Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-368/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xətaq haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-167)-465/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim Z.Məmmədova) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-96/2025- *** nömrəli ##.##.2026-cı il tarixli icra sənədini icra etmədiyinə görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində İXM-in 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir.. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru Hikmət Darçınov izahatında göstərmişdir ki,Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- **/****-*** nömrəli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 200000 manat məbləğində borc və 490 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Zaqatala Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarına əsasən, həmin borcdan 50000 manat məbləğində avtomobil verərək tələbkarla razılıq əldə edilmiş, lakin qalan 150 000 manat borcun ödənilməsi təmin edilməmişdir. Hazırki vəziyyətdə borclu bacısının adına qeyri-yaşayış obyektinin olduğunu, borcun əvəzində onun satılaraq ödənilməsinə mülkiyyətçinin razı olduğunu və ona etibarnamə verildiyini bildirmişdir. Tələbkar şikayətçi olduğundan onun həmin hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs borcun tam şəkildə ödənməsini tələb etmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, həqiqətən də o, məhkəmə qərarından xəbərdardır. Borcun bir qismini ödədiyini, qalan ödənişi də edəcəyini bildirmişdir. O, bank hesablarının üzərinə vergi xidməti tərəfindən həbs qoyulduğunu, hesablar üzərində əməliyyat apara bilmədiyini qeyd etmişdir. O, bacısının mülkiyyətində olan əmlak kompleksinə borcunun yönəldilməsinə bacısı tərəfindən razılıq verildiyini, lakin bunun üçün vaxt tələb edildiyini bildirərək ona vaxt verilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, icra sənədini icra etməkdən yayınmır, lakin hazırki vəziyyətdə icra etməsi qeyrimümkündür. Həmçinin, bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin qərarından verdiyi şikayət üzrə Şəki Apellyasiya Məhkəməsinin icraatında *-*(***)-***/**** nömrəli iş vardır. Həmin işə baxılıb ədalətli qərar verilən kimi bank hesablarının üzərində olan inkasso sərəncamı götürüləcəkdir. O zaman borcunu ödəyə biləcəkdir. Hal-hazırda ödəmə imkan heç cür yoxdur. Bacısının verdiyi əmlakı da öz adına həmin hallara görə keçirə bilmir. Məhkəmədən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-**/****-*** nömrəli icra vərəqəsinin icrasından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəsdən yayınır. Onun başqasının adına qeydə alınmış əmlakları var, lakin o borcunu ödəmək istəmədiyindən həmin əmlaklar barədə sərəncam vermir. Hazırda təklif olunan əmlakın dəyəri 20 000 manatdan çox deyil və o icra sənədi üzrə borcu tam ödəyəcək həcmdə deyil. Ötən dəfə protokol tərtib edilərkən borc əvəzi maşın təklif olundu və maşın üçün 50000 manat silindi, amma heç o maşının dəyəri də 40 000 manat etmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs seçildiyi halda icra sənədi üzrə borcunu ödəməyə başlayacağını bildirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs seçilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Zaqatala rayon İcra və Probasiya Şöbəsinin məhkəməyə təqdim etdiyi protokola əsasən Zaqatala Rayon Məhkəməsi sonuncu barədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə və Şəki Kommersiya Məhkəməsinin e*-*(***)-**/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinin icrasından və Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsindən 3 aydan artıq müddətin keçməsinə, həmçinin həmin şəxsə icra məmuru tərəfindən 10 gün müddətində könüllü müddət verilməsindən uzun müddət keçməsinə, borclunun mülkiyyətində ödəməyə yönəldilə biləcək əmlakın olmamasına (icra sənədinin icrasından yayınmaq məqsədilə qəsdən əmlakların öz adından ailə üzvlərinin adına keçirdiyi), borclunun 2024-2025-ci illər ərzində ölkə hüdudlarından kənara Dubaya istirahət məqsədilə getməsinə, borclunun hal-hazırda tələbkara 160.490 manat borcunun olmasına, həmçinin borclunun dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq inzibati protokolu təmin etmədiyinə və heç bir əsas olmadan inzibati icraata xitam verildiyinə görə şikayət etmişdir. Şikayətçi barəsində inzibati icraat aparılan şəxs – borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu əməlin İXM-in 528.1-ci maddəsinə uyğun olduğunu və həmin maddənin sanksiyasında 1 ayadək inzibati həbsin nəzərdə tutulduğunu bildirmişdir. Lakin, işə baxan Zaqatala Rayon Məhkəməsinin heç bir əsas olmadan (uzun müddət keçməsinə baxmayaraq və borclunun 160.490 manat borcunun olmasına, yəni icra sənədini tam olaraq icra etməməsinə görə) inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati protokolu təmin etmədiyini və inzibati icraata xitam verdiyini qeyd etmişdir. Şikayətçi sonuncunun törətmiş olduğu inzibati xətaya görə daha ağır inzibati məsuliyyətə cəlb olunmalı və barəsində ən yuxarı həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli olduğunu bildirmişdir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin e*-*(***)-**/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinin icrasından və Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsindən 4 aydan artıq müddətin keçməsinə və həmçinin həmin şəxsə icra məmuru tərəfindən 10 gün müddətində könüllü müddət verilməsindən uzun müddət keçməsinə, borclunun mülkiyyətində ödəməyə yönəldilə biləcək əmlakın olmamasına (icra sənədinin icrasından yayınmaq məqsədilə qəsdən əmlakların öz adından ailə üzvlərinin adına keçirdiyi), borclunun 2024- 2025-ci illər ərzində ölkə hüdudlarından kənara Dubaya istirahət məqsədilə getməsinə, həmçinin borclunun dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra işi üzrə məhkəmə qərarını icra etmədiyini və qərarın icrasına hörmətsiz yanaşdığını bildirmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-167)-465/2026 iş nömrəli qərarının barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati protokolun təmin edilməməsi, inzibati icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini və sonuncunun 1 ay müddətə inzibati qaydada həbs olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətaq haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək şikayətin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan zərərçəkmiş şəxs və Zaqatala rayonu üzrə icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan X1 ərizəsindən görünür ki, o qardaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 150 000 manat borcu müqabilində 150 000 manat dəyərində olan reyestr nömrəsi 402011002331-06301 olan əmlakının Zərərçəkmiş şəxs təklif etmişdir. İş materiallarında olan “xxxx” şirkəti tərəfindən Fatmey Balayevaya ünvanlanmış məktub və qiymətləndirici rəyindən görünür ki, reyestr nömrəsi 402011002331- 06301 olan ********** qeydiyyat nömrəli ##.##.2026-cı il qeydiyyat tarixli Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən icarədə olan 0,0168 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 148.75 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar və likvid dəyəri 150 000 manat təşkil edir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər üçün məcburidir Məhkəmə aktının qətiliyi prinsipi onun məzmununun borclu tərəfindən özbaşına şəkildə dəyişdirilməsini, subyektiv səbəblərlə gecikdirilməsini və ya ondan birtərəfli qaydada imtina edilməsini qətiyyən istisna edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilir. İşdə olan sənədlərindən görünür ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/****-*** nömrəli qanuni qüvvəyə minmiş icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 200 000 manat borc və 490 manat dövlət rüsumu tutulmalıdır. Həmin borcun yalnız 50 000 manatlıq hissəsi əvəzləşdirilmiş, yerdə qalan 150 490 manat borc isə uzun müddət keçməsinə və icra məmurunun rəsmi xəbərdarlıqlarına baxmayaraq ödənilməmişdir. Borclunun işləməməsi, bank hesablarına inkasso sərəncamlarının qoyulması və ya maddi imkanlarının zəif olması barədə gətirdiyi dəlillər onu qanuni qüvvəyə minmiş məhkəmə aktını qəti və tam icra etmək vəzifəsindən azad etmir. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddətdə icra edilməməsinə görə inzibati məsuliyyət və sanksiya qismində inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarına əsasən, bu növ işlərə baxılarkən məhkəmələr hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, borclunun icra sənədinin icrasından qərəzli şəkildə yayınıb-yayınmamasını və icra üçün mümkün vasitələrdən istifadə edib-etməməsini obyektiv qiymətləndirməlidirlər. İXM-in 76.1 və 84-cü maddələrinin tələblərinə görə, hakim işin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları müəyyən etmək məqsədilə sübutları onların məcmusu şəklində, hərtərəfli, tam və obyektiv surətdə öz daxili inamı ilə qiymətləndirməlidir. Zaqatala Rayon Məhkəməsi isə bu tələbləri pozaraq, mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, borclunun birtərəfli izahatlarına əsassız üstünlük vermişdir. Belə ki, birinci instansiya məhkəməsi borclunun bacısı X1 məxsus qeyri-yaşayış binasının borcun əvəzləşdirilməsi üçün təklif olunmasını və “xxxx” şirkətinin qiymətləndirmə rəyini əsas götürərək icraata xitam vermişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, mülkiyyət hüququ başqa şəxsə aid olan əmlakın borclunun öhdəliyinə birbaşa yönəldilməsinin real hüquqi mexanizmi, tələbkarın bu əmlakı qəbul etməyə razı olub-olmaması və ən əsası, bu təklifin borclunun icra sənədini qəsdən icra etməmək bəhanəsi daşıyıb-daşımaması tam və obyektiv araşdırılmamışdır. İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsinin tam və qəti siyahısı müəyyən edilmişdir. İş materiallarının təhlili göstərir ki, icra sənədinin icra edilməməsi faktı mövcuddur və borclunun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibini istisna edən, yaxud icraata xitam verilməsinə əsas yaradan hər hansı qanuni hal yoxdur. Birinci instansiya məhkəməsi borclunun icra sənədinin icrasından yayınmaq məqsədilə əmlaklarını qəsdən yaxınlarının adına keçirməsi və xarici ölkələrə istirahət səfərləri etməsi barədə tələbkarın irəli sürdüyü mühüm dəlilləri ümumiyyətlə tədqiq etməmişdir. İXM-in 76.1 və 84-cü maddələrinin tələblərinə görə, hakim işin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları müəyyən etmək məqsədilə sübutları onların məcmusu şəklində, hərtərəfli, tam və obyektiv surətdə öz daxili inamı ilə qiymətləndirməlidir. Zaqatala Rayon Məhkəməsi isə bu tələbləri pozaraq, mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, borclunun birtərəfli izahatlarına əsassız üstünlük vermişdir. Belə olan halda, İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olacaq dərəcədə prosessual qayda pozuntularına yol verildiyindən və mühüm faktlar aydınlaşdırılmadığından, qəbul edilmiş xitam qərarı qanunsuz və əsassız hesab edilərək ləğv olunmalı, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yeni məhkəmə baxışında birinci instansiya məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmalı, tərəflərin dəlillərini yenidən araşdırmalı və qanunauyğun qərar qəbul etməlidir. Sadalanan səbəblərə görə də işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeni əsaslı bilmir. Oxşar münasibətləri nizama salan İXM-in 53-cü maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilən hüquq normasının məzmunundan aydın olur ki, ararşdırılan iş üzrə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsinə səbəb ola biləcək hər hansı hal yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Bu baxımdan da apellyasiya instansiya məhkəməsi bu fikirdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, işləməməsi, madddi imkanının zəif olması sonuncunu borcu ödəmək vəzifəsindən azad etmir. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-in 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Ona görə də, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-368/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-368/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver