Məhkəmə qərarları › İş №3(3-10)-354/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-354/2026

06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-354/2026 06.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim E.Cəbrayılzadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Işin halları: Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq onu icra etməkdən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qanuni qüvvəyə minmiş icra sənədinə əsasən iddia təmin edilmiş, xxxx publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən Zərərçəkmiş şəxs verilmiş ************ reyestr nömrəli Mingəçevir şəhəri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçəsi, ev 8D (yeni qaydalarla: AZ 4509, ünvan 1) ünvanında yerləşən xüsusi mülkiyyət növündə ümumi birgə payda olan 0.075 ha torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmağın cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadağan edilməsi qət edilmişdir. Borclu icra şöbəsinə dəvət olunub və izahatı alınıb. Borclu icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymamışdır. Göstərilənlərə əsasən borclu şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şikayət verilmişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərаr qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərаr qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 şikayətin məzmununa uyğun oxşar məzmunda çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin nümayəndəsi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil vəkil1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Аzərbаycаn Respublikаsı IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Аzərbаycаn Respublikаsı IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Аzərbаycаn Respublikаsı IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialında olan inzibati xəta haqqında protokol, icra məmurunun, tərəflərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir Şəhər Məhkəməsinin icra sənədinin icrasını təmin etməmişdir. O, icra sənədinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnаməsinin icrasına laqeyd münasibət bəsləməklə bu qətnаməni icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək, həmin məhkəmə аktı kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Icra haqqında” Azərbаycаn Respublikаsı Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Insan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Insan Hüquqları Üzrə Avropa Məhkəməsi "Hornşbi Yunanıstana qarşı" iş üzrə ## #### 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, "Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququ vardır. Bu hüquq işin ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsidir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir. Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda, bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prossesual təminatların dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnun tənzimlənməsi kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır." "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, * saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hüquqi mövqe «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "Insan Hüquqlarının və X10 Haqqında" Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" ## #### 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, "Insan Hüquqlarının və X10 X14 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Avropa Konvensiyanın 6cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Аpellyаsiyа məhkəməsi qeyd edir ki, məhkəmə qərаrının icrası Аvrоpа Kоnvensiyаsının 6-cı mаddəsində nəzərdə tutulmuş şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi оlduğu üçün qətnаmənin icra edilməməsi və icrası ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olacaqdır. Məhkəmə qətnаməsinin icrа edilməməsinə görə şəxsin IXM-nin 528.1ci mаddəsində nəzərdə tutulmuş inzibаti məsuliyyətə cəlb edilməsi də bu qətnаmənin icrа edilməsi üçün qаnundа nəzərdə tutulmuş bir mexаnizmdir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra tədbirlərindən üzrlü səbəb olmadan yayınması onun barəsində inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Bu baxımdan da, şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə həmin dəlilləri inandırıcı qəbul etmir. Belə ki, işdə olan ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli icra sənədi üzrə öhdəlik Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra olunmadığından, onun barəsində Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Işdə оlаn Işdə olan Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilmiş, xxxx publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən Zərərçəkmiş şəxs verilmiş ************ reyestr nömrəli Mingəçevir şəhəri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçəsi, ev 8D (yeni qaydalarla: AZ 4509, ünvan 1) ünvanında yerləşən xüsusi mülkiyyət növündə ümumi birgə payda olan 0.075 ha torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmağın cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadağan edilməsi qət edilmişdir. Işdə olan ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcludan Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026 cı il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. Işdə olan ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Işdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçəsi, ev 8D (yeni qaydalarla: AZ 4509, ünvan 1) ünvanında yerləşən torpaq sahəsi Zərərçəkmiş şəxs, X5, X11, X7, X12 və X13 ümumi birgə mülkiyyətindədir. Belə olan halda, məhkəmə şikayətdə qeyd edilən dəlillərə də münasibət bildirərək, bu qənaətdədir ki, bu dəlillər Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Аzərbаycаn Respublikаsı IXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Аzərbаycаn Respublikаsı IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Аzərbаycаn Respublikаsı IXM-nin 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Аzərbаycаn Respublikаsı IXM-nin 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Аzərbаycаn Respublikаsı IXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Аzərbаycаn Respublikаsı IXM-nin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Аzərbаycаn Respublikаsı IXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməlinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun оlmаqlа, şəxsiyyətini xаrrаkterizə edən hаllаr, təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, 2-ci qrup əlil оlmаsı kimi məsuliyyətini yüngülləşdirən hаl və məsuliyyətini аğırlаşdırаn hаllаrın оlmаmаsı nəzərə аlınmаqlа, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyildir. Ona görə də işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X1 tapşırılmışdır. X3 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Ona görə məhkəmə kollegiyası həmçinin hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə X3 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və Аzərbаycаn Respublikаsı IXM-in 133-136cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin olunmasın. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. X3 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərаr dərhаl qаnuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar