Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-361/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Zaqatala rayonu Yol patrul xidməti inspektoru, R X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Zaqatala rayonu Yol patrul xidməti inspektoru, R X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən Z.Məmmədova), ##.##.1987-ci il tarixdə Zaqatala rayonu, Qandax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Zaqatala rayonu, Qandax kəndində qeydiyyatda olan və yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Zaqatala rayonu Yol patrul xidməti inspektoru, R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış icraata onun tərəfindən həmin inzibati xəta hadisəsi törədilmədiyinə və onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilmişdir. Işin halları: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək Zaqatala rayonu YPX inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə, saat təxminən 15 radələrində idarə etdiyi “VAZ 21150” minik markalı **BP*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhərində hərəkətdə olarkən YPX əməkdaşları saxla əmri verərək avtomobilini saxlatmışlar. Avtomobilini yolun sağ zolağında saxladıqdan sonra YPX inspektoru R sonradan adını bildiyi X1 avtomobilinə yaxınlaşaraq, ondan sənədlərini tələb etmişdir. O, YPX əməkdaşından saxlamağın səbəbini soruşduqda, avtomobilin alın şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtük (plyonka) vurulması olduğunu bildirmişdir. O isə ona həmin örtüyün eninin 15 sm-dən az olduğunu buna isə qanunla icazə verildiyini bildirmişdir. Buna baxmayaraq, YPX ispektoru, R X1 ondan həmin örtüyün ban şüşədən çıxarılmasını tələb edərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində qanunsuz olaraq ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol tərtib edərək barəsində yerindəcə 150 manat inzibati cərimə olunmağına dair TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etdi. Halbuki, o, YPX əməkdaşına etiraz edərək protokolla razılaşmadığını, bu protokolun qanunsuz olduğunu bildirmişdir. Barəsidə tərtib olunmuş protokol və onun əsasında verilmiş qərar əsassızdır. Belə ki, IXM-in 342.2.4-cü maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi” Qaydasının 3.1-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15 sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, şikayətin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Zaqatala rayonu Yol patrul xidməti inspektoru, R X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında qeyd edir ki, şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətini əsaslandırarkən etiraf etmişdir ki, avtomobilin alın şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtük vurmuşdur. Lakin Qərardan şikayət verən orqan (şəxs) şikayətində həmin örtüyün hündürlüyünün 15 sm-dən az olduğunu və icazə verildiyini bildirmişdir. Deməli, inzibati xətaya dair hərəkət mövcuddur. Məhkəmə isə qərarını əsaslandırarkən qeyd etmişdir ki, səlahiyyətli orqan tərəfindən həmin avtomobilin ban şüşələrində çəkilmiş plyonkanın həcminin 15 sm-dən artıq olmasına dair sübut da təqdim edilməmişdir. Lakin onun tərəfindən məhkəməyə diskdə video görüntülər təqdim edilmişdir. Həmin video görüntülərə məhkəmə iclası zamanı baxış keçirilmişdir. Məhkəmə iclasda baxılmış video görüntüləri öz qərarında qeyd etməmiş, təqdim edilmiş həmin sübutun adını isə məhkəmə qərarında çəkməmişdir. Halbuki, məhkəmə iclasında avtomobilə qanunsuz olaraq vurulmuş örtüyün olmasını və həmin plyonkanın həqiqətən də 15 sm-dən artıq olmasını göstərən video görüntülər CD-disk vasitəsi ilə təqdim edilmişdir. Məhkəmə bu sübutu araşdırmadan qanunsuz qərar qəbul etmişdir. Həmin video görüntüdən isə görünür ki, avtomobilin alın şüşəsinə çəkilmiş plyonkanın hündürlük səviyyəsi zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlük səviyyəsindən də hündürdür. Bu o deməkdir ki, həmin plyonkanın hündürlüyü 15 sm-dən çoxdur. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Zaqatala rayonu Yol patrul xidməti inspektoru, R X1 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan ## ### 2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə etdiyi “VAZ 21150” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə dair səlahiyyətli orqan hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, Zaqatala rayonu Yol patrul xidməti inspektoru, R X1 tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus nişanlı avtomobilin ön şüşəsinin yuxarı hissəsinə plyonka çəkilmişdir. Lakin video görüntüdən plyonkanın avtomobilin günlüklərinin hündürlüyü səviyyəsini keçməsin müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydaları”nın 3-cü bəndindən görünür ki, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Ona görə də apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üzrə ərizəsini təmin etməkdə haqlı olmuşdur. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 31.1-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. IXM-in 31.2-ci mаddəsinə əsasən, fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş şəxs Zaqatala rayonu Yol patrul xidməti inspektoru, R X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş şəxs Zaqatala rayonu Yol patrul xidməti inspektoru, R X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-361/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-361/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver