Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-380/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, Inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-132)-278/2026 (sədrlik edən N.Qoşqarova) nömrəli qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 253-1.1.3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsindən daxil olmuş IXM-in 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bələdiyyənin mülkiyyətində olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə təqdim edilməmiş və onun tərəfindən IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, Ismayıllı rayon Qalacıq bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, bələdiyyə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bələdiyyələrə həmin hesabatın təqdim edilməsi ilə bağlı rəsmi xəbərdarlıq edilməmişdir. Çünki həmin hesabat hər il yanvar ayının 1-dən fevral ayının 20dək idarəyə təqdim edilməlidir. Buna baxmayaraq, Ismayıllı rayonu Qalacıq Bələdiyyəsi 2025-ci il tarixə aid hesabatları təqdim etməmişdir. Protokol tərtib edilməsi ilə bağlı mobil telefon vasitəsi ilə bələdiyyə sədrinə şifahi formada məlumat verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ismayıllı rayonu Qalacıq Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirdi ki, 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərində sədr seçilmiş və bir neçə kənd Qalacıq Bələdiyyəsinə birləşmişdir. Qeyd olunan hesabatı verməli olduğunu bilməmişdir. Həmin hesabat tələb olunmamış və bununla bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Bələdiyyə barəsində tərtib edilmiş protokolla razı deyil. Belə ki, protokol onun iştirakı ilə tərtib edilmiş və ona hər hansı rəsmi xəbərdarlıq edilməmişdir. Həmin hesabatın tələb olunması ilə bağlı heç bir rəsmi xəbərdarlıq da göndərilməmişdir. Ismayıllı rayonu Qalacıq kəndi və ona birləşən digər kəndlərin ərazilərinin dəqiq xəritələri müəyyən edilmədiyinə görə, hansı yaşıllıqların bələdiyyənin mülkiyyətində olduğunu, habelə müvafiq texniki avadanlıqları və bilikləri olmadığına görə bitki və ağacların növünü, yaşını, cinsini və digər meyarlarını müəyyən edə bilmirlər. Bununla belə, onun bələdiyyə sədri olduğu müddətdə yaşıllıqların uçotu və monitorinqinin hansı qaydada aparılması barədə onlara heç bir təlimat və cihaz verilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yanlış olaraq hesab etmişdir ki, texniki vasitələrin təqdim olunmaması inzibati məsuliyyəti aradan qaldırır. Lakin IXM-in 253-1.1.3-cü maddəsinin dispozisiyası son dərəcə sadədir: Yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Normanın tətbiqi üçün aşağıdakılar kifayətdir: – hesabat vermək vəzifəsinin mövcudluğu; – hesabatın təqdim edilməməsi faktı. Bu iki hal iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə isə normada nəzərdə tutulmayan əlavə şərtlər yaradaraq: texniki təminat, proqram təminatı, təlim keçirilməsi kimi halları məsuliyyətin zəruri elementi kimi qəbul etmişdir. Halbuki həmin hallar maddənin dispozisiyasında nəzərdə tutulmamışdır. Iş materiallarından görünür ki, 2025-ci il üzrə yaşıllıqların uçotu və monitorinqinə dair hesabat ETSN-yə təqdim edilməmişdir. Bu hal aktla, inzibati xəta haqqında protokolla, məhkəmədə verilmiş izahatlarla təsdiq edilmişdir. Əslində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da hesabatın təqdim edilmədiyini inkar etməmişdir. O yalnız səbəblər göstərmişdir. Deməli, inzibati xəta hadisəsinin özü mübahisə predmeti deyil. Mübahisə yalnız təqdim etməmənin səbəbləri ilə bağlıdır. Bu isə inzibati xəta hadisəsini aradan qaldırmır. Məhkəmə qərarında xüsusi vurğulanır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci ildə seçilmişdir və hesabat vermək öhdəliyindən xəbərsiz olmuşdur. Bu nəticə hüquqi baxımdan qəbuledilməzdir. Azərbaycan Respublikasının hüquq sistemində qanunu bilməmək məsuliyyətdən azad etmir. Bələdiyyə sədri seçilən şəxs öz vəzifəsinin icrası üçün zəruri normativ aktları bilməyə borcludur. Əks halda istənilən vəzifəli şəxs: “mən yeni təyin olunmuşdum” arqumenti ilə məsuliyyətdən yayınmış olar. Bu isə hüquqi müəyyənlik prinsipinə ziddir. Qərarda göstərilir ki, * saylı RETSI tərəfindən bələdiyyənin texniki vasitələrlə təmin edilməsinə dair sübut təqdim olunmamışdır. Lakin belə sübut təqdim etmək vəzifəsi ümumiyyətlə mövcud deyil. Çünki IXM-in 253-1.1.3-cü maddəsində məsuliyyətin yaranması üçün: texniki təminatın verilməsi, cihazların təqdim olunması, proqramların quraşdırılması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə qanunda olmayan sübutların təqdim edilməsini tələb etmişdir. Bu isə IXM-in 8.1-ci maddəsinin mahiyyətinə ziddir. Məhkəmə hesab etmişdir ki, protokol barəsində iş aparılan şəxsin iştirakı olmadan tərtib edilmişdir. Lakin IXM-in 100-cü maddəsinin məzmunundan görünür ki, şəxsin iştirak etməməsi protokolun etibarlılığına səbəb olmur. Əsas şərt şəxsin hüquqlarının təmin edilməsidir. Şəxsin çağırılması, məlumatlandırılması və ya imtina etməsi hallarında protokol tərtib edilə bilər. Bundan başqa, apellyasiya instansiyası nəzərə almalıdır ki, protokolun tərtibi zamanı yol verilən mümkün prosessual çatışmazlıq inzibati xəta hadisəsini aradan qaldırmır. Məhkəmə ilk növbədə xəta hadisəsinin olub-olmamasını qiymətləndirməli idi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bələdiyyələrə texniki təminat verilmədiyinə görə onların hesabat təqdim etməməsi üzrlü hesab edilməlidir. Lakin *** nömrəli Qərarın məzmunundan görünür ki, hesabatın təqdim edilməsi bələdiyyənin vəzifəsidir; metodiki dəstəyin göstərilməsi isə ETSN-nin funksiyalarından biridir. Metodiki dəstək göstərilməsinin mübahisələndirilməsi hesabat təqdim etməmək hüququ yaratmır. Əks təqdirdə ölkənin bütün bələdiyyələri bu əsasla hesabat verməkdən imtina edə bilərdilər. IXM-in 3-cü maddəsinə əsasən təqsir qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Bu işdə ən azı ehtiyatsızlıq formasında təqsir mövcuddur. Çünki: – hesabat təqdim edilməmişdir; – vəzifəli şəxs həmin vəzifəni icra etməmişdir; – qanuni öhdəliyin yerinə yetirilməsi üçün lazımi tədbirlər görülməmişdir. Bu hallar inzibati xəta tərkibinin bütün elementlərini yaradır. Ismayıllı Rayon Məhkəməsi IXM-in 253-1.1.3-cü maddəsini düzgün tətbiq etməmiş, sübutları birtərəfli qiymətləndirmiş, qanunda nəzərdə tutulmayan halları məsuliyyətdən azadetmə əsası kimi qəbul etmiş, inzibati xəta hadisəsinin mövcudluğunu nəzərə almamışdır. Nəticədə qanunsuz qərar qəbul edilmişdir. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasının müəyyən edilməsini, barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ismayıllı rayonu Qalacıq Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Ismayıllı rayonu Qalacıq Bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçısının çıxışı ilə birlikdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin apellyasiya şikayəti təmin edilmədən, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmadığı barədə düzgün və hüquqi cəhətdən əsaslandırılmış nəticəyə gəlmiş, iş üzrə icraata xitam verməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Məhkəmə qeyd edir ki, IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan şəxs inzibati məsuliyyətə cəlb olunur. Inzibati xətanın tərkibi subyekt, obyekt, subyektiv cəhət və obyektiv cəhət elementlərinin vəhdətini tələb edir və bu elementlərdən hər hansı birinin olmaması inzibati məsuliyyəti tamamilə istisna edir. Inzibati məsuliyyətin yaranması üçün şəxsin qanunla üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməməsində onun qəsdi və ya ehtiyatsızlığı, yəni təqsiri sübuta yetirilməlidir. Iş materiallarından isə görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hesabatı qanunla müəyyən edilmiş müddətdə təqdim etməməsi onun subyektiv iradəsindən və təqsirli davranışından deyil, obyektiv səbəblərdən və icrası qeyrimümkün olan hallardan irəli gəlmişdir. Bu da əməldə inzibati xəta tərkibinin subyektiv cəhətinin mövcudluğunu rədd edir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.2 və 2.4-cü bəndlərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlarda yaşıllıqların uçotu vahid metodika əsasında, müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkillərindən, habelə ArcGIS proqramından (mdb formatında) istifadə edilməklə aparılmalıdır. Həmin normaların mətni və hüquqi mahiyyəti göstərir ki, dövlət orqanları bələdiyyələrə bu sahədə metodiki və texniki dəstəyi təmin etməli, müvafiq proqram təminatı və cihazların istifadəsi ilə bağlı təlimatlar verməlidir. Iş üzrə müəyyən edilmişdir ki, qeyd olunan ərazilərin dəqiq xəritələri bələdiyyəyə təqdim edilməmiş, yaşıllıqların uçotunun aparılması üçün heç bir texniki cihaz, proqram təminatı və ya metodiki təlimat verilməmişdir. Müvafiq xəritə, cihaz və xüsusi biliklər olmadan ağacların növünü, yaşını, cinsini və koordinatlarını müəyyən edərək elektron formatda vahid hesabat hazırlamaq bələdiyyə sədri üçün obyektiv olaraq qeyri-mümkün olmuşdur və qanunverici icrası qeyri-mümkün olan öhdəliklərin yerinə yetirilməməsinə görə şəxslərin xarakterli inzibati tənbehə məruz qalmasını qadağan edir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında hesabat qanunla müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Lakin eyni zamanda müəyyən olunur ki, həmin hesabatın hazırlanması üçün zəruri olan topoqrafik məlumatlar, elektron xəritələr, ArcGIS proqram təminatı, metodiki göstərişlər və digər texniki imkanlar bələdiyyəyə təqdim edilməmiş, habelə bu istiqamətdə hər hansı təlim və ya metodiki dəstək göstərilməsi də sübuta yetirilməmişdir. Belə şəraitdə hesabatın hazırlanmasının və təqdim edilməsinin obyektiv cəhətdən mümkün olub-olmaması araşdırılmadan yalnız hesabatın təqdim edilməməsi faktına əsasən şəxsin təqsirli hesab edilməsi inzibati məsuliyyətin əsas prinsiplərinə uyğun sayıla bilməz. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olmaması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən hallar həmin nəticəni təkzib edən yeni hüquqi və ya faktiki əsaslar yaratmadığından, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 6-cı və 100-cü maddələrinin tələblərinə görə, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində icraat aparılan şəxsin prosessual hüquqları, o cümlədən izahat vermək, vəsatət qaldırmaq və protokolun surətini almaq hüququ tam təmin edilməlidir. Işin hallarından görünür ki, protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan, onun hüquq və vəzifələri izah edilmədən tərtib olunmuşdur. Şikayətdə qeyd olunan “şəxsin iştirak etməməsinin protokolun etibarlılığına təsir etməməsi” barədə dəlil yalnız şəxsin protokoldan qanuni qaydada yayınması və ya çağırışdan boyun qaçırması hallarına aid edilə bilər. Mövcud işdə isə şəxsə rəsmi çağırış vərəqəsi göndərilmədiyi, onun prosessual hüquqlarının reallaşdırılması üçün real imkan yaradılmadığı müəyyən edilmişdir ki, bu növ prosessual pozuntular çərçivəsində tərtib olunmuş protokol IXM-in 53.2-ci maddəsinin mənasına görə qanuna zidd olaraq əldə edilmiş sübut hesab olunur və onun əsasında şəxsin məsuliyyətə cəlb edilməsi yolverilməzdir. IXM-in 253-1.1-ci maddəsinə görə yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu 1.3.1. yaşıllıqların uçotu və kadastrı – yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu; 1.3.2. yaşıllıqların monitorinqi – yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi. Maddə 8. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri 8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 8.2.3. mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifəsidir. Maddə 11. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları 11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Resoublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanının 1.3-cü bəndi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi 12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə görə, həmin Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Sözügedən Qaydanın 2.2-ci bəndinə görə, yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik vəaerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqramtəminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli qərarı ilə ArcGIS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. IXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-380/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-380/2026
16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver