Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-378/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xxxx MMC-nin direktoru X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim C.Abbasov) hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin baş müfəttişi X2 tərəfindən tərtib edilmiş, ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) ##.##.2026-cı il tarixədək İXMinn 150.1.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədiyindən Əli Xələfzadənin əmək haqqından tutulma aparılması həyata keçirilməyərək inzibati cərimənin ödənilməsi təmin edilməmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində İXM-in 529.1-1-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) X3 izahat verərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli qərar əsasında İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat əbləğində inzibati qaydada cərimə olunmuş və cərimə şərti tətbiq edilərək 10 (on) gün müddət verilmişdir, lakin, həmin müddət ərzində pozuntular aradan qaldırıla bilmədiyi üçün qərar qüvvəyə minmiş və onun əmək haqqından tutularaq icra edilməsi üçün rəhbəri olduğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilmişdir. Lakin, rəhbərlik etdiyi MMC zərərə uğradığı üçün demək olar ki, fəaliyyət göstərmir, vergi borcu çoxdur, bu səbəbdən də hazırki vaxtadək əmək haqqından tutulma aparılmayaraq cərimə məbləğindən heç bir ödəniş edilməmişdir. Bildirir ki, inzibati xəta haqqında protokolla razı deyil, vaxt verilərsə səlahiyyətli orqanla razılaşıb cərimə məbləğini hissəhissə ödəyə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmədən protokolun təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Zərdab Aqro MMC həmin qərardan şikayət verərək Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Zərdab Aqro MMC şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin baş müfəttişi X2 tərəfindən ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X3 izahat verərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli qərar əsasında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cərimə şərti tətbiq edilərək 10 (on) gün müddət verilmişdir, lakin həmin müddət ərzində pozuntular aradan qaldırıla bilmədiyi üçün qərar qüvvəyə minmiş və onun əmək haqqından tutularaq icra edilməsi üçün rəhbəri olduğu MMC-yə göndərilmişdir. Lakin rəhbərlik etdiyi MMC zərərə uğradığı üçün demək olar ki, fəaliyyət göstərmir, lakin maddi çətinliklərə baxmayaraq 1000 manatlıq cərimə artıq ödənilmişdir. O, inzibati xəta haqqında protokolla razı olmadığını, vaxt verilərsə səlahiyyətli orqanla razılaşıb cərimə məbləğini hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, o, məhkəmədən protokolun təmin olunmamasını xahiş etmişdir. Şikayətçi hüquqi əsas olaraq İXM-in 21-ci maddəsinə (inzibati tənbehin məqsədi) istinad edərək qeyd etmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şikayətçi İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbehin ədalətli olması, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olması gərəkdiyini bildirmişdir. Şikayətçi İXM-in 143.1 və 143.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, inzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə sala bilər. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı ayadək müddətə uzadıla bilər. Şikayətçi İXM-in 32.1, 32.1.1 və 32.1.7-ci maddələrinə əsasən, inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığının və törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsinin nəzərə alındığını qeyd etmişdir. Şikayətçi birinci instansiya məhkəməsinin işin hallarını hərtərəfli, obyektiv və tam araşdırmadığını, işin maliyyə tərəfini, yəni maliyyə imkansızlığını nəzərə almadığını bildirmişdir. İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxs barəsində tənbeh tətbiq edilərkən onun maliyyə və əmlak vəziyyəti nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qərarında "xxxx" qeyd edilmişdir. Halbuki MMC-nin fəaliyyət göstərməməsi, ağır zərərlə işləməsi və böyük vergi borclarının olması barədə Xələfzadə Əli öz çıxışında qeyd etmişdir. Faktiki olaraq fəaliyyət göstərməyən və maddi çətinliklərə baxmayaraq 1000 manatlıq cəriməni artıq ödəmiş, bununla da son maliyyə resurslarını tükətmiş şirkətə əlavə olaraq daha ağır, 3000 manat cərimənin kəsilməsi müəssisənin tamamilə müflisləşməsinə yönəlmişdir və İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş "tərbiyələndirmək və inzibati xəta törədilməsinin qarşısının alınması" məqsədinə deyil, hüquqi şəxsin cəzalandırılaraq məhv edilməsinə xidmət edir. Xüsusilə son 6 ay ərzində respublikada yayılmış dabaq (ayaq-ağız) xəstəliyi nəticəsində təsərrüfata 80.000 (səksən min) manatdan artıq maddi ziyan dəymişdir. Heyvan tələfatı, məhsuldarlığın azalması, müalicə və profilaktik tədbirlərə çəkilən xərclər müəssisənin maliyyə vəziyyətini ağırlaşdırmışdır. Şikayətçi İXM-in 31.1, 31.2 və 31.3-cü maddələrinə əsasən, inzibati xətaya görə tənbehin bu Məcəlləyə uyğun olaraq tətbiq edildiyini, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alındığını, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən isə inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alındığını qeyd etmişdir. Şikayətçi birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlil olaraq, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmadığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin maliyyə və əmlak vəziyyətinin nəzərə alınmadığını bildirmişdir. Şikayətçi birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar kimi, məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmadığını, maliyyə vəziyyətinin araşdırılmadığını göstərmişdir. Odur ki, Zərdab Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli iş üzrə qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli və ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublarında nəzərdə tutulmuş tədbirlərin görülmədiyi müəyyən edilmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 tərəfindən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bağlı zəruri məlumatların (sənədlərin) təqdim edilmədiyi müəyyən edilmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi X3 barəsində İXM-in 539.3- cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Əli Xələfzadəyə ünvanlanmış ## #### 2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktubdan görünür ki, regional şöbənin ## #### 2026cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı ilə İXM-in 539-cü maddəsinə əsasən 1000 (bir min) manat məbləğində şərti olaraq cərimə edilməsi barədə məlumatlandırılmış, eyni zamanda cərimə məbləğinin aidiyyəti üzrə dövlət hesabına ödənilməsi və regional şöbəyə məlumat verilməsi xahiş edilmişdir. “EMS Azerexpresspost” xidmətinin göndərişlərin izlənməsi altsistemi və göndərişin xəbərnaməsindən (SS*********az nömrəli) görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Əli Xələfzadəyə ünvanlanmış məktub ## #### 2026-cı il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, İXM-in 539.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 barəsində Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar ilə 1000 (bir min) manat məbləğində şərti olaraq inzibati cərimə tənbeh növü tətbiq edilmiş və həmin qərarda hüquqpozmanın aradan qaldırılması üçün 10 (on) gün müəyyən olunmuşdur. Lakin icrası məcburi göstərişdə nəzərdə tutulan müddətdə işəgötürən tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat tam daxil olmadığı üçün cərimənin şərti olaraq tətbiq edilməsi haqqında müvafiq qərar qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən X3 əməkhaqqından hər ay 40 faiz olmaqla, 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Mərkəzi Aran regional şöbəsinə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə xidmətə məlumat verilməsini, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini xidmətə qaytarılmasını xahiş edilərək İXM-in 529.1-1-ci maddəsinin tələbləri izah edilməklə qanunla nəzərdə tutulmuş müddət ərzində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tutulma həyata keçirilmədiyi halda inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. “EMS Azerexpresspost” xidmətinin göndərişlərin izlənməsi altsistemi və göndərişin xəbərnaməsindən (SS*********az nömrəli) görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Əli Xələfzadəyə ünvanlanmış məktub ## ##### 2026-cı il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, İXM-in 150-ci maddəsinin tələbləri gözlənilmədiyinə görə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat başlanılacağı barədə bildiriş göndərilmiş və səlahiyyətli nümayəndənin iştirak edilməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 11:00- dək X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdurlar “EMS Azerexpresspost” xidmətinin göndərişlərin izlənməsi altsistemi və göndərişin xəbərnaməsindən (SS*********az nömrəli) görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Əli Xələfzadəyə ünvanlanmış məktub ## ##### 2026-cı il tarixdə çatdırılmışdır Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanunidir, əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək ədalətli nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələri şübhə altına almağa əsas vermir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin baş müfəttişi tərəfindən ##.##.2026-cı il tarixdə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsinə səbəb, regional şöbənin ## #### 2026-cı il tarixli qərarı ilə hüquqi şəxsin direktoru Əli Xələfzadənin İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilməsi və həmin cərimənin qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi nəticəsində cərimə barədə qərarın icra olunması məqsədilə işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilməsinə baxmayaraq, MMC tərəfindən borclunun əməkhaqqından tutulmaların aparılmaması və cərimənin icrasının təmin edilməməsi olmuşdur. İXM-in 529.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 150.1.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada inzibati cərimənin ödənilməməsi barədə məlumat daxil olduqdan sonra inzibati cərimə tətbiq etmə haqqında qərarın bu Məcəllənin 143.1-ci və ya 143.2-ci maddələrinə uyğun olaraq icrasının təxirə salınması və ya müddətinin uzadılması barədə qərarlar qəbul edilmədiyi halda, qərarı qəbul etmiş orqan tərəfindən həmin qərar inzibati məsuliyyətə cəlb olunmuş şəxsin əməkhaqqından və ya digər gəlirlərindən tutulması üçün onun işlədiyi müəssisəyə göndərildikdə, müəssisə tərəfindən inzibati cərimənin qanunla müəyyən edilmiş müddətdə və qaydada tutulmasının həyata keçirilməməsinə görə hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Eyni zamanda, İXM-in 150.1.5-ci maddəsi müvafiq icraat çərçivəsində cərimə barədə qərarın icrası üçün işəgötürənə konkret vəzifələr və müddətlər tətbiq edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin apellyasiya şikayətində irəli sürdüyü "cəmiyyətin zərərlə işləməsi", "heyvan tələfatı və dabaq xəstəliyi səbəbindən maliyyə çətinliyinin yaranması", "fəaliyyətin demək olar ki, dayanması" və "1000 manatlıq cərimənin artıq sonradan ödənilməsi" barədə dəlilləri məhkəmə tərəfindən araşdırılmış və hüquqi əsası olmadığı üçün rədd edilmişdir. İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkibi formal xarakter daşıyır və qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilmiş qərar üzrə əməkhaqqından tutulma vəzifəsinin icra edilməməsi faktının özü məsuliyyətin yaranması üçün kifayətdir. Hüquqi şəxsin daxili maliyyə və təsərrüfat çətinlikləri qanunla müəyyən edilmiş imperativ icra normalarının yerinə yetirilməməsinə bəraət qazandıra bilməz və onu məsuliyyətdən azad etmir. Məhkəmə həmçinin müəyyən edir ki, səlahiyyətli orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qərarın icra edilməsi zərurəti və icra edilmədiyi təqdirdə inzibati məsuliyyətin yaranacağı barədə rəsmi qaydada xəbərdarlıq məktubları göndərilmiş və bu məktublar "EMS Azerexpresspost" xidməti vasitəsilə qanuni təmsilçiyə vaxtında çatdırılmışdır. Buna baxmayaraq, hüquqi şəxs qanunvericiliyin tələblərinə etinasız yanaşaraq cərimə barədə qərarın icrasını təmin etməmiş və qanunla müəyyən edilmiş müddətdə əməkhaqqından tutulma aparmamışdır. Sonradan 1000 manatlıq ilkin cərimənin ödənilməsi hüquqi şəxs tərəfindən törədilmiş və artıq başa çatmış inzibati xətanın tərkibini aradan qaldırmır, yalnız İXM-in 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilə bilər. İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxs barəsində tənbeh tətbiq edilərkən onun maliyyə və əmlak vəziyyəti, xətanın xarakteri və digər hallar nəzərə alınmalıdır. Lakin qeyd edilən maddə hüquqi şəxsə sanksiya həddindən aşağı tənbeh tətbiq edilməsinə imkan vermir. İXM-in 529.1-1-ci maddəsinin sanksiyası alternativsiz olub, hüquqi şəxslər üçün birbaşa və dəqiq olaraq 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbehi nəzərdə tutur. Qanunvericilikdə bu maddə üzrə cərimə məbləğinin azaldılması və ya başqa tənbeh növü ilə əvəz edilməsi barədə hər hansı istisna müəyyən edilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən hüquqi şəxsə qanunun sanksiyasına uyğun olaraq məhz 3000 manat məbləğində cərimə təyin edilməsi qanunauyğundur və məhkəmənin qanunla müəyyən edilmiş hədd daxilində qərar verdiyini göstərir. İXM-nin 84.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq öz daxili inamı ilə sübutları qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı prosessual pozuntu aşkar edilməmişdir. Zərdab Rayon Məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün faktları düzgün hüquqi tövsif etmiş, tərəflərin dəlillərinə hüquqi qiymət vermişdir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Zərdab Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Zərdab Aqro MMC-ə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, Zərdab Aqro MMC-nin qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs xxxx MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə üzrə Zərdab Rayon Məhkəməsinin 03 iyun2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-378/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-378/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver