Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-402/2026 22.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, X16 nümayəndəsi X2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından protokol tərtib etmiş səlahiyyətli orqan X16 X3 Bölməsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 220.6 və 220.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X3 Bölməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. işin halları: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının X16 X3 Bölməsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Qərardan şikayət verən orqan (şəxs) şikayətində qeyd etmişdir ki,İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ünvanda fəaliyyət göstərdiyi “İdman” malları mağazasında ##.##.2026-ci il tarixdə X18 X10 əməkdaşları mağazaya daxil olaraq, “Ganiner Professional” əmtəə nişanlı 1 ədəd 1000 qr biloloji aktiv qida məhsulu aşkar olunduğu bildirilmişdir. Halbuki, idman mağazasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktı aşkar olunmamış və fəaliyyətində hər hansı bir qeyri-qanunu hərəkətlər olunmamışdır. Buna baxmayaraq X18 X10 əməkdaşları tərəfindən “Ganiner Professional” əmtəə nişanlı bioloji aktiv qida məhsulu aşkar olunmasını əsas gətirərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və ## ### 2026-ci il tarixli, MN ******** saylı “İnzibati tənbeh vermə haqqında” qərar üzrə 1500 (bir min beş yüz ) manat məbləğində inzibati cərimə olunmuşdur. ## ### 2026-ci il tarixdə barəsində tərtib olunmuş İnzibati tənbeh vermə haqqında MN № ******** saylı qərarın surətini ##.##.2026ci il tarixdə poçt vasitəsilə ilə əldə etmişdir. Qeyd etmək istəyir ki, idman mağazasında aşkar edilmiş “Ganiner Professional” əmtəə nişanlı məhsul idman qidaları və ya bioloji aktiv qida əlavələri (BAD) kateqoriyasına aid məhsul kimi görünür. Lakin aşkar olunmuş məhsul özlüyündə hüquq pozuntusu demək deyil. Həmin məhsul satış üçün nəzərdə tutulmayıb. X16 X10 əməkdaşları rayon ərazisində öz vəzifə borclarından sui-istifadə etməklə barəmdə tənbeh tədbir görmüşdür. Hesab edirəm ki, ona qarşı qərəzli hərəkətlər olunmuş və cəza tədbiri görülməsi bu ədalətsizlikdir. Onsuz da maddi durumum ağır olduğundan ona tətbiq olunan həmin cəriməni ödəmək imkanım yoxdur. Regional Bölmənin əməkdaşları bu hərəkətləri ilə bir daha onu ağır duruma salmağa çalışırlar. Ona tətbiq olunan cəriməni 30 (otuz) gün müddətində dövlət büdcəsinə ödəməyi üçün yaşadığı ünvana məktub ünvanlanmışdır. Həmin məktubda qanunla müəyyən olunmuş müddətdə qeyd olunmuş cəriməni ödəməkdən yayınsa barəsində məcburi icra tədbirləri görüləcəyi bildirilmişdir. İXM-in 57-ci maddəsində nəzərdə tutulmuşdur ki, rəsmi qaydada qərar verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında qərardan iş üzrə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İXM-in 129.5-ci maddəsinə əsasən İnzibati Xətalar Haqqında İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Ona görə də, məhkəməyə şikayət vermək hüququndan istifadə edir. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikasının X16 X10 İnzibati tənbeh verilməsi haqqında protokolun və onun əsasında tərtib olunmuş ## ### 2026-ci il tarixli MN № ******** saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edəsiniz. Qərardan şikayət verən orqan (şəxs) birincin instansiya məhkəməsinin məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, özü karate fənni üzrə idman müəllimi kimi fəaliyyət göstərir. Həmçinin İsmayıllı rayonu ərazisində idman mallarının satışını həyata keçirir. Rayon ərazisində satış üçün mağaza ayrı, geyim məhsullarının saxlanması üçün isə başqa bir yerdən istifadə edir. X16 əməkdaşları ## ##### 2026-cı il tarixdə məhsulların saxlandığı anbara gələrək orada yeşikdə olan bioloji aktiv qida olan məhsula baxış keçirmişlər. O, həmin məhsulun satışda olmadığını və məhsulu geri qaytaracağını bildirmişdir. Əməkdaşlar həmin məhsulu onlara satmağını və pulunu ona göndərəcəklərini bildirmişlər. Sonradan həmin məhsulu götürərək mağazadan getmişlər. Bir neçə gün sonra onun barəsində qərar qəbul olduğunu bilmişdir. Barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, həmin məhsul satış üçün nəzərdə tutulan mağazada olmamış, anbarda yeşiyin içərisində olmuşdur. Əməkdaşların təqdim etdiyi foto şəkillərdəki məhsul yeşikdən götürülmüşdür. Ümumiyyətlə satış mağazasında həmin məhsulların satışını həyata keçirmir. Əməkdaşlar özləri də, səhv qərar qəbul etdiklərini bilirlər. Bundan başqa həmin vaxt onun barəsində heç bir sənədləşmə aparılmamış və qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Ona görə də, qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının X16 X3 Bölməsinin nümayəndəsi X1 izahat verərək göstərmişdir ki, ölkə ərazisində bioloji qida məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı yoxlamalar aparılır. Bununla bağlı İsmayıllı şəhəri, M.F.Axundov küçəsində Qərardan şikayət verən orqan (şəxs) işlətdiyi iki idman mağazası vardır. Həmin mağazaların birində stolun üzərində iki ədəd bioloji aktiv qida məhsulu aşkar edilmişdir. Həmin məhsulların üzərində digər dillərlə yanaşı Azərbaycan dilində də tərkibi və istifadə qaydası qeyd olunmalıdır. Buna baxmayaraq qeyd olunan hal məhsulun üzərində olmamışdır. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.6 və 220.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin məhsullar satış olan mağazada aşkar olunmasa da, digər saxlama yeri olan mağaza da açıq şəkildə olmuşdur. Bununla bağlı video görüntü olsa da, hazırda təqdim edə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin sonuncu məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının X16 X3 Bölməsinin nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, qeyd olunan məhsulun aşkar olunması ilə bağlı video görüntü təqdim edə bilmir. Lakin məhsul aşkar edilərkən çəkilmiş foto şəkilləri məhkəməyə təqdim edilmişdir. Qeyd olunan məhsulllar satış mağazasında aşkar edilməsə də, digər saxlanc yerində saxlanılmışdır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından X16 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: X16 X3 Bölməsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş və işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Bu səbəbdən, həmin qərar ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Regional Bölmənin qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə qərarında qeyd olunmuşdur ki, inzibati məsuliyyətə səbəb olan qida məhsullarının satışı faktı müəyyən edilməmişdir, çünki məhsullar satış üçün nəzərdə tutulmuş mağazada deyil, saxlanc yerində aşkar edilmişdir. Lakin bu nəticə işin materiallarına, o cümlədən yoxlama zamanı əldə edilmiş video sübutlara ziddir. Apellyasiya şikayətinə əlavə edilən video materialdan aydın görünür ki, sözügedən qida məhsulları saxlanc yerində deyil, mağazanın satış həyata keçirilən hissəsində, birbaşa vitrinin üzərindən götürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 616.2-ci maddəsinə əsasən, malların satış yerində (vitrinlərdə) nümayiş etdirilməsi, üzərində satılmadığına dair açıq-aydın qeyd olmadığı halda, ümumi oferta sayılır. Baxılan işdə belə bir xəbərdarlıq olmamışdır. Video görüntüdə sahibkarın özü də məhsulların satışını həyata keçirdiyini etiraf etmişdir. Belə ki, o, məhsulun alış və satış qiymətləri haqqında (60 manata alıb, 72-75 manata satdığını) və qablaşdırmanın satış üçün əhəmiyyəti barədə (qabı vermək olmaz, heç kim almaz) ifadələr söyləmişdir. Bu ifadələr, həmçinin məhsullardan birinin açıq vəziyyətdə aşkar olunması, satış faktını qəti şəkildə təsdiq edir. Məhkəmə qərarında Regional Bölmə tərəfindən yoxlama suallarından kənar yoxlama aparıldığı və sənədlərin tərtibi zamanı qanunvericiliyin tələblərinə əməl olunmadığı iddia edilmişdir. Bu iddia əsassızdır. Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə və müəyyən edilmiş yoxlama sualları çərçivəsində (128, 136, 138) aparılmışdır. Yoxlama zamanı heç bir prosessual pozuntuya yol verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Regional Bölmə tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanunidir və qüvvədə saxlanmalıdır. Məhkəmə qərarı isə İXM-in 135-ci maddəsinin tələblərini pozaraq, işin faktiki hallarını düzgün qiymətləndirmədiyi üçün ləğv edilməlidir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Regional Bölmənin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış X20 nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. ## ### 2026-cı il tarixli, ŞYMQ-**/*** nömrəli yoxlamanın nəticələri üzrə qarardan görünür ki, inzibati xəta əlamətləri aşkar edildiyi üçün inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilməli, aşkar edilmiş çatışmazlıqlar ##.##.2026-cı il tarixədək aradan qaldırılmalı və bu barədə Azərbaycan Respublikasının X16 X3 Bölməsinə məlumat verilməlidir. Azərbaycan Respublikasının X16 X3 Bölməsinin ##.##.2026-cı il tarixli, MN ****** nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 220.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı deyildir, apellyasiya şikayəti isə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarının təhlili zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) qarşı inzibati məsuliyyət tədbirinin tətbiqinə əsas olan, İXM-in tələblərinə uyğun tərtib edilməli inzibati xəta haqqında protokolun əsli iş materiallarına əlavə olunmamış, birinci instansiya məhkəməsi isə həmin inzibati xəta haqqında protokol olmadan işə baxılmasını mümkün bilmişdir. Halbuki, məhz həmin protokol inzibati tənbeh vermə haqqında qərarın hüquqi əsasını təşkil edir. Protokolun əslinin iş materiallarında olmaması səlahiyyətli orqanın gəldiyi nəticələrin əsaslılığını yoxlamaq imkanını əvvəlcədən istisna edir və İXM-in 84.1-ci maddəsində nəzərdə tutulan sübutların işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanan qiymətləndirilməsi tələbinin pozulmasına dəlalət edir. Bundan əlavə, məhkəmə iş materiallarında olan sənədlərin xronoloji ardıcıllığının təhlili zamanı ciddi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlər aşkar etmişdir. Hansıki, bu hallar faktiki olaraq səlahiyyətli orqan tərəfindən tərtib edilmiş qərarın ləğv edilərək, yenidən araşdırılması məqsədi ilə həmin orqna qaytarılması üçün əsasdır. Belə ki, mübahisələndirilən qərara əsasən, inzibati xəta haqqında protokol ## ##### 2026-cı il tarixdə tərtib edilmişdir. Eyni zamanda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" olan çıxarışdan görünür ki, məhz həmin tarixdən – ##.##.2026-cı ildən ##.##.2026-cı ilədək olan dövrdə, yəni 11 gün müddətinə, yoxlama zamanı aşkar edilmiş məhsulun tədqiqi barədə qərarın qəbul olunması məqsədi ilə yoxlamanın aparılması rəsmi qaydada dayandırılmışdır. Bununla belə, iş materiallarında olan ŞYMQ-**/*** nömrəli yoxlamanın nəticələri üzrə qərardan görünür ki, yoxlamanın son nəticəsi, yəni aşkar edilmiş inzibati xəta əlamətləri barədə rəsmi qənaət yalnız ## ### 2026-cı il tarixdə formalaşmışdır. Deməli, protokolun tərtib edildiyi göstərilən tarixdə – ## ##### 2026-cı ildə yoxlama prosesi təkcə tamamlanmamış deyil, hətta rəsmi dayandırılmış vəziyyətdə olmuş, məhsulun bioloji aktiv qida məhsulu olub-olmaması, onun hüquqi statusu və digər mühüm faktiki hallar barədə yekun qənaət isə protokolun tərtibindən demək olar ki, bir ay sonra formalaşmışdır. İXM-in 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. İXM-in 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İXM-in 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Yuxarıda qeyd edilən normalara istinad edən məhkəmə qeyd edir ki, əgər Azərbaycan Respublikasının X16 X3 Bölməsi ## ##### 2026-cı il tarixdə inzibati xətanın olması faktının müəyyən edilməsi məqsədi ilə inzibati araşdırmanın aparılmasını zəruri hesab etmişdirsə, hansı əsasla araşdırmanın nəticəsinin müəyyən edildiyi gündən(## ### 2026-cı il) 26 gün əvvəl yəni ## ##### 2026-cı il tarixdə İXM-in 100.2-ci bəndinə əsasən inzibati xəta haqqında ciddi hesabat sənədi olan protokol tərtib etmişdir. Bu baxımdan hələ inzibati xəta tərkibinin mövcudluğu təsdiq edilmədən şəxsin inzibati xəta tərətməkdə təqsirli bilinməsi bir başa İXM-in 8-ci maddəsində qeyd edilən təqsirsizlik prezumsiyasına ziddir. Habelə, iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" olan çıxarışda yoxlamanın dayandırılması tarixi ## ##### 2026-cı il qeyd edilsə də, “Yoxlamaların dayandırılması barədə” Qərararın (səh 80) ## ### 2026-cı il tarixdə qəbul edildiyi iş materiallarından aydın olur. Belə xronoloji uyğunsuzluq, protokolun bütün zəruri faktiki halların tam araşdırılmasından və yoxlamanın nəticəsi barədə qərarın qəbulundan sonra deyil, ondan xeyli əvvəl tərtib edildiyini göstərir ki, bu da öz növbəsində protokolun etibarlılığına və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyinə əsaslı şübhə yaradır. Məhkəmə həmçinin iş materiallarında aşkar edilmiş digər ciddi uyğunsuzluğa diqqət yetirir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində eyni zamanda həm İXM-in 220.6-cı, həm də 220.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların əlamətlərinin olması ilə bağlı tərtib edilmişdir. Bu iki maddə fərqli hüquqazidd əməlləri – 220.6-cı maddə idxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasını, satışını və ya başqa cür özgəninkiləşdirilməsini, 220.8-ci maddə isə "Qida təhlükəsizliyi haqqında" Qanununa uyğun müəyyən edilmiş tələblərə cavab verməyən qida məhsullarının istehsalını, emalını, satış məqsədilə saxlanmasını, satışını və ya başqa cür özgəninkiləşdirilməsini – nəzərdə tutur. Bununla belə, Azərbaycan Respublikası X16 X3 Bölməsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı yalnız İXM-in 220.6-cı maddəsi üzrə qəbul edilmişdir. Qərarda 220.8-ci maddə üzrə tərtib olunmuş protokol hissəsinin nəyə görə nəzərə alınmadığı, bu maddə üzrə göstərilən əməlin təsdiqlənib-təsdiqlənmədiyi və ya inzibati məsuliyyətdən azad edilmə əsaslarının olub-olmadığı və yaxud İXM-in 34.3-cü maddəsinin tətbiq edilməsi barədə heç bir əsaslandırma verilməmişdir. Belə uyğunsuzluq, bir tərəfdən, protokolda göstərilən faktiki halların qərarda tam əks olunmadığını, digər tərəfdən isə, qərarın hansı konkret hərəkət və ya hərəkətsizliyə görə, hansı əsasla yalnız bir maddə üzrə qəbul edildiyinin aydın olmadığını göstərir. Bu isə öz növbəsində qərarın əsaslılığına və protokolla uyğunluğuna dair əlavə əsaslı şübhələr yaradır və mühüm əhəmiyyət kəsb edən faktiki halların (məhz 220.8-ci maddə üzrə göstərilən əməlin taleyinin) araşdırılmadan qaldığını təsdiqləyir. Qeyd olunan hallar protokolun iş materiallarında olmaması, protokolun tərtib tarixi ilə yoxlamanın dayandırılma müddəti və yoxlamanın nəticəsi barədə qərarın qəbul tarixi arasındakı xronoloji ziddiyyət, habelə protokolda göstərilən iki maddədən yalnız birinin qərarda əks olunması və bunun heç bir izahının verilməməsinə baxmayaraq, sadalanan hallara birinci instansiya məhkəməsi tərəfindən heç bir qaydada araşdırılmamış və qiymətləndirilməmişdir. İXM-in 133.2.8-ci maddəsinə əsasən, qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında, o cümlədən protokolun məzmunu, tərtib olunma qaydası, tərtib tarixinin yoxlamanın gedişi ilə uzlaşması və protokolla qərar arasındakı uyğunluq araşdırılmaqla yoxlanılmalı idi. Məhkəmə həmçinin qeyd edir ki, aşkar edilmiş prosessual və faktiki çatışmazlıqlar apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırıla bilməz, belə ki, bu, yeni sübutların əldə edilməsini, protokolun əslinin əldə olunmasını, onun tərtib olunma tarixinin və şəraitinin dəqiqləşdirilməsini, protokolda göstərilən hər iki maddə üzrə əməllərin ayrı-ayrılıqda araşdırılmasını, habelə yoxlamanın gedişi və nəticələrinin tədqiqini tələb edir. Bununla əlaqədar, işin bu mərhələdə tam və düzgün həll edilməsi yalnız faktiki halların yenidən, hərtərəfli araşdırılması yolu ilə mümkündür. Bu baxımdan, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin inzibati tənbeh vermə haqqında qərarı bütövlükdə ləğv etməklə icraata faktiki xitam verilməsi qanuni əsasa söykənmir. İXM-in 134.1.4-cü maddəsinin tələblərinə görə, məhz 135.1.1-ci maddədə göstərilən hallar yəni mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmaması aşkar edildikdə, qərarın sadəcə ləğvi ilə icraata xitam verilməsi deyil, işin yenidən baxılması üçün müvafiq instansiyaya, o cümlədən zəruri hallarda səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərin məcmusuna əsasən, məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İXM-in 135.1.1-ci maddəsində göstərilən əsasla ləğv olunmalı, iş isə İXM-in 134.1.4-cü maddəsinə uyğun olaraq, yuxarıda qeyd edilən çatışmazlıqların protokolun əslinin iş materiallarına əlavə edilməsi, onun tərtib tarixi ilə yoxlamanın dayandırılma müddəti və nəticəsi barədə qərarın tarixi arasındakı ziddiyyətin aydınlaşdırılması, protokolda göstərilən 220.6 və 220.8-ci maddələr üzrə əməllərin hər birinin ayrılıqda araşdırılması aradan qaldırılması və bütün sübutların hərtərəfli qiymətləndirilməsi məqsədilə yenidən baxılmaq üçün göndərilməlidir. İXM-in 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Eyni zamanda, İXM-in 133.2.8-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın qanuniliyinin və əsaslılığının işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılmasını tələb edir. İXM-in 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Qida Təhlükəsizliyi X3 Bölməsinin şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-402/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-402/2026
22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver