Məhkəmə qərarları › İş №3(3-10)-369/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-369/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-369/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən Azər Mövlayev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 1.437 manat və 34.37 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” MMC-yə ödənilməlidir. Icra sənədi ##.##.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlanılmış və icra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərizdə borclu tərəfindən borcun ödənilməsi təmin etməmişdir. Icra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, bank hesabları və həmin hesablarda pul vəsaitlərinin, iş yeri, əmək haqqı və pensiyasının, adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlakının, təsərrüfatında iri və xırdabuynuzlu mal-qaranın, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması müvafiq qaydada sorğulanmış, laki heç bir nəticə əldə olunmamışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə təyin olunmuş borcunu vaxtında tam şəkildə ödəməmiş, icra məmurunun çağırışlarından yayınmış, borcluya xəbərdarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından boyun qaçırmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinə gətirildi. Borcluya barəsində olan icra sənədləri və onların tələbi haqqında məlumat verildi, icra sənədinin icrasına münasibəti ilə bağlı borclunun izahatı alındı. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izhatında bildirdi ki, 300 manat ödəniş edə bilər, qalan borcunu avqust ayının sonuna kimi ödəyib qurtaracaq. Borclarını tam şəkildə ödəyə bilmir. Yalnız hissə-hissə ödəniş edə bilir. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, borcunda 510 manat ödəmiş və geri qalan borcunu qısa müddətə, yəni 1 ay ərzində tamamilə ödəyəcəkdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, icra şöbəsi tərəfindən borcluya könüllü müddətin verilməsinə baxmayaraq, borclu icra sənədi üzrə tələbi tam icra etməmişdir. Icra sənədi üzrə tələb xeyli müddətdir ki, icra edilməmiş və nəticə etibarı ilə tələbkarın şikayətinə əsas olmuşdur. Bu müddət ərzində icra sənədi üzrə tələbin icra etməməsinə heç bir üzürlü səbəb ola bilməz və məhkəmə bunu nəzərə almamışdır. Bundan əlavə, borclunun icra sənədi üzrə tələbin hissəvi şəkildə ödəməsi üçün icra üsulunun dəyişdirilməsi və ya hissəvi şəkildə ödənilməsinə dair hər hansı bir məhkəmə qərarı yoxdur. Borclu ilə icra sənədinin icrası ilə bağlı əlaqə zamanı dəfələrlə ödənişlə bağlı söz vermiş, icra etməmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Borclu 3 ildən artıqdır ki, axtarışda olub. Bir sözlə borclu icra məmurunun qanuni tələblərini qəsdən icra etməmiş, çağırışlara gəlməmiş və icra sənədi üzrə tələbi qəsdən icra etməmişdir. Borclu zəruri axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Məhkəmə qərar qəbul edərkən itirilmiş müddəti, hissəvi ödənişlə bağlı məhkəmə qərarının olmamasını, borclunun icra şöbəsinə axtarışla gətirilməsini və borclunun icra sənədi üzrə tələbi qəsdən icra etmədiyini nəzərə almamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 şikayətini onunla əsaslandırmışdır ki, icra sənədi ##.##.2022-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu tələbi könüllü müddətdə təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərinin tələblərini könüllü müddətdə təmin etməmiş, buna görə borclu barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borcluya məxsus bank hesabları və həmin hesablarda pul vəsaitinin, adına qeydə alınmış daşınar və daşınmaz əmlakın, iş yeri, əmək haqqı və pensiyasının, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması müvafiq qaydada sorğulanmış, sorğunun nəticəsində borclunun “xxxx” MMC-də avtobus sürücüsü vəzifəsində çalışdığı müəyyən olunmuşdur. Borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmış, icra məmurunun çağırışlarına gəlməmiş, işlədiyi, əmək haqqı olduğu halda məhkəmə qətnaməsinin icrasına laqeyd yanaşmış, qeydiyyatda olduğu ünvanda yaşamadığı və faktiki yaşadığı ünvanı müəyyən etmək mümkün olmadığı üçün icra məmurunun ##.##.2023-cü il tarixli qərarı ilə axtarışa verilmişdir. Borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddətdən sonra – ##.##.2026-cı il tarixində yeri müəyyən olunaraq polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə gətirilmişdir. Borcluya barəsində tərtib olunmuş icra sənədi və onun tələbləri haqqında məlumat verilmiş, icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini ödəməsi tələb olunmuşdur. Icra sənədinin icrasına münasibəti ilə bağlı borclunun izahatı alınmı, borclu izahatında bildirmişdir ki, icra sənədindən xəbəri olmuş, əvvəllər ödəniş etmiş, lakin dəqiq məbləğini bilmir, əvvəllər müxtəlif sahələrdə çalışmış, hal-hazırda “xxxx” MMC-də sürücü vəzifəsində çalışır, aylıq əməkhaqqı 400 manatdır, həmin gün 300 mant məbləğində ödəniş edə bilər, geri qalan bütün borcunu bu ilin avqust ayına kimi tam şəkildə ödəyib qurtacaq. Borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə 1471.37 manat borcun və 100.59 manat icra ödənişinin tam şəkildə ödənilməsi təlb olunmuş, lakin o, buna kifayət qədər maddi vəsaitinin olmadığını bildirərək icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş icra sənədindən xəbərdar olsa da, icra sənədinin icrası istiqamətində hər-hansı hərəkət etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq icra məmurunun tələblərini yerinə yetirməkdən boyun qaçırmış, işlədiyi, qazancının olduğu halda qərəzli şəkildə 3 ildən artıq bir müddətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına Borclu tərəf iş üzrə zərərçəkmiş şəxsin – icra sənədi üzrə tələbkar tərəfin qarşısında olan öhdəliyini lazımınca dərk etməmiş, öz öhdəliyinə qarşı məsuliyyətsizlik göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu borclu olması və icra sənədi üzrə yaranmış borclarını ödəməməsi səbəbindən onun IXM-in 528.1-ci maddəsinə əsasən tənbeh olunmaması gələcəkdə icra sənədinin icra olunmasını şübhə altında saxlayır. Lakin onun inzibati tənbeh olunması, xüsusəndə inzibati qaydada həbs edilməsi icra sənədinin icra olunmasına müsbət təkan verəcəyi qaçılmazdır. Işdən göründüyü kimi borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhz barəsində inzibati xəta haqqında protokol tərtib olunub inzibati tənbeh olunacağı üçün təşvişə düşmüş və məhz bundan sonra icra sənədi üzrə borcundan 510 manat məbləğində ödəniş etmişdir. Lakin həmin tarixdən sonra icra sənədi üzrə geri qalan borcundan heç bir ödəniş etməmişdir. Bu da onu deməyə əsasə verir ki, borclu tərəfdə artıq tənbeh olunmayacağı ilə bağlı arxayınlıq yaranmışdır. Əgər borclu tərəf barəsində inzibati tənbeh tətbiq olunsaydı, o, icra sənədinin icrasından yayınmağa davam etdiyi müddətdə təkrar tənbeh olunacağı qorxusu ilə icra sənədinin icrasına daha məsuliyyətlə yanaşardı. IXM-in 528.1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun qeyd hissəsindən göründüyü kimi qanunun tələbinə görə barəsində inzibati xəta haqqında iş aparılan şəxs tələbi tam yerinə yetirdikdə məsuliyyətdən azad edilə bilər. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra sənədi üzrə toplam 1.471,37 manat borcundan cəmi 510 manat ödəniş etmişdir. Hal-hazırda da 961,37 manat borc və 100,59 manat icra ödənişi qalmaqdadır. Borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixindən sonra icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş, ödənişlə etmək fikrinin olmub-olmaması barədə heç bir məlumat verməmişdir. Hal-hazırda da icra sənədinin icra olunmasından yayınmağa davam edir. Həmçinin məhkəmə qərar qəbul edərkən borclu tərəfin icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu bildiyi halda, həmin qətnamənin icrasına açıq-aşkar uzun müddət laqeyd münasibət göstərməsini, icra məmurunun çağırışlarından uzun müddət yayındığını, yaşadığı ünvanı dəyişdiyini və faktiki yaşadığı yer haqqında icra məmuruna məlumat vermədiyini, buna görə də barəsində axtarış haqqında qərar qəbul olunduğunu, uzun müddət sonra polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq şöbəyə gətirilməsini nəzərə almamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclarının böyük bir qismini ödəmişdir. Eyni zamanda, borclu geri qalan borcları da ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırkı vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. verilməlidir. Işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi IXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin 4 ilə yaxın müddət ərzində heç bir ödəniş etməməsini, onun indiyədək borcun ödənilməsini qəsdən yubandırmasını, icra sənədini icra etməkdən aşkar surətdə boyun qaçırmasını, zərərçəkmiş şəxsin hələdə ondan şikayətçi olmasını nəzərə almamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ümumi borcdan 510 manat ödəniş olunması məhkəmə tərəfindən onun barəsində təyin ediləcək inzibati tənbeh tədbirindən yayınmağa yönəlmiş hərəktlər kimi qiymətləndirilməlidir. IXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı işdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 1.437 manat və 34.37 manat dövlət rüsumu borcunu qərəzli olaraq ödəmədiyinə görə müvafiq protokol tərtib edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati məsuliyyətin olmaması kimi nəticəyə gələrək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədi üzrə kifəyət qədər müddətin keçməsinə baxmayaraq, borcun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilməməsinin səbəblərini lazımı şəkildə araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş, ona görə də yuxarıda qeyd edilən halların araşdırılması mümkün olmamışdır. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.4-cü maddəsinə görə, bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. IXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar