Məhkəmə qərarları › İş №3(3-10)-400/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-400/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-400/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsrafilov Şamil Fərman oğlunun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından protokol tərtib etmiş orqan Protokolu tərtib edən orqan tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə(sədrlik edən A.Mövlayev) İsrafilov Şamil Fərman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI Protokolu tərtib edən orqannin icra məmuru X2 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu İsrafilov Şamil Fərman oğlunun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Protokolu tərtib edən orqanndə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Protokolu tərtib edən orqannin böyük icra məmuru X1 bildirmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən borclu İsrafilov Şamil Fərman oğlundan cəmi 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ##.##.2022- ci il tarixli icra sənədinə əsasən borclu israfilov Şamil Fərman oğlundan cəmi 9864.58 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” ASC- nin xeyrinə ödənilməlidir İcra sənədi ##.##.2024-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlanılmış və icra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərizdə borclu tərəfindən borcun ödənilməsi təmin etməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, bank hesabları və həmin hesablarda pul vəsaitlərinin, iş yeri, əmək haqqı və pensiyasının, adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlakının, təsərrüfatında iri və xırdabuynuzlu mal-qaranın, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması müvafiq qaydada sorğulanmış, laki heç bir nəticə əldə olunmamışdır. Borclu İsrafilov Şamil Fərman oğlu icra sənədi üzrə təyin olunmuş borcunu vaxtında tam şəkildə ödəməmiş, icra məmurunun çağırışlarından yayınmış, borcluya xəbərdarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından boyun qaçırmışdır. Borclu İisrafilov Şamil Fərman oğlu ##.##.2026-cı il tarixində polis əməkdaşları tərəfindən Protokolu tərtib edən orqan gətirildi. Borcluya barəsində olan icra sənədləri və onların tələbi haqqında məlumat verildi, icra sənədinin icrasına münasibəti ilə bağlı borclunun izahatı alındı. Borclu İsrafilov Şamil Fərman oğlu izhatında bildirdi ki, borclarının böyük bir qismini ödəmişdir. Hal-hazırda “xxxx” ASC-yə 685 manat, X3 1587 manat borcu qalıb.. Borclarını tam şəkildə ödəyə bilmir. Yalnız hissə-hissə ödəniş edə bilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsrafilov Şamil Fərman oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, O, “Vətən Müharibəsi” iştirakçısı ollmuş və xüsusi təyinatlı qüvvələrdə xidmət etmişdi. O borcunu ödəməkdən imtina etmədiyini borcundan 350 manatı ödədiyini və geri qalan borcunuda ödəyəcəyini bildirmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan narazı qalan inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan Protokolu tərtib edən orqan apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan Protokolu tərtib edən orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən borclu İsrafilov Şamil Fərman oğlundan 9746.71 manat borc və 117.87 manat ödənilmiş dövlət rüsumu xərci olmaqla, cəmi 9864.58 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” ASC-yə ödənilməlidir. İcra sənədi ##.##.2022-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf İsrafilov Şamil Fərman oğlu bu tələbi könüllü müddətdə təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən borclu İsrafilov Şamil Fərman oğlundan cəmi 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi ##.##.2024-cü il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf İsrafilov Şamil Fərman oğlu bu tələbi könüllü müddətdə təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Borclu İsrafilov Şamil Fərman oğlu icra sənədlərinin tələblərini könüllü müddətdə təmin etməmiş, buna görə borclu barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borcluya məxsus bank hesabları və həmin hesablarda pul vəsaitinin, adına qeydə alınmış daşınar və daşınmaz əmlakın, iş yeri, əmək haqqı və pensiyasının, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması müvafiq qaydada sorğulanmış, sorğunun nəticəsində borclunun müharibə iştirakçısı kimi 80 manat məbləğində müavinət aldığı, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışdığı müəyyən olunmuş, icra sənədləri borclunun əmək haqqından tutulma aparılması üçün müvafiq olaraq ##.##.2022-ci il tarixində və ##.##.2024-cü il tarixində aidiyyatı üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Lakin borclu tərəf İsrafilov Şamil Fərman oğlunun iş yerindən ayrılması səbəbilə icra sənədlərinin borclunun əmək haqqından tutulma aparılaraq təmin olunması mümkün olmamışdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X3 şöbəmizə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsi ilə bildirmişdir ki, İsrafilov Şamil Fərman oğlu tərəfindən ona 3483 manat pul ödənilmiş, halhazırda 1587 manat borc qalmaqdadır, qalıq borcun ödənilməsi ilə bağlı tədbir görülməsini xahiş edir. Borclu tərəf İsrafilov Şamil Fərman oğluna çağırış verilmiş, ünvanına xəbərdarlıq göndərilmişdir. Sorğu nəticəsində borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən olunmuş, faktiki yaşayış yerini müəyən etməyin mümkün olmadığı üçün ##.##.2026cı il tarixində tərəfimizdən borclunun axtarılması haqqında qərar qəbul olunmuşdur. Borclu tərəf İsrafilov Şamil Fərman oğlu uzun müddətdən sonra – ##.##.2026-cı il tarixində yeri müəyyən olunaraq polis əməkdaşları tərəfindən Protokolu tərtib edən orqan gətirilmişdir. Borcluya barəsində tərtib olunmuş icra sənədləri və onların tələbləri haqqında məlumat verilmiş, icra sənədləri üzrə müəyyən olunmuş borc məbləğini ödəməsi tələb olunmuşdur. İcra sənədlərinin icrasına münasibəti ilə bağlı borclunun izahatı alınmış, borclu izahatında bildirmişdir ki, icra sənədlərindən xəbərdar olub, icra sənədləri üzrə borclarının böyük bir qismini ödəyib, əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyində MAHHXHQ vəzifəsində çalışıb, müharibə iştirakçısıdır, hal-hazırda fəhləliklə məşğul olur, aylıq qazancı 300-400 manat məbləğindədir, geri qalan borclarını tam ünvan 1 ünvanında kirayədə qalır, 200 manat kirayə haqqı ödəyir, Autizm xəstəsi övladı var, həyat yoldaşı da epilepsiya xəstəsidir, geri qalan borclarını hər ay hissə-hissə 50 manat məbləğində ödəyə bilər, sosial vəziyyətinin nəzərə alınmasını xahiş edir. Borclu tərəf İsrafilov Şamil Fərman oğlundan icra sənədləri üzrə geri qalan toplam 2272 manat borcunu və 1045.42 manat icra ödənişini tam şəkildə ödənilməsi təlb olunmuş, lakin o, buna kifayət qədər maddi vəsaitinin olmadığını bildirərək icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Borclu İsrafilov Şamil Fərman oğlu məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə barəsində icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Şəki Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq borclu tərəf İsrafilov Şamil Fərman oğlu barəsində tərtib olunmuş icra sənədindən xəbərdar olsa da, icra sənədinin icrası istiqamətində hər-hansı hərəkət etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq icra məmurunun tələblərini yerinə yetirməkdən boyun qaçırmış, işlədiyi, qazancının olduğu halda uzun müddətdir qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından yayınmışdır. Borclu tərəf iş üzrə zərərçəkmiş şəxslərin – icra sənədi üzrə tələbkar tərəflərin qarşısında olan öhdəliyini lazımınca dərk etməmiş, öz öhdəliyinə qarşı məsuliyyətsizlik göstərmişdir. İşdən də göründüyü kimi borclu tərəf İsrafilov Şamil Fərman oğlu məhz barəsində inzibati xəta haqqında protokol tərtib olunub inzibati tənbeh olunacağı üçün təşvişə düşmüş və məhz bundan sonra icra sənədləri üzrə borcundan 350 manat məbləğində ödəniş etmişdir. Lakin həmin tarixdən sonra icra sənədi üzrə geri qalan borcundan heç bir ödəniş etməmişdir. Bu da onu deməyə əsasə verir ki, borclu tərəfdə artıq tənbeh olunmayacağı ilə bağlı arxayınlıq yaranmışdır. Əgər borclu tərəf barəsində inzibati tənbeh tətbiq olunsaydı, o, icra sənədinin icrasından yayınmağa davam etdiyi müddətdə təkrar tənbeh olunacağı qorxusu ilə icra sənədinin icrasına daha məsuliyyətlə yanaşardı. İXM-in 528.1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun qeyd hissəsindən göründüyü kimi qanunun tələbinə görə barəsində inzibati xəta haqqında iş aparılan şəxs tələbi tam yerinə yetirdikdə məsuliyyətdən azad edilə bilər. Lakin borclu tərəf İsrafilov Şamil Fərman oğlu sadəcə X3 cəmi 350 manat ödəniş etmiş, “xxxx” ASCyə olan borcundan isə heç bir ödəniş etməmişdir. Hal-hazırda da İsrafilov Şamil Fərman oğlunun hər iki icra sənədi üzrə toplam 1922 manat borc və 1045.42 manat məbləğində icra ödənişi qalmaqdadır. Borclu tərəf İsrafilov Şamil Fərman oğlu ##.##.2026-cı il tarixindən sonra icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş, ödənişlə etmək fikrinin olmub-olmaması barədə heç bir məlumat verməmişdir. Hal-hazırda da icra sənədinin icra olunmasından yayınmağa davam edir. Həmçinin məhkəmə qərar qəbul edərkən borclu tərəfin icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olduğunu bildiyi halda, həmin qətnamələrin icrasına uzun müddət laqeyd münasibət göstərməsini, icra məmurunun çağırışlarından uzun müddət yayındığını, qeydiyyatda olduğu ünvanda yaşamadığını və faktiki yaşadığı yer haqqında icra məmuruna məlumat vermədiyini, buna görə də barəsində axtarış haqqında qərar qəbul olunduğunu, uzun müddət sonra polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq şöbəyə gətirilməsini nəzərə almamışdır. Həmçinin məhkəmə inzibati işə baxarkən, inzibati xətalar qanunvericiliyinin əsas prinsipləri olan insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanıldığını nəzərə almamış, vətəndaş barəsində inzibati tənbeh nəzərdə tutulan qərar verməklə gələcəkdə həmin vətəndaş və digər şəxslərin də inzibati xəta törətməkdən uzaq duracaqlarını nəzərə almamışdır. Həmçinin, məhkəmə zərərçəkmiş şəxsin – icra sənədi üzrə tələbkar tərəflərin mənafeyini nəzərə almamış, məhkəmə prosesində tələbkar tərəflərin nümayəndəsinin iştirakı təmin olunmamış, tələbkar tərəflərin tələblərinə diqqət edilməmiş, hüquqlarının pozulmasına yol verilmişdir. Belə ki, inzibati xəta haqqında icraata xitam verilməsi barədə yekun məhkəmə qərarının tərəflərə göndərilməsi ilə bağlı məlumat vərəqində tələbkar tərəflərin adı belə qeyd olunmamışdır. Bu da inzibati xəta haqqında protokola baxılarkən tələbkar tərəflərin mənafelərinə əhəmiyyət verilmədiyi qənaətinə gəlməyə əsas verir. İcra sənədinin icraata daxil olmasından uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən icra sənədinin icrasına qarşı qeyri-ciddi münasibət göstərilmişdir. Bu hal borclu tərəfindən həm məhkəmə qətnaməsinə münasibətdə, həm də zərərçəkmiş şəxslərin hüquq və mənafelərinə münasibətdə hörmətsizlik kimi qəbul olunmalıdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını ləğv edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsrafilov Şamil Fərman oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İsrafilov Şamil Fərman oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və qeyd etdi ki, avtoyumada işləyir az yaşlı uşaqları var gəliri çox az olduğuna görə indiyə qədər yaranmış boru tam ödəyə bilməmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq Protokolu tərtib edən orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apelyasiya instansiyası məhkəməsinə verilir. İXM-in 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayəti dəlillərini və tərəflərin çıxışlarını tam, hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, Protokolu tərtib edən orqannin apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. İXM-in 133.2.8-ci maddəsinin tələbinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İXM-in 84.1-ci maddəsinə əsasən isə, işə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını bu hüquqi prinsiplər işığında tədqiq edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin tam qanuni və əsaslı olduğu qənaətinə gəlir. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 8.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasına görə, şəxsin təqsiri qanunla nəzərdə təsbit olunmuş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir. Həmçinin, İXM-in 9.2-ci maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə, onun maddi və ailə vəziyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən, hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları, o cümlədən borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsini obyektiv qiymətləndirməlidir. Bu baxımdan, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın subyektiv tərəfi yalnız birbaşa qəsdlə xarakterizə olunur; yəni şəxs icra sənədini icra etmək üçün real maddi və fiziki imkanlara sahib olduğu halda, şüurlu və qərəzli şəkildə icradan boyun qaçırmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını borclunun subyektiv niyyəti və real imkanları kontekstində qiymətləndirərək xüsusilə vurğulayır ki, inzibati xətanın subyektiv tərəfi şəxsin qanunazidd davranışına onun daxili, psixi münasibətini ifadə edir və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin formalaşması üçün borclunun məhkəmə qərarını icra etməməyə yönəlmiş birbaşa qəsdi və qərəzliliyi subyektiv şərt kimi mütləq qaydada sübuta yetirilməlidir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsrafilov X4 Müharibəsi iştirakçısıdır, hal-hazırda rəsmi iş yeri və sabit qazanc mənbəyi yoxdur, gündəlik fəhləlik fəaliyyəti ilə məşğul olaraq ayda cəmi 300- 400 manat məbləğində çox az gəlir əldə edir, həmçinin Mingəçevir şəhərində kirayədə yaşayaraq ayda 200 manat kirayə haqqı ödəyir. Eyni zamanda, borclunun himayəsində xüsusi qayğıya və mütəmadi xərclərə ehtiyacı olan autizm xəstəliyindən əziyyət çəkən azyaşlı övladı və epilepsiya xəstəsi olan həyat yoldaşı vardır ki, bu da ailənin obyektiv maddi yükünü daha da ağırlaşdırır. Həmçinin, borclunun məhkəmə qərarlarının icrasından tamamilə, qəsdən və qərəzli şəkildə yayınmadığı, əksinə, tələbkar X3 olan borcunun böyük hissəsini (5070 manatdan 3483 manatını) ödədiyi, son olaraq da məhkəmə baxışınadək imkanı daxilində 350 manat əlavə ödəniş etdiyi, digər borclarını da hissə-hissə ödəmək iradəsini nümayiş etdirdiyi müəyyən edilmişdir. Bu hallar subyektiv cəhətdən borclunun daxili niyyətinin məhkəmə qərarına qarşı saymazlıq, etinasızlıq və ya dövlət orqanının qanuni tələblərinə qarşı qəsdən müqavimət göstərmək deyil, sırf ağır sosial-məişət şəraitindən və real maddi imkansızlıqdan irəli gələn obyektiv çətinliklər səbəbindən öhdəliyi birdəfəlik və tam icra edə bilməmək xarakteri daşıdığını aşkar şəkildə göstərir. Şəxsin borcu tam ödəməməsi subyektiv qəsdin deyil, onun iradəsindən kənar yaranmış obyektiv imkansızlığın nəticəsidir ki, bu da hüquqpozmanın əsas tərkib elementlərindən olan təqsirlilik prinsipini daxildən sarsıdır. İnzibati xətalar qanunvericiliyinin və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun əsasını təşkil edən “əsaslı şübhədən kənar” sübutetmə standartına görə, şəxsin qanunu qərəzli şəkildə pozduğu ağlabatan şübhə doğurmayacaq dərəcədə tam və qəti sübutlarla təsdiq edilməlidir; hazırkı işdə isə borclunun sosial-fəal və xoşniyyətli davranışı, borclarını mərhələli şəkildə ödəməyə çalışması onun əməlində hər hansı qərəzlilik elementinin olmasını tamamilə təkzib edir və beləliklə, iddia olunan inzibati xəta tərkibinin subyektiv tərəfinin mövcudluğunu qəti olaraq istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı 'İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında' Konvensiyanın * nömrəli Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Baxmayaraq ki, aliment öhdəliyi birbaşa müqavilədən deyil, qanundan və məhkəmə qərarından irəli gəlir, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ bu prinsipi geniş şərh edərək, şəxsin sırf maddi imkansızlıq səbəbindən borcu ödəyə bilməməsinə görə həbs edilməsini mütənasiblik prinsipinin pozulması kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, borclunu həbs etmək və ya cəzalandırmaq tələbkarın (uşağın) maddi maraqlarının təmininə xidmət etmir, əksinə, borclunun əmək fəaliyyəti imkanlarını məhdudlaşdırmaqla alimentin gələcəkdə ödənilməsini qeyri-mümkün edir. Yuxarıda qeyd edilən hüquq normasından irəli gələrək məhkəmə qeyd edir ki, inzibati məsuliyyət o halda yaranır ki, inzibati məsuliyyətə səbəb olan əməl təqsirli olaraq törədilmiş olsun. Habelə, məhkəmə İsrafilov Şamil Fərman oğlu tərəfindən yaranmış borcun xeyli hissəsinin ödənməsini, barəsində inzibati icraat aparılan şəxsin sosial-fəal davranışı kimi qiymətləndirir. İXM-in 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. İXM-in 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Təhlil olunan işdən barəsində inzibati xəta haqqında icrat aparılan şəxsin məlum icra sənədini qərəzli olaraq qəsdən icra etməməsi təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-in 53.1 və 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 8.1-ci maddəinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu istisna olunur, bu səbəbdən Protokolu tərtib edən orqannin şikayətində qeyd etdiyi dəlillər Şəki Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan Protokolu tərtib edən orqan tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar