Məhkəmə qərarları › İş №3(3-10)-376/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-376/2026

16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-376/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X9 Şöbəsinin ## ###### 2026 cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X9 Şöbəsinin ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini və xxxxnın X3 direktoru Rəhimov Vidadi Hənnan oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 192.1-ci maddəsi ilə tövsif olunaraq ona həmin maddənin sanksiyası daxilində inzibati cərimə növündə inzibati cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, o, ixtisasca ali təhsilli həkim olmaqla ##.##.2022-ci il tarixdə “xxxx” X3də həkim-terapevt vəzifəsi üzrə işə qəbul edilmişdir. “xxxx” X3 “xxxx” X3 ##.##.2024-cü il tarixli **-*-**/*-*-***/**** saylı əmrinə əsasən o, ##.##.2024-cü il tarixdən müvəqqəti 03 (üç) ay müddətinə Poliklinika şöbəsinə əvəzçilik üzrə 0,5 ştat vahidi həkim - onkoloq vəzifəsinə təyin edilmişdir. “xxxx” X3 “xxxx” X3 ##.##.2024-cü il tarixli 18-1- **/*-*-***/**** saylı əmrinə əsasən “xxxx” X3də həkim onkoloq vəzifəsinin işlərinin icrası müvəqqəti olaraq ##.##.2024-cü il tarixdən ona həvalə edilmişdir. "xxxx” X3 "xxxx” X3 ##.##.2024-cü il tarixli **-*-**/*-*-****/**** saylı əmri ilə ##.##.2024-cü il tarixli 18-1 -**/*-*-***/**** nömrəli əmr (qəbul edilməsindən təxminən 10 ay sonra) qüvvədən düşmüş hesab olunaraq həkim-onkoloq vəzifəsinin icrası başqa şəxsə həvalə olunmuşdur. ##.##.2024-cü il tarixli sənədə əsasən, həkim onkoloq vəzifəsinə xitam verildiyi “Əmək və məşğulluq altsistemi’’ndə qeydiyyata alındığı halda, ##.##.2024-cü il tarixli yeni həvalə əmrinə dair məlumatın həmin sistemdə qeydiyyata alınmaması rəsmi uçotun pozulması, əmək hüququ pozuntusunun gizlədilməsi və işəgötürənin məsuliyyətdən yayınması halı baş vermişdir. Göründüyü kimi inzibati xəta əməlini törədən xxxxnın direktoru Rəhimov Vidadi Hənnan oğlunun əməlində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinin, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair qanunvericiliyin tələblərini pozması halı mövcud olmuşdur. Həmin 192.1-ci maddənin sanksiyasında inzibati xəta vəzifəli şəxslər tərəfindən törədildikdə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər tərəfindən törədildikdə isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə nəzərdə tutmuşdur. Lakin cavabdeh inzibati orqan olan X10 Xidməti X9 şöbəsi tərəfindən inzibati xəta törətmiş şəxsin əməli Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsi ilə tövsif edilərək, yəni işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında nəzərdə tutulmuş və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə yeddi yüz manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq etmişdir. O, X10 Xidməti Dağlıq-Şirvan regional şöbəsinin 3-17-5/1-Q *****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ilə razılaşmayaraq qərardan şikayət vermiş, həmin şikayət ərizəsi əsasında, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli ( iş №*(008)-3796/2025) qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Dağlıq-Şirvan regional şöbəsi tərəfindən qəbul edilmiş 3-17-5/1 -Q-*****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarın ləğv edilməsi və iş yenidən baxılması üçün həmin idarəyə qaytarılması barədə qərar qəbul edilmişdir. X10 Xidməti tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli (Iş №*(008)-3796/2025) qərarından verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 01,09.2025-ci il tarixli *(***)-****/**** nömrəli Qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş *-**- */*-Q-*****/**** nömrəli, ## ##### 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilməsinə dair ##.##.2025-ci il tarixli, 3(008) ****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmış, beləliklə də Sabunçu Rayon Məhkəməsinin sözügedən qərarı qanuni qüvvəyə minməklə icra olunması üçün məhkəmə tərəfindən X10 Xidmətinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin sözügedən qərarının icrası ləngidildiyindən o, ardıcıl olaraq X10 Xidmətinə müraciətlərindən və xeyli müddət ötürüldükdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən özünün ##.##.2025-ci il tarixli qərarı ilə X9 şöbənin MN ******* nömrəli, 25.02. 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün X9 şöbəyə göndərilmişdir. X2 Müfəttişliyi Xidmətin Dağlıq-Şirvan regional şöbəsi tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası təqsirli şəxs tərəfindən inzibati xətanın baş verilməsinə səbəb olmuş halın aradan qaldırılmasına səbəb olmuş halın aradan qaldırılması üçün qəsdən möhlət verilmiş, ona çatan ödənilməmiş əmək haqqı ödənildikdən sonra xəbəri və iştirakı olmadan X10 Xidmətin Dağlıq-Şirvan regional şöbəsi “Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında" ## ###### 2026 cı ıl tarixli MN ******* nömrəli qərar qəbul etmiş, qərarın qəbul edilməsi ondan 2026 cı ilin aprel ayının 25-dək gizlədilmişdir. O, 2026-cı ildən dəfələrlə Dağlıq- Şirvan regional şöbənin rəhbəri ilə görüşmüş, ondan məsələnin nə üçün gecikdiyini soruşmuş, lakin ona inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında ## ###### 2026-cı il tarixdə qərar qəbul edildiyini bildirilməmişdir. O, bu qərar haqqında ## ##### 2026-cı il tarixdə bilmiş, qərarın surəti gecikdirilərək (102) gün sonra ona poçt ilə 25 aprel 202.6 cı ildə göndərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan inzibati xəta törətmiş vəzifəli şəxsin əməlinə düzgün hüquqi qiymət verməmiş, bütün səyləri ilə onun inzibati xəta əməlini yüngülləşdirməyə və onu bu məsuliyyətdən azad etməyə çalışmışlar. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X9 Şöbəsinin “Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” ## ###### 2026-cı il tarixli MN № ******* nömrəli qərarının ləğv edilərək təqsirli şəxs - 'xxxx” X3 “xxxx" X8 direktoru Rəhimov Vidadi Hənnan oğlunun inzibati xəta əməlinin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunaraq ona həmin maddənin sanksiyası daxilində inzibati cərimə növündə inzibati cəza təyin olunmasını xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətində Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, DƏMX-nin X9 Şöbəsinin ## ###### 2026- cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı kobud qanun pozuntusu ilə qəbul olunduğu tərəfindən məhkəmədə tam və təkzib olunmaz faktlarla sübut olunsa da, Ismayıllı Rayon Məhkəməsi qərəzli olaraq bu faktlara düzgün hüquqi qiymət verməmişdir. Qeyd etmişdir ki, o, DƏMX-nin X9 Şöbəsinin ## ###### 2026- cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının çıxarılmasında nə iş üzrə materiallarla tanış olmuş, nə də işə baxılmada iştirak etməyə dəvət olunmuşdur. Halbuki IXM-in 62.4-cü maddəsinə əsasən Inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. IXM-in 57.1-ci maddəsinə əsasən inzibati sənədlər poçt vasitəsilə sifarişli şəkildə göndərilməli və ya şəxsən təqdim olunmalıdır. Əgər inzibati sənəd (qərar, bildiriş, protokol və s.) zərərçəkmiş şəxsə (vaxtında) təqdim edilməyibsə, bu halda, həmin şəxs öz hüquqlarını müdafiə etmək imkanından məhrum olur. Cavabdeh tərəfin nümayəndəsi (DƏMX-nin X9 Şöbəsinin nümayəndəsi X1) məhkəmə iclasında özü də etiraf etmişdi ki, hazırkı inzibati xəta haqqında işə baxılmasında zərər çəkmişin iştirakına ehtiyac olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında hazırkı işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarı var. Həmin qərarın 7-ci səhifəsinin birinci abzasında qeyd olunur ki, “ Verilmiş şikayətlə razılaşmayaraq məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2024-cü il tarixindən etibarən həkim-onkoloq vəzifəsinin müvəqqəti icrası həvalə edilsə də, bu həvalə yalnız təqribən 10 ay sonra - ## ###### 2024-cü il tarixli əmr ilə, geri tarixə qüvvədən düşmüş hesab edilmişdir. Lakin bu cür geri tarixli sənədləşmə işçinin faktiki olaraq 10 ay müddətində həkim-onkoloq vəzifəsini icra etməsi faktını ortadan qaldırmır və əksinə, əmək qanunvericiliyinin və inzibati hüququn bir neçə ciddi pozuntusunu təsdiqləyir. Işçinin həmin müddət ərzində başqa bir vəzifənin vəzifə öhdəliklərini daşıması, lakin bunun hüquqi əsasının olmaması, əmək funksiyasının rəsmi sənədlə rəsmiləşdirilmədən yerinə yetirilməsi, əmək qanunvericiliyinin pozulması deməkdir. Eyni zamanda, əgər işçiyə həkimonkoloq vəzifəsinə uyğun əmək haqqı ödənilməmiş və ya əməkhaqqı fərqi gec ödənmişsə, bu hal əmək hüquqlarının- konkret olaraq, layiqli və vəzifəyə uyğun maaş alma hüququnun pozulması ilə nəticələnmişdir. Bundan başqa, bu kimi halların uzunmüddətli və sistematik xarakter daşıması (təqribən 10 ay ərzində davam etməsi), pozuntunun təsadüfi və texniki deyil, idarəetmədə ciddi səhlənkarlıq və ya məqsədli gecikdirmə nəticəsində baş verdiyini göstərir.” Faktiki olaraq, məhkəmə tərəfindən sübuta yetirilmişdir ki, “xxxx” X3 direktoru Rəhimov Vidadi Hənnan oğlunun qanunsuz hərəkətlərində (və ya hərəkətsizliyində) bir neçə inzibati xəta pozuntusu vardır. Onunla ##.##.2024-cü il tarixli sənədə əsasən, həkim-onkoloq vəzifəsinə xitam verildiyi “Əmək və məşğulluq altsistemi”ndə qeydiyyata alındığı halda, ##.##.2024-cü il tarixli yeni həvalə əmrinə dair məlumatın həmin sistemdə qeydiyyata alınmaması rəsmi uçotun pozulması, əmək hüququ pozuntusunun gizlədilməsi və işəgötürənin məsuliyyətdən yayınması halı kimi qiymətləndirilməlidir. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X9 Şöbəsinin nümayəndəsi və şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmişlər. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan şikаyət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X9 Şöbəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Rəhimov Vidadi Hənnan oğlu barəsində Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta iə bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X9 Şöbəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Rəhimov Vidadi Hənnan oğlu Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin ## ####### 2025-ci il tarixli, *-**-*/*-Q-*****/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X9 Şöbəsinin Rəhimov Vidadi Hənnan oğlu barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, Mn ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün X9 şöbəsinə göndərilmişdir. Iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(008)- ****/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş *-**-*/*-Q-*****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin idarəyə göndərilmişdir. Iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X9 Şöbəsinin ## ###### 2026- cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Rəhimov Vidadi Hənnan oğlunun əməlində inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-16-3/2- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) müraciətinə cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 61 -ci maddəsi başqa işçinin əmək funksiyasının icrası ilə bağlı məsələləri tənzimləyir. Həmin maddədə müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının və boş vəzifə üzrə əmək funksiyasının icrası hallan fərqləndirilmişdir. Belə ki, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir və bu zaman əmək haqqı Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə isə işçinin razılığı ilə üç aydan çox olmayan müddətə yol verilir və bu zaman işçiyə boş vəzifə üzrə əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əmək haqqı ödənilməlidir. Göstərilən müddət bitdikdən sonra ya əvəzedici işçi razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, əvəzedici işçi razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə əmək haqqının (vəzifə maaşının yarısından az olmamaq şərtilə əlavə əmək haqqı ödənilir. Eyni zamanda qeyd edilir ki, Məcəllənin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində (əlavə iş yeri) əmək fəaliyyəti ilə məşğul ola bilər. Əsas iş yeri ilə yanaşı əlavə iş yeri üzrə də çalışan işçilərə münasibətdə Məcəllənin 61-ci maddəsinin fərqli şəkildə tətbiq müəyyən edilməmişdir. Həmçinin Məcəllənin 9-cu maddəsinin birinci hissəsinin "ə” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri icra etdikdə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası "xxxx” X3 18-1/2-Q-16426/2-1 -***/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) "xxxx” X3də (Xəstəxana) əmək hüquqlarının pozulması haqqında ##.##.2024- cü il tarixli 'xxxx" X3ə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış, xəstəxanaya ünvanlanmış sorğuya cavab olaraq təqdim olunmuş təsdiqləyici və məlumat xarakterli sənədlərdən ##.##.2024-cü il tarixində ona yazılı xəbərdarlıq verildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 292-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, işçi fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. «Əmək və məşğulluq altsistemindən» (bundan sonra-ƏMAS) əldə olunmuş məlumatdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2022-ci il tarixdə "xxxx” X3də həkim-terapevt vəzifəsi üzrə işə qəbul edilmişdir. Iş materiallarında olan "xxxx” X3 "xxxx” X3 ##.##.2024-cü il tarixli 18-1-47/3-1- ***/**** saylı əmrinə əsasən "xxxx” X3 Terapiya şöbəsinin terapevti Qərardan şikayət verən orqan (şəxs) ##.##.2024-cü il tarixdən müvəqqəti 03 (üç) ay müddətinə Poliklinika şöbəsinə əvəzçilik üzrə 0,5 ştat vahidi həkim - onkoloq vəzifəsinə təyin edilmişdir. Iş materiallarında olan "xxxx” X3 "xxxx” X3 ##.##.2024-cü il tarixli 18-1-47/3-1- ***/**** saylı əmrinə əsasən "xxxx” X3də həkim onkoloq vəzifəsinin işlərinin icrası müvəqqəti olaraq ##.##.2024-cü il tarixdən Terapiya şöbəsinin həkim-terapevti Qərardan şikayət verən orqan (şəxs) həvalə edilmişdir. Iş materiallarında olan "xxxx”xxxx” X3 ##.##.2024-cü il tarixli 18-1-47/3-1- ****/**** saylı əmri ilə ##.##.2024-cü il tarixli **-*-**/*-*-***/**** nömrəli əmr (qəbul edilməsindən təxminən 10 ay sonra) qüvvədən düşmüş hesab olunaraq həkim onkoloq vəzifəsinin icrası başqa şəxsə həvalə olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası "xxxx” X3 "xxxx” X3 ## ###### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan və ona əlavə olunmuş ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx” X3 Qərardan şikayət verən orqan (şəxs) onkoloq həkim vəzifəsində işlədiyi 10 aylıq müddətə görə 2254 (iki min iki yüz əlli dörd) manat əmək haqqı ödənilmişdir. Azərbаycаn Respublikаsı IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbаycаn Respublikаsı IXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Inzibаti xətаlаr hаqqındа işlər üzrə formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü macdəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair"2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almacla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Apellyasiya məhkəməsi birinici instansiya məhkəməsinin gəldiyi nəticə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd edilən sübutlara və işin hallarına hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsi halının olması inzibati xəta tərkibi yaradır. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi “xxxx” X3 direktoru Rəhimov Vidadi Hənnan oğlu tərəfindən Qərardan şikayət verən orqan (şəxs) onkoloq həkim vəzifəsində işlədiyi 10 aylıq müddətə görə 2254 (iki min iki yüz əlli dörd) manat əmək haqqı ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X9 şöbəsi tərəfindən düzgün olaraq işəgötürən tərəfindən nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) mülahizə xarakterli dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğv edilməsi və yа dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Оnа görə də şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmаlıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 136-cı mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar