Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-383/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X.Bədəlov), Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Işin halları Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv olunmasını və həmin iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarına görə guya ki, o, ünvan 1 saylı ünvanda qazanxana ərazisində köküstə yaş müxtəlif diametrli 20 ədəd ağacın kök boğazdan kəsilərək məhv etmişdir və buna görə IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib, 4.000 manat cərimə olunmuşdur. O, “xxxx” ASC-nin X3 Istismarı Sahəsinin rəisi vəzifəsində işləyir. ünvan 1 saylı ünvanda yerləşən qeyd olunan ərazi “xxxx” ASC-nin X3 Istismarı Sahəsinin balansındadır. 2025-ci ilin dekabr ayında o, rəhbərliyin göstərişinə uyğun olaraq həmin ərazidə təmizləmə işləri aparmışdır. Ərazi çox natəmiz olmuş, hətta oradan dörd ədəd it cəsədləri çıxarılmışdır. Lakin o, həmin ərazidə heç bir yaş ağac kəsməmişdir, ərazidən yalnız quru kolları, zibilləri və heyvan leşlərini yığışdırmışdır. Buna baxmayaraq, qanunsuz olaraq IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib, 4.000 manat cərimə olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, 3 il olar ki, “xxxx” ASC-nin X3 Istismarı Sahəsinin rəisi vəzifəsində işləyir. Idarənin həyətində olan kəsilmiş ağaclardan onun xəbəri yoxdur. Lakin o, göstəriş verərək ağaclarda budama işlərinin aparılmasını həyata keçirmiş, lakin bununla bağlı hər hansı qurumu məlumatlandırmamışdır. Hesab etmişdir ki, ağac budaqları qurudur və təmizlənməlidir. Onun əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. Sadəcə olaraq ağac budaqlarının kəsilməsi ilə bağlı hər hansı quruma rəsmi müraciət etməmişdir. Odur ki, şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Qərarından şikayət verilən orqan nümayəndəsi X4 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) 2025-ci ilin dekabr ayında ünvan 1 saylı ünvanda yerləşən ərazidə 20 ədəd ağacların boğaz hissəsindən kəsmiş, nəticədə IXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) sözügedən əməli araşdırılmış, inzibati araşdırma ilə əlaqədar həmin şəxsə məlumat verilmiş, lakin araşdırma aparılan orqana gəlmədiyindən barəsində müvafiq qərar qəbul edilmişdir. Baş vermiş inzibati xəta hadisəsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Beləliklə, hesab edir ki, aparılan araşdırma qanuni olmuş və qəbul edilən qərar törədilən əmələ düzgün hüquqi qiymətin verilməsini özündə əks etdirmişdir. Odur ki, şikayətin təmin edilməməsini, sözügedən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cl il tarixli, MN seriyalı, ******* nömrəli qərarına görə o, ünvan 2 saylı ünvanda qazanxana ərazisində köküstə yaş müxtəlif diametrli 20 ədəd ağacın kök boğazdan kəsilərək məhv etmişdir və buna görə IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib, 4.000 manat cərimə olunmuşdur. Qərarda göstərilənlərlə bağlı bildirir ki, o, “xxxx” ASC-nin X3 Istismarı Sahəsinin rəisi vəzifəsində işləyir. ünvan 2 saylı ünvanda yerləşən qeyd olunan ərazi ASCnin X3 Istismarı Sahəsinin balansındadır. 2025-ci ilin dekabr ayında o, rəhbərliyin göstərişinə uyğun olaraq həmin ərazidə təmizləmə işləri aparmışdır. Ərazi çox natəmiz olmuş, hətta oradan dörd ədəd it cəsədləri çıxarılmışdır. Lakin o, həmin ərazidə heç bir yaş ağac kəsməmiş, ərazidən yalnız quru kolları, zibilləri və heyvan leşlərini yığışdırmışdır. Buna baxamayaraq, qanunsuz olaraq IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib, 4.000 manat cərimə olunmuşdur. Odur ki, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ərizə təqdim edərək məzuniyyətdə olması ilə əlaqədar məhkəmə iclasının 2026-cı ilin sentyabr ayına təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən orqan Qərarından şikayət verilən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qərarından şikayət verilən orqan rəisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4.000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Qərarından şikayət verilən orqan rəisi X1 tərəfindən şikayətçiyə ünvanlanmış ## ###### 2026-cı il tarixli iddia haqqında xəbərdarlıq məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Ucar şəhəri, N.Nərimanov küçəsində sahəsində 15 (on beş) ədəd ağac və 5 (beş) topa nar kolunun kəsilərək məhv etməklə təbiətə 2.120 manat məbləğində ziyan vurmuşdur. - Qərarından şikayət verilən orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ## ###### 2026-cı il tarixli məktubdan və həmin məktubun şikayətçi Qərardan şikayət verən orqan (şəxs) çatdırılmasını təsdiq edən zərfdən görünür ki, sonuncu inzibati araşdırmanın vaxtı və yeri barədə məlumatlandırılsa da, sözügedən araşdırmanın aparılmasında iştirak etməmişdir. - Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) izahatında bildirmişdir ki, “xxxx” ASC-nin X3 Istismarı Sahəsinin balansında olan **/* saylı qazanxananın ərazisində olan kol-kos onun şifahi göstərişi əsasında kəsilmiş, bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməmiş, və həmin nazirlik tərəfindən rəy verilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qərarından şikayət verilən orqan ## ###### 2026-cı tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və şikayətçi Qərardan şikayət verən orqan (şəxs) göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas məzmunu ondan ibarətdir ki, şikayətçi tərəfindən mübahisələndirilən ərazidə yaş ağaclar kəsilməmiş, yalnız quru kol-kos, tullantılar və heyvan cəsədləri təmizlənmiş, buna görə də onun IXM-in 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassız olmuşdur. Məhkəmə həmin dəlilləri əsaslı hesab etmir. Iş materiallarından müəyyən edilir ki, Qərarından şikayət verilən orqan tərəfindən aparılmış inzibati araşdırma nəticəsində ünvan 1 saylı ünvanda yerləşən ərazidə 15 ədəd ağacın və 5 topa nar kolunun kəsilərək məhv edilməsi müəyyən edilmiş, vurulmuş ziyanın məbləği hesablanmış, bundan sonra şikayətçi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Inzibati orqanın gəldiyi nəticə yalnız ehtimala deyil, inzibati araşdırma zamanı toplanmış sübutların məcmusuna əsaslanmışdır. Məhkəmə hesab edir ki, şikayətçinin apellyasiya şikayətində göstərdiyi hallar iş materiallarında olan sübutların məzmunu ilə uzlaşmır. Əksinə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda əks olunmuş izahatından görünür ki, balansında olan ərazidə kol-kosun kəsilməsi onun göstərişi əsasında həyata keçirilmiş, lakin bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməmiş və müvafiq rəy alınmamışdır. Bu hal şikayətçinin yaşıllıqlar üzərində işlərin aparılmasına rəhbərlik etdiyini təsdiq etməklə yanaşı, həmin işlərin qanunvericiliklə müəyyən edilmiş prosedura riayət edilmədən həyata keçirildiyini də göstərir. Şikayətçinin yalnız quru kol-kosun təmizləndiyi barədə dəlili isə hər hansı obyektiv sübutla təsdiq olunmur. Halbuki, inzibati orqan tərəfindən toplanmış sübutlar, o cümlədən inzibati tənbeh vermə haqqında qərar, xəbərdarlıq məktubu və inzibati araşdırmanın materialları bir-birini tamamlayaraq həmin ərazidə ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktını təsdiq edir. Apellyasiya şikayətində həmin sübutların etibarlılığını şübhə altına alan və ya onları təkzib edən hər hansı yeni sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, onların hər birinə ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermiş, şikayətçinin irəli sürdüyü arqumentləri yoxlayaraq onların mötəbər sübutlarla təsdiq olunmadığı qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı həmin nəticənin yanlış olmasını göstərən hər hansı maddi və ya prosessual hüquq pozuntusu müəyyən edilməmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üzrə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-383/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-383/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver