Məhkəmə qərarları › İş №3(3-10)-357/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-357/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-357/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru, R X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən Pərvanə Məmmədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 342.1.3, 342.1.7, 339.1, 327.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti Şəki şəhər-rayon Polis şöbəsinin X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Işin halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 342.1.3, 342.1.7, 342.9, 339.1, 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki şəhər-rayon Polis şöbəsi tərəfindən inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xəta törədilməsi faktı aşkar edilmişdir. Buna görə də onun barəsində IXM-in dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə; 342.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına; 342.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə; 339.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənedilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozulmasına; 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə barəsində IXP ******* nömrəli ##.##.2026-cı il tarixli inizbtai xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, inzibati xətanın törədliməsində təqsiri yoxdur. Avtomobilin üzərindəki qurğu dövlət nömrə nişanının görüntüsünü məhdudlaşdırmır. Özləri demişdir ki, maşının ön alın şüşəsinə qoysun. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru, R X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan əməli törədilməsini təsdiq edən əsaslı sübutlar, yəni həmin qurğunun zavod istehsalı olmamaqla sonradan quraşdırılmasını, həmçinin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərin əlavə edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ilkin Mahmudov bildirir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan əməli törədilməsini təsdiq edən əsaslı sübutlar, yəni həmin qurğunun zavod istehsalı olmamaqla sonradan quraşdırılmasını, həmçinin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərin əlavə edilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə heç bir məlumat verilməmişdir. IXM-in 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Göründüyü kimi, məhkəmə tərəfindən bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın verilməsi ilə bağlı bildiriş göndərilməmiş və buna görə də inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən həmin inzibati xətanın törədilməsini təsdiq edən foto və videogörüntülər məhkəməyə təqdim edilə bilməmişdir. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən foto və videogörüntülər mövcuddur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, avtomobilin üzərindəki qurğu dövlət nömrə nişanının görüntüsünü məhdudlaşdırmır. Polis əməkdaşları demişdir ki, nömrəni maşının ön alın şüşəsinə qoysun. Apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Verilən suala cavab olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, dövlət qeydiyyat nömrə nişanının son iki rəqəminin görünməməsi üçün nömrənin qarşısına karton qoymuşdur. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Şəki şəhərrayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qismən ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 342.9-cu maddəsi ilə təqsirli bilinib barəsində inzibati qaydada tənbeh tətbiq edilməlidir. Iş materiallarında olan: - ## ##### 2026-cı il tarixli, IXP seriyalı ****** nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 342.1.3, 342.1.7, 339.1, 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. - Fotoşəkillərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Zil MMZ 555” yük markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrə nişanını çıxardaraq ön şüşəyə yerləşdirmiş və nömrənin son iki rəqəminin görünməməsi üçün nömrənin qarşısına karton qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməmiş, nəticədə IXM-in 342.9-cu maddəsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən aydın görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “ZIL MMZ 555” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qanunvericilikdə nəzərdə tutulmuş yerdən çıxararaq avtomobilin ön şüşəsinə yerləşdirmiş, bununla yanaşı dövlət qeydiyyat nişanının son iki rəqəminin görünməməsi üçün onun qarşısına karton parçası qoymuşdur. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün də dövlət qeydiyyat nişanının son iki rəqəminin görünməməsi üçün karton qoyduğunu etiraf etməsi həmin halın mövcudluğunu təsdiq edir. Dövlət qeydiyyat nişanının tam görünməsinin qəsdən məhdudlaşdırılması həmin nişanın eyniləşdirilməsini çətinləşdirir və bu əməl IXM-in 342.9-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğulardan və ya örtüklərdən istifadə etmə anlayışına uyğundur. Bu baxımdan həmin inzibati xətanın obyektiv əlamətləri iş üzrə toplanmış sübutlarla təsdiq edilir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində IXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Buna görə də birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından qərar həmin hissədə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 342.9-cu maddəsi ilə təqsirli bilinərək qanunda nəzərdə tutulmuş inzibati tənbehə məruz qalmalıdır. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini etiraf etməsini inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının tam ləğv olunması xahiş edilmişdir. Işdən görünür ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, IXM-in 342.1.3, 342.1.7, 339.1, 327.1-ci maddələri ilə tərtib olunmuş protokala dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunması üçün IXM-in 43-cü maddəsinə əsasən həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün Şəki şəhərrayon Polis şöbəsinə göndərilməlidir. IXM-in 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Inzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, Inzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi Inzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir. Qanunverici həmin Məcəllənin 43.3-cü maddəsində müəyyən etmişdir ki, Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə əsaslandırılmış qərar qəbul edilməlidir. Inzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsindən fərqli olaraq 34.2-ci maddəsi qanunverici tərəfindən başqa dispozisiyada verilməklə inzibati xətalara dair işlərin məcmusunu təşkil edir və bu işlərə hansı qaydada baxılaraq tənbeh tətbiq edilməsini müəyyən edən sonrakı normalara münasibətdə (34.3 və 34.4-cü maddələr) ümumi norma kimi çıxış edir. Belə ki, Məcəllənin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Burada qanunverici eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə Inzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. Inzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli, IXP seriyalı ****** nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sonuncunun əməllərində IXM-in 342.9-cu maddəsi ilə yanaşı, IXM-in 342.1.3, 342.1.7, 339.1, 327.1-ci maddələrinin tərkibi yaranmışdır. Ona görə həmin maddələr üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunması üçün IXM-in 43-cü maddəsinə əsasən həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün Şəki şəhərrayon Polis şöbəsinə göndərilmişdir. Belə olan halda, apellyasiya məhkəməsi bu hissədə şikayətin təmin edilməsinə əsas görmür. IXM-in 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. IXM-in 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru, R X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə barəsində 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar