Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-366/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Qərarından şikayət verilən orqan nümayəndəsi X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən A.Mövlayev), ##.##.1978-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X15 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin Şöbəyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Işin halları: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X15 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “digər çoxillik bitkilərin becərilməsi” (kod: 01290) fəaliyyət növü ilə məşğul olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən barəsində ##.##.2026-cı il tarixdə MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” elektron qərar qəbul edilərək o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Onun sözügedən maddə ilə təqsirli bilinib cərimə edilməyinə səbəb kimi onunla X12 arasında minimum əmək haqqından aşağı məbləğə əmək haqının mövcud olması qeyd edilmişdir. Adı qeyd edilən şəxslə ehtiyyat hissələrinin satışı ilə məşğul olarkən müqavilə bağlanmış, fəaliyyət növünü dəyişdirib hazırkı fəaliyyət növü ilə məşğul olduğu tarixdən onunla arasında bağlanmış əmək müqaviləsi qüvvədən düşmüşdür. O “Digər çoxillik bitkilərin becərilməsi” fəaliyyət növü ilə məşğul olduğu üçün X12 arasında bağlanmış əmək müqaviləsi qüvvədən düşmüşdür. Fəaliyyət növünü dəyişdiyi müddətdən X12 da müstəqil əmək fəaliyyəti ilə məşğul olaraq ondan ayrılmışdır. Bütün bunları X12 özü də təsdiq edir. Ona görə də barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, fəaliyyət növünü dəyişdiyi müddətdən X12 da müstəqil əmək fəaliyyəti ilə məşğul olaraq ondan ayrılmışdır. Bütün bunları X12 məhkəməyə ünvanladığı ərizədə özü təsdiq edir. Bundan başqa, X12 ##.##.2014-cü il tarixdən vergi ödəyicisi kimi vergi uçotuna alındığı müəyyən olunmuşdur. Onun tərəfindən ##.##.2026-cı il tarxdə X12 ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Həmin işçi ilə olan müqavilə formal olaraq elektron sistemdə qalıbsa, bu, o demək deyil ki, o, həmin şəxsi işlətmiş, ona minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı vermişdir. Inzibati xəta üzrə araşdırma zamanı həmin işçilərin başqa yerdə işləyib işləməmələri, onların formal olaraq elektron sistemdə onun işçisi kimi qalmaları barədə yoxlama aparılmamışdır. Göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasın Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025ci il ######ın #-dən 400 manat müəyyən edilib. Belə olan halda, işçi ilə işəgötürən arasında yaranan əmək münasibətlərinə davam etməsi öz təsdiqini tapdığı üçün adıçəkilən işçinin aylıq əmək haqqının 136.00 manat məbləğində müəyyən edilməsi IXM-in 192.3-cü maddəsində nəzərdə tutulan hüquqpozuntusunun törədilməsi hesab edilir. Odur ki, X6 Xidmətinin X15 ##.##.2026-ci il tarixli, MN ******* nömrəli qərarı qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmalıdır. Belə ki, Şöbə tərəfindən “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən X3 tərəfindən sistemə daxil edilmiş əmək müqaviləsi bildirişlərində əmək haqqı məbləğinin minumum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il yanvar ayının 1-dən respublika üzrə minumum əmək haqqının məbləği 400 manat müəyyən edilməsinə baxmayaraq, əmək müqaviləsi bildirişindən görünür ki, onun əmək haqqı 136 manat təşkil etmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməməsi nəticəsində öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. Həmin Məcəllənin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X15 ##.##.2026-ci il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarı tam qanuni və əsaslıdır. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Inzibati xəta haqqında qərar qəbul etmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan X12 ilə bağlanmış əmək müqavilələrinə əsasən müəyyən olunur ki, hər bir işçiyə münasibətdə tam iş vaxtı müəyyən edilmiş, hər ay 136 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. X12 münasibətdə onunla bağlanmış və inzibati tənbeh vermə haqqında qərar tərtib olunduğu vaxtda qüvvədə olan əmək müqaviləsinə əsasən işəgötürən tərəfindən qanunvericilikdə müəyyən edilmiş minimum məbləğdən az məbləğdə əmək haqqı verilməsi ilə qanunvericiliyin tələbinin pozulması faktı müəyyən edilmişdir. X3 tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməməsi nəticəsində işçinin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. X3 əməlində IXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Eyni zamanda, X3 Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, IXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. X3 təqsiri yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sənəd və dəlillərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və X6 Xidmətinin X15 ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X15 ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X3 IXMin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 1.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildiriş”indən görünür ki, X3 (VÖEN: **********) ilə X12 arasında ##.##.2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi üzrə işçinin aylıq əmək haqqı 136.00 manat məbləğində müəyyən edilmişdir. - Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məlumatdan görünür ki, X3 əsas fəaliyyət növü “digər çoxillik bitkilərin becərilməsi” (kod 01290) kimi qeyd edilmişdir. - Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən verilmiş ##.##.2026-ci il tarixli məlumatdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən X12 (VÖEN: **********) ##.##.2014-cü il tarixdən vergi uçotuna alınması və fəaliyyətinin aktiv olması barədə məlumat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayətçi X3 əsas fəaliyyət növü “digər çoxillik bitkilərin becərilməsi” (kod 01290) kimi qeyd edilmiş, onun işçisi olmuş X12 isə ##.##.2014-cü il tarixdən vergi uçotuna alınmış və fəaliyyətinin aktiv olması barədə məlumat müəyyən edilmişdir. X12 ilə X3 arasında faktiki əmək münasibətləri olmamış və bu səbəbdən işçi işə cəlb edilmədiyindən əmək haqqı hesablanmamış, eyni zamanda işçi tərəfindən boşdayanmaya görə ödəniş edilməsi barədə vəsatət daxil olmamışdır. Göründüyü kimi, işəgötürənlə işçi arasında faktiki olaraq əmək münasibətlərinin olması iş materialları ilə müəyyən edilmir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında vəzifəli şəxs X3 X5 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X15 ##.##.2026-ci il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi əsaslarını konkret olaraq sadalamasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi apellyasiya şikayətində həmin halları təkzib edəcək dəlil irəli sürməmiş və şikayətə hər hansı sənədi əlavə etməmişdir. Iş materiallarında olan sənədlərlə təsdiq edilir ki, X3 əsas fəaliyyət növü “digər çoxillik bitkilərin becərilməsi” (kod 01290) kimi qeyd edilmiş, onun işçisi olmuş X12 isə ##.##.2014-cü il tarixdən vergi uçotuna alınmış və fəaliyyətinin aktiv olması barədə məlumat müəyyən edilmişdir. X12 ilə X3 arasında faktiki əmək münasibətləri olmamışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) Tehran Qədiməliyevə minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının ödənilməsi ilə bağlı səlahiyyətli inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Ona görə də apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi X3 barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üzrə ərizəsini qismən təmin etməkdə haqlı olmuşdur. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 31.1-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. IXM-in 31.2-ci mаddəsinə əsasən, fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-366/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-366/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver