Məhkəmə qərarları › İş №3(3-10)-401/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-401/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-401/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Mingəçevir Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında qərar qəbul etmiş orqan Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mingəçevir Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Аpellyasiya Məhkəməsinə аiddir. Inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən edildi ki, Qərarından şikayət verilən orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 210.1-ci maddəsi ilə “Inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Mingəçevir Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X1 tərəfindən ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan tərəfindən ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Iş materiallarından görünür ki, Mingəçevir Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, 3(051)-749/2025 qərarı Qərarından şikayət verilən orqan “AzDoc” elektron sistemi üzərindən ## ###### 2025-ci il tarixdə göndərilmişdir. IXM-in 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5 və 57.5.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Iş materiallarından görünür ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan Qərarından şikayət verilən orqan şikayət vermə müddətini ötürmüşdür. Belə vəziyyətdə məsələ araşdırılması və IXM-in 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. IXM-in 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, habelə bu Məcəllənin 129.1-1-ci maddəsində nəzərdə tutulan vəsatət təmin edildikdə şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətinin bərpasına baxılmalı və bu səbəbdən də inzibati iş həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və IXM-in 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Mingəçevir Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, 3(051)-749/2025 qərarından inzibati xəta haqqında qərar qəbul etmiş orqan Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün inzibati iş Mingəçevir Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar