Məhkəmə qərarları › İş №3(3-10)-386/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-386/2026

14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-386/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sədyar oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sərlik edən C.Abbasov) inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İşin halları: Protokolu tərtib edən orqan daxil olmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, ## ### 2026cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən otlaq sahədə həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Protokolu tərtib edən orqan İTBnin rəisi X2 izahatında göstərmişdir ki, ## ### 2026-cı il tarixdə Zərdab rayonu, Çallı kənd sakini Zərərçəkmiş şəxs Zərdab RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı kəndin ərazisində yerləşən çöl torpaq sahəsində həmkəndliləri X6 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı Eyvaz Nemətov və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında Protokolu tərtib edən orqan Təhqiqat Qrupunda araşdırma aparılmış, müvafiq ekspertiza təyin edilmiş və ekspertiza nəticəsində Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsi müəyyən edilməyən, sağlamlığa zərər vurmayan xəsarət olduğu müəyyən edilmişdir. Təhqiqat qrupu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilərək müvafiq material şəxslərin barəsində inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə Zərdab RPŞ-nin İTB-nə göndərilmişdir. Ona görə də ## #### 2026- cı il tarixdə X6 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədən protokolun təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Dəqiq tarixi xatırlamır, ancaq hadisə baş verən günü yaşadığı Çallı kəndi ərzisində xalası oğlu Eyvaz Nemətovla birlikdə nobatda olmuşdur. Örüşdən qayıdarkən isə günorta saatlarında, təxminən saat 14 radələrində Əyyub Əzizova verilmiş torpaq sahəsindən keçib getmək istəmişlər. Həmin əraziya çatanda Zərərçəkmiş şəxs gələrək Eyvazın başından itələyib yaxasından tutaraq niyə bura gəldiyini soruşmuşdur. Bu zaman Eyvaz da onun yaxasından tutmuş və aralarında mübahisə yaranmışdır. Onlar yaxalaşsalar da bir-birlərinə xəsarət yetirməmişər, o isə araya girərək, onları sakitləşdirməyə çalışmışdır. O, Saxladəri vurmamışdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla yaşayır. Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən Çingiz Əzizovun təsərrüfatında işləyir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxslə qohumluq əlaqələri vardır, lakin aralarında ədavət, düşmənçilik olmamışdır. ## ### 2026-cı il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsi tərəfindən Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən 24 ha torpaq sahəsi ayrılaraq Çingiz Əzizovun istifadəsinə verilmişdir. X13 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heyvanları həmin sahədən keçirdikləri üçün gedib onlardan xahiş etmişdir ki, malları həmin sahədə saxlamasınlar. Sonra eşitmişdir ki, həmin şəxslər heyvanları gətirib yenə həmin topaq sahəsinə salmışlar. Ona görə də zəng edərək Eyvazdan heyvanları çıxarmasını xahiş etmiş, o da çıxarmıram deyib imtina etmişdir. O da onların olduğu yerə gedərək Eyvaza yaxınlaşıb niyə heyvanları torpaq sahəsinə saldığını soruşduqda, Sadiq onun üzərinə hücum çəkərək yaxasından tutmuşdur. Daha sonra Eyvaz da yanlarında olan bıçağı götürərək onun yaxasından yapışmış, hər ikisi onu boğmuşdur, boğazında hələ də izlər qalmaqdadır. Ekspertizadan bu barədə müvafiq rəy alıb polis şöbəsinə təqdim etmişdir. Barəsində inzibati xəta haqıqnda iş üzrə icraat aparılan şəxslə barışmamış və onu bağışlamamışdır. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə verən X6 izahatında göstərmişdir ki, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. ## ### 2026-cı il tarixdə yaşadığı Çallı kəndi ərazisində xalası oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla birlikdə nobatda olmuş və bu zaman Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsilə zəng edərək harda olduğunu soruşmuş, o da cavabında örüşdə heyvan otardığını demişdir. Bir müddət sonra Saxladər onun olduğu yerə gəlmiş, gəlib çatan kimi başında olan papağını əli ilə vurub onun yaxasından tutaraq “mən sənin qabağından qaçan deyiləm” demişdir. O da Saxladərin yaxasından tutmuş və həmin an Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdaxilə edərək onları ayırmışdır. Bu zaman Saxladər əynində olan köynəyin yaxasını öz əli ilə dartıb cırmışdır. Nə o, nə də ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişlər Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə verən X3 izahatında göstərmişdir ki, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə və zərərçəkmiş şəxslə qohumuq əlaqələri vardır, lakin aralarında ədavət, düşmənçilik olmamışdır. Bildirir ki, 1998-ci ildən dövlət qeydiyyatından keçmiş ailə-fermer təsərrüfatları vardır və həmin təsərrüfatda 6 (altı) ailə birləşərək 23 (iyirmi üç) nəfərdən ibarət üzvü vardır. Zərərçəkmiş şəxs həmin təsərrüfatın üzvüdür, həmçinin təsərrüfata məsul şəxsdir. İşlərin idarə olunmasını Saxladərə həvalə etmiş və təsərrüfatda baş verənlər barədə ona məlumat verməsini tapşırmışdır. Təsərrüfatın ailə üzvlərindən birinin icarəsində olan torpaq sahəsi 19 ildir ki, bələdiyyə tərəfindən maneə yaradılması səbəbindən istifadə edilməmişdir. Zərdab Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında aidiyyəti icra və probasiya şöbəsi tərəfindən həmin torpaq sahəsi ayrılaraq onların istifadəsinə verilmişdir. Bələdiyyə və icra nümayəndəsinin xahişi nəzərə alınaraq əhalinin gediş-gəlişi üçün 30 m torpaq sahəsi ayrılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ayrılmış torpaq sahəsindən normal keçməyi qəbul etməyib və hadisə baş verməzdən əvvəl iki dəfə Saxladərə zəng edərək bildirmişdir ki, o məhkəmənin qərarı ilə torpaq sahəsinin verilməsini qəbul eləmir. Hadisə baş verən gün Saxladər ona zəng edərək Eyvazın onu boğduğunu, Sadiqin də onun paltarının yaxasını dartıb çırdığını, hətta onun üstünə bıçaq çəkdiklərini demişdir. Bu səbəbdən də o DİN 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə o, İXMin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. O, həmin qərarı qanunsuz və əsassız hesab etdiyini bildirmişdir. X7 vurduğunu və ya ona qəsdən xəsarət yetirdiyini qəbul etmədiyini bildirmişdir. İş üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığını, iş üzrə hadisəni görən və bilən bir neçə şahid olmasına baxmayaraq, həmin şahidlərin məhkəmə iclasında dindirilmədiyini, halbuki onların ifadələrinin işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıdığını, şahidlərin dindirilməməsi nəticəsində işin faktiki hallarının tam müəyyən edilmədiyini qeyd etmişdir. Bundan əlavə, Saxlədər Azər oğlunun qohumu olan X4 iş üzrə şahid qismində ifadə verdiyini, həmin şəxsin zərərçəkmişlə qohumluq münasibətlərində olmasının onun işin nəticəsində maraqlı şəxs olması ehtimalını yaratdığını, məhkəmənin bu halı nəzərə almadığını və onun ifadəsini digər sübutlarla birlikdə obyektiv qiymətləndirmədiyini bildirmişdir. Apellyator iş materiallarında tərəflərin izahatları arasında ziddiyyətlər mövcud olmasına baxmayaraq, həmin ziddiyyətlərin tam araşdırılmadığını, məhkəmə qərarının iş üzrə bütün sübutlar hərtərəfli qiymətləndirilmədən qəbul edildiyini qeyd etmişdir. Şikayətçi Azərbaycan Respublikası Konstitusiyasına və İXM-ə əsasən, şəxsin təqsirinin tam və mötəbər sübutlarla təsdiq edilmədikdə onun məsuliyyətə cəlb edilməsinin yolverilməz olduğunu bildirmişdir. Odur ki, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, barəsində tətbiq edilmiş 300 manat məbləğində inzibati cərimənin ləğv edilməsini və təqsiri kifayət qədər sübuta yetirilmədiyindən barəsində inzibati xəta işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarında olan Protokolu tərtib edən orqan İTB-nin rəisi X2 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində İXM-in 157ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X5 ## ### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ---- boyunun orta hissəsinin ön səthində qançırlar -- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə (dırnaqla) vurulma zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti ##.##.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olub, dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. İXM-in 157-ci maddəsinə əsasən, döymə və ya digər zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə, bu əməllər sağlamlığa zərər vurulmasına gətirib çıxarmadıqda, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən torpaq sahəsində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döymüş və fiziki ağrı yetirmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini İXM-in 157-ci maddəsi ilə düzgün tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmiş və barəsində 300 manat məbləğində inzibati cərimə tənbehi tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətçinin özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsə qarşı hər hansı zorakı hərəkət etməməsi və hadisənin hallarının tam araşdırılmaması barədə arqumentlərini araşdıraraq hesab edir ki, bu iddialar iş materialları və tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri, iş üzrə toplanmış materiallarla, o cümlədən Zərdab RPŞ tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həm ibtidai araşdırmada, həm də birinci instansiya məhkəməsində verdiyi ardıcıl və mötəbər izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarla tam sübuta yetirilir. Şikayətçinin əməli hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin fiziki ağrı və xəsarət alması faktı materiallar arasında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X5 ## ### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyi ilə qəti şəkildə təsdiqlənir. Ekspert rəyinə əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs boynunun orta hissəsinin ön səthində küt əşyanın (əşyaların) təsirindən törənmiş və kənar şəxs tərəfindən əllə vurulma zamanı əmələ gələ bilən qançırlar aşkar edilmişdir. Bu xəsarətlərin yetirilmə vaxtının bilavasitə hadisə günü olan ##.##.2026-cı il tarixinə uyğun gəlməsi və xəsarətlərin xarakteri, zərərçəkmişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Eyvaz Nemətov tərəfindən boğulması və döyülməsi barədə verdiyi izahatları tam təsdiq edir. Məhkəmə şikayətçinin digər şahidlərin dindirilməməsi və iş üzrə dindirilmiş X1 zərərçəkmişlə qohum olaraq işin nəticəsində maraqlı olması barədə iddialarını əsassız hesab edir. İXM-in 76.1-ci və 84.1-ci maddələrinə əsasən, məhkəmə iş üzrə sübutları daxili inamı ilə, onların hərtərəfli və obyektiv araşdırılmasına əsasən qiymətləndirir. X1 izahatları hadisənin dərhal ardınca zərərçəkmiş şəxsin ona müraciət etməsi və hadisə barədə DİN-in "102" xidmətinə məlumat verməsi faktları ilə üst-üstə düşməklə, işin ümumi mənzərəsini tamamlayır. İş materiallarında mövcud olan digər birbaşa sübutlar xüsusilə məhkəmə-tibbi ekspertizasının obyektiv rəyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq etməsini şübhəsiz şəkildə təsdiq etdiyi üçün əlavə şahidlərin dindirilməsinə zərurət olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsində prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. İXM-in 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq, sübutların mötəbərliyi və kifayətliyi həm ayrılıqda, həm də onların qarşılıqlı əlaqəsində tam təsdiqini tapmışdır. Törədilmiş inzibati xətanın xarakteri, xətanı törədən şəxsin şəxsiyyəti və digər hallar nəzərə alınmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157-ci maddəsinin sanksiyası daxilində minimum həddə 300 manat məbləğində inzibati cərimə tənbehindən ibarət ədalətli tənbeh növü təyin edilmişdir. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 03 iyun.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar