Məhkəmə qərarları › İş №3(3-10)-381/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-381/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-381/2026 13.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin (hakim X.Bədəlov) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) vəkili Vəkil Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Alayının *** saylı YPX postu VIII Tağım YPX inspektoru M.Rəsulzadənin ## ###### 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət və ona əlavə edilmiş sənədlər ona qaytarılmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) vəkili Vəkil Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Alayının *** saylı YPX postu VIII Tağım YPX inspektoru M.Rəsulzadənin ## ###### 2025-ci il tarixli, TP ******* nömrəli nzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin (hakim X.Bədəlov) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili Vəkil verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə IXM-in) 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) vəkili Vəkil Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Alayının *** saylı YPX postu VIII Tağım YPX inspektoru M.Rəsulzadənin ## ###### 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət və ona əlavə edilmiş sənədlər ona qaytarılmışdır. IXM-in 106-cı maddəsinin tələbinə əsasən, hakim inzibati xəta haqqında işə baxmağa hazırlaşarkən ilk növbədə işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını və işin icraatını rədd edən halların mövcudluğunu müəyyən etməlidir. IXM-in 109.1. və 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. IXM-nin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərhinə dair # ###### 2020-ci il tarixli Qərarında birmənalı olaraq göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd edir ki, qanundan irəli gələn tələblərdən aydın olduğu kimi, IXM-də məhkəmədə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (Inzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsi). Qeyd оlunаnlаrа əsаsən məhkəmə hesab edir ki, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilməli və hаzırki inzibаti xətа hаqqındа iş mаteriаllаrı Ucar Rаyоn Məhkəməsinə qаytаrılmаlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 109, 132-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili Vəkil tərəfindən verilmiş şikayət, iş materialları ilə birlikdə Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar