Məhkəmə qərarları › İş №3(3-10)-394/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-394/2026

14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-394/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərardan şikayət verən orqan (şəxs)1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə(sədrlik edən Ş.Cəfərova) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İşin halları: qərardan şikayət verən orqan (şəxs)1 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir Şikayətçi qərardan şikayət verən orqan (şəxs)1 ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ##.##.2025-ci il tarixli EQ ******** nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə onun İXM-in 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsas götürülərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixdə saat 17:43-də Qaraməryəm–İsmayıllı–Qəbələ– Oğuz–Şəki avtomobil yolunun 72-ci kilometrliyində “KHAZAR LX” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən müəyyən edilmiş hərəkət sürəti 44 km/saat həddində aşılmışdır. Lakin ərizəçi həmin qərarı qanunsuz və əsassız hesab edərək göstərmişdir ki, hadisə vaxtı ailəsi ilə birlikdə Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində hərəkətdə olmuş, həmin ərazidə qüvvədə olan sürət həddi 60 km/saat deyil, 90 km/saat təşkil etmişdir. Bu halı təsdiq edən fotoşəkillər şikayətə əlavə edilmişdir. Ərizəçi həmçinin bildirmişdir ki, hadisə günün qaranlıq vaxtında baş vermiş, yol-patrul xidməti əməkdaşı xidməti avtomobili görünməyən yerdə, ağac arxasında saxlamış və patrul avtomobilinin üzərində quraşdırılmış sayrışan işıqlar işlək vəziyyətdə olmadan xidmət aparmışdır. Bundan əlavə, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin son dövlət metroloji yoxlamasından keçdiyi tarix qərarda ##.##.2026-cı il, bunu təsdiq edən sənədin nömrəsi 0233/26, növbəti yoxlamanın keçirilməli olduğu tarix isə ##.##.2017-ci il kimi göstərilmişdir. Ərizəçinin mövqeyinə görə, hadisənin ##.##.2025-ci il tarixdə baş verdiyi nəzərə alındıqda, qərarda xüsusi texniki vasitənin son yoxlama tarixinin gələcək tarix kimi göstərilməsi həmin sübutun etibarlılığı ilə bağlı ciddi şübhələr yaradır. O, “Yol-patrul xidməti haqqında” Təlimatın tələblərinə əsasən metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnaməsinin müddəti bitmiş nəzarətölçü cihazlarının istifadəsinin qadağan olunduğunu vurğulamışdır. Ərizəçi həmçinin qeyd etmişdir ki, hadisə ##.##.2025- ci il tarixdə saat 17:43-də baş versə də, inzibati xəta barədə məlumat ona yalnız ##.##.2025- ci il tarixdə saat 19:56-da SMS vasitəsilə göndərilmişdir. Bundan sonra, ##.##.2025-ci il tarixdə qərardan şikayət edərək etiraz ərizəsini Daxili İşlər Nazirliyinə təqdim etmiş, lakin həmin şikayət üzrə araşdırmanın nəticəsi barədə ona hər hansı məlumat verilməmişdir. Bununla yanaşı, barəsində 120 manat məbləğində dəbbə pulu hesablanmışdır. Ərizəçi hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən qərardan verilmiş şikayətə baxıldığı müddətdə qərarın icrası dayandırılmalı və dəbbə pulu hesablanmamalı idi. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs qərardan şikayət verən orqan (şəxs)1 Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: qərardan şikayət verən orqan (şəxs)1 şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını belə əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə saat 17:43-də Qaraməryəm-İsmayıllı-Qəbələ-Oğuz-Şəki avtomobil yolunun 72-ci kilometrliyində müəyyən edilmiş sürət həddi 44 km/saat aşılmışdır. Bu fakt xüsusi texniki vasitə ilə qeydə alınmış və həmin sübutlar əsasında ərizəçi inzibati məsuliyyətə cəlb edilmişdir. Ərizəçinin hadisə yerində sürət həddinin 90 km/saat təşkil etməsi barədə dəlilləri iş materiallarında olan sübutlarla təsdiq olunmamışdır. Təqdim edilmiş fotoşəkillər hadisənin baş verdiyi konkret yer və vaxtla bağlı etibarlı sübut kimi qiymətləndirilə bilməz. Ərizəçi tərəfindən həmin fotoşəkillərin inzibati xətanın qeydə alındığı əraziyə aid olmasını və hadisə vaxtında çəkilməsini təsdiq edən digər sübutlar təqdim edilməmişdir. Yol-patrul xidməti əməkdaşının xidmət aparma qaydalarına dair mümkün prosedur məsələləri sürət həddinin aşılması faktını aradan qaldırmır və inzibati məsuliyyətdən azad olunma üçün əsas hesab edilə bilməz. Qərarda xüsusi texniki vasitənin metroloji yoxlaması ilə bağlı tarixlərdə uyğunsuzluğun göstərilməsi formal xarakter daşıyır və özlüyündə sürət həddinin aşılması faktını etibarsız hesab etmək üçün kifayət etmir. İş materiallarında xüsusi texniki vasitənin istifadəyə yararlı olmasını və dövlət qeydiyyatında olmasını təkzib edən hər hansı sübut mövcud deyildir. Ərizəçi də həmin cihazın faktiki olaraq nasaz olmasını və ya ölçmənin düzgün aparılmamasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Şikayətçi həmin qərarı tamamilə qanunsuz və əsassız hesab etdiyini bildirmişdir. Qərar qəbul edilərkən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini, inzibati məsuliyyəti müəyyən edən qanunun normasının düzgün tətbiq edilmədiyini qeyd etmişdir. O, ailəsi ilə birlikdə Qəbələ rayonunun Soltanınuxa kəndi ərazisində hərəkət edərkən ona cərimə yazıldığını, halbuki həmin ərazidəki sürət limitinin 60 km/saat deyil, 90 km/saat olduğunu (bununla bağlı şəkilləri sübut kimi şikayətə əlavə etdiyini) bildirmişdir. Bundan başqa, ##.##.2025-ci il tarixdə saat 17:43-də günün qaranlıq vaxtı yol patrul xidməti əməkdaşının patrul xidməti avtomobilini görünməyən, ağac arxasında saxlayaraq, eyni zamanda da qaranlıq vaxtı patrul avtomobilinə quraşdırılmış sayrışan işıqlar işlək vəziyyətdə olmadan xidmət apardığını qeyd etmişdir. Şikayətçi "Yol-patrul xidməti haqqında" Təlimatın 1.2-ci bəndinə əsasən YPX-nin öz fəaliyyətində müvafiq qanunları, aktları, əmr və göstərişləri, eləcə də bu Təlimatı rəhbər tutduğunu, 4.3-cü bəndinə əsasən patrul avtomobili və YPX inspektorunun yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalı olduğunu, YPX avtomobillərinin görüntünü məhdudlaşdıran maneələrin arxasında yerləşdirilməsinin qadağan olduğunu, 6.8ci bəndinə əsasən sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün təyin olunan naryadın tərkibinin iki nəfərdən az olmamalı olduğunu və sutkanın qaranlıq vaxtında patrul avtomobillərində xidmətin aparılması zamanı sayrışan işıqların işlək vəziyyətdə olmalı olduğunu bildirmişdir. Şikayətçi qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt ##.##.2026-cı il, təsdiq edən sənədin nömrəsi 0233/26, keçirilməli olduğu vaxt isə ##.##.2017-ci il göstərildiyini, halbuki hadisənin ##.##.2025-ci il tarixdə baş verdiyini qeyd etmişdir. O sual etmişdir ki, ##.##.2025ci il tarixdə inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə dövlət yoxlamasından keçirilmişdirmi? ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərarda xüsusi texniki vasitənin son dəfə dövlət yoxlamasından keçdiyi vaxtın tarixi "##.##.2026-cı il" necə yazıla bilərdi? "Yol-patrul xidməti haqqında" Təlimatın tələbinə görə metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnaməsinin vaxtı keçmiş nəzarət ölçü cihazının tətbiqinin qadağan olduğunu bildirmişdir. Şikayətçi hadisənin ##.##.2025-ci il tarixdə saat 17:43-də baş verməsinə baxmayaraq inzibati xəta haqqında məlumatın SMS vasitəsilə mobil telefonuna ##.##.2025-ci il tarixdə saat 19:56-da göndərildiyini, halbuki inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatın ona həmin anda, dərhal göndərilməli olduğunu bildirmişdir. O, ##.##.2025-ci il tarixdə saat 19:56-da SMS vasitəsilə məlumat gəldikdən 2 gün sonra, yəni ##.##.2025-ci il tarixdə qərara etirazını və şikayət ərizəsini Daxili İşlər Nazirliyinə göndərdiyini, lakin şikayətinin araşdırılmadığını və nəticəsi barədə heç bir məlumat verilmədiyini, bu azmış kimi hələ 120 manat dəbbə pulu da hesablandığını qeyd etmişdir. Halbuki qanunun tələbinə əsasən qərarın icrası şikayətə baxılarkən dayandırılmalı və dəbbə pulu hesablanmamalı idi. Şikayətçi qərarı mübahisələndirilən tərəfin məhkəmə iclasına gəlmədiyini, şikayətə münasibətini bildirmədiyini, öz qərarını əsaslandırmadığını, məhkəmənin isə onun izahatlarını, sübutlarını, dəlillərini nəzərə almadığını, düzgün hüquqi qiymət vermədiyini bildirmişdir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığını və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edildiyini, qərarı qəbul etmiş orqanın, vəzifəli şəxsin qərarın qəbul edilməsi üçün əsas olmuş halları sübuta yetirməyə, əsaslandırmağa borclu olduğunu, lakin birinci instansiya məhkəməsinin işi tam, obyektiv və hərtərəfli araşdırmadan, qərarı qəbul etmiş orqandan heç bir sübut, sənəd tələb etmədən qanunsuz və əsassız qərar qəbul etdiyini bildirmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025ci il tarixli EQ ******** nömrəli inzibati tənbehvermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərardan şikayət verən orqan (şəxs)1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq inzibati xəta haqqında qərar qəbul etmiş orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərardan şikayət verən orqan (şəxs)1 İXM-in 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının qərardan şikayət verən orqan (şəxs)1 ünvanladığı ## #### 2026-cı il tarixli 2-5/2- ****/**** nömrəli məktubunda ##.##.2025-ci il tarixdə Qaraməryəm–İsmayıllı–Qəbələ– Oğuz–Şəki avtomobil yolunun 72-ci kilometrliyində “KHAZAR LX” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sürət həddinin 44 km/saat aşılması faktı “E-patrul” sistemi vasitəsilə qeydə alınmış və Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında barəsində İXM-in 328.3-cü maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə elektron qərar qəbul edildiyi, araşdırma zamanı DYPnin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, habelə inzibati xətanın aşkar olunması və rəsmiləşdirilməsi qaydalarının pozulması halları müəyyən edilmədiyi qeyd edilmişdir Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərardan şikayət verən orqan (şəxs)1 apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Beelə ki, İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 328.3-cü maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətinin 40-dan 60 kilometr/saatadək aşılmasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulur. İş materiallarından görünür ki, ##.##.2025-ci il tarixdə saat 17:43-də Qaraməryəm–İsmayıllı–Qəbələ–Oğuz–Şəki avtomobil yolunun 72-ci kilometrliyində “KHAZAR LX” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən müəyyən edilmiş hərəkət sürəti 44 km/saat həddində aşılmış və bu fakt xüsusi texniki vasitə vasitəsilə avtomatik rejimdə qeydə alınmışdır. İnzibati xətanın qeydə alındığı Qaraməryəm–İsmayıllı–Qəbələ–Oğuz–Şəki avtomobil yolunun 72-ci kilometrliyində müvafiq yol nişanları ilə müəyyən edilmiş icazə verilən sürət həddinin aşılması faktı işdə olan mötəbər sübutlarla, o cümlədən elektron fotoşəkil və mərkəzi informasiya sisteminin məlumatları ilə tam təsdiq olunur. Şikayətçinin hadisə yerində sürət həddinin 90 km/saat təşkil etməsi barədə dəlilləri və təqdim etdiyi fotoşəkillər inzibati xətanın törədildiyi konkret koordinatları, vaxtı və nəqliyyat vasitəsinin faktiki hərəkət sürətini təkzib etmir, habelə həmin fotoşəkillərin bilavasitə xətanın baş verdiyi yerə və vaxta aid olduğunu sübuta yetirmir. Şikayətçinin inzibati xəta haqqında məlumatın ona hadisədən bir gün sonra, yəni ##.##.2025-ci il tarixdə saat 19:56-da SMS vasitəsilə göndərilməsi və məlumatlandırma qaydalarının pozulması barədə arqumentləri əsassızdır. İş materiallarının araşdırılması zamanı inzibati xəta haqqında qərarın şikayətçinin elektron kabinetinə vaxtında yerləşdirilməməsini və ya qanunvericiliklə müəyyən edilmiş bildiriş müddətlərinin pozulmasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Şikayətçinin xüsusi texniki vasitənin dövlət metroloji yoxlamasından keçdiyi tarixlərlə bağlı göstərdiyi uyğunsuzluqlar texniki-mexaniki xarakter daşıyır və bu hal elektron sistem vasitəsilə qeydə alınmış real xəta faktını, eləcə də ölçmənin düzgünlüyünü şübhə altına almır. Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının ## #### 2026-cı il tarixli məktubundan da aydın olur ki, aparılmış araşdırma zamanı Dövlət Yol Polisinin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, habelə inzibati xətanın aşkar olunması və rəsmiləşdirilməsi qaydalarının hər hansı formada pozulması halı aşkarlanmamışdır. YPX naryadının fəaliyyətindəki iddia edilən digər prosedur məsələləri isə yol hərəkəti qaydasını pozaraq sürət həddini aşmış şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün qanuni əsas ola bilməz. İXM-in 76.1-ci maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xətalar haqqında işlər üzrə birbaşa və mötəbər sübut sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar düzgün müəyyən edilmiş, sübutlara hüquqi qiymət verilmiş və maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qərardan verilən şikayətin icraatda olduğu müddətdə dəbbə pulunun hesablanması və digər icra məsələləri ilə bağlı şikayətçinin narazılığı isə qərarın icrası mərhələsinə aid olmaqla, bilavasitə inzibati xəta tərkibinin mövcudluğunu və materiallarla sübuta yetirilmiş hüquqpozma faktını aradan qaldırmır. Beləliklə, iş materiallarında inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini zəruri edən hər hansı prosessual və ya maddi hüquq pozuntusu aşkar edilməmişdir. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar