Məhkəmə qərarları › İş №3(3-10)-341/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-341/2026

06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-341/2026 06.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraaat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviçin iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-132)-236/2026 ( sədrlik edən N.Qoşqarova) saylı qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviçin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 253.1.1- 3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş İXM-in 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviç İsmayıllı rayonu İvanovka bələdiyyəsinin mülkiyyətində olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları * saylı regional ekologiya və təbii sərvətlər idarəsinə təqdim etməmiş və onun tərəfindən İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, İsmayıllı rayon İvanovka bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviç tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bələdiyyələrə həmin hesabatın təqdim edilməsi ilə bağlı rəsmi xəbərdarlıq edilməmişdir. Çünki həmin hesabat hər il yanvar ayının 1-dən fevral ayının 20-dək idarəyə təqdim edilməlidir. Buna baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci il tarixə aid hesabatları təqdim etməmişdir. Protokol tərtib edilməsi ilə bağlı mobil telefon vasitəsi ilə bələdiyyə sədrinə şifahi formada məlumat verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviç izahat verərək bildirmişdir ki, uzun müddətdir İsmayıllı rayon İvanovka Bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərində 10 kənd İvanovka Bələdiyyəsinə birləşmişdir. Onun bələdiyyəyə sədrlik etdiyi dövr ərzində * saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən yalnız 2023 və 2024-cü illərdə İvanovka Bələdiyyəsinin mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə ümumiləşdirilmiş hesabatlar tələb olunmuşdur. Həmin vaxt tələb olunan hesabatı idarəyə təqdim etmişdir. Lakin həmin tarixdən sonra hesabat tələb olunmamış və bununla bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Protokol tərtib olunmamışdan bir neçə gün öncə ona * saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı mobil telefon vasitəsi ilə zəng etmiş və həmin hesabatları təqdim etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdir. Bundan sonra o, həmin hesabatı ## ### 2026-cı il tarixdə poçt vasitəsi ilə idarəyə göndərmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil. Belə ki, protokol onun iştirakı ilə tərtib edilmiş və ona hər hansı rəsmi xəbərdarlıq edilməmişdir. Həmin hesabatın tələb olunması ilə bağlı heç bir rəsmi xəbərdarlıq da göndərilməmişdir. Bundan başqa 2025-ci ildə keçirilən bələdiyyə seçkilərində bir neçə kənd İvanovka Bələdiyyəsinə birləşdirilmişdir. İsmayıllı rayonu İvanovka kəndi və ona birləşən digər kəndlərin ərazilərinin dəqiq xəritələri müəyyən edilmədiyinə görə, hansı yaşıllıqların bələdiyyənin mülkiyyətində olduğunu, habelə müvafiq texniki avadanlıqları və bilikləri olmadığına görə bitki və ağacların növünü, yaşını, cinsini və digər meyarlarını müəyyən edə bilmirlər. Bununla belə, onun bələdiyyə sədri olduğu müddətdə yaşıllıqların uçotu və monitorinqinin hansı qaydada aparılması barədə onlara heç bir təlimat və cihaz verilməmişdir. Lakin * saylı regional ekologiya və təbii sərvətlər idarəsi onun barəsində bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə ümumiləşdirilmiş hesabatları təqdim etmədikləri üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə yanlış olaraq hesab etmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası ETSN-nin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Məhkəmə (Nərmin Qoşqarova) hesab etmişdir ki – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviçin əməlində İXM-in 253- 1.1.3-cü maddəsinin tərkibi yoxdur; – bələdiyyə lazımi texniki imkanlarla təmin edilməmişdir; – məsuliyyətə cəlb olunan şəxsə əvvəlcədən məlumat verilməmişdir. Hesab edirik ki, həmin qərar qanunsuz, əsassız və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Məhkəmə (hakim Nərmin Qoşqarova) yanlış olaraq hesab etmişdir ki, texniki vasitələrin təqdim olunmaması inzibati məsuliyyəti aradan qaldırır. Lakin İXM-in 253-1.1.3-cü maddəsinin dispozisiyası son dərəcə sadədir: Yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Normanın tətbiqi üçün aşağıdakılar kifayətdir: – hesabat vermək vəzifəsinin mövcudluğu; – hesabatın təqdim edilməməsi faktı. Bu iki hal iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə isə normada nəzərdə tutulmayan əlavə şərtlər yaradaraq: texniki təminat, proqram təminatı, təlim keçirilməsi kimi halları məsuliyyətin zəruri elementi kimi qəbul etmişdir. Halbuki həmin hallar maddənin dispozisiyasında nəzərdə tutulmamışdır İş materiallarından görünür ki, 2025-ci il üzrə yaşıllıqların uçotu və monitorinqinə dair hesabat ETSN-yə təqdim edilməmişdir. Bu hal aktla, inzibati xəta haqqında protokolla, məhkəmədə verilmiş izahatlarla təsdiq edilmişdir. Əslində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviç də hesabatın təqdim edilmədiyini inkar etməmişdir. O yalnız səbəblər göstərmişdir.Deməli, inzibati xəta hadisəsinin özü mübahisə predmeti deyil. Mübahisə yalnız təqdim etməmənin səbəbləri ilə bağlıdır. Bu isə inzibati xəta hadisəsini aradan qaldırmır. Məhkəmə qərarında xüsusi vurğulanır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviç 2025-ci ildə seçilmişdir və hesabat vermək öhdəliyindən xəbərsiz olmuşdur. Bu nəticə hüquqi baxımdan qəbuledilməzdir. Azərbaycan Respublikasının hüquq sistemində qanunu bilməmək məsuliyyətdən azad etmir. Bələdiyyə sədri seçilən şəxs öz vəzifəsinin icrası üçün zəruri normativ aktları bilməyə borcludur. Əks halda istənilən vəzifəli şəxs: "mən yeni təyin olunmuşdum" arqumenti ilə məsuliyyətdən yayınmış olar. Bu isə hüquqi müəyyənlik prinsipinə ziddir Qərarda göstərilir ki, * saylı RETSİ tərəfindən bələdiyyənin texniki vasitələrlə təmin edilməsinə dair sübut təqdim olunmamışdır. Lakin belə sübut təqdim etmək vəzifəsi ümumiyyətlə mövcud deyil. Çünki İXM-in 253-1.1.3-cü maddəsində məsuliyyətin yaranması üçün: texniki təminatın verilməsi, cihazların təqdim olunması, proqramların quraşdırılması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə qanunda olmayan sübutların təqdim edilməsini tələb etmişdir. Bu isə İXM-in 8.1-ci maddəsinin mahiyyətinə ziddir. Məhkəmə hesab etmişdir ki, protokol barəsində iş aparılan şəxsin iştirakı olmadan tərtib edilmişdir. Lakin İXM-in 100-cü maddəsinin məzmunundan görünür ki, şəxsin iştirak etməməsi protokolun etibarlılığına səbəb olmur. Əsas şərt şəxsin hüquqlarının təmin edilməsidir. Şəxsin çağırılması, məlumatlandırılması və ya imtina etməsi hallarında protokol tərtib edilə bilər. Bundan başqa, apellyasiya instansiyası nəzərə almalıdır ki, protokolun tərtibi zamanı yol verilən mümkün prosessual çatışmazlıq inzibati xəta hadisəsini aradan qaldırmır. Məhkəmə ilk növbədə xəta hadisəsinin olub-olmamasını qiymətləndirməli idi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bələdiyyələrə texniki təminat verilmədiyinə görə onların hesabat təqdim etməməsi üzrlü hesab edilməlidir. Lakin *** nömrəli Qərarın məzmunundan görünür ki, hesabatın təqdim edilməsi bələdiyyənin vəzifəsidir; metodiki dəstəyin göstərilməsi isə ETSN-nin funksiyalarından biridir. Metodiki dəstək göstərilməsinin mübahisələndirilməsi hesabat təqdim etməmək hüququ yaratmır. Əks təqdirdə ölkənin bütün bələdiyyələri bu əsasla hesabat verməkdən imtina edə bilərdilər. İXM-in 3-cü maddəsinə əsasən təqsir qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Bu işdə ən azı ehtiyatsızlıq formasında təqsir mövcuddur. Çünki: – hesabat təqdim edilməmişdir; – vəzifəli şəxs həmin vəzifəni icra etməmişdir; – qanuni öhdəliyin yerinə yetirilməsi üçün lazımi tədbirlər görülməmişdir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviçin oğlunun əməlində İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması müəyyən edilməsini, barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviç çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. ## ### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, İsmayıllı rayonu İvanovka Bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. İsmayıllı rayonu İvanovka Bələdiyyəsinin yaşıllıqların uçot vərəqəsindən görünür ki, İsmayıllı rayon İvanovka Bələdiyyəsi ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinə təqdim etmişdir. Məhkəmə iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, İ İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-132)-236/2026 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviçin əməlində İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmadığı barədə düzgün və hüquqi cəhətdən əsaslandırılmış nəticəyə gəlmiş, iş üzrə icraata xitam verməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Məhkəmə qeyd edir ki, İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın tərkibi subyekt, obyekt, subyektiv cəhət və obyektiv cəhət elementlərinin vəhdətini tələb edir və bu elementlərdən hər hansı birinin olmaması inzibati məsuliyyəti tamamilə istisna edir. İnzibati məsuliyyətin yaranması üçün şəxsin qanunla üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməməsində onun qəsdi və ya ehtiyatsızlığı, yəni təqsiri sübuta yetirilməlidir. İş materiallarından isə görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviçin hesabatı qanunla müəyyən edilmiş müddətdə təqdim etməməsi onun subyektiv iradəsindən və təqsirli davranışından deyil, obyektiv səbəblərdən və icrası qeyri-mümkün olan hallardan irəli gəlmişdir. Bu da əməldə inzibati xəta tərkibinin subyektiv cəhətinin mövcudluğunu rədd edir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.2ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.2 və 2.4-cü bəndlərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlarda yaşıllıqların uçotu vahid metodika əsasında, müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkillərindən, habelə ArcGIS proqramından (mdb formatında) istifadə edilməklə aparılmalıdır. Həmin normaların mətni və hüquqi mahiyyəti göstərir ki, dövlət orqanları bələdiyyələrə bu sahədə metodiki və texniki dəstəyi təmin etməli, müvafiq proqram təminatı və cihazların istifadəsi ilə bağlı təlimatlar verməlidir. İş üzrə müəyyən edilmişdir ki, qeyd olunan ərazilərin dəqiq xəritələri bələdiyyəyə təqdim edilməmiş, yaşıllıqların uçotunun aparılması üçün heç bir texniki cihaz, proqram təminatı və ya metodiki təlimat verilməmişdir. Müvafiq xəritə, cihaz və xüsusi biliklər olmadan ağacların növünü, yaşını, cinsini və koordinatlarını müəyyən edərək elektron formatda vahid hesabat hazırlamaq bələdiyyə sədri üçün obyektiv olaraq qeyri-mümkün olmuşdur və qanunverici icrası qeyri-mümkün olan öhdəliklərin yerinə yetirilməməsinə görə şəxslərin xarakterli inzibati tənbehə məruz qalmasını qadağan edir. Protokol tərtib etmiş orqanın şikayətində göstərdiyi "İXM-in 253-1.1.3-cü maddəsinin dispozisiyasının sadə olması və yalnız hesabatın verilməməsi faktının kifayət etməsi" barədə dəlili hüquqi cəhətdən əsassızdır və qanunun formal şərhinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati-delikt hüququ normaları tətbiq edilərkən qanunçuluq və ədalətlilik prinsipləri rəhbər tutulmalı, dövlət orqanları ilə münasibətlərdə formal mülahizələrə deyil, şəxsin hüquq və vəzifələrinin real həyata keçirilməsi imkanlarına üstünlük verilməlidir. Regional İdarə tərəfindən bələdiyyəyə yaşıllıqların monitorinqinin aparılması ilə bağlı heç bir rəsmi bildiriş və xəbərdarlıq göndərilmədiyi halda, birbaşa cəza xarakterli protokolun tərtib edilməsi inzibati qanunvericiliyin preventiv mahiyyətinə ziddir. Bundan başqa, İXM-in 6-cı və 100-cü maddələrinin tələblərinə görə, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində icraat aparılan şəxsin prosessual hüquqları, o cümlədən izahat vermək, vəsatət qaldırmaq və protokolun surətini almaq hüququ tam təmin edilməlidir. İşin hallarından görünür ki, protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İvanoviçin iştirakı olmadan, onun hüquq və vəzifələri izah edilmədən tərtib olunmuşdur. Şikayətdə qeyd olunan "şəxsin iştirak etməməsinin protokolun etibarlılığına təsir etməməsi" barədə dəlil yalnız şəxsin protokoldan qanuni qaydada yayınması və ya çağırışdan boyun qaçırması hallarına aid edilə bilər. Mövcud işdə isə şəxsə rəsmi çağırış vərəqəsi göndərilmədiyi, onun prosessual hüquqlarının reallaşdırılması üçün real imkan yaradılmadığı müəyyən edilmişdir ki, bu növ prosessual pozuntular çərçivəsində tərtib olunmuş protokol İXMin 53.2-ci maddəsinin mənasına görə qanuna zidd olaraq əldə edilmiş sübut hesab olunur və onun əsasında şəxsin məsuliyyətə cəlb edilməsi yolverilməzdir. İXM-in 253-1.1-ci maddəsinə görə yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 1.3.1. yaşıllıqların uçotu və kadastrı – yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu; 1.3.2. yaşıllıqların monitorinqi – yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi. Maddə 8. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri 8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 8.2.3-cü mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifəsidir. Maddə 11. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları 11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” ölkə Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanı 1.3- cü bəndi Qanunun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Maddə 12. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi 12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılmasına münasibətdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər (“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il # ### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə ## #### 2014-cü il *** nömrəli Fərman) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə görə həmin Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” təqdim edilir. Sözügedən Qaydanın 2.2-ci bəndinə görə yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik vəaerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqramtəminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmipraktikidəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə isə istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İXM-in qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-in 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar