Məhkəmə qərarları › İş №3(3-10)-351/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-351/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-351/2026 03.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı (hakim T.Hüseynli) qərarı ilə “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 11197.80 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2239 ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları: Protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunmuş protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) ## ###### 2024-cü il tarixdə 11197.80 ABŞ dolları məbləğində vəsaiti avans olaraq xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 11197.80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X2 şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində IXM-in 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2024-cü il tarixdə xxxx MMC ilə CV X1 şirkəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq “xxxx” MMC-nin “xxxx”da olan hesabından ## ###### 2024-cü 11197.80 ABŞ dolları məbləğdə pul vəsaiti malların alınması üçün Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Lakin müqaviləyə əsasən malları göndərməli olan şirkət qeyd olunan malları Azərbaycan Respublikasına göndərməmişdir və pul vəsaitini geri qaytarmamışdır. Bununla bağlı ## ##### 2024-cü il tarixdə “xxxx" ASC- nə ləsmı qaydada müraciət olunmuş, alqı-satqı müqaviləsinin şərtlərinə uyğun malları göndərmədiyi üçün, mallara görə köçürülmüş 11197.80 ABŞ doffan məbləğdə vəsaitin geri qaytarılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. “xxxx” ASCnin ünvanladığı ## ##### 2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, “xxxx” MMCnin hesabından ##.##.2024-cü il taıixdə köçürülmüş 11197.80 ABŞ dolları məbləğində vəsaitin araşdırılması zamanı müəyyən edilmişdir ki, qarşı tərəf vəsaitin qaytarılmasından imtina edir. Belə olan halda “xxxx” MMC-nin barəsində protokol tərtib edilməsi və məhkəmə tərəfindən qərar qəbul edilməsi Qanunvericiliyin tələbinə uyğun deyildir. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və “xxxx” MMC inzibati məsuliyyətdən azad olunmalıdır. Çünki Mingəçevir Şəhər Məhkəməsi malların ölkəyə idxal edilməsi və ya pul vəsaitinin geri qaytarılması “xxxx" MMCnin təqsiri ucbatından baş verməmişdir. Proses iştirakçılarının dəlilləri: Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsəslələr: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan EP №******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) ## ###### 2024-cü il tarixdə 11197.80 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 11197.80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Işdə olan Mərkəzi bankın təqdim etdiyi Kapital Bank ASC-nin Ödəniş Tapşırığından görünür ki, 11197.80 ABŞ dolları ## ###### 2024-cü il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) tərəfindən AZ27PAHA40140USDHC********** saylı hesabdan xaricə köçürülmüşdür. Işdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış ##.##.2026-cı il tarixli *****-**** saylı məktubdan və məktuba əlavə edilmiş cədvəldən görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödəniş edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərinin “xxxx” ASC-də olan hesabına geri qaytarılmamışdır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) ## ###### 2024-cü il tarixdə 11197.80 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və 2 (iki) il müddət keçməsinə baxmayaraq, 11197.80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bu əsasla da apellyasiya məhkəməsi şikayətin göstərilən dəlilləri ilə razılaşmır. Çünki Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2020-ci il tarixli, № **/* qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə edilmiş dəyişikliklərə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 (iki) il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) ## ###### 2024-cü il tarixdə 11197.80 ABŞ dolları məbləğində vəsaiti avans olaraq xaricə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini, idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi və ya pulun köçürüldüyü şirkətə qarşı qaldırdığı iddianın məhkəmədə baxıması ilə bağlı sənədləri nə banka, nə də ki, məhkəməyə təqdim etməmişdir. Eyni zаmаndа Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC göstərilən vаlyutа vəsаitinin ölkəyə geri qаyıtmаmаsının оnlаrın təqsiri üzündən bаş verməməsini, pulun köçürüldüyü şirkətin həmin vəsаtin qаytаrılmаsındаn imtinа etməsini göstərsə də, bununlа bağlı həmin xаrici şirkətə qаrşı iddiа qаldırılmаsını, məhkəmə çəkişmələrinin аpаrılmаsını və hər hаnsı məhkəmə qərаrı ilə bundа оnlаrın təqsirinin оlmаmаsının müəyyən оlunmаsını şikаyətində göstərməmiş və bu hаllаrlа bаğlı şikаyətə hər hаnsı hüquqi sənəd əlаvə etməmişdir. Göstərilənlər də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin sözügedən vаlyutа vəsаitinin ölkəyə geri qаyıtmаmаsının оnlаrın təqsiri üzündən bаş verməməsi ilə bаğlı şikаyətdə göstərilmiş dəlillərin əsаssız оlmаsını təsdiq edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsi ilə bağlı apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab oluna bilməz. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Mingəçevir Şəhər Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərаr dərhаl qаnuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar