Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-389/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən N.Qoşqarova) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair “xxxx” MMCnin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 539.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” MMC-yə X4 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş verilmiş, lakin göstəriş yerinə yetirilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən sahibkarlar tərəfindən işçilərlə bağlanmış əmək müqavilələri elektron sənəd formasına keçirilməsi qərara alınmışdır. Buna əsasən “xxxx” MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, eyni zamanda əmək və məşğulluq altsistemi vasitəsi ilə şəxsi kabinetinə xəbərdarlıq və bildirişlər yerləşdirilmişdir. “xxxx” MMC-yə ünvanlanmış ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının 2024cü il ## #### tarixli, ****-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması tələb olunmuşdur. Iş materiallarında olan poçt göndərişinin izlənməsindən görünür ki, X4 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən Ismayıllı rayon Basqal qəsəbəsinə “xxxx” MMC-nin direktoru Nümayəndə ünvanlanmış SS955361290AZ kodlu məktub ##.##.2026-cı il tarixdə Nümayəndə tərəfindən qəbul edilmişdir. Lakin məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilən sübutlara düzgün hüquqi qiymət vermədən əsassız qərar qəbul etmişdir. Bununla da, məktubda göstərilən müddət ərzində “xxxx” MMCnin direktoru Nümayəndə tərəfindən qeyd edilən hallar aradan qaldırılmadığı üçün IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, Ismayıllı Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, “xxxx” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Iş materiallarına əlavə edilmiş: - “xxxx” MMC-yə ünvanlanmış ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının 2024 cü il 28 iyun tarixli, ****-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması tələb olunmuşdur. - “xxxx” MMC-yə ünvanlanmış ## ### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi MMC tərəfindən təmin edib nəticəsi barədə 10 (on) iş günü ərzində X4 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə məlumat verilməsi məqsədilə ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı icrası məcbur olan göstəriş məktubu verilmiş və bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbir icra edilmədiyi təqdirdə IXM-in 539.1-1 ci maddəsi ilə müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı bildirilmiş, lakin bununla bağlı hər hansı bir məlumatı Xidmətin Dağlıq Şirvan Regional Şöbəsinə təqdim edilmədiyi üçün inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə, saat 15:00-da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində Xidmətin Dağlıq Şirvan Regional Şöbəsinə dəvət olunmuşdur. - Poçt göndərişinin izlənməsinə dair çıxarışdan görünür ki, X4 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən Ismayıllı rayon Basqal qəsəbəsinə “xxxx” MMC-nin direktoru Nümayəndə ünvanlanmış SS955361290AZ kodlu məktub ##.##.2026-cı il tarixdə Nümayəndə tərəfindən qəbul edilmişdir. - X3 X2 Şöbəsinin müdiri Xuraman Kazımovanın ## #### 2026-cı il tarixli, **/**** nömrəli məktubundan görünür ki, Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən ## ##### 2026-cı il tarixdə ünvanlanmış SS955361290AZ nömrə ilə qeydə alınmış məktub ## ##### 2026-cı il tarixdə X3 X2 Şöbəsinə daxil olmuşdur. Nümayəndə Basqal qəsəbəsində yaşamadığından yaxınları ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və onun Rusiya Federasiyasında yaşadığı bildirilmişdir. Bu səbəbdən məktub icra nümayəndəliyinə verilmişdir. Lakin səhvən sistem üzərindən həmin məktubun şəxsən Nümayəndə təqdim edildiyi qeyd edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, “xxxx” MMC-nin direktoru Nümayəndə ## #### 2026-cı il tarixdə, saat 06:24:24-də Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. - “Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında” arayışdan görünür ki, ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı icrası məcburi göstəriş ## ##### 2026-cı il tarixdə “xxxx” MMC-nin elektron kabinetinə yerləşdirmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materiallarında olan X3 X2 Şöbəsinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nin direktoruna ünvanlanmış məktub faktiki olaraq təqdim edilməmiş, sistemdə səhvən təqdim edilməsi barədə qeyd aparılmışdır. Bununla yanaşı, iş materiallarında olan “Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında” arayışdan görünür ki, ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş həmin tarixdə MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi elektron kabinetə yerləşdirilmə faktına ümumiyyətlə hüquqi qiymət verməmiş, bu halın şəxsin icrası məcburi göstərişdən məlumatlı hesab edilib-edilməməsinə və inzibati məsuliyyət məsələsinə təsirini araşdırmamışdır. Halbuki iş üzrə əhəmiyyət kəsb edən bütün sübutlar ayrı-ayrılıqda və onların məcmusu əsasında qiymətləndirilməli, hər bir mühüm dəlilə hüquqi münasibət bildirilməlidir. Birinci instansiya məhkəməsinin bu sübutu araşdırmaması və ona hüquqi qiymət verməməsi işin faktiki hallarının tam müəyyən edilməməsinə səbəb olmuşdur. Bu isə IXM-in 135.1.1-ci maddəsinin mənasında qərarın ləğv edilərək işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi üçün əsasdır. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. IXM-nin 135.1.1-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-389/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-389/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver