Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-397/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi Vəzifəli şəxs, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-146)-695/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim N.Paşayev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İŞİN HALLARI: Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "Akkord-X14” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İsayev İmamverdi Sadəddin oğlunun müraciətinin baxılması ilə bağlı ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli icrası məcburi olan göstəriş yerinə yetirilməmiş, ona düşən müavinət ödənilməmişdir Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Azərbaycan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin nümayəndəsi Nümayəndə tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə etdi göstərmişdir ki, vətəndaş İsayev İmamverdi Sadəddin oğlunun istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulmasına görə ödəncinin hesablanmaması və ödənilməməsi barədə Azərbaycan Respublikasının Birinci vitseprezidentinə ünvanladığı müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsində (bundan sonra-Regional şöbə) baxılıb. "Əmək və məşğulluq” altsisteminə baxış zamanı "Akkord-X14” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda müəssisənin ## #### 2025-ci il tarixindən etibarən faktiki olaraq fəaliyyətini dayandırıldığı bildirilsə də, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən aktiv əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli Qərarının tələbinə uyğun ödənilməsi məqsədi ilə operativ tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 1 (bir) ay müddətində Regional şöbəyə məlumat verilməsi ilə bağlı ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş məktubu göndərilmiş, lakin icrası məcburi göstərişlə bağlı Cəmiyyət tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və İsayev İmamverdi Sadəddin oğlunun istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulmasına görə ödəncinin hesablanmaması və ödənilməməsi təmin edilməmişdir. Bunun nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə uyğun olaraq hüquqi şəxs qismində "Akkord-X14” Açıq Səhmdar Cəmiyyəti barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən Cəmiyyət barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, həmin tarixli, MN ******* nömrəli qərardad və digər sənədlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi altsisteminə baxış keçirilərkən Cəmiyyətin fəaliyyətinin passiv olduğu müəyyən olunur. Müəssisə fəaliyyətini dayandırsa da, işçilərin əmək müqaviləsinə xitam verilməmişdir. Bu da müəssisənin işlədiyini təsdiq edir, dayandırma formal xarakter daşıyır. Müstəqil müəssisə kimi fəaliyyət göstərirlər. Odur ki, məhkəmədən "AkkordX14” Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş inzibati protokolun təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi Vəzifəli şəxs məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qəbul etmədi və göstərmişdir ki, İsayev İmamverdi Sadəddin oğlu 1972-ci ildə indiki "AkkordX14" ASC-də əmək fəaliyyəti zamanı istehsalat xəsarəti almışdır, həmin xəsarət faktı müəssisənin arxiv materialları və mövcud sənədləri ilə təsdiq olunur, sözügedən halı nəzərə alınaraq, Azərbaycan Respublikasının o dövrdə qüvvədə olan və sonrakı illərdə tətbiq edilən normativ hüquqi aktlarına uyğun olaraq, fəaliyyət dövrü ərzində müəssisə tərəfindən ona uzun illər ərzində müavinət ödənildiyi, son dövrdə isə aylıq 200 (iki yüz) manat məbləğində müavinət ödənilmişdir, qeyd olunan müavinət ödənişləri Cəmiyyətin istehsal-təsərrüfat fəaliyyəti göstərdiyi, gəlir əldə etdiyi və maliyyə imkanlarına malik olduğu dövr ərzində həyata keçirilirdi. Cəmiyyət ## #### 2025-ci il tarixdən etibarən faktiki olaraq fəaliyyətini dayandırmış, müəssisənin fəaliyyətinin dayandırılmasının əsas səbəbi "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi olmuşdur. Bu barədə aidiyyəti qurumlar məktub vasitəsi ilə məlumatlandırılmışdır, icarə münasibətlərinin başa çatması nəticəsində müəssisə istehsal və təsərrüfat fəaliyyətini davam etdirmək imkanını itirdiyi, nəticə etibarı ilə hər hansı gəlir mənbəyi formalaşmadığı, mövcud vəziyyətlə əlaqədar hazırda Cəmiyyətin dövlət və özəl öhdəliklərini icra etmək üçün maliyyə vəsaiti mövcud olmadığı və müəssisə faktiki olaraq passiv vəziyyətdə olduğu, bu hal müəssisənin iradəsindən asılı olmayan obyektiv iqtisadi və təşkilati səbəblərlə bağlı olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2003-cü il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş şəxslərə ödənişlərin verilməsi Qaydası"na əsasən, istehsalat xəsarəti ilə bağlı ödənişlərin həyata keçirilməsi işəgötürənin faktiki fəaliyyəti və real maliyyə imkanları ilə bilavasitə əlaqəli olduğu, qaydanın mahiyyətindən irəli gələrək, müəssisənin fəaliyyət göstərmədiyi, istehsal aparmadığı və gəlir formalaşdırmadığı hallarda bu cür ödənişlərin davam etdirilməsi hüquqi və faktiki baxımdan mümkün olmamışdır. Əmək müfəttişliyinə İ.İsayevə müavinətin hansı səbəbdən verilməsinin mümkün olmadığı barədə tələbi cavablandırılmışdır. “AkkordX14” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarыnыn ##.##.2026-ъы ил tarixli Növbəti İllik Ümumi Yыğыncağында Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində yaranmış problemlərlə əlaqədar Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlər barədə zəruri addımlar atılмаsı, Direktor кими onun тяряфиnдян Açıq Səhmdar Cəmiyyətinin ləğvi ilə bağlı zəruri tədbirlər görцлмяsи, onun direktor vəzifəsindən azad edilməsi və yeni direktorun seçilməsi məsələsi müsbət qəbul edilмиш, Açıq Səhmdar Cəmiyyətinin gələcəkdə çağırılacaq növbədənkənar yığıncağının gündəliyinə daxil edilмяsi барядя гярар гябул едилмишдир. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin əmlakı Əmlak Komitəsinə təhvil verilmişdir. ##.##.2025-ci il tarixdə ləğv komissiyası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin ləğvi ilə bağlı sifariş göndərilmişdir. Müəssisə fəaliyyətin dayandırılması barədə işlərin rəsmiləşməsi davam etdiyi üçün işçilərin müqaviləsinə xitam verə bilmirlər. Əmək müfəttişliyinin ##.##.2026-cı il tarixli məktubu təkrar olduğu üçün cavab verməmişlər. Hazırda müəssisənin rəhbəri olsa da, əmək haqqı almır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində tərtib edilmiş İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Şikayətçi hesab etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin qərarı ləğv edilməli və Xidmətin protokolu əsasında Cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Vətəndaş İsayev İmamverdi Sadəddin oğlunun istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulmasına görə ödəncinin hesablanmaması və ödənilməməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı müraciətə aidiyyəti üzrə Xidmətin Mərkəzi Aran regional şöbəsində baxılmışdır. "Əmək və məşğulluq" altsisteminə baxış zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda müəssisənin ## #### 2025-ci il tarixindən etibarən faktiki olaraq fəaliyyətini dayandırdığı bildirilsə də, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən aktiv əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli Qərarının tələbinə uyğun ödənilməsi məqsədi ilə operativ tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 1 (bir) ay müddətində Regional şöbəyə məlumat verilməsi ilə bağlı ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş məktubu göndərilmiş, lakin icrası məcburi göstərişlə bağlı Cəmiyyət tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və İsayev İmamverdi Sadəddin oğlunun istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulmasına görə ödəncinin hesablanmaması və ödənilməməsi təmin edilməmişdir. Xidmətin qanuni göstərişinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətə məlumat verilməmişdir. Şikayətçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrasının məcburi olduğunu bildirmişdir. Şikayətçi İXM-in 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslərin min manat məbləğində, hüquqi şəxslərin iki min manat məbləğində cərimə edildiyini qeyd etmişdir. Şikayətçi inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlərin hələ təqdim edilmədiyini, İXM-in 539.1-1-ci maddəsi ilə bağlı məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilmədiyini bildirmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin əməlində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X5 çıxış apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi Vəzifəli şəxs çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşə əlavə edilmiş Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən "Akkord-X14” Açıq Səhmdar Cəmiyyətinin direktoru Vəzifəli şəxs ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş məktubundan görünür ki, vətəndaş İsayev İmamverdi Sadəddin oğlunun "Akkord-X14” Açıq Səhmdar Cəmiyyətində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulmasına görə ödəncinin hesablanmaması və ödənilməməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) ünvanladığı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsində baxılıb. Cəmiyyətin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda müəssisənin ## #### 2025-ci il tarixindən etibarən faktiki olaraq fəaliyyətini dayandırıldığı bildirilsə də, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən aktiv əmək müqavilələrinin olduğu məlum olmuşdur. İşçilərin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalar, şərtləri və məbləği" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli Qərarının tələbinə uyğun ödənilməsi məqsədi ilə operativ tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 1 (bir) ay müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş İsayev İmamverdi Sadəddin oğlu tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, 1972-ci ildə indiki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-də çalışmış və həmin ildə gözündən istehsalat xəsarəti almışdır. Aldığı xəsarətə görə müəssisədən 200 manat hər ay müavinət almışdır. II qrup əlildir. Hər ay həmin məbləğ ona tam ödənilmişdir. 2025-ci ilin sentyabr ayı daxil olmaqla 4 aydır ki, müəssisə bağlı olduğundan həmin müavinət ona ödənilmir. Həmin müavinətin ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış ##.##.2025ci il tarixli, ** №-li məktubun surətindən görünür ki, vətəndaş İsayev İmamverdi Sadəddin oğlu 1972-ci ildə indiki “Akkord X14" ASC-də əmək fəaliyyəti zamanı istehsalat xəsarəti almışdır. Həmin xəsarət faktı müəssisənin arxiv materialları və mövcud sənədləri ilə təsdiq olunur. Sözügedən hal nəzərə alınaraq, Azərbaycan Respublikasının o dövrdə qüvvədə olan və sonrakı illərdə tətbiq edilən normativ hüquqi aktlarına uyğun olaraq, fəaliyyət dövrü ərzində müəssisə tərəfindən vətəndaşa uzun illər ərzində müavinət ödənilmişdir. Son dövrdə isə aylıq 200 (iki yüz) manat məbləğində müavinət ödənilmişdir. Qeyd olunan müavinət ödənişləri ‘‘Akkord X14” ASC-nin istehsal-təsərrüfat fəaliyyəti göstərdiyi, gəlir əldə etdiyi və maliyyə imkanlarına malik olduğu dövr ərzində həyata keçirilmişdir. “Akkord X14" ASC ## #### 2025ci il tarixindən etibarən faktiki olaraq fəaliyyətini dayandırmışdır. Müəssisənin fəaliyyətinin dayandırılmasının əsas səbəbi “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”publik hüquqi şəxsi ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi olmuşdur. Bu barədə aidiyyatı qurumlar məktub vasitəsilə məlumatlandırılmışdır. İcarə münasibətlərinin başa çatması nəticəsində müəssisə istehsal və təsərrüfat fəaliyyətini davam etdirmək imkanını itirmiş, nəticə etibarilə hər hansı gəlir mənbəyi formalaşmamışdır. Hazırda “Akkord X14" ASCnin dövlət və özəl öhdəliklərini icra etmək üçün maliyyə vəsaiti mövcud deyildir vo müəssisə faktiki olaraq passiv vəziyyətdədir. Bu hal müəssisənin iradəsindən asılı olmayan obyektiv iqtisadi və təşkilati səbəblərlə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2003- cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş şəxslərə ödənişlərin verilməsi Qaydası” na əsasən, istehsalat xəsarəti ilə bağlı ödənişlərin həyata keçirilməsi işəgötürənin faktiki fəaliyyəti və real maliyyə imkanları ilə bilavasitə əlaqəlidir. Qaydanın mahiyyətindən irəli gələrək, müəssisənin fəaliyyət göstərmədiyi, istehsal aparmadığı və gəlir formalaşdırmadığı hallarda bu cür ödənişlərin davam etdirilməsi hüquqi və faktiki baxımdan mümkün hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirmişdir ki, vətəndaşın müraciətində qeyd etdiyi ##.##.2025-ci il tarixindən sonrakı dövr üzrə vətəndaş İsayev İmamverdi Sadəddin oğluna müavinətin ödənilməsinin davam etdirilməsi üçün “Akkord X14" ASC-nin nə hüquqi, nə də maliyyə əsasları mövcuddur. Bu səbəbdən həmin dövr üzrə irəli sürülən tələblərin mövcud qanunvericilik çərçivəsində təmin edilməsi mümkün deyildir. Müəssisə tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş ödənişlər qanunvericiliyin tələblərinə və mövcud imkanlara uyğun olaraq yerinə yetirilmiş, vətəndaşın sosial maraqları mümkün həddə nəzərə alınmışdır. Mövcud şəraitdə isə əlavə maliyyə öhdəliyinin formalaşması üçün hüquqi əsas mövcud deyildir. Müəssisə 01 iyul tarixindən bağlı olduğundan arxiv sənədlərinin təqdim olunması mümkün olmur İşə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, İsayev İmamverdi Sadəddin oğluna ##.##.2025-ci il tarixdə əlillərə müavinət ödənişi olaraq 30 manat, ##.##.2025-ci il tarixdə əlillərə müavinət ödənişi olaraq 170 manat, ##.##.2025-ci il tarixdə əlillərə müavinət ödənişi olaraq 200 manat, ##.##.2025-ci il tarixdə əmək haqqı olaraq 200 manat, ##.##.2025-ci il tarixdə əlillərə müavinət ödənişi olaraq 200 manat, ##.##.2025-ci il tarixdə əlillərə müavinət ödənişi olaraq 200 manat, ##.##.2025-ci il tarixdə əlillərə müavinət ödənişi olaraq 200 manat, ##.##.2025-ci il tarixdə əlillərə müavinət olaraq 200 manat, ##.##.2025- ci il tarixdə əmək haqqı olaraq 200 manat məbləğində ödənişlər edilmişdir. İşdə olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin direktoru Vəzifəli şəxs ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, vətəndaş İsayev İmamverdi Sadəddin oğlunun istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulmasına görə ödəncinin hesablanmaması və ödənilməməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsində (bundan sonra – Regional şöbə) baxılıb. "Əmək və məşğulluq” altsisteminə baxış zamanı "Akkord-X14” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda müəssisənin ## #### 2025-ci il tarixdən etibarən faktiki olaraq fəaliyyətini dayandırıldığı bildirilsə də, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən aktiv əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalar, şərtləri və məbləği" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli Qərarının tələbinə uyğun ödənilməsi məqsədi ilə operativ tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 1 (bir) ay müddətində Regional şöbəyə məlumat verilməsi ilə bağlı ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş məktubu göndərilmiş, lakin icrası məcburi göstərişlə bağlı Cəmiyyət tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və İsayev İmamverdi Sadəddin oğlunun istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulmasına görə ödəncinin hesablanmaması və ödənilməməsi təmin edilməmişdir. Nəticədə, İXM-in 539.1- 1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması nəzərdə tutulmuşdur. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq ##.##.2026-cı il tarixə saat 11:00-dək Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinə və ya video konfrans vasitəsilə dəvət olunmuşdur. Vəzifəli şəxs və ya səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi və iş üzrə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. İşə əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarыnыn ##.##.2026-cı il tarixli Növbəti İllik Ümumi Yыğыncağыnın protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində yaranmış problemlərlə əlaqədar Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlər barədə zəruri addımlar atılмаsı, Direktor Vəzifəli şəxs Açıq Səhmdar Cəmiyyətinin ləğvi ilə bağlı zəruri tədbirlər görмяsи, Direktor Vəzifəli şəxs direktor vəzifəsindən azad edilməsi və yeni direktorun seçilməsi məsələsi müsbət qəbul edilmiş, Açıq Səhmdar Cəmiyyətinin gələcəkdə çağırılacaq növbədənkənar yığıncağının gündəliyinə daxil edilməsi barədə qərar qəbul edilmişdir. İşə əlavə edilmiş vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, ** saylı Ərazi Vergilər Baş İdarəsi bildirir ki, ##.##.2026-cı il tarixli ərizəyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin fəaliyyətlərinin ##.##.2026-cı il tarixdən ##.##.2027-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İşə əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Siyasəti şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, ** №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2022-ci il tarixli **** saylı sərancamına uyğun olaraq, Mingəçevir şəhəri, Gəncə şossesi 3 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin mülkiyyətində olan əmlak kompleksi “xxxx” QSC tərəfindən Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmişdir. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə birgə fəaliyyət müqaviləsi əsasında aylıq xidmət haqqı ödəmək şərti ilə qeyd olunan ünvanda fəaliyyətini davam etdirmişdir. ## #### 2025-ci il tarixdə tərəflər arasında mövcud olan birgə fəaliyyət müqaviləsinə xitam verilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tamamilə fəaliyyətsiz vəziyyətə düşmüşdür. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC işçilərlə bağlanmış bütün əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun xitam vermişdir. Hazırda Mingəçevir şəhəri, Gəncə şossesi 3 ünvanında yerləşən əmlak kompleksi Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin idarəetməsindədir. Vaxtilə zavodda xəsarət almış İsayev İmamverdi Sadəddin oğlu, X1, X4 və X3 istehsalat xəsarətinə görə müavinət aldıqları tarixdən 2025-ci ilin iyul ayınadək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən ödənilmişdir. Faktiki olaraq fəaliyyətsiz duruma düşən və gəliri edə bilməyən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC yuxarıda adları qeyd olunan xəsarət alanlara aylıq müavinəti ödəmək iqtidarında deyil. ## ##### 2026-cı il tarixində keçirilmiş səhmdarların ümumi yığıncağının qərarı ilə Cəmiyyətin ləğvi barədə protokol tərtib edilmişdir. Bu səbəbdən “AkkordX14” ASC fəaliyyətini rəsmi müraciəti əsasında ##.##.2026- cı il tarixdən dayandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 4 nəfər xəsarət almış şəxslərin müavinətlərinin ödənilməsi ilə əlaqədar aidiyyatı üzrə yönləndirilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin * saylı Mərkəzi Aran regional Filialına ünvanlanmış ##.##.2025-ci il tarixli, ** №-li məktubun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Mingəçevir şəhəri, Gəncə şossesi 3 ünvanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Koorporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə bağlanmış BFM 11/24/001 A nömrəli ## ###### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən fəaliyyət göstərmişdir. Artıq ## #### 2025-ci il tarixdən tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmişdir və bunun nəticəsində balansında heç bir nəqliyyat vasitəsi, əmlak və avadanlıq olmayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC faktiki olaraq fəaliyyətsiz duruma düşmüşdür. Səhmdar cəmiyyətin fəaliyyətinin müvvəqəti dayandırılması ilə əlaqədar arayış müvafiq vergi orqanına təqdim olunmuş və vergi orqanı tərəfindən nəzərə alınmışdır. Bu səbəbdən cəmiyyətdə istehsalat xəsarəti aldığına görə müavinət alan 4 nəfər əlilin müavinətlərinin ödənilməsi tərəflərindən icrası mümkün olmur. Məktubda qeyd olunan məlumatlara əsasən müəssisənin fəaliyyətsizliyinin nəzərə alınmasını xahiş etmişdir İşə əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, ** №-li məktubun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Mingəçevir şəhəri, Gəncə şossesi 3 ünvanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Koorporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə bağlanmış BFM 11/24/001 A nömrəli ## ###### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən fəaliyyət göstərmişdir. Artıq ## #### 2025-ci il tarixdən tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmişdir və bunun nəticəsində balansında heç bir nəqliyyat vasitəsi, əmlak və avadanlıq olmayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC faktiki olaraq fəaliyyətsiz duruma düşmüşdür. Səhmdar cəmiyyətin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar arayış müvafiq vergi orqanına tərəflərindən təqdim olunmuş və vergi orqanı tərəfindən nəzərə alınmışdır. Məktubda qeyd olunan məlumatlara əsasən müəssisənin fəaliyyətsizliyinin nəzərə alınmasını xahiş etmişdir. İşə əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli ** №-li məktubun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC ## #### 2025-ci il tarixdən faktiki olaraq fəaliyyətini dayandırmışdır. Bu hal Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi publik hüquqi şəxsi ilə bağlanmış müqaviləyə xitam verilməsi ilə əlaqədar yaranmışdır. Müqaviləyə xitam verildikdən sonra müəssisənin istifadəsində olan əmlak, avadanlıq və istehsal sahələri mövcud olmadığından, ASC-nin fəaliyyətini davam etdirməsi faktiki olaraq mümkün olmamışdır. Bunun nəticəsində müəssisənin hər hansı fəaliyyəti və gəlir mənbəyi tam dayanmışdır. Müəssisənin fəaliyyətsiz vəziyyətə düşməsi ilə əlaqədar olaraq bütün işçilərlə əmək münasibətlərinə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verilmişdir. Hazırda müəssisədə yalnız direktor vəzifəsi saxlanılmışdır. Direktorun vəzifədə saxlanılması ASC-nin ləğvi prosesinin başlanması və bu istiqamətdə zəruri tədbirlərin görülməsi ilə əlaqədardır. Həmçinin müəssisədə hər hansı müqavilə əsasında çalışan işçi mövcud deyildir. Hazırki vəziyyətdə isə müəssisənin hər hansı fəaliyyəti və gəlir mənbəyi mövcud olmadığından, qeyd olunan ödənişlərin davam etdirilməsi obyektiv olaraq mümkünsüzdür. Təqdim edilən məlumatların mövcud faktiki və hüquqi vəziyyət çərçivəsində nəzərə alınmasını xahiş etmişdir. İşə əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional Ərazi şöbəsinə ünvanlanmış ##.##.2026cı ** №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** saylı Fərmanına uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin mülkiyyətində olan əmlaklar “xxxx” QSC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmişdir. Hazırda həmin zavod Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin tabeçiliyində fəaliyyət göstərir və buradan gəlir əldə olunur. Vaxtilə zavodda xəsarət almış İsayev İmamverdi Sadəddin oğlu, X1, X4, X3 istehsalat xəsarətinə görə müavinət aldıqları tarixdən 2026-cı ilin iyul ayınadək maliyyə vəsaiti tükənmiş ”AkkordX14” ASC tərəfindən ödənilmişdir. Hazırda maliyyə çatışmamazlığı səbəbindən ”Akkord-X14” ASC fəaliyyətini rəsmi müraciəti əsasında ##.##.2026-cı il tarixindən dayandırılmışdır. Bununla əlaqədar ”Akkord-X14” ASC-də xəsarət almış İsayev İmamverdi Sadəddin oğluna-200 manat, X1-210 manat, X4-200 manat, X3 isə-210 manat aylıq müavinət ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraat aparılarkən yaranan şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə şərh edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İş materiallarında olan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli ** №-li və Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional Ərazi şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli ** №-li məktubların surətlərindən, eləcə də vergi orqanının müvafiq məlumatlarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** saylı Fərmanına uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin mülkiyyətində olan əmlaklar “xxxx” QSC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmişdir. Cəmiyyət ## #### 2025-ci il tarixdən etibarən, yəni iş üzrə icrası məcburi olan göstəriş məktubunun verildiyi tarixdən xeyli əvvəl faktiki olaraq fəaliyyətini dayandırmışdır. Bu hal “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə bağlanmış müqaviləyə xitam verilməsi ilə əlaqədar yaranmışdır. Müqaviləyə xitam verildikdən sonra müəssisənin istifadəsində olan əmlak, avadanlıq və istehsal sahələri mövcud olmadığından, ASC-nin fəaliyyətini davam etdirməsi faktiki olaraq mümkün olmamış, nəticədə müəssisənin hər hansı təsərrüfat fəaliyyəti və gəlir mənbəyi tam dayanmışdır. Müəssisənin fəaliyyətsiz vəziyyətə düşməsi ilə əlaqədar olaraq işçilərlə əmək münasibətlərinə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verilmiş, hazırda müəssisədə hər hansı müqavilə əsasında çalışan işçi saxlanılmamış, yalnız ASC-nin ləğvi prosesinin başlanması və bu istiqamətdə zəruri tədbirlərin görülməsi ilə əlaqədar direktor vəzifəsi saxlanılmışdır. Vaxtilə zavodda xəsarət almış İsayev İmamverdi Sadəddin oğlu, X1, X4 və X3 istehsalat xəsarətinə görə düşən aylıq müavinətlər 2026-cı ilin iyul ayınadək ödənilmiş, lakin sonradan maliyyə vəsaitinin tam tükənməsi və müəssisənin ##.##.2026-cı il tarixindən rəsmi olaraq fəaliyyətini dayandırması səbəbindən bu ödənişlərin davam etdirilməsi obyektiv olaraq mümkünsüz hala gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin İXM-in 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini, həmçinin onun əməlində inzibati xəta tərkibinin subyektiv və obyektiv əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur. İşə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyinin şübhə altına alınmasına dəlalət edən hər hansı əsaslı hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi şəxslərin inzibati məsuliyyətinin əsasları ilə bağlı məsələyə toxunaraq qeyd edir ki, İXM-in 18.3-cü maddəsinin və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ### 2026-cı il tarixli Qərarının hüquqi mənasına əsasən, hüquqi şəxsin maraqları üçün və ya onun adından hərəkət edən vəzifəli şəxsin inzibati xəta törətməsi hüquqi şəxsin inzibati məsuliyyətini istisna etməməklə paralel məsuliyyət yaratsa da, bu norma hər iki subyektin avtomatik tənbeh olunması kimi şərh edilə bilməz. Hüquqi şəxs statusunda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin müstəqil inzibati məsuliyyətinin yaranması üçün onun vəzifəli şəxsin fərdi məsuliyyətindən ayrı, müstəqil bir hüquqi əsası sübuta yetirilməli idi. Eyni zamanda, apellyasiya məhkəməsi vurğulayır ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericilikdə təsbit edilmiş "əməlin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi" kriteriyası mütləq şəkildə yoxlanılmalıdır. Hüquqi şəxsin əməlləri vəzifəli şəxsin hərəkətlərindən hüquqi cəhətdən müstəqil şəkildə qiymətləndirilməlidir. Başqa sözlə, hüquqi şəxsin təqsiri yalnız vəzifəli şəxsin hərəkətlərinin ona şamil edilməsindən ibarət olmamalı, müstəqil hüquqi əsasa — məsələn, nəzarətin təşkili, daxili qaydaların müəyyən edilməsi, icazənin alınması üçün prosedurların qurulması kimi öhdəliklərin yerinə yetirilməməsinə söykənməlidir. Hər iki subyektin inzibati xəta tərkibinin elementləri — əmələ görə obyektiv tərəf, təqsir forması və subyektiv tərəf — ayrı-ayrılıqda sübuta yetirilməlidir. İş üzrə vəzifəli şəxs barəsində müəyyən faktlar araşdırılarkən, hüquqi şəxs barəsində isə müvafiq nəzarət mexanizmlərinin qurulmaması, daxili prosedurların mövcud olmaması kimi müstəqil fəaliyyətsizlik faktları müəyyən edilməlidir. Hər iki subyektin məsuliyyəti müstəqil hüquqi əsaslara söykənmədikdə, faktiki olaraq eyni hərəkət üçün ikiqat cəza tətbiq edilməsi nəticəsi yaranır ki, bu da mütənasiblik prinsipini pozur. Belə hallarda məhkəmə hər iki subyektin məsuliyyətinin müstəqilliyini xüsusi əsaslandırmalı, yalnız bundan sonra hər birinə tənbeh tətbiq etmənin hüquqi zəminini müəyyən etməlidir. Məhz bu səbəbdən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsi həll edilərkən işin bütün halları — ilk növbədə isə əməlin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilibtörədilməməsi, hüquqi şəxsin daxilindəki nəzarət mexanizmlərinin mövcudluğu və səmərəliliyi müvafiq icraat çərçivəsində ətraflı araşdırılmalı və hər biri ayrıca əsaslandırılmalıdır. Həmçinin Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin direktoru Vəzifəli şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-in 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Beləliklə, apellyasiya məhkəməsi mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin əməlində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin həm obyektiv, həm də subyektiv əlamətləri yoxdur. Birinci instansiya məhkəməsi işin bu mühüm detallarını düzgün qiymətləndirərək icraata haqlı olaraq xitam vermişdir və apellyasiya instansiyası məhkəməsi həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi əsas görmür. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin əməlində inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri olmadığından İXM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq icraata xitam verilməsi üçün əsaslar yaranmışdır Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC -nin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-397/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-397/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver