Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-387/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin (hakim N.Qoşqarova) ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsi, Nəsimi rayon X1 Şöbəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon X1 Şöbəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə idarə etdiyi "TOYOTA LAND-GRUISER-PRADO" minik markalı **-MB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nəsimi rayonu Vaqif prospekti ilə hərəkətdə olarkən həmin ərazidə güya sfetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyi üçün barəsində inzibati xəta haqqında IXP-******* saylı protokol tərtib olunmuş, tərtib olunmuş protokola qanuni şəkildə etiraz bildirməyinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsasında qəbul olunmuş ##.##.2026-cı ü tarixli TP-******* saylı qərar qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Nəsimi rayonu Vaqif prospekti ilə ona məxsus "Toyota Land-Gruiser-Prado" minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Nəsimi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, R X2 avtomobili saxladaraq ona Inzibati Xətalar Məcəlləsini (bundan sonra Azərbaycan Respublikası IXM) 327.2-ci və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə tətbiq etmişdir. Nəsimi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru R X2 qadağanedici işarəsində hərəkətdə olmağı barədə qayda pozuntusunun YPX-nin avtomabilində quraşdırılmış xüsusi texniki vasitəsinin foto və ya video qeydiyyatına alınmış görüntülərini ona göstərilməsini xahiş etmişdir. Lakin polis inspektoru etdiyi müraciətinə heç bir əhəmiyyət verməmişdir. Beləliklə sfetaforun qadağanedici işarəsi verməmişdən əvvəl hərəkətdə olduğu və heç bir qaydanı pozmadığı halda Nəsimi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru R X2 ona qarşı olan hərəkətləri qərəzli idi. Polis adına ləkə gətirən bu hərəkətləri ona mənəvi sarsıntı və iztirab yaşatdı və eyni zamanda azadlıq hüququ kimi Konstitusion və Konvension hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası IXM-nin 129.5-ci maddəsinə əsasən X5 işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Azərbaycan Respublikası IXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla Nəsimi rayon X1 Şöbəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilrək inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. şikayətin və prosses iştirakçılarının dəlilləri: Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi apellyasiya şikayəti verərək, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onlаrın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi rayon X1 Şöbəsinin yol patrul xidməti inspektoru, R X2 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolda Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə, saat 15:16da, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində “X3-Prado” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması, Məcəllənin 327.2 və 327.3-cü maddələri ilə inzibati xəta törətməsi faktının aşkar edilməsi göstərilmişdir. Iş materiallarında olan Nəsimi rayon X1 Şöbəsinin yol patrul xidməti inspektoru, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2 və 327.3-cü maddələri ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; X5 işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X5 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə əsasən X5 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinə əsasən - svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası IXM-nin 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-yüz manat məbləğində cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanı törətməsini əks etdirdiyi qeyd edilmiş videodisk məhkəməyə təqdim edilsə də, həmin diskə əlavə edilmiş görüntülərdə Qərardan şikayət verən orqan (şəxs) məxsus "Toyota Land-Gruiser-Prado" minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu istiqamətdə yaxınlaşacağı yolayrıcında onun işıqforun qırmızı işığında keçib-keçməməsini müəyyən etmək mümkün deyil. Həmçinin məhkəmə qeyd edir ki, təqdim edilmiş videogörüntüdə yolayrıcına daxil olan "Toyota Land-Gruiser-Prado" markalı minik avtomobilinin dövlət nömrə nişаnı dа müəyyən edilmir. Işdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Оnа görə də Qərardan şikayət verən orqan (şəxs) tərəfindən оnа məxsus "Toyota Land-Gruiser-Prado" minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## ### 2026-cı il tarixdə, saat 15:16-da, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində Azərbaycan Respublikası IXM-nin 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibаti xətаlаrı törətməsi əsаslı şübhələr yаrаdır ki, inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаmış inzibаti оrqаn və vəzifəli şəxs tərəfindən bu əsаslı şübhələri аrаdаn qаldırаn hər hаnsı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Qаnunvericiliyə əsаsən də şəxsin təqsirli bilinməsində mötəbər sübutlаrlа аrаdаn qаldırılа bilinməyən əsаslı şübhələr bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin xeyrinə həll оlunur. Odur ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları ilə təsdiq olunmur. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası IXM-nin 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi yоxdur. Azərbaycan Respublikası IXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması X5 işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası IXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası IXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda X5 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış X5 işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Аpellyаsiyа məhkəməsi işin fаktоlоji hаllаrı və hüquqi əsаslаrı kоnteksində belə nəticəyə gəlir ki, Ismayıllı Rayon Məhkəməsi hаqlı оlаrаq Qərardan şikayət verən orqan (şəxs) bаrəsində Аzərbаycаn Respublikаsı IXM-nin 327.2 və 327.3-cü mаddələri ilə оlаn inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm vermişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından şikаyət təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Оnа görə də Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmаlıdır. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. nəticəvi hissə: Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı X8 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-387/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-387/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver