Məhkəmə qərarları › İş №3(3-10)-404/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-404/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-404/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim İ.Fəttahov), Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 332.3-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Işin halları Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 “X2” minik markalı, ** QX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə hərəkətdə olarkən, Baş Dövlət Yol Polis Idarəsinə məxsus yolda quraşdırılmış xüsusi texniki vasitə tərəfindən IXM-in 332.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmiş, lakin həmin xətaya görə X1 deyil, o, tənbeh olunmuşdur. ##.##.2026-cı il tarixli EQ ******** nömrəli elektron qərarla qeydə alınmış inzibati xətanı o deyil, X1 törətmişdir. Lakin sözügedən inzibati xəta əsassız olaraq onun adına rəsmiləşdirilmiş, nəticədə həmin xəta əvvəlki qərarlarla əlaqələndirilərək IXM-in 332.3cü maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr əsassız şəkildə onun barəsində tətbiq edilmişdir. Belə ki, IXM-in 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Halbuki, həmin xətanı törətməmişdir. Sözügedən qərarın mövcudluğundan “SMS Radar” tətbiqi vasitəsilə mobil telefonuna daxil olan bildiriş əsasında məlumatlı olmuşdur. ##.##.2026-cı il tarixdə “X2” minik markalı, ** QX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 özü idarə etdiyinidə təsdiqləyir. Işin faktiki hallarından və inzibati xəta materiallarından, o cümlədən nəqliyyat vasitəsini faktiki idarə edən şəxs kimi X1 izahatından açıq şəkildə görünür ki, ##.##.2026-cı il tarixdə qeydə alınmış inzibati xətanı törətməmişdir. Eləcə də X1 avtomobilə dair etibarnaməni ləğv etmişdir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarında göstərilən əsaslar faktiki hallara, inzibati xəta işinin materiallarına, habelə mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, qanunun tələblərini düzgün tətbiq etmədən qərar qəbul etmişdir. Məhkəmə ona verilmiş olan avtonəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı etibarnamənin ləğv edilməsini əsas gətirsə də, inzibati xəta törədilən zaman həmin avtomobilə dair etibarnaməsinin olmasını, həmin vaxtı ləğv edilməməsini nəzərə almamışdır. ##.##.2026-cı il tarixdə “X2” minik markalı, ** QX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 özü idarə etmişdir. Bu halı X1 özüdə təsdiqləyir. Işin faktiki hallarından və inzibati xəta materiallarından, o cümlədən nəqliyyat vasitəsini faktiki idarə edən şəxs kimi X1 izahatından açıq şəkildə görünür ki, ##.##.2026-cı il tarixdə qeydə alınmış inzibati xətanı Qərardan şikayət verən orqan (şəxs) törətməmişdir. Onun tərəfindən inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilsə də, lakin məhkəmə formal və əsassız arqumentlərlə şikayətini təmin etməmişdir. Bu hal onun Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş hüquqlarının pozulması deməkdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “X2” minik markalı, ** QX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozduğuna görə IXM-in 332.3-cü maddəsi ilə təqsirli bilinib, 400 manat inzibati qaydada cərimə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və əsassız olmasını təsdiq etmir. Belə ki, iş materiallarından görünür ki, inzibati tənbeh dövlət informasiya sistemi vasitəsilə qeydə alınmış inzibati xətaya əsasən tətbiq edilmişdir. IXM-in 76.1-ci maddəsinə görə xüsusi texniki vasitələrin göstəriciləri və dövlət informasiya sistemlərində aşkar olunan məlumatlar sübut hesab edilir. Həmin sübutların həqiqətə uyğun olmaması və ya qanunsuz əldə edilməsi barədə iş materiallarında hər hansı mötəbər dəlil mövcud deyildir. Apellyasiya şikayətində nəqliyyat vasitəsinin hadisə zamanı X1 tərəfindən idarə edildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə üçüncü şəxsin xətanı öz üzərinə götürməsi ehtimalı istisna edilmədiyindən, bu halın şikayətdə qeyd edilməsi özlüyündə elektron qərarın etibarlılığını aradan qaldıran mötəbər sübut kimi qiymətləndirilə bilməz. Iş materiallarında nəqliyyat vasitəsinin hadisə zamanı Vüqar Həmidov tərəfindən idarə edildiyi təsdiq edən digər obyektiv və mötəbər sübutlar mövcud deyildir. Bundan başqa, şikayətçi hadisə baş verən vaxt nəqliyyat vasitəsini idarə etmədiyini təsdiq edən obyektiv sübutlar (məsələn, başqa yerdə olmasını təsdiq edən məlumatlar, videogörüntülər və ya digər etibarlı sübutlar) təqdim etməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi sübutları IXM-in 84.1-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin nəticəni təkzib etmədiyindən qərarın ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. IXM-in 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, tədqiq edilən sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs IXM-in 332.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Göyçay Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 31.2-ci maddəsinə əsasən isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 127-4.2-ci maddəsinə görə, dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunmuş inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edərsə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədirlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar