Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-370/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs X1 Torabın, tərcüməçi İbrahimli Şükür Sahib oğlunun iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati protokol tərtib edilmiş şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim G.Quliyeva) “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşin halları: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı icra vərəqəsi üzrə yaranmış 21278,15 manat borcu ödəməmişdir Birinci instasiya məhkəməsinin məhkəmə iclasında Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən xxxx MMC-dən 21278 manat pulun alınaraq Cargo MMC-nin xeyrinə ödənilməsi ilə bağlı icra sənədi ##.##.2026-cı il tarixdə icraatına daxil olmuşdur. Bununla bağlı tərəf İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, onun izahatı alınmış və bildiriş verilmişdir. Cavabdehin bir neçə hesablarına həbs qoyulmuşdur. Eyni zamanda ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmişdir. Zərərçəkən borcunun tam şəkildə ödənilməsini istəyir. Protokolun dəlillərini müdafiə edir və inzibati xəta törədən şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsi tərəfin iddia etdiyi məbləği rədd etmişdir. Buna səbəb isə onların məhkəməyə iki müqavilə təqdim etməsi olmuşdur. Apellyasiya məhkəməsində onların xeyrinə qərar verilmişdir. Qeyd olunan müqaviləni öz təşəbbüsü ilə ekspertizaya göndərib rəy almışdır. Saxta sənədlə qarşı tərəf məhkəmədə qalib gəlmişdir. Bununla bağlı həmçinin Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin müraciəti araşdırıb rəsmi cavab göndərənə qədər vaxt verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona borcu vardır, lakin onu ödəməmək üçün əlindən gələni edir. Borcu olduğu üçün bütün bank hesablarından pulunu əvvəlcədən götürmüşdür. Birbaşa tam olaraq borcunu ödəməsini tələb edir, çünki Vüqarın ona borcunu ödəməsi üçün pulu vardır. Borcunu tam şəkildə ödəməsinin təmin edilməsi üçün məhkəmədən həbs qərarı verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab həmin qərardan şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçının qanunsuz olaraq müqavilə, hesabfaktura və aktları və digər sənədləri saxtalaşdıraraq Ali Məhkəməyə qədər saxta sənədlərlə qərar qəbul edilməsinə nail olduğunu, bununla bağlı Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Qəbulla bağlı müraciətini, Baş Prokurorluğa göndərdiyi şikayətinin surətlərini məhkəməyə təqdim etməsinə baxmayaraq, qanunsuz olaraq, araşdırma aparılmasına imkan vermədən birbaşa cərimə tətbiq edildiyini qeyd etmişdir. Hakimdən araşdırma üçün müddət istədikdə əvvəlcə 7 gün verə biləcəyini bildirsə də, sonradan işlərinin olduğunu bildirərək araşdırma müddəti vermədiyini, məhkəmə prosesinin video-audio görüntüsünün 17:18 dəqiqəsinə baxdıqda hakimin açıq-aşkar "mənim işlərim var mən getməliyəm" kimi ifadələr işlətdiyinin göründüyünü, bunun prosesə qərəzli baxıldığını göstərdiyini bildirmişdir. Bundan başqa, məhkəmə protokolu ilə tanış olduqda gördüyünü qeyd etmişdir ki, İcra və Probasiya Şöbəsinin təqdim etdiyi ərizədə guya onun qaçıb gizləndiyi və onu tapa bilmədikləri göstərilmişdir. Halbuki, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin əməkdaşlarının bütün telefon zənglərinə cavab verdiyini, həmin zənglərin siyahısının telefonunda qeydiyyatda olduğunu və mütəmadi olaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində olduğunu bildirmişdir. Şikayətçi bu işlə bağlı onun tərəfindən və Konstitusiya Məhkəməsi tərəfindən araşdırılması üçün Baş Prokurorluğa göndərildiyini, məktubu əlavə etdiyini qeyd etmişdir. Məhkəmə prosesinin 02:40 dəqiqələrində hakim tərəfindən iddiaçıya şəxsiyyətini təsdiq etmək üçün sənəd istədiyini, lakin iddiaçının heç bir sənəd verə bilməməsinə baxmayaraq, şəxsiyyəti tam müəyyən etmədən məhkəmə prosesinin davam etdirildiyini, protokolla tanış olan zaman reyestrdən çıxarışı gördüyünü, halbuki məhkəmədə heç bir sənəd təqdim edilmədiyini, sonradan həmin çıxarışı protokola əlavə etdiklərini bildirmişdir. Şikayətçi məhkəmə prosesində müraciətin əsaslı olmasına dair kifayət qədər sübutların olmamasına, eyni zamanda tərtib edilən inzibati protokolun əsaslı və qanuni olmasına dair heç bir sübutun təqdim edilməməsinə rəğmən, birinci instansiya məhkəməsinin müraciəti təmin etdiyini, Mingəçevir İcra və Probasiya Şöbəsinin tərtib edilən protokol və onun əsasında qəbul edilən inzibati qərarın əsaslandırılması ilə bağlı heç bir sübut təqdim edə bilmədiyini, yalnız ziddiyyətli sənədlər, işə aidiyyəti olmayan yanlış ifadələri və işlə əlaqəsi olmayan şifahi məlumatlar verdiyini bildirmişdir. Şikayətçi məhkəmə prosesində hakimə bildirdiyi halları qeyd etmişdir ki, o, məhkəməyə bildirsə də, məhkəmə nədənsə belə yüngülləşdirici hallara baxmamış və onun barəsində heç bir araşdırma aparmadan, mövcud yüngülləşdirici halları nəzərə almadan bilavasitə ağır cəza seçmişdir. Şikayətçi hüquqi əsas olaraq İXM-in 3-cü maddəsinə (inzibati məsuliyyətin əsasları), 12.1-ci maddəsinə (inzibati xətanın anlayışı), 8.1, 8.2 və 8.3-cü maddələrinə (təqsirsizlik prezumpsiyası), 32.12 və 32.2-ci maddələrinə (məsuliyyəti yüngülləşdirən hallar), 60.1-ci maddəsinə (bildiriş), 134.1.2-ci maddəsinə (qərarın dəyişdirilməsi) və 135.1-ci maddəsinin 135.1.1 və 135.1.2-ci bəndlərinə (qərarın ləğv edilməsi üçün əsaslar) istinad etmişdir. Şikayətçi Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalı olduğunu, sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməli olduğunu bildirmişdir. Şikayətçi hadisənin baş verməsində təqsirinin olmadığını, təqsirsiz olduğuna görə əməldə inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından işə İXM-in 53.0.2ci maddəsinə əsasən xitam verilməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğunu, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, lakin Mingəçevir Şəhər Məhkəməsinin iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları araşdırmadan mübahisəli məsələni obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə araşdırmadığını qeyd etmişdir. Eyni zamanda, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarının iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğunu, lakin Məhkəmənin tərəfin izahatlarını heç bir sübutla yoxlamadığını və səhv qiymət verdiyini bildirmişdir. Prosessual qanunvericilikdə tərəflərin prosessual hüquqlarının sadalandığını, əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermənin tərəflərin hüququ olduğunu, lakin Mingəçevir Şəhər Məhkəməsinin müvafiq sübutların olmaması ilə bağlı məsələyə baxmadığını qeyd etmişdir. Şikayətçi xüsusilə vurğulamışdır ki, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bundan başqa, inzibati xəta hesab edilən əməl hüquqazidd xarakterli və zərərli nəticələrə səbəb olmalıdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İXM-in 528.1-ci maddəsinin sanksiya hissəsindən göründüyü kimi, vəzifəli şəxslərə min iki yüz manatdan iki min beş yüz manatadək inzibati cərimə və ya bir aya qədər inzibati həbs nəzərdə tutulur. Cavabdeh vəzifəli şəxs kimi sanksiya çərçivəsinin yalnız minimum həddi ilə cəzalandırılmışdır ki, bu da ən ağır hallar üçün nəzərdə tutulmuş müstəsna tədbir olan inzibati həbsin tətbiq edilməməsinə baxmayaraq, əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməmişdir. Hərəkətsizliyin qəsdən xarakter daşıması ilə bağlı şikayətçi tərəf İXM-in 12-ci maddəsinə əsasən qəsdən törədilən inzibati xətanın — şəxsin öz əməlinin nəticələrini bilərəkdən istəyərək həyata keçirməsi — inzibati məsuliyyətin ağırlaşdırılması üçün əsas yaratdığını bildirmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh mövcud borc öhdəliyindən xəbərdar olmuş, icra məmurunun qanuni tələblərini qəbul etmiş, lakin borcun ödənilməsi istiqamətində heç bir real addım atmamışdır. Bu hal İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq ağırlaşdırıcı hal kimi nəzərə alınmalı idi. Qeyd olunmuşdur ki, cavabdeh azərbaycanlı vətəndaş, hüquqi şəxsin rəhbəri və icra öhdəliklərindən xəbərdar olan bir şəxs kimi qanuni öhdəliklərini bilərəkdən yerinə yetirməmişdir. Şikayətçi tərəf inzibati tənbehin məqsədinə uyğunluqla bağlı İXM-in 21-ci maddəsinə görə inzibati tənbehin məqsədinin yalnız formal cəzalandırma deyil, eyni zamanda şəxsi qanunlara riayət etməyə sövq etmək, yeni hüquq pozuntularının qarşısını almaq, icranı məcburetmə vasitəsilə təmin etmək olduğunu bildirmişdir. Tətbiq edilmiş cərimə sanksiyası cavabdehin davranışında heç bir dəyişiklik yaratmamış, borc öhdəliyi hələ də tam icra edilməmişdir. Bu hal cəzanın öz məqsədinə nail olmadığını, dolayısı ilə seçilmiş tənbeh növü və həcminin işin faktiki hallarına adekvat olmadığını göstərmişdir. İşin hallarının tam araşdırılmaması öhdəliyi ilə bağlı şikayətçi tərəf İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xəta işinə baxan hakimin işin bütün hallarını hərtərəfli, tam və obyektiv surətdə araşdırmağa borclu olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hərəkətsizliyinin qəsd əlamətləri daşıması, icranın uzun müddət ərzində təmin olunmaması, həbs tədbirlərinə baxmayaraq öhdəliyin yerinə yetirilməməsi kimi əsaslı halların araşdırılmadığını bildirmişdir. Prosessual hallar barədə irad olaraq şikayətçi tərəf qeyd etmişdir ki, məhkəmə iclası zamanı cavabdeh tərəfə dövlət hesabına müdafiəçi (vəkil) təyin edilmişdir. Lakin təyin edilmiş müdafiəçi məhkəmə iclaslarında iş materialları ilə lazımi qaydada tanış olmadan çıxış etmiş, bu hal effektiv müdafiə hüququnun həyata keçirilməsi ilə bağlı ciddi suallar yaratmışdır. Bundan əlavə, iclas zamanı iş üzrə qüvvəyə minmiş məhkəmə aktlarına istinad edilərkən tərəflərin müzakirə imkanlarının məhdudlaşdırıldığı hallar müşahidə olunmuşdur. Göstərilən hallar ədalətli məhkəmə araşdırması prinsipi çərçivəsində apellyasiya instansiyası tərəfindən nəzərə alınmalıdır. Odur ki, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsinin sanksiya həddində 30 (otuz) günədək inzibati həbs cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmi şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torabın apelyasiya şikayətinin isə dəlillərinin əsassız olduğunu bildirərərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin isə dəlillərinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh “xxxx” MMC-dən 6945 manat əsas borc, ##.##.2024cü il tarixli müqavilə üzrə 7000 avro əsas borc öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, 43,7 manat əldən çıxmış fayda, 300 manat vəkil xidmət haqqı və 35,65 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı icra sənədi üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. ##.##.2026-cı il tarixli “7 faiz həcmində icra ödənişinin alınması haqqında” qərardan görünür ki, borclu “xxxx” MMC-dən 2127,81 manat məbləğində icra ödənişi alınması qərara alınmışdır. ##.##.2026-cı il tarixli “borclunun hesabları üzərinə həbsin qoyulması haqqında” qərardan görünür ki, “xxxx” MMC-nin (VÖEN:**********) bankda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 21278,15 manat borcu və 2127,81 manat icra ödənişi olan borcu həcmində həbs qoyulması qərara alınmışdır. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/****-*** saylı icra vərəqəsinin icrası ilə əlaqədar “xxxx” MMC-nin hesablarına həbs qoyulmuşdur. “xxxx”ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli icra vərəqəsi üzrə borclu“xxxx” MMC-nin (VÖEN:**********) bankda olan hesabları üzərinə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “borclunun hesabları üzərinə həbsin qoyulması haqqında” qərarına əsasən 23405,96 AZN məbləğində həbs qoyulmuşdur. “xxxx” QSC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nin adına “xxxx” QSC-də ##.##.2026-cı il tarixə aktiv bank hesabları mövcud deyildir. Sonuncu dəfə ##.##.2026-cı il tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı icra sənədi üzrə izahatı alınmışdır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torabın apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının məcburiliyi prinsipi həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsində təsbit edilmişdir ki, buna əsasən də məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı və ya əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə aktlarının icrası pozulmuş hüquqların bərpa olunmasında real və effektiv nəticəni təmin edir, qanuni qüvvəyə minmiş məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə qəbul olunmuş qərarı əhəmiyyətsiz etməklə bütövlükdə ədalət mühakiməsinin səmərəliliyini şübhə altına qoyur. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə qərarı ilə üzərinə qoyulmuş vəzifələrin icra edilməməsinə, yaxud müəyyən edilmiş müddətdə borcun ödənilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, borclu “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ***/**** saylı icra vərəqəsi üzrə yaranmış 21278,15 manat borcun ödənilməsinə dair qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə aktı mövcuddur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş təqdim olunaraq 10 gün könüllü icra müddəti tanınmışdır. Lakin borclu tərəfindən məhkəmə qərarı icra edilməmiş, könüllü icra müddəti bitdikdən sonra da borcun ödənilməsi istiqamətində heç bir addım atılmamış və beləliklə də İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti formalaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin şərhinə dair formalaşdırdığı hüquqi mövqeyinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən işin faktiki halları hərtərəfli araşdırılmalı, əməlin məhz qərəzli və ya üzrsüz səbəbdən törədilib-törədilməməsi obyektiv qiymətləndirilməlidir. Hazırkı işin hallarına görə, borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, özü üçün müvafiq nəticə çıxarmamış, məhkəmə qərarlarının məcburiliyi prinsiplərinə nümayişkaranə şəkildə riayət etməmişdir. Borclunun məsuliyyətdən yayınmaq üçün apellyasiya şikayətində irəli sürülən dəlilləri qanuni qüvvəyə minmiş məhkəmə aktının illərlə icra edilməməsinə bəraət qazandıran hüquqi əsas kimi qəbul oluna bilməz, çünki qanunvericilik hər bir halda borclunun öz öhdəliklərini tam yerinə yetirməsini və icra sənədinin tələblərinə qeyd-şartsız əməl etməsini tələb edir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna, xüsusilə "Hornsbi Yunanıstana qarşı" (1997) və "Burdov Rusiyaya qarşı" işləri üzrə qərarlarına istinad edərək xatırladır ki, məhkəmə qərarının icrası İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) ayrılmaz tərkib hissəsidir. Dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün qanun çərçivəsində bütün effektiv və mütənasib vasitələrdən istifadə etməyə borcludur. Bu kontekstdə borcluya qarşı tətbiq edilən inzibati tənbeh tədbiri yalnız cəza xarakteri daşımır, eyni zamanda borclunun qanunlara və məhkəmə hakimiyyətinə hörmət etməsini, gələcəkdə belə hüquq pozuntularının qarşısının alınmasını və onun icraya məcbur edilməsini hədəfləyir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, tərəflər arasında mübahisəyə son qoyan yekun məhkəmə qərarı şübhə altına alınmasın və icra olunsun. Məhkəmə qərarlarının uzun müddət icra olunmaması cəmiyyətdə ədalət mühakiməsinə olan inamı sarsıdır və hüquq qaydasını pozur. Beynəlxalq standartlara görə, dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün bütün effektiv vasitələrdən istifadə etməyə borcludur. İnzibati həbs tənbehi burada borclunu cəzalandırmaqdan daha çox, onu məhkəmə aktına hörmət etməyə və qərarın icrasına məcbur etmək xarakteri daşıyır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. İXM-in 76.1-ci maddəsinin tələblərinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış icra məmurunun ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu, bank hesabları üzərinə həbs qoyulmasına dair qərarlar, bankların cavab məktubları və borclunun izahatı apellyasiya instansiyası məhkəməsi tərəfindən İXM-in 84.1-ci maddəsinin tələblərinə müvafiq olaraq daxili inam əsasında, hərtərəfli, tam və obyektiv qiymətləndirilərkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin tam sübuta yetirildiyini təsdiq edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində irəli sürdüyü, qərardan Konstitusiya Məhkəməsinə və Baş Prokurorluğa şikayət edilməsi, işin saxta sənədlərə əsaslanması barədə dəlilləri məhkəmə tərəfindən əsassız hesab olunur və rədd edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məcburidir və digər instansiyalara edilmiş müraciətlər qüvvəyə minmiş məhkəmə aktının icrasını dayandırmır, habelə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranan inzibati məsuliyyətdən azad etmək üçün əsas ola bilməz. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.8-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icraat dayandırılmalıdır. Hazırda iş materiallarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilmiş şikayətin icraata qəbul edilməsi barədə heç bir məlumat mövcud deyildir. Bu halda qeyd edilən üzrə icraatın dayandırılması üçün heç bir əsas yoxdur. Məhkəmə həmçinin borclunun prosessual hüquqlarının pozulması, müddət verilməməsi və zərərçəkmiş şəxsin şəxsiyyətinin müəyyən edilməməsi barədə iddialarını iş materialları ilə təkzib olunduğu üçün əsassız hesab edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torabın borclunun əməlinin qəsdən törədildiyini, cərimə sanksiyasının adekvat olmadığını və onun barəsində 30 günədək inzibati həbs cəzasının tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə qeyd edir ki, İXM-in 528.1-ci maddəsinin sanksiyası xətanın subyektlərinə görə fərqləndirilmişdir. Qanunvericiliyin imperativ tələbinə əsasən, sözügedən maddədə inzibati həbs tənbeh növü yalnız fiziki şəxslərə tətbiq edilə bilər. Xətaya yol vermiş vəzifəli şəxslər üçün isə sanksiyada yalnız min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə inzibati cərimə növündə tənbeh nəzərdə tutulmuşdur. Hazırkı işdə barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru, yəni vəzifəli şəxs qismində çıxış etdiyindən və üzərində qoyulan öhdəlik onun vəzifə səlahiyyətlərindən irəli gəldiyindən onun barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsi qanunən qeyrimümkündür. Bu baxımdan, birinci instansiya məhkəməsi tətbiq etdiyi 1200 manat məbləğində inzibati cərimə tənbehi ilə İXM-in 21-ci və 31.1-ci maddələrinin tələblərinə tam əməl etmiş, vəzifəli şəxs üçün qanunda nəzərdə tutulmuş sanksiya hədlərindən kənara çıxmamışdır.. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yekun nəticəyə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alan və ya qərarın ləğv edilməsini tələb edən hər hansı maddi və prossesual hüquq normasının pozuntusu aşkar edilməmişdir. Bu səbəbdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi X1 Torab və “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin qanuni və əsaslı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Mingəçevir Şəhər Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab tərəfindən verilmiş şikayətləri təmin olunmasın. İş üzrə üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-370/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-370/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver