Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-403/2026 20.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Zərərçəkmiş şəxs “xxxx” MMC-in nümayəndəsi Vəkil Sirac oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şükürov Atamoğlan Məhəmməd oğlunun iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərəçəkmiş “xxxx” MMC-nin nümayəndəsi Vəkil Sirac oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim İ.Fəttahov) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinib, ona 240 saat müddətinə ictimai işlər təbeh növü təyin edilmişdir. Işin halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Göyçay rayon Icra və Probasiya Şöbəsininin icra məmuru X2 tərəfindən ##.##.2026-cı il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəki Kommersiya Məhkəməsinin 16(4-15)- */**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon Icra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bundan başqa Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, təyin edilmiş 1.200 manat məbləğində inzibati cəriməni və Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, təyin edilmiş 1.200 manat məbləğində inzibati cəriməni ödəməmişdir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1 və 529.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, hazırda ona təyin edilmiş cərimə məbləğlərindən 500 manat ödəniş etmişdir. Qalan pulu da ödəyəcəkdir. Eləcə də Şəki Kommersiya Məhkəməsinin ##.#.2026-cı il tarixli qərarı üzrə həbs qoyulmuş əmlaklar onun mülkiyyətində olmamışdır. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zərəçəkmiş şəxs “xxxx” MMC-in nümayəndəsi Vəkil Sirac oğlu həmin qərardan apellyasiya şikayəti verərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri Zərəçəkmiş şəxs “xxxx” MMC-in nümayəndəsi Vəkil Sirac oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarın təqsirlilik hissəsi ilə razı olsa da, təyin edilmiş inzibati tənbehlə razı deyildir və hesab edir ki, məhkəmə tərəfindən seçilmiş cəza törədilmiş inzibati xətaların ağırlığına, işin faktiki hallarına, borclunun şəxsiyyətinə və onun uzun müddət davam edən qanunazidd davranışına açıq-aşkar uyğun gəlmir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təsadüfi və ya bir dəfəlik hüquq pozuntusuna yol verməmişdir. O, uzun müddət ərzində məhkəmə qərarlarının və icra məmurunun qanuni tələblərinin icrasından sistemli şəkildə yayınmışdır. Icra sənədlərinin icrası mərhələsində onun istifadəsində olan, məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmuş və saxlanmaya verilmiş 3.762,60 manat dəyərində xurma məhsulunun sonradan yerində olmaması müəyyən edilmişdir. Məhz həmin hallarla bağlı tərəfindən dəfələrlə şikayətlər, etirazlar və vəsatətlər verilmiş, məhsulun faktiki olaraq özgəninkiləşdirilməsi, gizlədilməsi və ya təyinatından kənar istifadəsi barədə əsaslı arqumentlər irəli sürülmüşdür. Tərəfindən təqdim edilmiş sənədlərdə və şikayətlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları bir-birini təkzib edir, məhsulun kimə verilməsi, harada olması və hansı əsasla yoxa çıxması barədə ardıcıl və inandırıcı mövqe mövcud deyildir. Hətta iş materiallarında olan izahatlardan görünür ki, məhsulun təhvil verilməsi faktı özü tərəfindən etiraf edilmişdir. Buna baxmayaraq uzun müddət ərzində nə məhkəmə qərarları icra edilmiş, nə vurulmuş zərər aradan qaldırılmış, nə də tələbkarın hüquqları bərpa olunmuşdur. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirini müəyyən etsə də, onun əməlinin ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirməmişdir. Belə ki, hazırkı iş adi inzibati xəta işi deyildir. Burada söhbət dövlət adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət qərəzli şəkildə icra edilməməsindən gedir. Onun tərəfindən bu müddət ərzində çoxsaylı şikayətlər, etirazlar, vəsatətlər və məhkəmə müraciətləri hazırlanmış, məhkəmələrə və icra orqanlarına təqdim edilmişdir. Həmin müraciətlərdə dəfələrlə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra hərəkətlərinə mane olur, həbs qoyulmuş əmlakın taleyi ilə bağlı ziddiyyətli məlumatlar verir, məhkəmə qərarlarının icrasını mümkünsüz vəziyyətə salmağa çalışır və bununu nəticəsində tələbkarın hüquqları uzun müddət bərpa olunmur. Məhkəmə isə bütün bunlara baxmayaraq faktiki olaraq ən yüngül cəzalardan birini tətbiq etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, tətbiq edilmiş 240 saat ictimai iş cəzası praktik baxımdan səmərəli və çəkindirici tədbir hesab edilə bilməz. Təcrübədə ictimai iş cəzasının real nəticə doğurduğu, məhkəmə qərarlarının icrasını təmin etdiyi və ya borclunun davranışını dəyişdirdiyi hallara demək olar ki, rast gəlinmir. Əksər hallarda belə cəzalar formal xarakter daşıyır və borclu üçün ciddi hüquqi nəticə yaratmır. Hazırkı işdə isə borclunun davranışı təsadüfi deyil, məqsədli və davamlı xarakter daşımışdır. Digər tərəfdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz hərəkətləri nəticəsində zərər yalnız tələbkara dəyməmişdir. Məhz onun məhkəmə qərarlarını icra etməməsi nəticəsində müəssisəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşmiş, o cümlədən PAŞA Bank qarşısında mövcud kredit öhdəliklərinin icrasında problemlər yaranmışdır. Əgər məhkəmə qərarları vaxtında icra edilsəydi, müəssisənin maliyyə vəziyyəti tamamilə fərqli olardı. Bu səbəbdən hazırkı iş üzrə vurulmuş zərər yalnız tələbkarın zərəri deyildir. Faktiki olaraq bankların, kreditorların, işçilərin və müəssisə ilə münasibətdə olan digər şəxslərin də qanuni mənafelərinə mənfi təsir göstərilmişdir. Məhkəmə həmçinin iş materiallarında olan məlumatlara əsasən borclunun müxtəlif daşınmaz əmlaklara, nəqliyyat vasitələrinə və digər əmlaka malik olmasını da nəzərə almamışdır. Belə şəxs tərəfindən məhkəmə qərarlarının uzun müddət icra edilməməsi onun ödəmə imkanının olmaması ilə deyil, qanuni öhdəlikləri yerinə yetirmək istəməməsi ilə bağlıdır. Belə olan halda tətbiq olunmuş 240 saat ictimai iş cəzası nə ədalət prinsipinə, nə inzibati məsuliyyətin məqsədlərinə, nə də məhkəmə qərarlarının icrasının təmin olunması vəzifəsinə xidmət edir. Əksinə, bu cür qərarlar digər borclulara belə bir mesaj verir ki, məhkəmə qərarlarını illərlə icra etməməyin, həbs qoyulmuş əmlakın taleyini qeyri-müəyyən vəziyyətə salmağın və icra hərəkətlərinə mane olmağın nəticəsi yalnız formal xarakterli ictimai iş cəzası ola bilər. Bundan başqa, məhkəmə tərəfindən təyin edilmiş inzibati tənbehin həddindən artıq yüngül olmasını göstərən hallardan biri də ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir deyil, iki ayrı inzibati xəta tərkibi üzrə təqsirli bilinmişdir. Məhkəmə onun IXM-in həm 528-1.1-ci, həm də 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyini müəyyən etmişdir. Hər iki maddənin sanksiyasında inzibati həbs növündə tənbeh nəzərdə tutulmuşdur. Deməli, qanunverici həmin əməlləri sadə və az əhəmiyyətli hüquq pozuntuları kimi deyil, məhkəmə qərarlarının və icra məmurunun qanuni tələblərinin icrasına yönəlmiş ciddi pozuntular kimi qiymətləndirmişdir. Məhkəmə isə bir şəxsin eyni vaxtda iki müxtəlif inzibati xəta törətməsini, hər iki xəta üzrə təqsirli bilinməsini, həmin xətaların uzun müddət davam edən icraatdan qaynaqlandığını və hər iki maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulduğunu nəzərə almadan ona yalnız ictimai iş növündə tənbeh tətbiq etmişdir. Halbuki işin faktiki hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışı təsadüfi və ya birdəfəlik xarakter daşımamış, uzun müddət ərzində davam etmiş, məhkəmə qərarlarının icrasına mane olmuş və nəticədə iki ayrı inzibati xəta tərkibinin yaranmasına səbəb olmuşdur. Belə olan halda, iki maddə üzrə təqsirləndirilən şəxsə ən yüngül tənbeh növlərindən birinin tətbiq edilməsi cəzanın fərdiləşdirilməsi prinsipi ilə uzlaşmır və törədilmiş əməllərin ağırlığına uyğun gəlmir. Bu səbəbdən məhkəmə tərəfindən təyin edilmiş 240 saat ictimai iş növündə inzibati tənbeh aşkar surətdə yüngül hesab edilməli və hər iki maddənin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə tənbehin tətbiqi məsələsinə hüquqi qiymət verilməlidir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının inzibati tənbeh növünün təyin edilməsi hissəsində dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh təyin olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı işin materialları ilə onun tərəfindən icra sənədini üzrsüz səbəbdən icra etməməyi sübuta yetirilməmişdir. Onun tərəfindən 500 manat ödəniş edilmiş və qalan pulun da ödəniləcəyi məhkəmənin diqqətinə çatdırılmışdır. Belə olan halda icra sənədi üzrə tələbin onun tərəfindən qərəzli yerinə yetirmədiyindən söhbət belə gedə bilməz və bu hal sübuta yetirilmir. Belə ki, icra sənədindəki tələbi qərəzli olaraq icra etməyən şəxs pul ödəməz və qalan pulu da ödəyəcəyini bildirməzdir. Həmçinin onun tərəfindən 500 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bundan başqa hazırkı iş üzrə onun tərəfindən inzibati xəta törədilməsi sübuta yetirilməmiş, birinci instnasiya məhkəməsi də öz qərarında bunu əsaslandıra bilməmişdir. Onu da qeyd edir ki, 85.000 manatlıq borcuna görə 10 milyon manatlıq əmlakının üzərinə həbs qoyulmuşdur ki, bu da onun sahibkarlıq fəaliyyətini tamamilə iflic etmişdir. Buna görə də, sözügedən cərimələri ödəyə bilmir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında zərəçəkmiş şəxs “xxxx” MMC-in nümayəndəsi Vəkil Sirac oğlu apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək onun tərəfindən verilən apellyasiya şikayətinin təmin olunmasını, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında çıxış edərək öz mülkiyyətində olan avtomobili Göyçay rayon Icra və Probasiya şöbəsinə təhvil verdiyini və barəsində tətbiq olunmuş cərimənin 1.000 manatını ödədiyini bildirərək onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərəçəkmiş şəxs “xxxx” MMC-in nümayəndəsi Vəkil Sirac oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şükürov Atamoğlan Məhəmməd oğlu məhkəmə iclasında çıxış edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərəçəkmiş şəxs “xxxx” MMC-in nümayəndəsi Vəkil Sirac oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Kommersiya Məhkəməsinin **(*-**)-*/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1.200 manat məbləğində inzibati cəriməni və Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1.200 manat məbləğində inzibati cəriməni ödəməməklə IXM-in 529.2 və 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli, və Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı icra sənədləri üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. - Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1.200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə inzibati cərimə üzrə borcundan 500 manat məbləğində ödəniş etmişdir. - ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə inzibati cərimə üzrə borcundan 500 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Icra haqqında” Azərbаycаn Respublikаsı Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təyin edilmiş 240 saat ictimai iş növündə inzibati tənbehin törədilmiş inzibati xətaların xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığını, onun uzun müddət məhkəmə qərarlarının və icra məmurunun qanuni tələblərinin icrasından yayındığını, buna görə də daha ağır - inzibati həbs növündə tənbeh təyin edilməli olduğunu göstərmişdir. Məhkəmə həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, IXM-in tələblərinə əsasən inzibati tənbeh təyin edilərkən törədilmiş inzibati xətanın xarakteri, hüquq pozanın şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi bu tələblərə əməl edərək iş üzrə bütün əhəmiyyətli halları araşdırmış, təqsirləndirilən şəxsin törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş materiallarında olan sübutları nəzərə almaqla ona 240 saat ictimai iş növündə inzibati tənbeh təyin etmişdir. Şikayətdə göstərilən hallar, o cümlədən icra sənədlərinin uzun müddət icra olunmaması, zərərçəkmişə vurulduğu iddia edilən zərər və digər arqumentlər artıq birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmişdir. Həmin hallar təyin olunmuş inzibati tənbehin açıq-aşkar yüngül olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Iş materiallarında birinci instansiya məhkəməsinin tənbehi düzgün fərdiləşdirmədiyini göstərən hər hansı sübut müəyyən edilməmişdir. Buna görə də zərərçəkmiş şəxsin nümayəndəsinin inzibati həbs təyin edilməsinə dair dəlilləri qəbul edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətində inzibati xətanın sübuta yetirilmədiyini, borcun bir hissəsini könüllü ödədiyini, qalan hissəsini də ödəyəcəyini bildirdiyini, əmlakına həbs qoyulduğundan ödəniş etmək imkanının məhdudlaşdığını göstərərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi həmin dəlilləri də əsassız hesab edir. Iş materiallarında olan inzibati xəta haqqında protokol, icra sənədləri, əvvəlki məhkəmə qərarları, habelə digər yazılı sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin IXM-in 528.1- 1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsini kifayət qədər təsdiq edir. Sonradan borcun müəyyən hissəsinin ödənilməsi inzibati xətanın baş verməsini aradan qaldırmır və şəxsi inzibati məsuliyyətdən azad etmir. Əksinə, iş materiallarından görünür ki, ödəniş inzibati məsuliyyət məsələsi qaldırıldıqdan sonra həyata keçirilmişdir. Şikayətdə göstərilən digər arqumentlər, o cümlədən əmlak üzərinə həbs qoyulması və maliyyə vəziyyəti, inzibati xətanın tərkibini istisna edən hallar kimi qiymətləndirilə bilməz və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz olması barədə qənaət yaratmır. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, zərəçəkmiş “xxxx” MMC-nin nümayəndəsi Vəkil Sirac oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Şükürov Atamoğlan Məhəmməd oğluna tapşırılmışdır. Vəkil Şükürov Atamoğlan Məhəmməd oğlu tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərilən hüquqi yardıma görə 33 manat məbləğində pul müdafiəçi Şükürov Atamoğlan Məhəmməd oğluna ödənilməsi üçün zərərçəkmiş şəxs1 hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zərəçəkmiş “xxxx” MMC-nin nümayəndəsi Vəkil Sirac oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərilən hüquqi yardıma görə 33 manat məbləğində pul müdafiəçi Şükürov Atamoğlan Məhəmməd oğluna ödənilməsi üçün zərərçəkmiş şəxs1 hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-403/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-403/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver