Məhkəmə qərarları › İş №3(3-10)-395/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-395/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-395/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, apellyasiya instansiya məhkəməsi, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə, “xxxx” MMC (VÖEN: **********; Hüquqi ünvan: Qəbələ rayonu, Zarağan kəndi) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə edilmişdir. işin halları: “xxxx” MMC (VÖEN: **********) barəsində ondan ötrü “inzibati xəta haqqında” protokol (##.##.2026; MN № *******) tərtib edilmişdir ki, o, 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditini aparmamaqla Azərbaycan Respublikası IXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: “xxxx” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, *-**/*-****/**** nömrəli bildirişi ilə cəmiyyətin nümayəndəsinin ##.##.2026-cı il tarixdə saat 10:50-də Maliyyə Nazirliyinə gəlməsi tələb edilmişdir. Lakin Cəmiyyət tərəfindən məhkəməyə təqdim edilmiş izahatdan və ona əlavə olunmuş “Azərpoçt” məlumatlarından görünür ki, həmin məktub Qəbələ rayonunun Zarağan poçt şöbəsinə yalnız ##.##.2026-cı il tarixdə saat 15:18-də daxil olmuşdur. Başqa sözlə, cəmiyyət məktubun mövcudluğundan xəbər tutduğu zaman Nazirliyin müəyyən etdiyi vaxt artıq keçmişdir. Belə olan halda cəmiyyət nümayəndəsinin Maliyyə Nazirliyinə gəlməməsi onun iradəsindən asılı olmamış, dövlət orqanı tərəfindən göndərilən bildirişin faktiki olaraq vaxtında çatdırılmaması ilə bağlı olmuşdur. Buna baxmayaraq, inzibati xəta haqqında protokol cəmiyyətin iştirakı olmadan tərtib edilmişdir. Protokolda sadəcə olaraq nümayəndənin gəlmədiyi qeyd edilmiş, lakin bunun səbəbləri araşdırılmamışdır. Beləliklə, cəmiyyətə izahat vermək, etirazlarını bildirmək, sübutlar təqdim etmək və vəsatətlər qaldırmaq imkanı verilməmişdir. Bu isə müdafiə hüququnun pozulması olmaqla yanaşı, inzibati icraatın ədalətliliyi prinsipini də pozmuşdur. Həmçinin məhkəmə cəmiyyət tərəfindən təqdim edilmiş mühüm sübutlara hüquqi qiymət verməmişdir. Belə ki, cəmiyyətin ##.##.2026-cı il tarixli izahatında açıq şəkildə göstərilmişdir ki, “2024-cü il üzrə illik maliyyə hesabatlarının auditi aparılmışdır və auditor rəyi mövcuddur.” Bu hal iş üzrə əsas mübahisə predmetidir. Əgər audit həqiqətən aparılmış və auditor rəyi mövcud olmuşdursa, bu halda IXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu özü şübhə altına düşür. Birinci instansiya məhkəməsi isə auditor rəyinin təqdim olunub-olunmadığını, audit müqaviləsinin mövcudluğunu, auditin aparılma tarixini, və auditor təşkilatının mövqeyini araşdırmamışdır. Məhkəmə qərarından görünür ki, məhkəmə faktiki olaraq yalnız Auditorlar Palatasının təqdim etdiyi çıxarışa istinad etməklə nəticəyə gəlmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi, "xxxx" MMC barəsində Azərbaycan Respublikası IXM-in 464-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilməsi, Apellyasiya instansiyası məhkəməsi icraata xitam verilməsi üçün əsasların kifayət etmədiyi qənaətinə gəldiyi halda işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar edilməsi xahiş edilmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Аzərbаycаn Respublikаsı IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Аzərbаycаn Respublikаsı IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Аzərbаycаn Respublikаsı IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Işdə olan AR IN yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli 3- 21- *-*/*-***/**** saylı məktubun surətinə əsasən “xxxx” MMC 2024-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn hüquqi şəxslər siyahısına daxildir. Işdə olan AR Auditorlar Palatası tərəfindən verilmiş “auditi aparılmış təsərrüfat subyektləri haqqında” ##.##.2026-cı il tarixli çıxarışın surətinə əsasən “xxxx” MMC (VÖEN: **********) 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditini aparmamışdır. Işdə olan Elektron informasiya mənbəyinin məlumatına (Çıxarışa) əsasən “xxxx” MMC (VÖEN: **********) hüquqi ünvanı üzrə Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Аzərbаycаn Respublikаsı IXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Respublikаsı IXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı IXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Аzərbаycаn Respublikаsı IXM-nin 53.1-ci mаddəsinə əsаsən аşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibаti xətа hаdisəsi оlmаdıqdа; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Аzərbаycаn Respublikаsı IXM-nin 53.2-ci mаddəsminə əsаsən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditini aparmamaqla AR IXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Ona görə də o, IXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən işin hallarının məhkəmə araşdırmasına səthi yanaşmışdır. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-yə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, *-**/*-****/**** nömrəli bildirişin çatıb-çatmamasını, həmçinin audit müqaviləsinin mövcud olub-olmamasını, “xxxx” MMC-nin mövcudluğu qeyd edilən müvafiq audit rəyinin mövcud olub-olmadığını, audit rəyinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim olunubolunmadığını araşdırmamış və nəticədə iş üzrə hərtərəfli, tаm və оbyektiv аrаşdırma aparmadan yekun məhkəmə qərаrı vermişdir. Fаktiki оlаrаq “xxxx” MMC-nin оnun bаrəsində IXM-nin 464-cü mаddəsilə inzibаti xətа hаqqındа prоtоkоl tərtib edilərkən və inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnаrkən IXM-nin 61-ci mаddəsində nəzərdə tutulmuş hüquqlаrı, о cümlədən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək və sаir hüquqlаrı təmin edilməmişdir. Fаktiki оlаrаq sözügedən hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və Insan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Birinci instаnsiyа məhkəməsi də bu hаlа heç bir hüquqi qiymət verməmişdir. Оnа görə də birinci instаnsiyа məhkəməsinin qeyd edilən qərаrı оbyektivlik və ədаlətlilik meyаrlаrınа cаvаb vermir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) Insan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Bu səbəbdən də işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi IXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası IXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası IXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən və yuxаrıdа göstərilən bütün faktiki hallar araşdırılmamışdır. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinın 133- 137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar