Məhkəmə qərarları › İş №3(3-10)-343/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-343/2026

01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-343/2026 01.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-132)-234/2026 ( sədrlik edən N.Qoşqarova) saylı qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 253.1.1-3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. . işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş İXM-in 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı rayon Təzəkənd Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İsmayıllı rayonu Təzəkənd bələdiyyəsinin mülkiyyətində olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları * saylı regional ekologiya və təbii sərvətlər idarəsinə (bundan sonra-idarə) təqdim etməmiş və onun tərəfindən İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə (hakim Qoşqarova Nərmin) yanlış olaraq hesab etmişdir ki, texniki vasitələrin təqdimolunmaması inzibati məsuliyyəti aradan qaldırır. Lakin İXM-in 253-1.1.3-cü maddəsinin dispozisiyası son dərəcə sadədir: Yaşıllıqların uçotu və monitorinqhaqqında məlumatların təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Normanın tətbiqi üçün aşağıdakılar kifayətdir : – hesabat vermək vəzifəsinin mövcudluğu; – hesabatın təqdim edilməməsi faktı. Bu iki hal iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə isə normada nəzərdə tutulmayan əlavə şərtlər yaradaraq: texniki təminat, proqram təminatı, təlimkeçirilməsi kimi halları məsuliyyətin zəruri elementi kimi qəbul etmişdir. Halbuki həmin hallar maddənidispozisiyasında nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, 2025-ci il üzrə yaşıllıqların uçotu və monitorinqinə dair hesabaETSN-yə təqdim edilməmişdir. Bu hal aktla, inzibati xəta haqqında protokolla, məhkəmədə verilmiş izahatlarltəsdiq edilmişdir. Əslində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da hesabatın təqdim edilmədiyini inkar etməmişdir. Oyalnız səbəblər göstərmişdir. Deməli, inzibati xəta hadisəsinin özü mübahisə predmeti deyil. Mübahisə yalnıtəqdim etməmənin səbəbləri ilə bağlıdır. Bu isə inzibati xəta hadisəsini aradan qaldırmır. Məhkəmə qərarında xüsusi vurğulanır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci ildə seçilmişdir vhesabat vermək öhdəliyindən xəbərsiz olmuşdur. Bu nəticə hüquqi baxımdan qəbuledilməzdir. AzərbaycaRespublikasının hüquq sistemində qanunu bilməmək məsuliyyətdən azad etmir. Bələdiyyə sədri seçilən şəxöz vəzifəsinin icrası üçün zəruri normativ aktları bilməyə borcludur. Əks halda istənilən vəzifəli şəxs: "məyeni təyin olunmuşdum" arqumenti ilə məsuliyyətdən yayınmış olar. Bu isə hüquqi müəyyənlik prinsipinziddir. Qərarda göstərilir ki, * saylı RETSİ tərəfindən bələdiyyənin texniki vasitələrlə təmin edilməsindair sübut təqdim olunmamışdır. Lakin belə sübut təqdim etmək vəzifəsi ümumiyyətlə mövcud deyil. Çünk, İXM-in 253-1.1.3-cü maddəsində məsuliyyətin yaranması üçün: texniki təminatın verilməsi, cihazların təqdimolunması, proqramların quraşdırılması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə qanunda olmayasübutların təqdim edilməsini tələb etmişdir. Bu isə İXM-in 8.1-ci maddəsinin mahiyyətinə ziddir. Məhkəmə hesab etmişdir ki, protokol barəsində iş aparılan şəxsin iştirakı olmadan tərtiedilmişdir. Lakin, İXM-in 100-cü maddəsinin məzmunundan görünür ki, şəxsin iştirak etməməsi protokoluetibarlılığına səbəb olmur. Əsas şərt şəxsin hüquqlarının təmin edilməsidir. Şəxsin çağırılmasməlumatlandırılması və ya imtina etməsi hallarında protokol tərtib edilə bilər. Bundan başqa, apellyasiyinstansiyası nəzərə almalıdır ki, protokolun tərtibi zamanı yol verilən mümkün prosessual çatışmazlıq inzibaxəta hadisəsini aradan qaldırmır. Məhkəmə ilk növbədə xəta hadisəsinin olub-olmamasını qiymətləndirməidi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bələdiyyələrə texniki təminat verilmədiyinə görə onların hesabatəqdim etməməsi üzrlü hesab edilməlidir. Lakin *** nömrəli Qərarın məzmunundan görünür ki, hesabatıtəqdim edilməsi bələdiyyənin vəzifəsidir; metodiki dəstəyin göstərilməsi isə ETSN-nin funksiyalarından biridiMetodiki dəstək göstərilməsinin mübahisələndirilməsi hesabat təqdim etməmək hüququ yaratmır. Əktəqdirdə ölkənin bütün bələdiyyələri bu əsasla hesabat verməkdən imtina edə bilərdilər. İXM-in 3-cü maddəsinə əsasən təqsir qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Bu işdə ən azehtiyatsızlıq formasında təqsir mövcuddur. Çünki: – hesabat təqdim edilməmişdir; – vəzifəli şəxs həmin vəzifəni icra etməmişdir; – qanuni öhdəliyin yerinə yetirilməsi üçün lazımi tədbirlər görülməmişdir. Bu hallar inzibati xəta tərkibinin bütün elementlərini yaradır. Odur ki, . İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması müəyyən edilməsini, barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. ## ### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur Məhkəmə iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin olmaması barədə düzgün və hüquqi cəhətdən əsaslandırılmış nəticəyə gəlmiş, iş üzrə icraata xitam verilməsi haqqında qanunauyğun qərar qəbul etmişdir. Apelyasiya şikayətində irəli sürülən dəlillər məhkəmə qərarının qanuniliyini şübhə altına almır və hüquqi baxımdan əsassız olduqlarına görə rədd edilməlidir. İXM-in 253-1.1.3-cü maddəsi yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Həmin xətanın subyektiv tərəfi təqsirin mövcudluğunu zəruri şərt kimi irəli sürür. İş materiallarının təhlili göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası"nın 2.2, 2.4 və 2.5-ci bəndləri bələdiyyələrin üzərinə müəyyən vəzifələr qoymaqla yanaşı, bu prosesin həyata keçirilməsinin xüsusi proqram təminatı (ArcGİS proqramında mdb formatında), topoqrafiya, geodeziya alətləri, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar vasitəsilə vahid metodika əsasında aparılmasını imperativ qaydada təsbit edir. Protokol tərtib etmiş orqan idarəçilik münasibətlərində "qanunu bilməmək məsuliyyətdən azad etmir" prinsipini əsas gətirsə də, inzibati-delikt hüququnda təqsirlilik prinsipi şəxsin üzərinə qoyulmuş vəzifəni obyektiv olaraq icra etmək imkanına malik olmasını tələb edir. İcra barəsində zəruri olan maddi-texniki elementlərin, proqram təminatının və qanunvericilikdə nəzərdə tutulmuş xüsusi xəritəçəkmə və koordinat sistemlərinin aidiyyəti dövlət orqanları tərəfindən yerli özünüidarəetmə orqanına (bələdiyyəyə) təqdim edilməməsi və bu sahədə metodiki dəstəyin göstərilməməsi faktı qarşısında, bələdiyyə sədrinin hesabatı fiziki olaraq hazırlayıb qanunvericiliyin tələb etdiyi formatda təqdim etmək imkanı olmamışdır. Obyektiv imkanlardan kənarda qalan və icrası xüsusi texniki təminatdan asılı olan bir vəzifənin yerinə yetirilməməsinə görə şəxsin hər hansı bir formada təqsirli sayılması hüququn ümumi ədalət prinsiplərinə və İXM-in 8-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipinə ziddir. Həmçinin, İXM-in 6-cı maddəsinə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qanunçuluq prinsipinə tam riayət edilməli, proses iştirakçılarının hüquqları qorunmalıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi, inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı barəsində icraat aparılan şəxsin prosessual hüquqlarının təmin olunmasında, onun iştirakının təşkil edilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. Protokolun birtərəfli və şəxsin müdafiə hüququ məhdudlaşdırılmaqla tərtib edilməsi İXM-in 100cü maddəsinin tələblərinə cavab vermir. Qanunsuz yolla və ya prosessual hüquqların kobud şəkildə pozulması ilə əldə edilmiş materiallar inzibati tənbeh tətbiq edilməsi üçün əsas ola bilməz. İXM-in 253-1.1. Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 1.3.1. yaşıllıqların uçotu və kadastrı – yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu; 1.3.2. yaşıllıqların monitorinqi – yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi. Maddə 8. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri 8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 8.2.3-cü mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq yaşıllıqların mühafizəsi sahəsindəbələdiyyələrin vəzifəsidir. Maddə 11. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları 11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” ölkə Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanı 1.3- cü bəndi Qanunun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Maddə 12. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi 12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılmasına münasibətdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər (“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il # ### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə ## #### 2014-cü il *** nömrəli Fərman) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə görə həmin Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” təqdim edilir. Sözügedən Qaydanın 2.2-ci bəndinə görə yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik vəaerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqramtəminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmipraktikidəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə isə istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İXM-in qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-in 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar