Məhkəmə qərarları › İş №3(3-10)-373/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-373/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-373/2026 03.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Isayev Mikayıl Qərib oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə,(sədrlik edən M.Bağırov) ## ###### 1983-cü ildə Ağdaş rayonu, Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, «08» (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəlinin ## #### 2026-cı il tarixdən saat 16:15-dan hesablanması qərara alınmışdır. Işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Protokolu tərtib edən orqannin icra məmuru Abbasov Ramin Amiz oğlu tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ağdaş Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli icra sənədinə əsasən 5760 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməkdən imtina etmiş, beləliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Protokolu tərtib edən orqannin icra məmuru X1 izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üç uşağın saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilmişdir. Sözügedən icra sənədi icraatına daxil olmuş, ## #### 2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildiriş göndərilmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Icra Şöbəsinə gəlmədiyindən, ## ### 2026-cı il tarixdə borclunun Protokolu tərtib edən orqan gətiriməsinə köməklik göstərilməsi ilə bağlı Ağdaş rayon Polis şöbəsinə məktub ünvanlanmış və həmin tarixdə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ağdaş rayon Icra şöbəsinə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinə əsasən borcun ödənilməsi və izahat verməsi tələb olunmuş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verməkdən imtina etdiyinə görə buna dair akt tərtib edilmişdir. Sonradan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs y nə də Icra şöbəsinə gəlmədiyindən ## #### 2026-cı il tarixdə borclunun Protokolu tərtib edən orqan gətiriməsinə köməklik göstərilməsi ilə bağlı Ağdaş rayon Polis şöbəsinə məktub ünvanlanmış və ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ağdaş rayon Icra şöbəsinə gəlmiş, izahatı alınmış və izahatında aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 şikayət verərək Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 şikayətini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq olunmuş həbs inzibati tənbeh tədbiri ləğv olunaraq onun barəsində inzibati ucraata xitam verilməlidir.Ağdaş Rayon Məhkəməsində müdafiə etdiyim şəxsə dair inzibati xəta haqqında materiallara baxılarkən məhkəmə nəzərə almamışdır ki, məhkəmə zalında dindirilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə bildirdi ki, o, Ağdaş Rayon Məhkəməsinin e**(*- ***)-**/**** nömrəli ## ###### 2026-ci il tarixli Qərardadı ilə ondan tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmuş alimentin ödənilməsindən yayınmır və hazırkı anadək alimentin ödənilməməsi səbəbi ## ### 2026-cı il tarixdə Protokolu tərtib edən orqan olarkən icra məmuru tərəfindən ona alimentin ödəmə üsullarının izah edilməməsi, ona aliment ödəmək üçün kart, hesab və ya Icra şöbəsinin depozit hesab nömrəsinin təqdim olunmaması, barışaraq ailə münasibətlərini bərpa etmək və ya ona alimenti ödəmək üçün kart və ya hesab nömrəsi *(*-***)-***/**** nömrəli inzibati icraat üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli Qərar ləğv olunaraq onun barəsində inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 apellyasiya şikayətinin məzmuna uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ağdaş Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı "nikahın pozulması, uşaqların yanında saxlanılması və aliment" tələbinə dair (iş № e*(014)-1535/2025) mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2025-ci il tarixdən başlayaraq ## ######## 2009-cu il təvəllüdlü X5, ## #### 2011-ci il təvəllüdlü X3 və ## #### 2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair qərar çıxarılmışdır. Protokolu tərtib edən orqannin ## #### 2026-cı il tarixli icraata başlamaq haqqında qərar və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Məhkəməsinin e-**(*- ***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Protokolu tərtib edən orqannin icra məmuru Ramin Abbasov tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli aktın surətindən görünür ki, icra sənədi ilə əlaqədar borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan olmuş, yığılmış aliment borcu ilə əlaqədar ondan yazılı izahat verilməsi tələb olunsa da, borclu izahat verməkdən imtina etmişdir. Protokolu tərtib edən orqannin icra məmuru Ramin Abbasov tərəfindən Ağdaş rayon Polis şöbəsinin rəisinə ünvanlamış ## ### 2026-cı il tarixli və ## #### 2026-cı il tarixli məktublarının surətlərindən görünür ki, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan ## ###### 1983-cü il təvəllüdlü borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yerinin müəyyən olunaraq Ağdaş rayon Icra və Porbasiya şöbəsinə gətirliməsinə köməklik göstərilməsi xahiş edilmişdir. “Elektron icra” Informasiya sistemindən çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmlak və gəlir məlumatları sorğulanmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adında əmlak və gəlir məlumatları aşkar edilməmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Protokolu tərtib edən orqan verdiyi izahatından görünür ki, o, xəstədir, iş yeri yoxdur, iş axtarır. Imkanı olduqda aliment ödəyəcəkdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəillərini və proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq qeyd edir ki, şikayətin dəlilləri əsasslz olduğundan təmin edilməməli Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, vəkil2 üzürsüz səbəbdən heç bir əsaslı səbəb olmadan Ağdaş Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli icra sənədini uzun müddət icra etməkdən yayınmışdır. Bununla da vəkil2 5760 manat məbləğində aliment öhdəliyi yaranmışdır. Nəticə də vəkil2 əməlində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Araşdırılan işdən görünür ki, vəkil2 Konstitusiya ilə müəyyən edilmiş, öz üzərində düşən vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, öz övladlarının qayğısına laqeyd münasibət bəsləmişdir. Bu da Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində nəzərdə tutulmuş dövlət nəzarət mexanizminin təsirini zəruri edir. Məhkəmə həmçinin qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 9-cu bəndinə əsasən alimenti üzrsüz səbəbdən ödəməyən və ya bununla bağlı icra məmurunun tələblərini yerinə yetirməyən şəxslərə inzibati tənbeh növünü seçərkən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati tənbehin məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdən, habelə yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan aliment ödəməyən, habelə pul tələbləri üzrə digər borclular barədə inzibati cərimənin tətbiqinin hansı səmərəsi olması nəzərdən keçirilməli, icra sənədlərinin icrasına real şərait yaradılması üçün daha təsirli vasitələrdən istifadə olunmalıdır. Hazır ki vəziyyətdə məhkəmə hesab edir ki, vəkil2 qanunvercilik ruhunda tərbiyə olunmasında həbs növündə inzibati tənbeh tədbirinin seçilməsi zəruridir. Belə ki, şəxsin cərimə növündə inzibati məsuliyyətə cəlb edilməsi, faktiki olaraq üzərində xeyli miqdarda maddi yük olan şəxsin, maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Icra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ##.##.2017-ci il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, vəkil2 uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində uyğun inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, Inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Inzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Avropa Insan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Velikova Bolqarıstana qarşı iş üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin ##.##.2000-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Bu baxımdan, da şikayətin dəlillərini təhlil edən apellyasiya məhkəməsi şikayətçinin sadalanan dəlillərini məqbul hesab etmir. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, vəkil2 IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması təsdiq edən kifayət qədər əsaslar vardır. Göründüyü kimi, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar həm birinci instansiya məhkəməsinin qərarında, həm də yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs vəkil2 hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Iş üzrə üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. vəkil2 oğluna göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 3 (üç) saat üçün 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar