının onun iştirakı ilə aparılması üçün Baş Dövlət Yol Polis Idarəsi tərəfindən ona məlumat verilməsi ilə əlaqədar müraciət etməsi müəyyən olunur. Ancaq protokol tərtib edən orqan bu barədə verilmiş müraciətə etinasız yanaşmış və şəxsin iştirakını təmin etməmişdir. Belə ki, apellyasiya məhkəməsi şikayətin dəlilinə münasibətdə qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Məhkəmə qeyd edir ki, maddənin tələblərindən göründüyü kimi inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilməsi konkret hallarda baş verir. Ancaq hazırkı halda inzibati xətanın olub-olmaması işin hallarından faktiki olaraq aydın görünmür. Baş Dövlət Yol Polis Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) işə baxılması ilə əlaqədar məlumat verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən şəxsin bu barədə məlumatının olub-olmamasını qeyri-müəyyən edir. Şəxsin məlumatı olmadan işə baxılması onun özünü müdafiə, barəsində aparılan inzibati iş üzrə sübutların orqana təqdim etməsi hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır ki, bu da qanunun tələblərinə ziddir. Iş mаteriаllаrındаn görünür ki, inzibаti xəta haqqında icraat başlanarkən və tənbeh vermə hаqqındа qərаr qəbul edilərkən Qərardan şikayət verən orqan (şəxs) iştirаkı təmin edilməməklə оnun Аzərbаycаn Respublikаsı IXM-də nəzərdə tutulmuş hüquqlаrı və vəzifələri, о cümlədən sübutlаr təqdim etmək, vəsаtətlər və etirаzlаr vermək hüquqlаrı izаh edilməmiş, özünə qаrşı izаhаt verməmək hüququ bаrədə Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 63 və 66 -cı mаddələrinin, IXM-nin 8-ci mаddəsinin və Аzərbаycаn Respublikаsının tərəfdаr çıxdığı Insаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının (Аvrоpа Kоnvensiyаsı) 6-cı mаddəsinin tələbləri pozulmuş, həmçinin IXM-də nəzərdə tutulmuş digər hüquqlаrı izаh edilməmiş və həmin hüquqlаrının həyаtа keçirilməsinə şərаit yаrаdılmаmışdır. Bununlа dа оnun Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60, 61, 63 və 127-ci mаddələrində, həmçinin Аvrоpа Kоnvensiyаsının 6-cı mаddəsində təsbit edilmiş ədаlətli məhkəmə аrаşdırmаsı hüququ pоzulmuşdur. Belə ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir;hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 61-ci mаddəsinə əsаsən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır; qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir; hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 63-cü mаddəsinə əsаsən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır; cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 127-ci mаddəsində isə işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müаvаfiq bаxılmаsı, ədаlət mühаkiməsinin vətəndаşlаrın qаnun və məhkəmə qаrşısındа bərаbərdliyi əsаsındа həyаtа keçirilməsi, işlərin icrааtının çəkişmə prinsipi əsаsındа həyаtа keçirilməsi, icrааtın istənilən mərhələsində hər kəsin müdаfiə hüququnun təmin оlunmаsı, ədаlət mühаkiməsinin təqsirsizlik prezumpsiyаsınа əsаslаnmаsı təsbit edilmişdir. Аzərbаycаn Respublikаsı IXM-nin 8.1-ci mаddəsinə əsаsən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Аzərbаycаn Respublikаsı IXM-nin 8.2-ci mаddəsinə əsаsən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Аzərbаycаn Respublikаsı IXM-nin 8.3-cü mаddəsinə əsаsən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6cı maddəsinin 2-ci bəndinə əsаsən cinаyət törətməkdə ittihаm оlunаn hər kəs оnun təqsiri qаnun əsаsındа sübut edilənək təqsirsiz hesаb edilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinə əsаsən cinаyət törətməkdə ittihаm оlunаn hər kəs ən аzı аşаğıdаkı hüquqlаrа mаlikdir:а) оnа qаrşı irədli sürülmüş ittihаmın xpаrаkteri və əsаslаrı hаqqındа оnun bаşа düşdüyü dildə dərhаl və ətrаflı məlumаtlаndırılmаq; b) öz müdаfiəsini hаzırlаmаq üçün kifаyət qədər vаxtа və imkаnа mаlik оlmаq; c) şəxsən və yа özünün seçdiyi müdаfiəçi vаsitəsi ilə özünü müdаfiə etmək və yа müdаfiəçinin xidmətini ödəmək üçün vəsаiti kifаyət etmədiyi zаmаn, ədаlət mühаkiməsinin mаrаqlаrı tələb etdikdə, belə müdаfiədən pulsuz istifаdə etmək; d) оnun əleyhinə ifаdə vermiş şаhidləri dindirmək və yа bu şаhidlərin dindirilməsi hüququnа mаlik оlmаq və оnun əleyhinə ifаdə verimş şаhidlər üçün eyni оlаn şərtlərlə оnun lehinə şаhidlər çаğrılmаsı və dindirilməsi hüququnа mаlik оlmаq; e) məhkəmədə istifаdə оlunаn dili bаşа düşmürsə və yа bu dildə dаnışа bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifаdə etmək. Bu kоnteksdə qeyd edilməlidir ki, Аvrоpа Kоnvensiyаsı ilə milli qаnunvericilikdə Аvrоpа Kоnvensiyаsının 6-cı mаddənin 1-ci bəndində nəzərdə tutulаn cinаyət ittihаmı аnlаyışı birbirindən fərqlənir. Belə ki, Аvrоpа Məhkəməsinin presedentlərinə görə işin bir sırа pаrаmetrlərinə əsаsən inzibаti xətа dа cinаyət ittihаmı sаyılır. Bununlа bаğlı Enqel və bаşqаlаrı Niderlаndа qаrşı işdə Аvrоpа Məhkəməsi 6-cı mаddənin cinаyət-hüquqi аspektinin bu və yа digər işə tətbiqi üçün «Enqel meyаrlаrı» аdlаnаn üç meyаrı müəyyən etmişdir ki, həmin meyаrlаrdаn birinin оlmаsı işin cinаyət ittihаmı sаyılmаsı üçün əsаsdır. Bu meyаrlаr аşаğıdаkılаrdır: 1) hüquq pоzuntusu təşkil edən əməlin dаxili qаnunvericilikdə cinаyət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pоzuntusunun xаrаkteri və 3) mümkün cəzаnın xаrаkteri və аğırlığı. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Belə оlаn hаldа Müqаvilələr Hаqqındа 1961-ci il tаrixli Vyаnа Kоnvensiyаsının 3-cü mаddəsinə və Аvrоpа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən beynəlxаlq müqаvilələr оnlаrın tətbiqi təcrübəsi ilə birlikdə (hаzırki hаldа Sаlduz Türkiyəyə qаrşı işdə Insаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin qərаrı) iştirаkçı dövlətlər üçün məcburi xаrаkter dаşıdığı üçün Аvrоpа Kоnvensiyаsının 6-cı mаddəsində müəyyən оlunmuş təminаtlаr Qərardan şikayət verən orqan (şəxs) bаrəsində IXM-nin 327.2-ci mаddəsilə icrааtı bаşlаnmış inzibаti xətа hаqqındа işə də tətbiq edilməlidir. Məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Balakən Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası IXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsində görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 6.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-nin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti qismən təmin edərək Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinə göndərməklə haqlı nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli 3(5- 112)-189/2026 qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X1 tapşırılmışdır. X3 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Ona görə məhkəmə kollegiyası həmçinin hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə X3 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı verilmiş аpellyаsiyа şikаyətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. X3 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-340/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-340/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver