Məhkəmə qərarları › İş №3(3-10)-353/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-353/2026

01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-353/2026 01.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Saramanov İlkin Şirin oğlunun iştirakları ilə, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, apellyasiya instansiya məhkəməsi, müəyyən etdi: Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800,00 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Şəki-X2 tərəfindən İXMin 262.2.3- cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Şəki-X2 böyük məsləhətçi müfəttişi Saramanov İlkin Şirin oğlu bildirmişdir ki, bölmənin **** saylı, ##.##.2026-cı il tarixli sərəncamına əsasən Su Məcəlləsinin, Suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı “Qaxmuğal” suvarma kanalının Qax şəhəri, Azərbaycan prospektindən keçən hissəsində həmin prospektdə yerləşən ictimai iaşə obyektində formalaşan tullantı sularının kanalı zədələməklə və istismar qaydalarını pozmaqla təyinatsız axıdılması faktı tərəflərindən aşkar olundu. Yerində aparılan araşdırmaları zamanı məlum oldu ki, sözügedən obyekti Qax rayonu, Əmbərçay kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs(AZE 14760810, FİN *******, VÖEN **********)##.##.2025-ci il tarixli, * nömrəli icarə müqaviləsi əsasında idarə edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nöqsan aşkar olunan yerə (41.24.52.N-46.55.40.1 E koordinatları) dəvət olundu və nöqsan ona yerində göstərildi. Göstərilən halları nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə o, İXM-in 262-ci maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. O, həmin qərarı əsassız və qanunsuz hesab etdiyini və aşağıdakı səbəblərə görə ləğv edilməli və ya dəyişdirilməli olduğunu bildirmişdir. Birinci səbəb olaraq, şikayətçi vəzifəli şəxs statusunun qanunsuz tətbiqini göstərmişdir. Məhkəmə onu İXM-in 17-ci maddəsinin "Qeyd" hissəsinə istinad edərək "vəzifəli şəxs" kimi məsuliyyətə cəlb etmişdir. Lakin inzibati xəta haqqında protokolun tərtib edildiyi ##.##.2026-cı il tarixində o, artıq sahibkarlıq fəaliyyətini rəsmi qaydada dayandırmışdır. İXM-in 17-ci maddəsi yalnız sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsləri vəzifəli şəxs hesab edir. Fəaliyyəti dayandığı üçün o, həmin tarixdə vəzifəli şəxs statusuna malik olmamışdır. İkinci səbəb olaraq, şikayətçi maddi vəziyyət və yüngülləşdirici halları qeyd etmişdir. Məhkəmə araşdırması zamanı məsuliyyəti ağırlaşdıran heç bir hal müəyyən edilməmişdir. Əksinə, onun səmimi peşmançılığı və nöqsanın aradan qaldırılmasına dair vədi yüngülləşdirici hal kimi qiymətləndirilməli idi. Fəaliyyətinin dayandığını və gəlir mənbəyinin olmadığını nəzərə alsaq, 800 manat məbləğində cərimənin hədsiz ağır olduğunu bildirmişdir. Üçüncü səbəb olaraq, şikayətçi işin hallarını qeyd etmişdir. Məhkəmənin qərarında iddia olunur ki, o, kafeni işlətdiyini etiraf etmişdir. Lakin həmin vaxt o, yalnız obyektin icarədarı olduğunu nəzərdə tutmuşdur, aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını və fəaliyyətinin dayandırıldığını məhkəmə diqqətə almamışdır Odur ki, Qax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, fəaliyyətinin dayandırılması faktı nəzərə alınaraq barəsindəki inzibati tənbeh tədbirinin fiziki şəxs həddinə endirilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi İlkin Saramanov çıxış edərək oğlu çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qax şəhəri, Azərbaycan prospekti inzibati ərazisində ##.##.2026-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus çayxanada formalaşan tullantı sularının kənara Qaxmuğal kanalına təyinatsız axıdılması müəyyən edilmiş, bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Şəki-X2 əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, bölmənin **** saylı, ##.##.2026-cı il tarixli sərəncamına əsasən Su Məcəlləsinin, Suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı “Qaxmuğal” suvarma kanalının Qax şəhəri, Azərbaycan prospektindən keçən hissəsində həmin prospektdə yerləşən ictimai iaşə obyektində formalaşan tullantı sularının kanalı zədələməklə və istismar qaydalarını pozmaqla təyinatsız axıdılması faktı tərəflərindən aşkar olundu. Yerində aparılan araşdırmalar zamanı məlum oldu ki sözügedən obyekti Qax rayonu, Əmbərçay kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs(AZE 14760810, FİN *******, VÖEN **********) ##.##.2025-ci il tarixli, * nömrəli icarə müqaviləsi əsasında idarə edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nöqsan aşkar olunan yerə (41.24.52.N-46.55.40.1 E koordinatları) dəvət olundu və nöqsan ona yerində göstərildi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi yazılı izahatda icarə müqaviləsi əsasında işlətdiyi obyektdə formalaşan çirkab suları boru vasitəsi ilə Qaxmuğal kanalına axıdıldığını etiraf etmiş və aşkarlanmış halın ən qısa zamanda aradan qaldırılaraq Qax SMİİ ilə müqavilə bağlayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qax şəhəri, Azərbaycan prospektində yerləşən çayxananın sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (AZE 14760810, FİN *******) tərəfindən icarə müqaviləsi əsasında işlətdiyi obyektdə formalaşan çirkab suları boru vasitəsi ilə Qaxmuğal kanalına axıdılır. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Şəki-X2 **** nömrəli, ##.##.2026-cı il tarixli sərəncamından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2024-cü il ## ###### tarixli FƏ ** nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidmətinin regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı nəzarət tədbirləri aparmaq məqsədilə Qax rayonu ərazisində 01 gün müddətində nəzarət tədbirlərinin aparılması ** saylı Şəki-X2 böyük məsləhətçi-müfəttişi İlkin Saramanov və aparıcı məsləhətçi-müfəttiş Nuru Əzizova tapşırılmışdır. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatından görünür ki, o Qax şəhəri, Azərbaycan prospektində yerləşən çayxana işlədir və kafe icarə əsasında fəaliyyət göstərir. Kafedə istifadə etdiyi suyu boru vasitəsi ilə Qaxmuğal kanalına axıdılmışdır. Bunun məsuliyyətini dərk etmiş və qısa müddət ərzində aşkar olunmuş nöqsanı aradan qaldıracağını və buna görə də barəsində ciddi cəza sanksiyası tətbiq olunmamasını xahiş etmişdir. İş materiallarında olan VÖEN:********** nömrəli fiziki şəxsin vergi uçotuna alınması haqqında şəhadətnamədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi ödəyicisidir. Məhkəmə iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmış, toplanmış sübutlara hüquqi qiymət verərək maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun olan hüquqi nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icarə müqaviləsi əsasında işlədilən ictimai iaşə obyektində formalaşan tullantı sularının boru vasitəsilə "Qaxmuğal" suvarma kanalına təyinatsız, kanalın istismar qaydalarını pozmaqla və ona zədə vurmaqla axıdılması faktı tam sübuta yetirilmişdir. Məhkəmə şikayətçinin vəzifəli şəxs statusunun ona qanunsuz tətbiq edilməsi və inzibati xətanın törədildiyi tarixdə sahibkarlıq fəaliyyətini rəsmi qaydada dayandırması barədə dəlillərini araşdıraraq əsassız hesab edir. Çünki, İXM-in 17-ci maddəsinin "Qeyd" hissəsinin tələblərinə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər törətdikləri inzibati xətalara görə vəzifəli şəxs kimi məsuliyyət daşıyırlar. ş materiallarında mövcud olan VÖEN:********** nömrəli fiziki şəxsin vergi uçotuna alınması haqqında şəhadətnamə, ##.##.2025-ci il tarixli * nömrəli icarə müqaviləsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün verdiyi yazılı izahatı təsdiq edir ki, o, xətanın aşkarlandığı məkanda fəaliyyət göstərən obyektin birbaşa idarəedicisi və məsul şəxsidir. Sahibkarlıq fəaliyyətinin vergi orqanlarında müvəqqəti dayandırılması barədə mülahizələr şəxsi faktiki olaraq həmin obyektdən istifadə etməkdən və obyektdə formalaşan çirkab sularının idarə olunması ilə bağlı yaranan inzibati-hüquqi öhdəliklərdən azad etmir. Qanunsuz axıtma faktının bilavasitə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icarədar olduğu və idarə etdiyi obyektdən həyata keçirilməsi onun subyekt statusunu vəzifəli şəxs qismində birmənalı olaraq müəyyən edir. Əməlin tövsifinin doğruluğu və inzibati xətanın obyektiv tərəfinin mövcudluğu məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, İXM-in 262.2.3-cü maddəsi içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə birbaşa inzibati məsuliyyət nəzərdə tutur. İş üzrə toplanmış ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol, ** saylı Şəki-X2 əməkdaşları tərəfindən tərtib edilmiş ****** nömrəli akt və işə əlavə edilmiş fotoşəkillər çirkab sularının boru xətti ilə suvarma kanalına axıdıldığını vizual və sənədli şəkildə tam sübut edir. Şikayətçinin kafeni aktiv şəkildə işlətmədiyi barədə iddiaları onun iş materiallarında yer alan ilk izahatı ilə ziddiyyət təşkil edir, Belə ki, o, izahatında obyektdə formalaşan suların kanala axıdıldığını etiraf etmiş və bu nöqsanı qısa müddətdə aradan qaldıracağını bildirmişdir. İXM-in 76.1-ci maddəsinə uyğun olaraq, bu sənədlər və şəxsin etirafı iş üzrə mötəbər sübutlar qrupuna daxil olduğundan, birinci instansiya məhkəməsi tərəfindən əməlin İXM-in 262.2.3-cü maddəsi ilə tövsif edilməsi tamamilə qanunauyğundur. Məhkəmə şikayətçinin maddi vəziyyətinin ağırlığı və barəsindəki tənbeh tədbirinin fiziki şəxs həddinə endirilməsi barədə xahişini hüquqi baxımdan qeyri-mümkün hesab edir. Belə ki, İXM-in 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipinə görə, tətbiq edilən tənbeh törədilmiş xətanın xarakterinə və onun törədilməsi hallarına uyğun olmalıdır. Məcəllənin 262.2.3-cü maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını və nöqsanı aradan qaldırmağa dair vədini nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddi – 800 manat məbləğində cərimə tənbehindən istifadə etmişdir. Qanunvericilik inzibati xətanın subyekti qismində vəzifəli şəxs (sahibkar) olaraq tanınan şəxsə fiziki şəxslər üçün nəzərdə tutulmuş sanksiya həddinin tətbiq edilməsinə yol vermədiyindən, apelyasiya instansiyası məhkəməsi tənbehin həcminin azaldılması üçün heç bir hüquqi əsas görmür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsi hər bir şəxsin ədalətli məhkəmə araşdırması hüququnu təmin edir. Bu hüququn tərkib hissəsi olan "məhkəmə qərarlarının əsaslandırılması" prinsipi tələb edir ki, hakim tərəflərin təqdim etdiyi mühüm dəlillərə münasibət bildirsin. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən şikayətçinin vəzifəli şəxs statusu və xətanın obyektiv tərəfi ilə bağlı arqumentləri araşdırılmış, lakin qanunvericiliyin tələbləri qarşısında əsassız olduğu üçün rədd edilmişdir. Bu isə Avropa Məhkəməsinin presedent hüququna (məsələn, Garcia Ruiz İspaniyaya qarşı) tam uyğundur. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar