Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-364/2026 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim R.Cəfərova) Qərardan şikayət verən orqan (şəxs) Yevlax rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı ******* saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP seriaylı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu, Yol Patrul Xidməti İspektoru R X3 tərəfindən ##.##.2026-cı il tarixində İXP seriyalı ******* nömrəli qərarla barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xətanın törədildiyi yəni, işıqforun və nizamlayıcının qadağan edici işarəsi verilərkən hərəkətin davam etdirilməsi xətası ilə o 100 manat cərimə edilmişdir. O, bütün bunlarla razı deyildir. Aşağıdakı əsaslar ilə hesab edir ki, qərar ləğv edilməlidir. Bildirir ki, qırmızı işıqda keçməmişdir. Bu tam yalan və əsassız bir məlumat çərçivəsində qəbul olunmuş bir qərardır. O, yol hərəkəti qaydalarını pozmamışdır. Barəsində yalnış məlumat çərçivəsində bu şəxs onunla qərəzliliyi əsasında hazırki qərarını yazmışdır. Qeyd etdiyi nüans və hallar məhkəmə qaydasında araşdıralacağını istəmişdir. Yol polisi əməkdaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində əsassız olaraq İXP8088433 saylı inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis İdarəsinin cavabından narazı qaldığı üçün, ##.##.2026-cı il tarixli, TP seriaylı ******* nömrəli inzibati qərardan şikayət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir İnzibatı Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən isə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxan səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis İdarəsi tərəfindən barəsində çıxarılmış ##.##.2026-cı il tarixli, TP seriaylı ******* nömrəli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) qərardan verdiyi şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq yol hərəkəti qaydasını pozmadığını, işıqforun yaşıl işığı yandıqdan sonra yola daxil olduğunu, üstünlük hüququnun qarşıdan gələn avtomobildə olmasını bilmiş, aralarında olan məsafəni nəzərə alaraq, dönmə işığını yandıraraq yoluna davam etmişdir. Üstünlük hüququ olan avtomobilin əyləci basmasına münasibətdə isə hər bir sürücünün edə biləcəyi hərəkət olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən X3 izahat verərək bildirmişdir ki, təqdim edilmiş video görüntüdən də göründüyü kimi, dayandıqdan sonra inspektor yaxınlaşıb əvvəlcə özünü təqdim etmiş, hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu və onun tərəfindən verilmiş qərarın ləğv edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) oğlu Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) oğlu şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixində Yevlax şəhəri Nizami küçəsi ilə hərəkət edərək sola Heydər Əliyev prospektinə dönmək məqsədi ilə işıqforun yaşıl işığında olmaq şərti ilə yolun sol hissəsini tutmuşdur, lakin qarşısında bir ədəd avtomobil sola dönürmüşdür. Həmin avtomobil sola döndükdən sonra qarşıdan başqa bir avtomobil gəlirmiş. O, yaşıl işığın hələ də yandığını görmüş və dönmək imkanının olduğunu düşünərək dönərkən, arxadan Volvo markalı ** YP *** dövlət nömrəsi olan polis maşını onu saxlatdırmışdır. R X3 ona yaxınlaşaraq sürücülük vəsiqəsini tələb etmiş və nə üçün saxlatdığını soruşduqda, yol hərəkəti qaydasını pozduğunu, qarşıdan gələn avtomobili buraxmayıb qəza şəraiti yaratdığını bildirmişdir. Ərizəçi bütün bunların video qeyddə aydın göründüyünü, lakin Yevlax şəhərində məhkəmə olan zaman məhkəmənin kompüterinin işləmədiyini, inspektorun öz telefonunda video qeydin olduğunu söylədiyini, lakin inspektorun telefonundakı video qeyddə aydın heç nə başa düşülmədiyini qeyd etmişdir. O, məhkəmədən yenidən diskin tələb edilib kompüterdə baxılmasını və yazılan cərimənin ləğv edilməsini xahiş etmişdir. Ərizəçi ali təhsilli avtomobil mütəxəssisi olduğunu, küçə hərəkət qaydalarını cərimə edən Rndan heç də az bilmədiyini bildirmişdir. O, ərizəsinə düzgün reaksiya verilərək cəriməsinin ləğv edilməsini və inspektorun lazımi qaydada tənbeh edilməsini xahiş etmişdir ki, bir daha belə haqsızlığa yol verməsin. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş orqannın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndəninn iştirakı olmadann baxımasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yevlax rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.##.2026- cı il tarixdə saat 12:38-də Yevlax rayonu Nemətabad kəndində “Mercedes Benz E270 CDI minik” markalı ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozması nəticəsində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Yevlax rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP seriaylı ******* nömrəli inzibati xəta haqqında Qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 12:38-də Yevlax rayonu Nemətabad kəndində “Mercedes Benz E270 CDI minik” markalı ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 1 ədəd CD diskdə yüklənmiş video faylı faylda olan texniki nasazlıq səbəbindən tədqiq etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Yevlax Rayon X1 Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş TP seriyalı ******* saylı qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məsuliyyətə cəlb edilməsi məsələsi üzrə birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı aşağıda qeyd edilən səbəblərə görə yenidən araşdırılmalıdır. Belə ki, iş materiallarından və birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş videoyazı tədqiq edilmiş və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, protokolu tərtib etmiş vəzifəli şəxsin izahatları ilə birlikdə qiymətləndirilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan CD diskdəki videoyazını texniki nasazlıq səbəbindən tədqiq edə bilməmiş, bu səbəbdən də birinci instansiya məhkəməsinin videoyazıya əsaslanan qənaətlərinin düzgünlüyünü yoxlamaq imkanından məhrum olmuşdur. Həmçinin, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsdə birinci instansiya məhkəməsinin iclasında iş materiallarında olan CD diskdəki videoyazını texniki nasazlıq səbəbindən tədqiq edilmədiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi, o cümlədən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, üstünlük hüququna malik olan nəqliyyat vasitəsinə yol verilməməsi faktı mübahisə mövzusu olduğu üçün məhkəmənin gəldiyi yekun qənaət birmənalı, əsaslandırılmış və şübhə doğurmayan sübutlarla təsdiqlənməsi zəruridir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin işıqforun yaşıl işığında hərəkətdə olduğuna dair ardıcıl izahatları, əks tərəfin protokolu tərtib etmiş vəzifəli şəxsin əks mövqeyi ilə açıq surətdə ziddiyyət təşkil etdiyindən, bu ziddiyyətin aradan qaldırılması yalnız hadisənin obyektiv qeydə alınmış görüntüsünün tam və dəqiq tədqiqi yolu ilə mümkündür. Videoyazının məzmunu araşdırılmadan qalması şəraitində məhkəmənin tərəflərdən hansının izahatına üstünlük verməsi fərziyəyə əsaslanmış olardı ki, bu da inzibati məsuliyyətə cəlbetmənin əsaslı və qanuni olması tələbi ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Videoyazının apellyasiya instansiyasında texniki səbəbdən tədqiq edilə bilməməsi nəticəsində məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin apellyasiya şikayətində irəli sürdüyü, işıqforun yaşıl işığında hərəkətdə olduğuna dair dəlillərini bu sübutla təkzib və ya təsdiq etmək imkanına malik olmamışdır. Bu isə apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulan hərtərəfli, tam və obyektiv araşdırma prinsipinə uyğun şəkildə müstəqil qiymətləndirməsinə maneə yaradır. Məhkəmə həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərarında videoyazının məzmunu ilə bağlı edilmiş qiymətləndirmə kifayət qədər ətraflı əks olunmamış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin işıqforun yaşıl işığında hərəkət etdiyinə dair ardıcıl və konkret dəlilləri barəsində əsaslandırılmış mövqe formalaşdırılmamışdır. Bu hal isə, videoyazının apellyasiya instansiyasında təkrar tədqiq edilə bilməməsi ilə birlikdə qiymətləndirildikdə, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların tam aşkar edilib-edilmədiyi barədə əsaslı şübhə yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mövcud videoyazının texniki vasitələrlə bərpa edilməsi və ya digər üsullarla onun məzmununun aydınlaşdırılması, habelə tərəflərin dəlillərinin bu sübutla birgə təkrar qiymətləndirilməsi yalnız birinci instansiya məhkəməsi tərəfindən, işin yenidən baxılması zamanı təmin edilə bilər. İXM-in 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta barədə iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-364/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-364/2026
08.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver