Məhkəmə qərarları › İş №3(3-10)-359/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-359/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-359/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili X1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən Ş.Cəfərova) Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Işin halları Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, barəsində Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ##.##.2026-cı il tarixdə Bakı şəhərindən Şəki rayonu istiqamətində hərəkətdə olarkən Şamaxı (Mərəzə) postunda Yol Patrul Xidmətinin inspektoru tərəfindən saxla əmri verilmiş və qayda pozuntusuna yol verildiyi bildirilmişdir. O, heç bir qayda pozmadığını, qanunla qadağan olunmayan şəkildə nəqliyyat vasitəsini idarə etdiyini bildirərək qanunsuz saxlanıldığını qeyd etmişdir. Bundan sonra ona yoluna davam edə biləcəyi bildirilmiş və o, hərəkətini davam etdirmişdir. Daha sonra, ona SMS göndərilərək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 327.1-ci maddəsi ilə protokol tərtib edildiyi və 150 manat məbləğində cərimə olunduğu qeyd olunmuşdur. “SMS Radar” tətbiqinə baxış zamanı “Yol hərəkəti haqqında” Qanunun tələblərinin hansı şəkildə pozulmasına dair heç bir videogörüntü və ya fotoşəklin olmadığı müəyyən edilmişdir. Sözügedən qərarın qanunsuz, əsassız və ədalətsiz olduğunu hesab edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) izahatında şikayət ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, məhkəmə iclasından öncə polis şöbəsindən ona zəng edilərək yol polis şöbəsinə yaxınlaşması təklif edilmiş, törətmiş olduğu inzibati xətanın görüntüsünü təqdim ediləcəyi bildirilmiş, o isə polis şöbəsinə getməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəsini təmin edilməsini məhkəmədən xahilş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin nümayəndəsi X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin məhkəmə iclasına gəlməməsini, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməməsini qeyd etsə də birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə tərəfindən bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın verilməsi ilə bağlı bildiriş göndərilməmiş və buna görə də inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən həmin inzibati xətanın törədilməsini təsdiq edən videogörüntülər məhkəməyə təqdim edilə bilməmişdir. Halbuki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən videogörüntülər mövcuddur. Işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərarında qeyd etmişdir ki, “Məhkəmə qeyd edir ki, elektron kabinetlərdə yerləşdirilmiş məlumatlarda anlaşılmazlıqlar mövcuddur ki, bu hallar barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin xeyrinə şərh edilməlidir. Belə ki, elektron kabinetlərin birində Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.1-ci maddəsində göstərilən qaydanı pozduğuna görə, digər elektron kabinetdə isə IXM-in 327.4-cü maddəsini törətdiyinə görə 150 manat məbləğində cərimə edildiyi öz əksini tapmışdır. Məhkəmə bildirir ki, IXM-in 327.1-ci maddəsinin sanksiyası kimi qanunvericilikdə 40 manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin inzibati xətanın ## ##### 2026-cı il tarixdə törədildiyi hər iki elektron kabinetdə göstərilsə də, IXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın ## ##### 2026-cı il tarixdə hansı saatda törədilməsi məlum deyildir.” Halbuki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-in 327.1-ci və IXM-in 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları tam fərqli yerlərdə və fərqli saatlarda törətməsi quraşdırılmış müşahidə kameralarının videogörüntüləri ilə tam sübut edilir. Hər iki inzibati xətanın ayrı yerlərdə və ayrı saatlarda törədilməsi ilə bağlı videogörüntülər məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə iclasında iştirak edən Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində göstərilənləri müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) vəkili X1 Əliyevanın dediklərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) ərizəsi təmin edilməməlidir. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən məhkəmə araşdırmasına səthi yanaşmışdır. Iş materiallarında olan: - ## ##### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.1 və 327.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. - Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.1 və 327.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, elektron kabinetlərdə yerləşdirilmiş məlumatlarda anlaşılmazlıqlar mövcuddur ki, bu hallar barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin xeyrinə şərh edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmadan nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı inzibati xətanın törədilməsini əks etdirən videogörüntülər məhkəməyə təqdim edilmiş və həmin videogörüntülər məhkəmə iclasında tədqiq olunmuşdur. Videogörüntülərdən müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə edərkən IXM-in 327.1 və 327.4-cü maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin görüntülərin həqiqiliyini təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin elektron informasiya sistemindəki uyğunsuzluqlara istinad etməsi də qəbul edilə bilməz. Çünki inzibati xəta haqqında protokolun məzmunu, iş materialları və apellyasiya baxışı zamanı tədqiq edilmiş videogörüntülər inzibati xətanın törədildiyini və tətbiq edilmiş inzibati tənbehin qanuniliyini təsdiq edir. Elektron sistemdə texniki xarakterli məlumat uyğunsuzluğu inzibati xəta faktının mövcudluğunu aradan qaldırmır və qəbul edilmiş qərarın ləğvi üçün müstəqil əsas hesab edilə bilməz. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, nəticədə IXM-in 135.1.2-ci maddəsində nəzərdə tutulan əsas yaranmışdır. Bu səbəbdən, Şəki Rayon Məhkəməsinin qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. IXM-in 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. IXM-in 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Şəki şəhər-rayon Polis şöbəsinin DYPB-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar