Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-362/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızının iştirakı ilə, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim H.Səlimov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-inn) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İXM-in 528.1-ci maddəsi ilə MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icra sənədinə əsasən tələbkar X1 ödəməli olduğu 2004 manat aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Birinci instasiya məhkəməsinin məhkəmə iclasında Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)- ****/**** nömrəli icra sənədinə əsasən ## ######## 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, ## #### 2016-cı ildə anadan olmuş X3 və ## ###### 2020-ci ildə anadan olmuş X4 üçün iddiaçı X1 xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,32 misli həddində sabit pul məbləğində aliment ödəməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı tələbkara olan borcunu ödəməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızının barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Balakən Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci-ci il tarixli icra sənədinə əsasən ## ######## 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, ## #### 2016-cı ildə anadan olmuş X3 və ## ###### 2020-ci ildə anadan olmuş X4 üçün iddiaçı X1 xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,32 misli həddində sabit pul məbləğində aliment ödəməlidir. İş yeri və maddi imkanı olmadığına görə tələbkara olan aliment borcunu ödəyə bilməmişdir. Az müddətdir ki, işə başlamışdır. 300 manat ödəniş etmişdir. Qalıq borcu da hissə-hissə ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs X1 nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(019)-1134/2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızından ## ######## 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, ## #### 2016-cı ildə anadan olmuş X3 və ## ###### 2020-ci ildə anadan olmuş X4 üçün iddiaçı X1 xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,32 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu ödəməmiş və hazırda onun 2004 manat aliment borcu vardır. Barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı həmin qərardan şikayət verərək Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı şikayətini onunla əsaslandırmışdır ki, ona dəfələrlə xəbərdarlıq edilmiş, məcburi gətirilmə və axtarış barədə qərarlar qəbul edilmişdir. Lakin iş materiallarında həmin sənədlərin şəxsən ona təqdim olunmasını, onun onları qəbul etməsini və ya onlardan xəbərdar olmasını təsdiq edən mötəbər sübutların mövcud olmadığını, ona hər hansı xəbərdarlıq edilmədiyini, barəsində məcburi gətirilmə və axtarış elan olunmasından xəbərinin olmadığını bildirmişdir. Keçmiş əri Tural Kazımov və anasının övladlarına görüşməsinə imkan vermədiklərini, ona görə övladları ilə ünsiyyət üçün Balakən rayon məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə müraciət etdiyini, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadına əsasən ərizəsinin qismən təmin edildiyini qeyd etmişdir. Bundan sonra Balakən rayon İcra və Probasiya şöbəsinə yaxınlaşaraq müraciət etdiyini, ünsiyyətlə bağlı qərardadın icrasına kömək edilməsini həmin şöbənin rəisindən xahiş etdiyini, orada yenə barəsində axtarış elan olunması barədə məlumat verilmədiyini bildirmişdir. Şikayətçi Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi Ramin Quliyevin ona ##.##.2026-cı il tarixdə gəlməli olduğunu bildirdiyini, həmin tarixdə getdikdə növbəti gün gəlməyi tapşırdığını qeyd etmişdir. O, həmin şöbədə izahat yazaraq işləməyə başladığını, ilk əmək haqqından 300 manat aliment ödədiyini, bundan sonra gecikməyə yol vermədən alimenti ödəyəcəyini, həmçinin 6 ay ərzində əvvəldən yığılmış aliment borcunu hissəhissə ödəyəcəyini qeyd etmişdir. Ona növbəti gün yenidən Balakən rayon İcra və Probasiya şöbəsinə gəlmək tapşırıldığını, ##.##.2026-cı il tarixdə həmin şöbəyə getdiyi zaman onu Balakən Rayon Məhkəməsinə apararaq orada 500 manat cərimə etdirdiklərini bildirmişdir. Şikayətçi əgər axtarışda olduğunu bilirdisə, necə ola bilərdi ki, Balakən Rayon Məhkəməsinə və Balakən rayon İcra və Probasiya şöbəsinə dəfələrlə gələrək övladları ilə görüş əldə etməyə cəhd etsin. Şikayətçi Balakən rayonunun Sarıbulaq kəndində qeydiyyatda olsa da, uzun müddətdir Bakı şəhərində yaşadığını, icra məmurları və digər aidiyyəti şəxslərin onun faktiki yaşayış yerini müəyyən etməyə çalışmadığını, onunla əlaqə yaratmaq üçün kifayət qədər tədbirlər görmədiklərini bildirmişdir. Şikayətçi ona heç bir xəbərdarlıq təqdim edilmədiyini, barəsində axtarış elan olunması barədə məlumat verilmədiyini, barəsində axtarış elan olunmasından və məcburi gətirilmə barədə qərarlardan xəbərsiz olduğunu qeyd etmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və barəsində İXM-in 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşdə olan Balakən Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən ## ######## 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, ## #### 2016-cı ildə anadan olmuş X3 və ## ###### 2020-ci ildə anadan olmuş X4 üçün cavabdeh Kazımova Xumar İsa qızından iddiaçı X1 xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,32 misli həddində sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 60 manat mediasiya xərcinin cavabdeh Kazımova Xumar İsa qızından alınıb iddiaçı X1 ödənilməsi qərara alınmışdır. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızına 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İşdə olan borclunun məcburi gətirilməsi haqqında ##.##.2026-cı il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədini icrası ilə əlaqədar ünvan 2 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı məcburi qaydada Balakən rayon İcra və Probasiya şöbəsinə gətiriılməsi qərara alınmışdır. İşdə olan borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, borclu, ##.##.1995-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı barəsində axtarış elan edilmişdir. İşdə olan borclunun məcburi gətirilməsi haqqında ##.##.2026-cı il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı məcburi qaydada Balakən rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan bildirişdən, ##.##.2025-ci,##.##.2026-cı,##.##.2026-cı il tarixli xəbərdarlıqlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızından müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədindəki tələblərin üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın obyekti məhkəmə və digər dövlət orqanlarının qərarlarının vaxtında və maneəsiz icra olunmasını təmin edən ictimai münasibətlər, obyektiv cəhəti isə icra məmurunun qanuni tələblərinin qəsdən yerinə yetirilməməsi və ya məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsidir. İş materiallarının araşdırılmasından görünür ki, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı yetkinlik yaşına çatmayan övladları – ## #### 2016-cı il təvəllüdlü X3 və ## ###### 2020-ci il təvəllüdlü X4 üçün tələbkar X1 xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,32 misli həddində sabit pul məbləğində aliment ödəməlidir. Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya icranı könüllü təmin etmək təklif olunsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı üzrsüz səbəbdən icra sənədinin tələblərini yerinə yetirməmiş və nəticədə 2004 manat məbləğində aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızının apellyasiya şikayətində icra məmurunun xəbərdarlıqlarından, məcburi gətirilmə və axtarış barədə qərarlarından xəbərsiz olması, faktiki Bakı şəhərində yaşaması və sonradan 300 manat ödəniş etməsi ilə bağlı irəli sürdüyü dəlillər məhkəmə tərəfindən əsassız hesab olunur və müdafiə xarakteri daşıyır. Belə ki, iş materiallarında mövcud olan ##.##.2025-ci, ##.##.2026-cı və ##.##.2026-cı il tarixli rəsmi xəbərdarlıqlar, habelə borclunun qanuni tələblərdən yayınması səbəbindən qəbul edilmiş ##.##.2026-cı və ##.##.2026-cı il tarixli məcburi gətirilmə, eləcə də ##.##.2026-cı il tarixli axtarış haqqında qərarlar borclunun məhkəmə qərarının icrasından qəsdən boyun qaçırdığını və icra məmurunun qanuni tələblərinə etinasız yanaşdığını subut edir. Şəxsin yaşayış yerini dəyişməsi onu məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment ödəmək barədə qanuni vəzifədən azad etmir və icra prosesindən yayınmağa bəraət qazandırmır. Həmçinin, uzun müddət ərzində yaranmış borcun fonunda inzibati xəta haqqında protokol tərtib edildiyi ərəfədə cəmi 300 manat ödənilməsi xəta tərkibini aradan qaldırmır və əməlin inzibati məsuliyyət doğurmasını istisna etmir. İXM-in 76-cı və 84-cü maddələrinin tələblərinə görə, hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəsmi sənədlərini, bildiriş və xəbərdarlıqları, tərəflərin izahatlarını düzgün təhlil edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızının əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin mövcudluğu barədə tam qanuni qənaətə gəlmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızına təyin edilmiş inzibati tənbeh məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sanksiya həddində müəyyən edilmiş 500 manat məbləğində inzibati cərimə tənbehi törədilmiş xətanın xarakterinə, borclunun şəxsiyyətinə və işin hallarına tam uyğundur. Həmin tənbeh növü İXM-in tələblərinə müvafiq olaraq, xəta törətmiş şəxsin qanunlara riayət etməsi ruhunda tərbiyə olunması və yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədlərinə xidmət edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yekun nəticəyə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alan və ya qərarın ləğv edilməsini tələb edən hər hansı maddi və prossesual hüquq normasının pozuntusu aşkar edilməmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin qanuni və əsaslı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Balakən Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla belə məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızına təyin edilmiş 500 ( beş yüz) manat məbləğində cərimə cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızına qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa qızı tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-362/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-362/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver