Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-374/2026 03.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi, Isayev Mikayıl Qərib oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil2 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə IXM-in) 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən A.Mürsəlova) ## #### 1976-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi, həbsetmənin əvvəlinin # #### 2026-cı il tarixdən, saat 12:40-dan hesablanması qərara alınmışdır. Işin halları: Inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin # ###### 2022-ci il tarixli *(***)-**/**** saylı icra vərəqəsi ilə əlaqədər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Belə ki, barəsində inzibato xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 63000 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2022-ci il tarixli icra vərəqəsini icrasını təmin etməmişdir. Inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Protokolu tərtib edən orqan icra məmuru X1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2022-ci il tarixli icra vərəqəsi ilə əlaqədər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaq şöbəyə gəlməmişdir. Borclu axtarış nəticəsində şöbəyə gəlmişdir. Borcun alınması istiqamətində bütün icra tədbirləri görülmüş, lakin heç bir nəticəsi olmamışdır Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, maddi imkanı olmadığı üçün yaranmış borcunu ödəyə bilməmişdir. Evlərdə təmizlik işləri görür, uşağa baxır və aldığı pulla ödənişlər edir. Lakin tələbkar onun işlədiyi yerlərdə problemlər yaratmaqla işləməsinə maneəçilik törədir. Tələbkar ərinin və ailə üzvlərinin adlarına əmlaklar olduğunu, başqa yerlərdən gəlirlər əldə etdiyini bildirməklə kifayətlənir, lakin buna dair hər hansı sübut təqdim edə bilmir. Oğlu II Qarabağ müharibəsi qazisidir. O, borcun ödənilməsini könüllü icra edir və icradan yayınmır. Ayda 2-3 dəfə olmaqla ödənişlər edir və ödəniş qəbzlərini Icra şöbəsinə təqdim edir. Hazırda borcu birdəfəlik ödəmək imkanı yoxdur. Hər ay hissə-hissə olmaqla borcundan ödəyəcəkdir. Borcu ödəməmək fikri yoxdur və borcu ödəməkdən yayınmır. Odur ki, qeyd olunanları nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil1 apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, həmin qərarın qanunsuz və əsassız olmaqla işin faktiki halları tam və obyektiv araşdırılmadan qəbul edildiyini bildirmişdir. Iş materiallarından göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsindən qəsdən yayınan şəxs olmamış, imkanları daxilində hissə-hissə ödənişlər həyata keçirmiş, mülkiyyətində olan torpaq sahəsinin satılması üçün tədbirlər görmüş və həmin satış nəticəsində əldə edilmiş vəsait hesabına borcdan ödənişlər edilmişdir. Bundan əlavə, əvvəlki məhkəmə araşdırmaları zamanı da bu hallar müəyyən edilmişdir. Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında iş üzrə IXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmaması qənaətinə gəlinmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, şəxsin icra sənədini qəsdən və üzrsüz səbəbdən icra etməməsi tam sübuta yetirilməmişdir. Qərardan tələbkar tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında göstərilmişdir ki, iş üzrə borclunun mülkiyyətində olan yeganə pay torpağının icra çərçivəsində satılmasına baxmayaraq, onun digər gəlir mənbələrinin, gizli aktivlərinin və ya real qazanc imkanlarının olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən dərindən və hərtərəfli araşdırılmamışdır. Xüsusilə, tələbkarın şikayətində qeyd etdiyi "borclunun ərinin Rusiyada qazanc sahibi olması və ailənin digər üzvlərinin real gəlirlərinin mövcudluğu" barədə dəlillər məhkəmə tərəfindən tamamilə diqqətdən kənarda saxlanılmışdır. ##.##.2026-cı il tarixdə məhkəmə baxışında işin faktiki hallarını dəyişdirən yeni hallar müəyyən edilməmişdir. Məhkəmə həbs tədbiri tətbiq edərkən şəxsin ailə vəziyyəti, maddi vəziyyəti, borcun qismən ödənilməsi, icradan qəsdən yayınma niyyətinin sübuta yetirilməməsi və daha yüngül tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmaması qiymətləndirilməmişdir. Müdafiəçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əri ilə nikah münasibətində olsalar da, faktiki olaraq 2017-ci ildən Rusiyada yaşadığını və onlara heç bir maddi yardım göstərmədiyini bildirmişdir. Özü Bakı şəhərində kirayədə qalmaqla evlərdə təmizlik işləri görərək himayəsində olan bir tələbə övladını və 2-ci X8 baxır. Qeyd edilməlidir ki, oğlu müharibədən travma alıb və o özünü tək idarə edə bilmir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mütəmadi ödənişlər edilmişdir. Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında ödənişlər qeyd edilmiş, həmin tarixdən sonra da may və iyun aylarında ümumilikdə 600 manat məbləğində borcundan əlavə ödəniş edilmişdir. Müdafiəçi bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrasından yayınmamışdır. Əksinə, onun tərəfindən imkanları daxilində hissə-hissə ödənişlər edilmişdir. Bu hal məhkəmə qərarının icrasından qəsdən yayınmaq niyyətinin olmamasını göstərir. Iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gizli gəlirlərinin, əlavə gəlir mənbələrinin, adına rəsmiləşdirilmiş əmlakın və ya qəsdən gizlədilən aktivlərinin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Tələbkar tərəf yalnız ehtimallara əsaslanaraq borclunun ərinin xaricdə işləməsini və ailə üzvlərinin gəlirlərini göstərir. Müdafiəçi "Icra haqqında" Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasının müəyyən edildiyini, həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmurunun borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib etdiyini və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərdiyini, inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edildiyini bildirmişdir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Qeyd edilənlərə əsasən, müdafiəçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə onun barəsində Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə 8 gün müddətinə inzibati həbs edilməsinin əsassız və qanunsuz qəbul edildiyindən ləğv edilərək başlanılmış inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməli olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili vəkil2 şikayətin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta barədə protokol tərtib etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: . IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilərək yeni qətnamə çıxarılması, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 63000 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsinə dair qərar qəbul edilmişdir. Iş materiallarında olan qediyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2023- cü il tarixli qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunmuşdur. Iş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, 03 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. Iş materiallarında olan Protokolu tərtib edən orqan icra məmuru X2 ## ##### 2026-cı il tarixli “borclunun axtarışı haqqında” qərarının surətindən görünür ki, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan olunmuşdur. Iş materiallarında olan Borclu tərəfindən məhkəmətə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, o, ## ######## 2023-cü il tarixdə 200 manat; ## ######## 2023cü il tarixdə 200 manat; ## ####### 2023-cü il tarixdə 200 manat; ## ####### 2023-cü il tarixdə 200 manat; ## ###### 2023-cü il tarixdə 200 manat; ## ###### 2024-cü il tarixdə 200 manat; ## ###### 2024-cü il tarixdə 200 manat; ## ##### 2024-cü il tarixdə 200 manat; ## ### 2024- cü il tarixdə 200 manat; ## ### 2024-cü il tarixdə 100 manat; ## ### 2024-cü il tarixdə 200 manat; ## #### 2024-cü il tarixdə 100 manat; ## #### 2024-cü il tarixdə 550 manat; ## #### 2024-cü il tarixdə 200 manat; ## #### 2024-cü il tarixdə 200 manat; ## ###### 2024-cü il tarixdə 100 manat; ## ######## 2024- cü il tarixdə 200 manat; ## ######## 2024-cü il tarixdə 100 manat; ## ######## 2024-cü il tarixdə 200 manat; ## ####### 2024-cü il tarixdə 200 manat; ## ####### 2024-cü il tarixdə 204,70 manat; ## ###### 2024-cü il tarixdə 100 manat; ## ###### 2024-cü il tarixdə 150 manat; ## ###### 2024-cü il tarixdə 1050 manat; ## ###### 2024-cü il tarixdə 100 manat; ## ###### 2024-cü il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 200 manat; ## ###### 2025-ci il tarixdə 200 manat; ## #### 2025-ci il tarixdə 200 manat; ## ##### 2025-ci il tarixdə 100 manat; ## ##### 2025-ci il tarixdə 150 manat; ## ### 2025-ci il tarixdə 100 manat; ## ### 2025-ci il tarixdə 100 manat; ## #### 2025-ci il tarixdə 100 manat; ## #### 2025-ci il tarixdə 150 manat; ## #### 2025-ci il tarixdə 100 manat; ## #### 2026-cı il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 100 manat; ## ######## 2025-ci il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 150 manat; ## ###### 2005-ci il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 100 manat; ## ###### 2026-cı il tarixdə 100 manat; ## ###### 2026-cı il tarixdə 100 manat; ## ###### 2026-cı il tarixdə 100 manat; ## ###### 2026-cı il tarixdə 150 manat; ## #### 2026-cı il tarixdə 100 manat; ## #### 2026-cı il tarixdə 100 manat; ## ##### 2026-cı il tarixdə 150 manat; ## ##### 2026-cı il tarixdə 100 manat; ## ##### 2026-cı il tarixdə 50 manat ## ### 2026-cı il tarixdə 100 manat; ## ### 2026-cı il tarixdə 100 manat; ## ### 2026-cı il tarixdə 100 manat; ## #### 2026-cı il tarixdə 100 manat; ## #### 2026-cı il tarixdə 100 manat; ## #### 2026-cı il tarixdə 50 manat; ## #### 2026-cı il tarixdə 50 manat ödənişlər etmişdir. Iş materiallarında olan həmçinin, tələbkar Zərərçəkmiş şəxs tərəfindən ## ####### 2023-cü il tarixdə verilmiş qəbzin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- **/**** nömrəli, ## ###### 2022-ci il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1000 (bir min) manat almışdır. Iş materiallarında olan vəsiqələrin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladı X3 oğlu Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” və ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamına əsasən “Fizulinin azad olunmasına görə” medalları, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Iş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilmişidir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının məcburiliyi prinsipi həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsində təsbit edilmişdir ki, buna əsasən də məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı və ya əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə aktlarının icrası pozulmuş hüquqların bərpa olunmasında real və effektiv nəticəni təmin edir, qanuni qüvvəyə minmiş məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə qəbul olunmuş qərarı əhəmiyyətsiz etməklə bütövlükdə ədalət mühakiməsinin səmərəliliyini şübhə altına qoyur. Iş materiallarının araşdırılmasından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin mülki iş üzrə çıxardığı ## ###### 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 63000 manat əsas borc və məhkəmə xərclərinin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Icra sənədinin icraya yönəldilməsindən sonra borcluya qanunla müəyyən edilmiş könüllü icra müddəti və müvafiq bildirişlər təqdim olunsa da, cavabdeh tərəfindən uzun illər ərzində borcun əsaslı hissəsinin ödənilməsi təmin edilməmiş, məhkəmə qərarı faktiki olaraq icrasız qalmışdır. Hərçənd ki, apellyasiya şikayətində borclunun müxtəlif tarixlərdə xırda məbləğlərdə hissə-hissə ödənişlər etdiyi və may-iyun aylarında ümumilikdə 600 manat məbləğində əlavə ödəniş həyata keçirdiyi qeyd olunsa da, məhkəmə kollegiyası hesab edir ki, ümumi borcun böyüklüyü, yəni 63000 manat təşkil etməsi fonunda edilən bu cüzi ödənişlər məhkəmə qərarının tam və real icrasına yönəlmiş effektiv addım kimi qiymətləndirilə bilməz və şəxsi inzibati məsuliyyətdən azad etmir. Oxşar münasibətləri tənzimləyən IXM-in 528.1-ci maddəsinin dispozisiyasına görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tədbirləri, o cümlədən işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulur. Həmçinin "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsi də icra sənədinin üzrsüz səbəbdən icra olunmamasına görə borclunun mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsini birbaşa imperativ norma kimi təsbit edir. Borclunun icra məmurunun çağırışlarına baxmayaraq şöbəyə gəlməməsi, onun barəsində rəsmi axtarış elan edilməsi və yalnız axtarış tədbirləri nəticəsində şöbəyə gətirilməsi onun icra prosesindən qəsdən yayındığını və məhkəmə aktının icrasına laqeyd münasibət bəslədiyini tam və obyektiv sübutlarla təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin şərhinə dair formalaşdırdığı hüquqi mövqeyinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən işin faktiki halları hərtərəfli araşdırılmalı, əməlin məhz qərəzli və ya üzrsüz səbəbdən törədilib-törədilməməsi obyektiv qiymətləndirilməlidir. IXM-in 9-cu maddəsində təsbit olunmuş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun gəlməlidir. Birinci instansiya məhkəməsi iş üzrə cəza təyin edərkən IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş bir ayadək inzibati həbs sanksiyası həddində borclunun şəxsiyyətini, onun övladının Vətən müharibəsi iştirakçısı olmasını və ailə vəziyyətini yüngülləşdirici hal kimi nəzərə alaraq sanksiyanın aşağı həddində, yəni cəmi 8 gün müddətinə inzibati həbs tənbehi müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş bu tənbeh növü həm borclunun qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması, həm gələcəkdə bu qəbildən olan hüquq pozuntularının qarşısının alınması, həm də tələbkarın pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi baxımından tamamilə mütənasib, ədalətli və zəruridir. Beləliklə, apellyasiya məhkəməsi işin hallarını, tərəflərin dəlillərini və qüvvədə olan qanunvericiliyin normalarını tam həcmdə təhlil edərək o qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün hallara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Apellyasiya şikayətində irəli sürülən arqumentlər məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yaratmadığından, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı tamamilə qanuni, əsaslı və mütənasib hesab edilməklə qüvvədə saxlanılmalıdır. Məhkəmə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna, xüsusilə "Hornsbi Yunanıstana qarşı" (1997) və "Burdov Rusiyaya qarşı" işləri üzrə qərarlarına istinad edərək xatırladır ki, məhkəmə qərarının icrası Insan Hüquqlarının və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) ayrılmaz tərkib hissəsidir. Dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün qanun çərçivəsində bütün effektiv və mütənasib vasitələrdən istifadə etməyə borcludur. Bu kontekstdə borcluya qarşı tətbiq edilən inzibati tənbeh tədbiri yalnız cəza xarakteri daşımır, eyni zamanda borclunun qanunlara və məhkəmə hakimiyyətinə hörmət etməsini, gələcəkdə belə hüquq pozuntularının qarşısının alınmasını və onun icraya məcbur edilməsini hədəfləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin IXM-in 528.1-ci maddəsinin şərhinə dair # ######## 2018-ci il tarixli qərarında qeyd edildiyi kimi, inzibati tənbeh ədalətli və mütənasib olmalı, xətanın xarakterinə və törədilmə şəraitinə, eləcə də pozuntunu törədənin şəxsiyyətinə uyğun gəlməlidir. Birinci instansiya məhkəməsi borclunun şəxsiyyətini, ailə vəziyyətini, orta təhsilli olmasını və fərdi əməklə məşğul olmasını, habelə borcun yüksək məbləğini və icra tədbirlərindən yayınma müddətini düzgün qiymətləndirmişdir. IXM-in 528.1-ci maddəsində qanunverici tərəfindən 1 ayadək inzibati həbs müddəti nəzərdə tutulduğu halda, Ağdaş Rayon Məhkəməsi tərəfindən borclunun barəsində cəmi 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi təyin edilmişdir. Bu cəza həddi IXM-in 9-cu maddəsində təsbit olunmuş ədalətlilik və mütənasiblik prinsiplərinə tam cavab verir. Təyin olunmuş bu tənbeh növü həm borclunun qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması, həm də tələbkarın hüquqlarının müdafiəsi baxımından yetərli və zəruri hesab edilməlidir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, tərəflər arasında mübahisəyə son qoyan yekun məhkəmə qərarı şübhə altına alınmasın və icra olunsun. Məhkəmə qərarlarının uzun müddət icra olunmaması cəmiyyətdə ədalət mühakiməsinə olan inamı sarsıdır və hüquq qaydasını pozur. Beynəlxalq standartlara görə, dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün bütün effektiv vasitələrdən istifadə etməyə borcludur. Inzibati həbs tənbehi burada borclunu cəzalandırmaqdan daha çox, onu məhkəmə aktına hörmət etməyə və qərarın icrasına məcbur etmək xarakteri daşıyır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə uzun müddət ərzində bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Icra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ##.##.2017-ci il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində uyğun inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Bu baxımdan da, şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə həmin dəlilləri inandırıcı qəbul etmir. Bu səbəbdən də işə yenidən baxan apellyasiya məhkəməsi bu fikirdədir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. IXM-in 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, Inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Inzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 8 (səkkiz) gün inzibati həbs cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil1 tərəfindən verilmiş şikayət təmin olunmasın. Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili vəkil2 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 3 (üç) saat üçün 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-374/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-374/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver