Məhkəmə qərarları › İş №3(3-10)-398/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-398/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-398/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi, protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbi Sərvətlər Idarəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim N.Abbaszadə) ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 239-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Işin halları: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Qəbələ şəhəri 28 may küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ### 2026-cı il tarixdə mərkəzdə əmələ gələn tibbi tullantıların uçot hesabatının aparılmamasına görə Azərbaycan Respublikası IXM-nin 239-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini və ya işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarında əsaslandırmağa çalışmışdır ki, hesabat sonradan təqdim edildiyindən, həmçinin hesabatın hansı formada və hansı əlavə sənədlərlə təqdim edilməsinin qanunvericilikdə dəqiq nəzərdə tutulmaması səbəbindən inzibati xəta tərkibi mövcud deyildir. Lakin bu nəticə həm Inzibati Xətalar Məcəlləsinin, həm də "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun deyildir. Məhkəmə inzibati xətanın baş vermə anını düzgün müəyyən etməmişdir. Inzibati məsuliyyətin yaranması üçün əsas hesabatın sonradan təqdim olunması deyil, onun qanunla müəyyən olunmuş müddətdə və qanunvericiliyin tələblərinə uyğun təqdim edilməməsidir. Inzibati xəta haqqında protokol tərtib edilən tarixdə hüquqi şəxs tərəfindən qanun pozuntusu artıq baş vermişdi. Sonradan təqdim edilmiş hesabat törədilmiş inzibati xətanı aradan qaldırmır və məsuliyyəti istisna etmir. Məhkəmə isə məhz bu halı məsuliyyəti aradan qaldıran hüquqi əsas kimi qiymətləndirmişdir ki, bu da IXM-in 239-cu maddəsinin mahiyyətinə ziddir. Birinci instansiya məhkəməsi IXM-in 239cu maddəsinin dispozisiyasını düzgün şərh etməmiş və nəticədə qanunun tətbiqində ciddi səhvə yol vermişdir. IXM-in 239-cu maddəsinə əsasən, ətraf mühitin monitorinqi, ətraf mühitə təsirin uçotu və hesabatının qanunvericiliyin tələblərinə uyğun aparılmaması və təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Normanın məqsədi hesabatın sonradan təqdim olunmasını deyil, onun qanunla müəyyən edilmiş müddətdə və müəyyən edilmiş qaydada təqdim edilməsini təmin etməkdir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən 2026cı ilin yanvar ayına dair tibbi tullantıların uçot hesabatı müəyyən edilmiş müddətdə qanunvericiliyin tələblərinə uyğun təqdim edilməmiş, yalnız inzibati araşdırma başladıqdan və inzibati xəta haqqında protokol tərtib edildikdən sonra hesabatın təqdim edilməsi istiqamətində tədbirlər görülmüşdür. Belə olan halda, inzibati xəta artıq baş vermiş hesab olunur və sonradan hesabatın təqdim edilməsi törədilmiş inzibati xətanı aradan qaldıra bilməz. Məhkəmə isə bu hüquqi prinsipi nəzərə almamış, sonrakı davranışı məsuliyyəti istisna edən hal kimi qiymətləndirmişdir ki, bu da IXM-nin 239-cu maddəsinin hüquqi mahiyyətinə ziddir. Azərbaycan Respublikası IXM-in sübutların qiymətləndirilməsinə dair müddəalarına əsasən, məhkəmə bütün sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməlidir. Lakin hazırkı iş üzrə məhkəmə yalnız hüquqi şəxsin verdiyi izahatlara üstünlük vermiş, inzibati xətanı təsdiq edən aşağıdakı sübutlara lazımi hüquqi qiymət verməmişdir: ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol; inzibati araşdırma materialları; Regional Idarənin əməkdaşlarının xidməti izahatları; hesabatın təqdim edilmə tarixləri; müəssisə ilə aparılmış rəsmi yazışmalar; təqdim edilmiş hesabatın qanunvericiliyin tələblərinə cavab verməməsini təsdiq edən sənədlər. Halbuki həmin sübutlar birlikdə qiymətləndirildikdə hüquqi şəxsin inzibati xəta törətməsi tam təsdiq olunur. Məhkəmə qanunda nəzərdə tutulmayan yeni hüquqi meyar formalaşdıraraq hesab etmişdir ki, hesabat sonradan düzəldildiyinə görə inzibati məsuliyyət aradan qalxmışdır. Belə yanaşma inzibati məsuliyyət institutunun mahiyyətinə tamamilə ziddir. Inzibati xəta törədildiyi anda məsuliyyət yaranır. Sonradan həmin pozuntunun aradan qaldırılması, hesabatın yenidən təqdim olunması və ya sənədlərin tamamlanması inzibati xəta faktını aradan qaldırmır. Əks halda istənilən hüquqi şəxs əvvəlcə qanun pozuntusuna yol verər, inzibati icraat başlandıqdan sonra isə sənədləri təqdim etməklə məsuliyyətdən yayınmış olar ki, bu da qanunun preventiv məqsədini tamamilə aradan qaldırar. Iş materiallarından görünür ki,##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir; yoxlama zamanı qanun pozuntusu aşkar edilmişdir; hesabatın qanunvericiliyə uyğun təqdim olunmaması müəyyən edilmişdir; bu hallar akt, protokol və digər yazılı sübutlarla təsdiq edilmişdir. Məhkəmə həmin sənədlərin hüquqi qüvvəsini təkzib edən heç bir sübut göstərməmişdir. Əksinə, qərarda protokolun tərtib olunması və yoxlamanın keçirilməsi faktı qəbul olunur. Belə olan halda məhkəmənin yalnız hüquqi şəxsin sonradan verdiyi izahatlara üstünlük verməsi sübutların obyektiv qiymətləndirilməsi prinsipinə ziddir Odur ki, qeyd olunanları nəzərə alaraq, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbi Sərvətlər Idarəsinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli ****** nömrəli aktda * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli **** saylı sərəncamına əsasən Qəbələ rayonu ərazisində fəaliyyət göstərən Tibb müəssisələri tərəfindən tullantıların uçotunun və hesabatının idarəyə təqdim edilməsi ilə bağlı araşdırma aparıldığı, aparılan araşdırma zamanı Qəbələ şəhəri, 28 may küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tibbi tullantıların uçotunun və hesabatının idarəyə təqdim edilmədiyinin məlum olduğu, məsələ ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin rəhbəri nümayəndə1 oğunun şifahi olaraq Mərkəzdə əmələ gələn tibbi tullantıların daşınması ilə bağlı müqavilənin onların yuxarı rəhbərliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə bağlandığını, bu barədə sənədlərin mərkəzdə olmaması səbəbindən uçot və hesabatını təqdim edə bilmədiyini bildirdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası IXM-in 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən mərkəzdə əmələ gələn tibbi tulantıların uçot hesabatı 2026-cı il yanvar ayında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə təqdim edilmiş, lakin, sonradan Idarə tərəfindən onlara hesabatın köhnə formada tərtib edildiyi bildirilmişdir. Bundan sonra # ### 2026-cı il tarixdə hesabat yeni formada tərtib edilərək göndərilsə də, lakin alt sənədlər olmadığından qəbul edilməmişdir. Daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 tərəfindən müvafiq alt sənədlərin təqdim edilməsinə razılış verilməsi Baş Idarə ilə razılaşdırılmış və ## ### 2026-cı il tarixdə müvafiq alt sənədlər də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə təqdim edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən mərkəzdə əmələ gələn tibbi tullantıların uçot hesabatı əvvəlki illərdə də 2026-cı il yanvar ayında verilən formada verilmiş və heç bir alt sənəd tələb edilməmişdir. Məhkəmə hesab etmişdir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, AR IXM-nin 239-cu maddəsinin dispozisyasında hüquqi şəxslərin (təbiətdən istifadələrin) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparıb təqdim etməli olduğu göstərildiyindən, müvafiq hesabata əlavə olunan alt sənədlərin təqdim edilməsi tələb edilmədiyindən, bunun hansı əsasla tələb edilməsi protokolu tərtib edən orqan tərəfindən əsaslandırılmamışdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 əməlində Аzərbаycаn Respublikаsı IXM-nin 239-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən qаnuni və əsаslı оlаrаq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 barəsində inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilmişdir. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, normativ-hüquqi aktların tələblərinə düzgün əməl olunmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda və Azərbaycan Respublikası IXMnin 239-cu maddəsində hesabatla birgə 'alt sənədlərin' təqdim edilməsi öhdəliyi birbaşa nəzərdə tutulmadığından, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ nin əvvəlki illərin praktikasına uyğun olaraq vaxtında hesabat verdiyini və orqanın göstərişindən sonra alt sənədləri dərhal təqdim etdiyini nəzərə alaraq, əməldə inzibati xəta tərkibi yoxdur. Həmçinin apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi nümayəndə2 izahat verərək bildirmişdir ki, əvvəlki illərdə hesabata alt sənədlərin əlavə edilməsi tələb edilməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən mərkəzdə əmələ gələn tibbi tullantıların uçot hesabatı 2026-cı il yanvar ayında təqdim edilmiş, lakin köhnə formada, yəni alt sənədlər əlavə edilmədən təqdim edildiyindən qəbul edilməmişdir. Bu xüsusda məhkəmə hesab edir ki, hüquqi şəxs əvvəlki illərdə də hesabatı eyni qaydada və eyni formada təqdim etmiş və hesabat inzibati orqan tərəfindən heç bir alt sənəd tələb edilmədən qəbul olunmuşdur. Dövlət orqanı öz təcrübəsini və ya tələblərini birdən-birə, öncədən rəsmi xəbərdarlıq, məlumatlandırma etmədən dəyişdikdə, vətəndaşın və ya hüquqi şəxsin dövlət orqanının əvvəlki praktikasına olan etimadını qorumalıdır ki, hazırkı vəziyyətdə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin hüquqi şəxsin barəsində yuxarıda qeyd edilmiş əsasla protokol tərtib etməsi nəticə etibarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 öz-özlüyündə “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş etimad hüququnun qorunması prinsipinin pozulmasını ehtiva edir. Аzərbаycаn Respublikаsı IXM-nin 53.1.2-ci mаddəsinə əsаsən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda bаşlаnmış inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilir. Аzərbаycаn Respublikаsı IXM-nin 53.2-ci mаddəsinə əsаsən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından şikаyət təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası IXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyildir. Ona görə də işə yenidən baxan apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar