Məhkəmə qərarları › İş №3(3-10)-393/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-393/2026

08.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-393/2026 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Vəkil iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi və həbsetmənin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Işin halları Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqları ## ####### 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli ## ####### 2017-ci il tarixdən hesablanmaqla hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Icra sənədi ##.##.2017-ci il tarixdə Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin dərhal icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən təmin olunmamışdır. Icra sənədi borclu tərəfindən könüllü müddətdə icra olunmadığı üçün məcburi icra tədbirlərinə başlanılmış, borclunun bank hesabları və həmin hesablarda pul vəsaitlərinin, iş yeri, əmək haqqı və pensiyasının, adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlakının, təsərrüfatında iri və xırdabuynuzlu mal-qaranın, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması müvafiq qaydada sorğulanmışlakin heç bir nəticə əldə olunmamışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə təyin olunmuş aliment ödənişini vaxtlı-vaxtında ödəməmiş, buna görə də aliment üzrə borc yaranmışdır. Icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 ##.##.2026-cı il tarixində Şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1.590 manat məbləğində aliment borcu vardır, yaranmış borcun ödənilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir. Icra sənədinin məcburi icrası ilə əlaqədar borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə çağırılmış, lakin borclu çağırışdan üzrsüz olaraq yayınmışdır. Borclunun faktiki olduğu ünvanı müəyyən etmək mümkün olmadığı üçün icra məmurunun ##.##.2026-cı il tarixli qərarı ilə axtarışa verilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq Şöbəyə gətirilmişdir. Borcluya barəsində olan icra sənədi və onun tələbləri haqqında məlumat verildi. Iş üzrə borclunun izahatı alındı. Borclu izahatında bildirdi ki, hər ay təyin olunmuş 90 manat məbləği normal qaydada ödəyir. Hal- hazırda mövcud olan 1.650 manat məbləğində aliment borcundan xəbərdardır, həmin borcun yaranma səbəbi səhhəti ilə bağlı olan problemlərə görə olub. Yaranmış aliment borcunu ən geci 3 ay müddətində ödəyəcək, buna görə də bu müddət ərzində vaxt verilməsini xahiş edir. Lakin həmin gün Şöbədə olan tələbkar Zərərçəkmiş şəxs bununla razılaşmadı və yaranmış borcun tam şəkildə ödənilməsini tələb etdi, bunun üçün tədbir görülməsini xahiş etdi. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə hal-hazırda 1.650 manat aliment borcu və 165 manat icra ödənişi borcu mövcuddur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə yaranmış bütün borcunu tam şəkildə ödəməsi tələb olundu, lakin o, kifayət qədər imkanının olmadığını bidirərək bu tələbi təmin etməkdən imtina etdi. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs liqar oğlu yuxarıda qeyd olunan icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən, IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili X1 həmin qərardan apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu ödəyə bilməməsi qəsdli deyil. Bu, Ilqar Qarayevin maddi imkanının zəif olması ilə bağlıdır. O, həmin borcundan ## #### 2026-cı il tarixdə 1.500 manat ödəniş etmişdir. Artıq onun inzibati məsulliyətə cəlb edilməsi üçün hüquqi əsas qalmamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, icra sənədi üzrə aliment borcu tam olaraq tələbkara ödənilmişdir. Hazırda tələbkarın heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Vəkil məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dediklərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin böyük icra məmuru X4 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. IXM-in 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apelyasiya instansiyası məhkəməsinə verilir. IXM-in 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətin dəlillərini araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməlidir. IXM-in 528-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Işdə olan Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin brəisi Məzahir Məmmədovun ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## #### 2026-cı il tarixli qəbzə əsasən tələbkar Zərərçəkmiş şəxs 1.500 manat aliment pulu ödənilmişdir. Hal-hazırda borclunun aliment borcu 90 manat təşkil edir. Işdə olan ## #### 2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 90 manat aliment pulu ödənilmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli icra sənədi üzrə aliment borcu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs tam şəkildə ödənilmişdir. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 5.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. IXM-in 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. IXM-in 5.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən IXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Işdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərini icra etməkdən yayınsa da, hazırda icra sənədi tam olaraq icra edilmişdir. IXM-in 53.1 və 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyi üçün şikayət təmin olunmalı, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməli və o məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Vəkil Vəkil tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi"Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://eqanun.az/framework/46945" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi"Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərilən hüquqi yardıma görə 33 manat məbləğində pul müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və IXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin qeydinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası Şəki şəhər-rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərilən hüquqi yardıma görə 33 manat məbləğində pul müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar