Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-377/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Qərarından şikayət verilən orqan nümayəndəsi X1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.Əliyev) Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan (Bakı Nəqliyyat Agentliyinin) ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarından verdiyi şikayət təmin edilməmişdir İşin halları: Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan (Bakı Nəqliyyat Agentliyinin) ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə saat 13:30 radələrində Bakı şəhər Yasamal rayon Moskva prospektində də ona məxsus **-GP-*** nömrəli MERSEDES BENZ E220 CDİ Minik markalı avtomaşınla hərəkətdə olarakən köməkçi yolun sağ tərəfində dayanmışdır. Qərarından şikayət verilən orqan (Bakı Nəqliyyat Agentliyinin) elektron vasitələrə əsaslanaraq tərtib etdiyi Elekton-Qərara əsasən ona İXM-in 346.2- ümumi istifadədə olan nəqliiyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 və 5.13 yolnişanlarından 15 metr az yaxınlığında durmasına görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Bildirmək istəyir ki, ona məxsus nəqliyyat vasitəsi ilə dayandığı ərazi - İXM 346.2 ci madəsində göstərilən 5.12 və 5.13 nişanlarından 15 metr yox təqribən 35-40 metr məsafədə yerləşmişdir və həmçinin həmin ərazi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması üçün meydança hesab edilə bilməz. Belə ki, həmin ərazidə ona məxsus nəqliyyat vasitəsi ilə dayandığı müddətdə heç bir ümumi istifadədə olan nəqliyat vasitələrinin hərəkətinə hər hansı maneə törədilməmişdir. Çünki nəqliiyat vasitəsini saxladığı ərazi ilə, həmin 5.12 və 5.13 nişanlarının qurlaşdırıdığı ərazi ilə həmçinin ümumin istifadədə olan nəqliyyat vasitələrin dayanması üçün nəzərdə tutulan ərazilər arasında kifayət qədər məsafə var olmuşdur ( təqribən 35-40 metr). Düşünür ki, İXM-in 346.2-ci madəsi ilə ona ##.##.2026 ci il tarixli EQ-******** nömrəli Elektron-Qərarı əsasız tərtib edilmişdir və ədalətsizdir. Məhkəmə iclasında şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətdə göstərilənlərə uyğun izhat verib şikayətinin təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, o taksi fəaliyyəti ilə məşğuldur. Bu halda sərnişini taksidən düşürən zaman baş vermişdir. Hesab edir ki, o qanunun tələblərini pozmamışdır İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026cı il tarixdə saat 13:30 radələrində Bakı şəhər Yasamal rayonu Moskva prospektində ona məxsus **-GP-*** nömrəli MERSEDES BENZ E220 CDİ Minik markalı avtomobillə hərəkətdə olarkən köməkçi yolun sağ tərəfində dayanmışdır. Bakı Nəqliyyat Agentliyinin elektron vasitələrə əsaslanaraq tərtib etdiyi Elektron-Qərara əsasən ona İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə (ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 və 5.13 yol-nişanlarından 15 metr az yaxınlığında durmasına görə) 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Şikayətçi bildirmişdir ki, ona məxsus nəqliyyat vasitəsi ilə dayandığı ərazi İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində göstərilən 5.12 və 5.13 nişanlarından 15 metr yox, təqribən 35-40 metr məsafədə yerləşirdi və həmin ərazi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması üçün meydança hesab edilə bilməz. Belə ki, həmin ərazidə dayandığı müddətdə ona məxsus nəqliyyat vasitəsi heç bir ümumi istifadədə olan nəqliyyat vasitəsinin hərəkətinə hər hansı maneə törətməmişdir. Çünki nəqliyyat vasitəsinin saxladığı ərazi ilə həmin 5.12 və 5.13 nişanlarının quraşdırıldığı ərazi arasında, həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulan ərazilər arasında kifayət qədər məsafə (təqribən 35-40 metr) olmuşdur. O, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə ona ##.##.2026-cı il tarixli EQ-******** nömrəli Elektron-Qərarın əsassız tərtib edildiyini və ədalətsiz olduğunu düşündüyünü bildirmişdir. Şikayətçi ##.##.2026-cı il tarixdə Qəbələ Rayon Məhkəməsinin inzibati binasında baş tutan prosesdə yuxarıda qeyd etdiyi məsələləri və əlavə olaraq inzibati xətanın qeydə alındığı ərazinin video görüntüsünü Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyini, lakin təqdim etdiyi sübutların və video görüntülərin Məhkəmə tərəfindən nəzərə alınmadığını bildirmişdir. Bundan əlavə, Məhkəmə prosesində qarşı tərəfin nümayəndəsinin prosesdə iştirak etmədiyini və qarşı tərəfin məhkəmə prosesinə qədər heç bir əlavə sübut təqdim etmədiyini qeyd etmişdir. Baxmayaraq ki, qarşı tərəf İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə əsasən onun təqsirini sübut etməyə borcludur. O, Qəbələ Rayon Məhkəməsinin məhkəmə prosesində təqsirinin sübuta yetirilmədiyi kimi qərardad qəbul etməli olduğunu düşündüyünü, lakin prosesin sonunda onun əleyhinə qərardad qəbul edildiyini bildirmişdir. Bununla da, o, Qəbələ Rayon Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələblərini nəzərə almadan qarşı tərəfin, yəni Bakı Nəqliyyat Agentliyinin barəsində tərtib etdiyi Elektron-Qərarı qüvvədə saxladığını, bunun da Məhkəmənin ədalətlilik prinsipinə tamamilə zidd olduğunu hesab etmişdir. Şikayətçi İXM-in 61-ci maddəsinə (inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının hüquqları) istinad edərək qeyd etmişdir ki, inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququna malikdir. Şikayətçi İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə (xüsusi texniki vasitələr) istinad edərək qeyd etmişdir ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Şikayətçi düşündüyünü bildirmişdir ki, xüsusi texniki vasitələrlə çəkilmiş fotoşəkillər onun müvafiq olaraq hansı məsafədə dayandığını göstərə bilməz. Bundan əlavə, bu fotoşəkillər onun inzibati xəta törətməsi və ya törətməməsi üçün də əsas ola bilməz. Yalnız fotoşəkillər deyil, video-görüntülər də təqdim edilməlidir ki, onun inzibati xəta törətməsinə və ya törətməməsinə əsas olsun (çünki onun hansı məsafədə dayanması yalnız videogörüntülərlə sübut oluna bilər, fotoşəkillərlə yox). Belə ki, ##.##.2026-cı il tarixdə Elektron qərarın tərtib edildiyi əraziyə təkrar qayıtdığını, ona məxsus nəqliyyat vasitəsi ilə dayandığı ərazidə və həmin ərazi ilə 5.12 və 5.13 nişanlarının quraşdırıldığı ərazi arasındakı məsafəni ölçdüyünü (həmin məsafə təqribən 35-40 metr idi) və ona məxsus telefonla müvafiq video görüntülər götürdüyünü (həmin görüntüləri məhkəmə prosesində hakimə təqdim etdiyini) bildirmişdir. Lakin ona təqdim olunmuş inzibati qərarda onun inzibati xəta törətdiyinə və ya törətmədiyinə əsas olan heç bir video görüntünün protokola əlavə edilmədiyini və bunun da İnzibati Xətalar Məcəlləsinin 61 və 81-ci maddələrinə tamamilə zidd olduğunu qeyd etmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarına və Bakı Nəqliyyat Agentliyinin elektron vasitələrə əsaslanaraq tərtib etdiyi ##.##.2026-cı il tarixli EQ-******** nömrəli Elektron-Qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan nümayəndəsi X1 çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan çıxarışlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixdə Yasamal rayonu, Moskva prospekti ünvanında İXM-in 346.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, 40 manat cərimə və 2 cərimə balı tətbiq edilmişdir. Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə təqdim edilmiş şəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 12:38-də Yasamal rayonu, Moskva prospektində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda nəqliyyat vasitəsini saxlayaraq, avtomobildən düşərək getmişdir. Beləliklə də, İXM-in 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Lakin apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, birinci instansiya məhkəməsi iş üzrə ədalətli qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edən halları lazımi qaydada araşdırmamış, sübutların obyektiv hüquqi qiymətləndirilməsini həyata keçirməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti bilavasitə Qərarından şikayət verilən orqan (Bakı Nəqliyyat Agentliyinin) ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarı ilə bağlı olmuşdur. Lakin iş materiallarının təhlili göstərir ki, mübahisələndirilən həmin inzibati qərar iş materiallarında mövcud deyil. Qərarından şikayət verilən orqan nümayəndəsi X1 tərəfindən məhkəmə iclasında təqdim olunmuş və yazılı etirazda istinad edilmiş ******* nömrəli qərar isə hazırkı məhkəmə mübahisəsinin predmeti deyil. Belə ki həmin qərar fərqli zamanda, ##.##.2026-cı il tarixdə və fərqli əsasla İXM-in 346-1.1-ci maddəsi ilə tərtib edilmişdir. Həmçinin təqdim edilmiş fotoşəkillər tədqiq edilən işə aid deyildir və məhkəmə araşdırmasında sübut kimi istifadə edilməsi qeyri-mümkündür. Sözügedən qərar mühüm prosessual sənəd olduğundan məhkəmə icraatında mübahisə obyekti olan inzibati aktın əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti olmadan, birinci instansiya məhkəməsinin həmin aktın qanuniliyini yoxlaması və onun qüvvədə saxlanılması barədə nəticəyə gəlməsi prosessual normaların kobud şəkildə pozulmasıdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi ziddiyyətli dəlilləri tam şəkildə tədqiq etməmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ona məxsus nəqliyyat vasitəsinin 5.12 və 5.13 yol nişanlarından qanunla müəyyən edilmiş 15 metrlik məsafədə deyil, təqribən 35-40 metr məsafədə dayandığını iddia etmiş, bu iddiasını sübut etmək məqsədilə hadisə yerindən videogörüntülər təqdim etmişdir. İXM-in 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və eyni Məcəllənin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Eyni zamanda, İXM-in 133.2.8-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın qanuniliyinin və əsaslılığının işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılmasını tələb edir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən faktiki halların tam araşdırılmaması, iş materiallarında mübahisələndirilən inzibati qərarın olmaması və təqdim edilmiş sübutların lazımi qaydada qiymətləndirilməməsi nəticəsində qeyri-qanuni və əsassız qərar çıxarılmışdır. Bu ziddiyyətlərin və prosessual pozuntuların apellyasiya instansiyasında aradan qaldırılması mümkün olmadığından, İXM-in 134.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yenidən baxış zamanı məhkəmə tərəfindən mübahisə obyekti olan EQ ******** nömrəli qərar işə əlavə edilməli, xətanın törədildiyi məsafə və şərait video-foto materiallar əsasında dəqiq müəyyənləşdirilməli və qanunauyğun qərar qəbul edilməlidir. İXM-in 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta barədə iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-377/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-377/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver