Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-385/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi, protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbi Sərvətlər Idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə Müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin (hakim N.Qoşqarova) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 253.1.1-3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsindən daxil olmuş Məcəllənin 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Ismayıllı rayonu Kürdmaşı bələdiyyəsinin mülkiyyətində olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları * saylı regional ekologiya və təbii sərvətlər idarəsinə (bundan sonra-idarə) təqdim etməmiş və onun tərəfindən Məcəllənin 253- 1.1.3cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi şikayət verərək, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi və ya işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Yaşıllıqların mühafizəsi haqqında" Qanunun 8.2.3-cü maddəsinə əsasən "öz mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq bələdiyyələrin vəzifəsidir. ”Norma hüquq deyil, vəzifə müəyyən edir. Bu vəzifənin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə isə vəzifənin yerinə yetirilməməsini bəraətləndirən halları qanunda nəzərdə tutulmadığı halda özü formalaşdırmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmməd oğlunun izahatlarında onun yeni seçilməsi; bələdiyyələrin birləşdirilməsi, əvvəlki məlumatların olmaması kimi hallar göstərilmişdir. Lakin nə IXM-də, nə də digər normativ aktlarda bu hallar məsuliyyəti aradan qaldıran əsas kimi nəzərdə tutulmamışdır. Dövlət və yerli özünüidarəetmə orqanlarında struktur dəyişiklikləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından yayınmaq üçün əsas hesab edilə bilməz. Məhkəmə hesab etmişdir ki, ETSN tərəfindən texniki və proqram təminatı verilmədiyindən bələdiyyə hesabat hazırlaya bilməmişdir. Bu nəticə iş materialları ilə təsdiqlənmir. Işdə ETSN-yə edilmiş hər hansı müraciət, texniki təminat tələb edən məktubu, rədd cavabı, proqram təminatının təqdim edilməməsini sübut edən sənəd mövcud deyildir. Sübut olunmamış ehtimallar əsasında qərar qəbul edilməsi isə IXM-in sübutlara dair normalarına ziddir. Şəxs hesabatın təqdim edilmədiyini etiraf etmişdir. Belə olan halda o, hesabatın təqdim edilməməsinin qarşısıalınmaz və obyektiv səbəblərdən baş verdiyini sübut etməli idi. Lakin belə sübutlar təqdim edilməmişdir. IXM-in 8-ci maddəsinə əsasən təqsirlilik mövcuddur və təqsirin olmaması barədə məhkəmə nəticəsi sübutlarla təsdiqlənmir. Birinci instansiya məhkəməsi qərar qəbul edərək sübutları birtərəfli qiymətləndirmiş, qanunvericiliyin imperativ müddəalarını nəzərə almamış, inzibati xətanın obyektiv və subyektiv əlamətlərini yanlış qiymətləndirmiş, inzibati məsuliyyəti istisna edən qanunda nəzərdə tutulmayan hallar müəyyən etmişdir. Bu isə qərarın ləğvi üçün əsasdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbi Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ### 2026-cı il tarixli, ****** nömrəli aktda Ismayıllı rayonu Kürdmaşı Bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi göstərilmişdir. Oxşar münasibətləri nizamam salan Azərbaycan Respublikası IXM-in 253-cü maddəsinə əsasən, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına, yaşıllıqların uçotu, və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Yaşıllıqların uçotu, kadastrı və monitorinqi: - 12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılmasına münasibətdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər (“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il # ### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə ## #### 2014-cü il *** nömrəli Fərman). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5ci bəndinə görə həmin Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” təqdim edilir. Belə ki, qanunvericilik normalarından da aydın olur ki, Azərbaycan Respublikası ərazisində yerləşən hər bir bələdiyyə öz mülkiyyətində olan torpaqlarda yerləşən yaşıllıqların uçotunu və monitorinqini hər il yanvarın 1-nə kimi aparmalı və həmin hesabatları müvafiq qaydada təsdiq edərək, kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməlidir. Sözügedən Qaydanın 2.2-ci bəndinə görə yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə isə istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli qərarı ilə ArcGIS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, “Yaşıllıqların mühafizəsi haqqında“ Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə 253-1-maddəsi əlavə edildikdən və “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edildikdən sonra, Ismayıllı rayonu ərazisində yerləşən bələdiyyələri, o cümlədən bələdiyyələri müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təchiz etmədən, elmi-praktiki dəstəyə ehtiyac olan bələdiyyə əməkdaşlarına, elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini cəlb etməklə, təlim keçmədən və yaşıllıqların uçotunun və monitorinqinin aparılmasına dair hesabat və ya məlumatın verilməsini tələb etmədən və inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı * saylı regional ekologiya və təbii sərvətlər idarəsinə çağırmadan və izahatı alınmadan, həmin idarə tərəfindən Ismayıllı rayonu Kürdmaşı Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ### 2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş idarənin nümayəndəsi isə Ismayıllı rayon Kürdmaşı Bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşən yaşıllıqların uçotu və monitorinqinin aparılması məqsədi ilə hər hansı texniki vasitə və ya proqram təminatı ilə təmin edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki həmin Qaydanın tələblərinə görə bələdiyyələri müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təchiz etmək, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini cəlb etməklə müvafiq bələdiyyə əməkdaşlarına təlim keçmək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən onun ərazi strukturlarının bilavasitə vəzifələridir. Qeyd edilən tələblər olmadan bələdiyyə tərəfindən onun ərazisinin sərhədləri müəyyən edilmədən oradakı yaşıllıqların növünün, ərazisinin müəyyən edilməsi praktiki baxımdan da mümkün deyildir. Həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya Idarəsinin nümayəndəsinin izahatı ilə də müəyyən edilir ki, 2025-ci il ərzində Ismayıllı rayonu ərazisində yerləşən bələdiyyələrə, o cümlədən Ismayıllı rayon Kürdmaşı Bələdiyyəsinə mülkiyyətlərində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmalarına və bu barədə ümumiləşdirilmiş hesabatları * saylı Regional Ekologiya Idarəsinə təqdim etmələrinə dair hər hansı tələb irəli sürülməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Аzərbаycаn Respublikаsı IXM-nin 253- 1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən qаnuni və əsаslı оlаrаq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilmişdir. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik bələdiyyələri müasir topoqrafiya, geodeziya alətləri, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təchiz etmək, habelə bələdiyyə əməkdaşlarına təlimlər keçmək vəzifəsini bilavasitə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun ərazi strukturlarının üzərinə qoyur. Hazırkı iş üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya Idarəsi Kürdmaşı bələdiyyəsinə bu növ texniki dəstək verdiyini, ərazinin sərhədlərini və ortofotoplanlarını təqdim etməsi iş materialları ilə sübut olunmur, həmçinin apellyasiya məhkəməsinə də bu sübutlar təqdim edilməmişdir. Həmçinin müvafiq proqram təminatı və geodeziya alətləri olmadan Kürdmaşı bələdiyyəsinin coğrafi ərazisindəki yaşıllıqların növünü, sahəsini və uçotunu müəyyən etmək praktiki olaraq qeyri-mümkündür. Hüququn fundamental prinsiplərinə görə isə, heç kim qeyrimümkün olanı icra etməyə məcbur edilə bilməz - Impossibilium nulla obligatio est prinispi. Аzərbаycаn Respublikаsı IXM-nin 53.1.2-ci mаddəsinə əsаsən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda bаşlаnmış inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilir. Аzərbаycаn Respublikаsı IXM-nin 53.2-ci mаddəsinə əsаsən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırki şikayətin dəlilləri əsaslı deyildir, şikayətin dəlilləri əsaslı olmadığından şikаyət təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası IXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyildir. Ona görə də işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-385/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-385/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver