Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-396/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Inzibati xəta haqqında protokol tərtib edən orqan Protokolu tərtib edən orqan nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim B.Qasımov), Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Işin halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 19:55-də qohumuna məxsus “VAZ 2107” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkmiş şəxsə maddi zərər vurmaqla IXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqan Protokolu tərtib edən orqan nümayəndəsi X1 protokolun məzmununa uyğun izahat verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə qohumu X2 məxsus “VAZ 2107” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağsu şəhəri, Azərbaycan küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan avtomobil sürətini azaltdığı üçün ötmə məqsədi ilə əks istiqamətli hərəkət zolağına çıxdığı üçün yolun solunda hərəkətə başlayan “VAZ 2107” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Lakin bədən xəsarətləri almamışdır. Nəqliyyat vasitəsini idarə edən zaman spirtli içkinin təsiri altında olmuşdur. Əməlindən çox peşmandır, ona görə də barəsində yüngül cəza tətbiq edilməsin xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim işi tam və hər tərəfli araşdırmadan, tamamilə əsassız qərar qəbul etmişdir. Belə ki, o, IXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş tələbləri pozmamışdır. Qərar ilə tanış olduqdan sonra görmüşdür ki, orada yazılanlar tamamilə yalan ve uydurmadır və sübutlara əsaslanmamışdır. Əməlində inzibati xəta hadisəsi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, onun əməlində IXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta mövcud deyildir. Halbuki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. Inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və əməlində inzibati xəta hadisəsi olmadığından, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Inzibati xəta haqqında protokol tərtib edən orqan Protokolu tərtib edən orqan nümayəndəsi X1 məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan: - ##.##.2026-cı il tarixli, IXP ******* saylı “Inzibati xəta haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 19:55də “VAZ 21074” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkmiş şəxsə maddi zərər vurmaqla IXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - ##.##.2026-cı il tarixli, ***** nömrəli akotester qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs orqanizmində alkoqolun miqdarı 0,681 %-dir. Iş materiallarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 19:55-də nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bu zaman yol-nəqliyyat hadisəsi törətməklə zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Həmin hal əsasında onun barəsində IXM-in 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarında olan inzibati xəta haqqında protokol, alkotester qəbzi, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin birinci instansiya məhkəməsində verdiyi izahat həmin halları təsdiq edir. Xüsusilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi izahatında nəqliyyat vasitəsini idarə edərkən spirtli içkinin təsiri altında olduğunu etiraf etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Bu izahat onun apellyasiya şikayətində irəli sürdüyü, əməlində inzibati xəta hadisəsinin olmaması barədə dəlillərlə ziddiyyət təşkil edir. Şəxsin sonradan əvvəlki etirafedici izahatından imtina etməsi və ya onu təkzib etməsi, həmin izahatı təsdiq edən digər sübutlar mövcud olduqda, həmin sübutların mötəbərliyini aradan qaldırmır. Apellyasiya şikayətində iş üzrə kifayət qədər sübutların olmadığı və təqsirin şübhəsiz müəyyən edilmədiyi göstərilsə də, bu dəlillər iş materialları ilə təsdiq olunmur. Belə ki, inzibati xəta haqqında protokolun məlumatları ## #### 2026-cı il tarixli alkotester qəbzi ilə təsdiqlənir. Həmin qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs orqanizmində alkoqolun miqdarı 0,681 % olmuşdur. Bundan başqa, onun öz izahatı da sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini təsdiq edir. Bu sübutlar məcmu halında qiymətləndirildikdə, IXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin və həmin xətanın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsinin şübhə doğurmadan müəyyən edildiyi qənaətinə gəlmək mümkündür. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, həmin sübutlara onların qarşılıqlı əlaqəsi baxımından düzgün hüquqi qiymət vermiş və işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər mahiyyət etibarilə birinci instansiya məhkəməsində araşdırılmış halların təkrarından ibarətdir və məhkəmənin gəldiyi nəticənin qanunsuz və ya əsassız hesab edilməsi üçün kifayət etmir. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 31.1-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədirlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-396/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-396/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver