Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-358/2026 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “İSMA “ MMC-nin vəkili Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-132)-255/2026 ( sədrlik edən N.Qoşqarova) saylı qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair “İsma” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 239 və 275.1.1-ci maddələrinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərərfindən “İsma” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində İXMin 239 və 275.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “İsma” Məhdud Məsuliyyətli Cəmiyyətinin İsmayıllı rayonu Diyallı kəndində yerləşən velosipet yığım məntəqəsi barədə ## ### 2026-cı il tarixdə 2 TG statistik hesabatı təqdim etmədiyi və ekoloji normativ sənədlərinin olmadan fəaliyyət göstərməsi müəyyən edilmiş və həmin MMC tərəfindən İXM-in 239 və 275.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, “İsma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2 TG statistik hesabatı təqdim edilməmiş və ekoloji normativ sənədlər olmadan fəaliyyət göstərmişdir. Bu səbəbdən MMC barəsində İXM-in 239 və 275.1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 9 aydır ki, MMC-nin sahibkarı dəyişmiş və buna baxmayaraq qeyd olunan hesabat təqdim edilməmişdir. Ötən illərdə həmin hesabatların verilməsi ilə bağlı məlumatı yoxdur. Həmin hesabatların verilməsi və ekoloji sənədlərin tələb olunması ilə bağlı MMC-yə rəsmi məlumat verilməmişdir. Çünki MMC-nin qeyd olunan hesabatı verməsi məcburidir. Ekoloji pasport tələb olunduğu üçün MMC-nin fəaliyyəti zamanı ətraf mühitə təsirin olmaması qeyri mümkündür. Həmçinin, MMC-də ən azından sürtgü yağlarından istifadə olunur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “İsma” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil Vəkil izahat verərək bildirmişdir ki, MMC-nin fəaliyyəti uşaq velosipetlərinin yığımı ilə məşğuldur. Yəni hazır detallar xaricdən gəlir və yığılaraq hazır formaya çatdırılır. MMC əvvəllər başqa sahibkar tərəfindən fəaliyyət göstərmiş və sonradan dayandırılmışdır. 2025-ci ilin avqust ayında hazırki sahibkar yenidən MMC-də fəaliyyətə başlamışdır. MMC-də ekologiyaya zərər verəcək hər hansı işlər görülmür və bununla bağlı müstəqil ekspertizanın rəyi də vardır. Bundan başqa qeyd olunan sənədlərin təqdim olunması barədə sahibkarın məlumatı olmamışdır və bununla bağlı hər-hansı rəsmi müraciət MMC-yə daxil olmamışdır. Sahibkar MMC-ni təhvil alanda bütün sənədlərlə tanış olmuş və qeyd olunan sənədlərin təqdim olunması və ya tələb olunması aşkar edilməmişdir. ## ### 2026-cı il tarixdə idarənin əməkdaşı nümayəndəsi olduğu MMC-nin sahibkarına bu barədə məlumat vermiş və bundan sonra qeyd olunan sənədlərin hazırlanmasına başlanılmışdır. Yaxın günlərdə qeyd olunan sənədlər idarəyə təqdim ediləcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İnzibati xəta haqqında protokol, akt və iş materiallarından görünür ki, "İsma" MMC İsmayıllı rayonu Diyallı kəndində velosiped yığım fəaliyyəti ilə məşğul olmuş, lakin:2-TG statistik hesabatını təqdim etməmiş; ekoloji normativ sənədləri əldə etməmiş; ətraf mühitə təsirin uçotunu aparmamışdır. Bu hallar inzibati orqan tərəfindən tərtib edilmiş akt, protokol və digər sənədlərlə təsdiq edilmişdir. Məhkəmə isə həmin sübutları mahiyyəti üzrə qiymətləndirmək əvəzinə yalnız prosedur məsələlərinə istinad etməklə inzibati məsuliyyəti istisna etmişdir. İXM-in 83-cü maddəsinə əsasən sübutlar iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə imkan verən hər hansı faktiki məlumatlardır.Məhkəmə mövcud sübutların məzmununu təkzib edən heç bir əks sübut müəyyən etməmişdir Məhkəmə qərarında qeyd etmişdir ki, "İsma" MMC tərəfindən ekoloji ekspertizanın müsbət rəyi mövcud olduğundan və 2-TG hesabatı təqdim edilmədiyindən İXM-in 239-cu maddəsinin dispozisiyası yaranmır. Bu nəticə qanunvericiliyin yanlış təfsirindən irəli gəlir. Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər:ətraf mühitin istehsalat monitorinqini aparmağa; ətraf mühitə təsirin uçotunu həyata keçirməyə;müəyyən olunmuş hesabatları təqdim etməyə borcludurlar. İXM-in 239-cu maddəsinin məqsədi də məhz həmin öhdəliklərin yerinə yetirilməsini təmin etməkdir.Müəssisənin fəaliyyət göstərməsi və ətraf mühitə təsir göstərməsi faktı müəyyən edildiyi halda uçotun və hesabatlılığın aparılmaması inzibati məsuliyyət yaradır. Məhkəmə isə maddənin məzmununu həddindən artıq dar təfsir etmişdir. İş materiallarında göstərilir ki, müəssisə 2025-ci il üzrə 2-TG hesabatını təqdim etməmişdir. Bu fakt: inzibati xəta haqqında protokolla;aktla; müəssisə nümayəndələrinin izahatları ilə təsdiq olunur.Məhkəmə həmin halı təkzib edən hər hansı sübut göstərmədən inzibati xəta tərkibinin olmadığını qeyd etmişdir. Halbuki İXM-in 275.1.1-ci maddəsinin dispozisiyası hesabatların müəyyən edilmiş qaydada təqdim edilməməsini birbaşa inzibati məsuliyyətə səbəb olan hal kimi nəzərdə tutur. Qərarın əsaslandırılmasının əsas hissəsi yoxlamanın Vahid Məlumat Reyestrində qeydiyyata alınmaması üzərində qurulmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı iş üzrə həyata keçirilən tədbir sahibkarlıq fəaliyyətinin yoxlanılması deyil, dövlət ekoloji nəzarət tədbiridir."Ətraf mühitin mühafizəsi haqqında" Qanunun 71-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli orqanları tərəfindən həyata keçirilir. Ekoloji nəzarətin məqsədi: ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmasının müəyyən edilməsi; təbiətdən istifadə qaydalarının pozulmasının aşkar edilməsi; ekoloji qanunvericiliyin icrasına nəzarətin həyata keçirilməsidir. Bu fəaliyyət öz hüquqi təbiətinə görə sahibkarlıq fəaliyyətinin yoxlanılmasından fərqlənir. Ona görə də məhkəmənin yalnız reyestr qeydiyyatının olmamasına əsaslanaraq bütün sübutları etibarsız sayması hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. İXM-in 106-cı maddəsinə əsasən hakim sübutları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Hazırkı işdə: aktın məzmunu; protokolun məzmunu; müəssisənin fəaliyyət göstərməsi faktı;hesabatın təqdim edilməməsi faktı;ekoloji sənədlərin olmaması ayrılıqda və məcmu halda lazımi qiymətləndirilməmişdir. Məhkəmə yalnız bir prosessual arqumentə üstünlük vermiş, iş üzrə digər sübutları faktiki olaraq araşdırmamışdır. Bu isə qərarın obyektivlik və hərtərəflilik prinsiplərinə zidd olduğunu göstərir İş materiallarından görünür ki: "İsma" MMC faktiki fəaliyyət göstərmişdir; ətraf mühitə təsir göstərə bilən istehsalat prosesi mövcud olmuşdur; qanunvericiliklə nəzərdə tutulmuş hesabat təqdim edilməmişdir;ekoloji sənədləşmə tam təmin edilməmişdir. Belə olan halda inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmaması barədə nəticə işin faktiki hallarına uyğun gəlmir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsini, "İsma" MMC barəsində İXM-in 239 və 275.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati orqanın mövqeyi əsaslı hesab edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında ““İSMA “ MMC-nin vəkili Vəkil çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasınnda iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. ## ### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, “İsma” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi İsmayıllı rayonu Diyallı kəndi ərazisində velosipet yığımı məntəqəsinin ətraf mühitə atılan çirkləndirici maddələrin illik uçot və hesabatların, tədbirlər planı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının həcmi barədə (2025-ci il üçün) hesabatları 2026-cı ilin yanvar ayının 25-dək təqdim etməmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ### 2026-cı il tarixli, ** nömrəli “İsma” MMCyə ünvanlandığı məktubdan görünür ki, müəssisənin fəaliyyəti ilə əlaqədar ətraf mühitin çirklənməsi halları aşkar edilməmiş, yaranan tullantıların toplanması üçün müəssisənin kənarında tullantı məntəqəsinin yaradıldığı, tullantıların çeşidlənərək anbarlaşdırıldığı və tullantı müəssisəsi ilə bağlanmış müqavilə əsasında ərazidən daşındığı məlum olmuşdur. Eyni zamanda müəssisənin istismarı zamanı atmosfer havasına çirkləndiricilərin atılmadığı, yaranan çirkab suların ərazidə mövcud şəbəkəyə axıdıldığı müəyyən edilmiş, müəssisə binası geniş sahədə yaşıllıqlar salınmışdır. Nəticə olaraq müəssisənin fəaliyyəti (velosipedlərin yığılması) zamanı ətraf mühitə mənfi təsirlər müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağııdakı əsaslara görə İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “İsma” MMCyə məxsus velosiped yığım məntəqəsində keçirilmiş yoxlama zamanı müəssisənin 2-TG statistik hesabatını təqdim etmədiyi və ekoloji sənədləri olmadan fəaliyyət göstərdiyi əsas gətirilərək barəsində İXM-in 239 və 275.1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi bu fikirdədir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallar düzgün qiymətləndirilmiş, hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı əsaslı surətdə müəyyən edilmişdir. İXM-in 75-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə sübutlar hakim tərəfindən müəyyən edilən faktiki məlumatlardır. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Onların hüquqi qüvvəsi yoxdur və onlar məhkəmənin qərarı üçün əsas götürülə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən nəzarət, reyd, baxış və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinin birbaşa imperativ tələbinə görə, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş pozuntu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi inzibati orqanın "ekoloji nəzarət tədbirinin sahibkarlıq yoxlaması olmaması" barədə dəlilini tamamilə əsassız hesab edir. Çünki ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarəti həyata keçirilərkən sahibkarın fəaliyyət göstərdiyi yerə gəlməklə aparılan tədbirlər mütləq qaydada reyestrdə qeydiyyata alınmalı və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış sahibkara təqdim edilməlidir . İş materiallarında isə yoxlamanın Vahid Məlumat Reyestrində qeydiyyata alınmasını təsdiq edən heç bir sübut mövcud deyil. Hüquqi nəticəsi olmayan yoxlama əsasında tərtib edilmiş akt və inzibati protokol isə İXM-in 76.2-ci maddəsinə görə etibarsız sübut sayılır. Bundan başqa, iş üzrə toplanmış digər materiallar, o cümlədən “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli, ** nömrəli məktubu və müstəqil ekspert rəyi təsdiq edir ki, müəssisənin fəaliyyəti zamanı ətraf mühitə mənfi təsirlər və çirklənmə halları mövcud olmamışdır. İXM-in 239-cu və 275.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi üçün müəssisənin faktiki olaraq ətraf mühitə ekoloji təsir göstərməsi və bu sahədə qanunla müəyyən edilmiş öhdəlikləri yerinə yetirməməsi tələb olunur. İş üzrə "İsma" MMC-nin əməlində həm maddi, həm də prosessual baxımdan inzibati xəta tərkibi subyektiv və obyektiv tərəfdən formalaşmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda, birinci instansiya məhkəməsi işin faktiki hаllаrını düzgün müəyyən edərək qanunauvğun nəticəyə gəlmiş, İXM-in 53.2-ci maddəsini rəhbər tutaraq icraata xitam vermişdir. İsmayıllı Rayon Məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan, apellyasiya şikayətində göstərilən dəlillər həmin qərarın ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-10)-358/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-358/2026
08.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver