Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-405/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan orqan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X3 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan orqan Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (sədrlik edən hakim G.Quliyeva) Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfətttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən Mərkəzi Aran Regional Təhsil Idarəsi barəsində IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. ## ### 2026-cı il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq X4 işə götürəninə ## #### 2026-cı il tarixli *-**-*/*-****/**** saylı məktub göndərilmiş, məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Dövlət Əmək Müfətttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Dövlət Əmək Müfətttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X2 izahat verərək, vətəndaş X4 adına ##.##.2025-##.##.2025 və ##.##.2025-##.##.2025-ci il tarixlərdə elektron xəstəlik vərəqələrinin tərtib edilməsi məişətdə və ya istehsalatada baş vermiş bədbəxt hadisə kimi qeyd olunmuş, lakin Dövlət Əmək Müfəttişliyi Xidmətinə bu barədə məlumatın verilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaş X4 işə götürəni ünvan 1 tam orta ümumtəhsil məktəbinin rəhbərliyinə və Mərkəzi Aran Regional Təhsil Idarəsinə ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktub göndərildiyini, məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə təqdim edilməsinin tələb olunduğunu, lakin tələb olunan sənədlərin təqdim edilmədiyini bildirmişdir. Buna baxmayaraq, təkrarən ünvan 1 tam orta ümumtəhsil məktəbinin rəhbərliyinə və Mərkəzi Aran Regional Təhsil Idarəsinə ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktub göndərilmiş, məsələyə aydınlıq gətirilməsi üçün qeyd olunan sənədlər təqdim edilməmişdir. Işəgötürən ünvan 1 tam orta ümumtəhsil məktəbinin rəhbərliyi olsa da, əmək müqaviləsində qeyd olunan VÖEN (**********) hüquqi şəxs Mərkəzi Aran Regional Təhsil Idarəsinə məxsusdur. Bu səbəbdən hüquqi şəxs Mərkəzi Aran Regional Təhsil Idarəsi barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X3 tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamışdır. Tələb olunan sənədlərin bir hissəsi, o cümlədən Anar Məhərrəmovun əmək münasibətlərinə dair məlumatlar və digər sənədlər Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmişdir və bu hal iş materiallarında mövcud sənədlərlə də təsdiq olunur. Buna baxmayaraq, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, sənədlərin hansı hissəsinin təqdim edilmədiyini konkret müəyyən etməmiş və yalnız inzibati xəta haqqında protokola əsaslanaraq qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən iş üzrə təqdim olunmuş sübutlar tam, obyektiv və hərtərəfli qiymətləndirilməmiş, nəticədə işin faktiki halları düzgün müəyyən edilmədən Təhsil Idarəsinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərarında Mərkəzi Aran Regional Təhsil Idarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırıldığını, lakin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyini göstərərək işə onun iştirakı olmadan baxmışdır. Lakin məhkəmə bununla kifayətlənmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə inzibati məsuliyyətə cəlb edilən hüquqi şəxsin iştirakını təmin etmək, təqdim olunmuş və ya təqdim edilməsi mümkün olan sübutları araşdırmaq, zərurət olduqda əlavə sübutlar tələb etmək və işin obyektiv həlli üçün bütün prosessual imkanlardan istifadə etmək vəzifəsini yerinə yetirməmişdir. Məhkəmənin yalnız inzibati protokola və inzibati orqanın izahatına əsaslanaraq qərar qəbul etməsi çəkişmə prinsipinə, sübutların tam, obyektiv və hərtərəfli qiymətləndirilməsi tələbinə uyğun deyildir. Məhkəmə nümayəndənin iştirak etməməsini avtomatik olaraq təqsirin sübuta yetirilməsi kimi qiymətləndirə bilməzdi. IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə yalnız işin bütün hallarını təsdiq edən sübutlar qiymətləndirilməlidir. Həmçinin məhkəmə iş üzrə bütün sübutları tam, obyektiv və hərtərəfli araşdırmağa borcludur. Təhsil Idarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi məhkəməni işin hallarını tam araşdırmaq və qanuni, əsaslandırılmış qərar qəbul etmək vəzifəsindən azad etmirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün sübutları araşdırmalı, təqdim olunmuş sənədlərə hüquqi qiymət verməli və yalnız bundan sonra yekun nəticəyə gəlməli idi. Bu tələblərə əməl edilmədiyindən qəbul edilmiş qərar qanuni və əsaslı hesab oluna bilməz. Birinci instansiya məhkəməsi işə formal yanaşaraq əsaslı araşdırma aparmadan işi yekunlaşdırmaq üçün qərar çıxarmışdır. Birinci instansiya məhkəməsi Mərkəzi Aran Regional Təhsil Idarəsinin inzibati məsuliyyətə cəlb edərkən “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddəyə əsasən, dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir. Buna görə də Yevlax rayonu Taryel Səmədov adına Varvara kənd tam orta məktəbi müstəqil publik hüquqi şəxs olmaqla öz hüquq və vəzifələrinin, o cümlədən dövlət orqanlarının qanuni tələblərinin icrasına görə məsuliyyət daşıyır. Məhkəmə yalnız əmək müqaviləsində göstərilən VÖEN-ə istinad edərək Mərkəzi Aran Regional Təhsil Idarəsini məsul şəxs hesab etmiş, lakin Varvara kənd tam orta məktəbinin publik hüquqi şəxs statusunu, onun müstəqil hüquq və vəzifələrini, eləcə də işəgötürən kimi fəaliyyət göstərməsini araşdırmamış və bu hala hüquqi qiymət verməmişdir. Bu səbəbdən, məhkəmənin gəldiyi nəticə “Ümumi təhsil haqqında” Qanunun 12.1-ci maddəsinin tələblərinə və işin faktiki hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsi Mərkəzi Aran Regional Təhsil Idarəsinin IXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1 və 43.5-ci maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs öz adından hüquq və vəzifələr əldə edən, öz öhdəlikləri üçün cavabdeh olan, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malik müstəqil hüquq subyektidir. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən isə publik hüquqi şəxslər hüquqi şəxslərin növlərindən biridir. Publik hüquqi şəxs ayrıca hüquq subyekti olmaqla öz hüquq və vəzifələrini müstəqil həyata keçirir və yalnız öz hərəkət və ya hərəkətsizliyinə görə məsuliyyət daşıyır. "Ümumi təhsil haqqında" Qanunun 12-ci maddəsinə əsasən dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir. Buna görə Yevlax rayonu Taryel Səmədov adına Varvara kənd tam orta məktəbi müstəqil publik hüquqi şəxs kimi öz hüquq və vəzifələrinin daşıyıcısıdır. Məhkəmə isə Varvara kənd tam orta məktəbinin publik hüquqi şəxs statusunu və onun müstəqil hüquq subyekti olmasını nəzərə almadan, yalnız əmək müqaviləsində göstərilən VÖEN-ə istinad etməklə Mərkəzi Aran Regional Təhsil Idarəsini inzibati məsuliyyətə cəlb etmişdir. Iş materiallarında sənədlərin təqdim edilməməsinə görə məhz Təhsil Idarəsinin hərəkət və ya hərəkətsizliyinə dair kifayət qədər sübutlar göstərilməmiş, məsuliyyətin niyə məhz həmin hüquqi şəxsin üzərinə qoyulduğu hüquqi cəhətdən əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi işin mühüm hallarını tam və hərtərəfli araşdırmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 219.6-cı maddəsinin tələblərinə hüquqi qiymət verməmişdir. Əmək Məcəlləsinin 219.6-cı maddəsinə imperativ qaydada müəyyən edilmişdir ki, işəgötürən əməyin mühafizəsi üzrə təlimatlandırmaların qeydiyyatını elektron informasiya sistemi vasitəsilə, yalnız həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulmuş hallarda isə xüsusi jurnallarda aparmalıdır. Normanın məzmunundan aydın görünür ki, qanunverici elektron əmək münasibətlərinin tətbiq olunduğu hallarda təlimatlandırmanın uçotunun elektron informasiya sistemi vasitəsilə aparılmasını əsas qayda, xüsusi jurnallarda aparılmasını isə yalnız istisna hal kimi müəyyən etmişdir. Elektron əmək müqaviləsi bağlanılan işçilər üzrə təlimatlandırmanın elektron informasiya sistemində aparılması qanunun birbaşa tələbidir. Hazırkı iş üzrə işçilərlə əmək münasibətləri elektron qaydada rəsmiləşdirildiyindən, əməyin mühafizəsi üzrə təlimatlandırmaya dair məlumatların elektron informasiya sistemində mövcud olması qanunvericiliyin tələbinə tam uyğundur. Belə olan halda, həmin məlumatların əlavə olaraq xüsusi jurnallarda aparılmasının və ya bu jurnalların təqdim edilməsinin tələb edilməsi Əmək Məcəlləsinin 219.6-cı maddəsinin hüquqi məzmununa ziddir. IXM-in 539.3-cü maddəsi yalnız qanunvericiliyə uyğun olaraq tələb edilən məlumat və sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Əgər tələb edilən sənədin aparılması qanunla məcburi deyildirsə və həmin məlumat dövlətin elektron informasiya sistemində mövcuddursa, belə sənədin təqdim edilməməsi 539.3-cü maddənin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibini yaratmır. Məhkəmə tələb olunan sənədlərin qanunvericiliklə məcburi qaydada aparılıb-aparılmadığını, onların elektron informasiya sistemində mövcud olub-olmadığını və Xidmətin həmin məlumatları öz informasiya resurslarından əldə etmək imkanının olub-olmadığını araşdırmamışdır. Məhkəmə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola üstünlük vermiş, lakin elektron informasiya sistemində mövcud olan məlumatları, təqdim edilmiş sənədləri, işəgötürənin izahatlarını və iş üçün əhəmiyyət kəsb edən digər sübutları araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Xüsusilə, Əmək Məcəlləsinin 219.6-cı maddəsinə əsasən elektron əmək münasibətləri tətbiq edilən hallarda əməyin mühafizəsi üzrə təlimatlandırmanın qeydiyyatı elektron informasiya sistemi vasitəsilə aparıldığı halda, məhkəmə həmin elektron məlumatların mövcudluğunu və onların sübut kimi qiymətləndirilməsinin zəruriliyini araşdırmamışdır. IXM-in 76.1-ci maddəsi informasiya sistemlərində olan məlumatları birbaşa sübut növü kimi tanıyır. Odur ki, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfətttişliyi Xidmətinin nümayəndəsi X1 çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfətttişliyi Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfətttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən ## ### 2026-cı il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X4 adına ##.##.2025-##.##.2025 və ##.##.2025- ##.##.2025-ci il tarixlərdə elektron xəstəlik vərəqələrinin tərtib edilməsi məişətdə və ya istehsalatada baş vermiş bədbəxt hadisə kimi qeyd olunmuş, lakin Dövlət Əmək Müfəttişliyi Xidmətinə bu barədə məlumatın verilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaş X4 işə götürəni ünvan 1 tam orta ümumtəhsil məktəbinin rəhbərliyinə və məlumat üçün Mərkəzi Aran Regional Təhsil Idarəsinə ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktub göndərilmiş, məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş çıxarışdan görünür ki, müraciətlə bağlı tələb olunan müvafiq sənədlərin təqdim olunması barədə işəgötürənə sorğu məktubu ##.##.2026-cı il tarixdə Mərkəzi Aran Regional Təhsil Idarəsinin şəxsi kabinetinə yerləşdirilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2026-cı il tarixli reyestrindən görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktub ünvan 1 tam orta ümumtəhsil məktəbinə göndərilmişdir. - Poçt göndərişlərinin izlənilməsi ilə bağlı SS960771329AZ üçün axtarış nəticələrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfətttişliyi Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, 3-17-5/2- ****/**** saylı məktub ## #### 2026-cı il tarixdə ünvan 1 tam orta ümumtəhsil məktəbinə çatdırılmışdır. - ünvan 1 tam orta ümumtəhsil məktəbinin direktoru X6 ilə X4 arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X4 ##.##.2020-ci il tarixində ünvan 1 tam orta ümumtəhsil məktəbində tarix müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə hüquqi əhəmiyyət kəsb edən halları lazımi qaydada araşdırmamışdır. Belə ki, IXM-in 539.3-cü maddəsi dövlət nəzarətini həyata keçirən orqanın qanunla tələb etdiyi məlumat və sənədlərin təqdim edilməməsinə görə məhz həmin öhdəliyi daşıyan fiziki və ya hüquqi şəxsin inzibati məsuliyyətini nəzərdə tutur. Buna görə də, ilk növbədə, tələb olunan sənədləri təqdim etmək vəzifəsinin hansı hüquq subyektinin üzərinə düşdüyü müəyyən edilməlidir. Bu hal müəyyən edilmədən hər hansı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması qanunun tələblərinə uyğun hesab edilə bilməz. Hazırkı iş üzrə iş materiallarında olan ## ###### 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X4 ilə əmək müqaviləsi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsi tərəfindən deyil, ünvan 1 tam orta ümumtəhsil məktəbinin direktoru X6 tərəfindən bağlanmışdır. Müqavilədə işəgötürən qismində məhz həmin ümumtəhsil məktəbi çıxış edir. Bundan başqa, iş materiallarından görünür ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən göndərilmiş ## #### 2026-cı il tarixli sorğu məktubu və sonrakı müraciətlər də ünvan 1 tam orta ümumtəhsil məktəbinə ünvanlanmış, yalnız məlumat üçün surəti Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsinə göndərilmişdir. Deməli, inzibati orqanın özü də ilkin mərhələdə tələb olunan sənədlərin məhz həmin məktəbdə olduğunu qəbul etmişdir. Apellyasiya şikayətində də əsaslı olaraq göstərilmişdir ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət tərəfindən yaradılmış ümumi təhsil müəssisəsi publik hüquqi şəxs olmaqla müstəqil hüquq subyektidir, öz hüquq və vəzifələrini müstəqil həyata keçirir və qanunvericilikdən irəli gələn öhdəliklərin icrasına görə özü cavabdehlik daşıyır. Birinci instansiya məhkəməsi isə bu hüquqi vəziyyəti araşdırmadan, yalnız əmək müqaviləsində göstərilən VÖEN-ə istinad etməklə Mərkəzi Aran Regional Təhsil Idarəsini məsul şəxs hesab etmişdir. Halbuki VÖEN-in hansı hüquqi əsasla həmin Idarənin inzibati məsuliyyətini yaratdığı, məktəbin isə niyə məsul subyekt hesab edilmədiyi qərarda əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə həlledici əhəmiyyət kəsb edən məsələ əmək münasibətlərinin hansı hüquqi subyekt tərəfindən yaradılması və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tələb etdiyi sənədləri təqdim etmək öhdəliyinin kimə məxsus olmasıdır. Əgər əmək münasibətlərinin tərəfi və işəgötürən qismində ünvan 1 tam orta ümumtəhsil məktəbi çıxış etmişdirsə, həmin əmək münasibətlərinə dair sənədlərin də ilk növbədə məhz həmin hüquqi şəxsdən tələb olunmasının hüquqi əsasları araşdırılmalıdır. Birinci instansiya məhkəməsi isə bu məsələləri araşdırmamış, Mərkəzi Aran Regional Təhsil Idarəsinin qanunla həmin sənədləri təqdim etmək öhdəliyinin mövcud olub-olmadığını müəyyən etməmiş, inzibati məsuliyyətin subyektini formalaşdıran hüquqi faktlara qiymət verməmişdir. Halbuki inzibati məsuliyyət yalnız qanunla müəyyən edilmiş vəzifəni yerinə yetirməyən şəxsə tətbiq edilə bilər. Həmin vəzifənin konkret olaraq Mərkəzi Aran Regional Təhsil Idarəsinin üzərinə düşməsi sübuta yetirilmədən IXM-in 539.3-cü maddəsi ilə onun inzibati məsuliyyətə cəlb edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə məsuliyyət subyektinin düzgün müəyyən edilməsinə təsir göstərən mühüm faktiki və hüquqi halları araşdırmadığından, qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. Bu prosessual çatışmazlıq IXM-in 135.1.1-ci maddəsinin mənasında qərarın ləğv edilərək işin yeni baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi üçün əsas təşkil edir. Yeni baxış zamanı məhkəmə ilk növbədə tələb olunan sənədləri təqdim etmək vəzifəsinin hansı hüquqi subyektə məxsus olduğunu, əmək münasibətlərinin tərəfini, məktəbin hüquqi statusunu və yalnız bundan sonra inzibati məsuliyyətin subyektini müəyyən etməlidir. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. IXM-nin 135.1.1-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan orqan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-405/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-405/2026
30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver