Məhkəmə qərarları › İş №3(3-10)-406/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-406/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-406/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim C.Camalzadə), Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 192.1-ci maddəsi ilə təyin edilmiş 7.000 (yeddi min) manat məbləğində inzibati cərimə 6.000 (altı min) manat məbləğində müəyyən edilmiş, inzibati tənbeh vermə haqqında qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Işin halları Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati cərimənin azaldılaraq 2.000 manat həddində müəyyən edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X3 ## ### 2026-cı il tarixdə onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 və X9 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi üçün inzibati tənbeh tətbiq edərək 7.000 manat məbləğində cərimə etmişdir. O, əvvəllər inzibati xəta törətmədiyi halda, onun barəsində yuxarı həddə inzibati cərimə tətbiq etmişdir. Bu hal bir sahibkar kimi onun iş fəaliyyətini iflic etmiş və o, məcbur olub fəaliyyətini dayandırmışdır. Ona görə də barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) və onun nümayəndəsi (vəkili) Vəkil şikayəti müdafiə edərək izahatlarında bildirmişlər ki, X6 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, şikayətçi əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, inzibati xəta ilk dəfə törədilmişdir. Buna baxmayaraq, onun məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan barəsində həddindən artıq ağır inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi həmçinin göstərmişdir ki, tətbiq edilmiş 7.000 manat məbləğində inzibati cərimə onun sahibkarlıq fəaliyyətinə ciddi mənfi təsir göstərmiş, nəticədə fəaliyyətini davam etdirməsi çətinləşmişdir. Bu səbəbdən, onlar mübahisələndirilən qərarın ləğv edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, şikayətə səbəb olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. O, inzibati tənbeh vermə haqqında qərarın iş üzrə toplanmış sübutlar əsasında tərtib edildiyini, şikayətçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinin aparılmış araşdırma zamanı müəyyən edildiyini bildirmişdir. Bu səbəbdən, şikayətin əsassız hesab edilərək təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticəni qanunsuz hesab edir. Belə ki, Göyçay rayon R X2 tərəfindən ## ##### 2026-cı il tarixdə iki inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ayrı-ayrı qərarlar qəbul edilmiş və X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi həmin qərarlar əsasında iki ayrı-ayrı protokol tərtib edərək eyni gün, eyni saatda baxılması üçün ona bildiriş göndərmişdir. ## ### 2026-cı il tarixdə işə baxan X6 Xidmətinin X16 IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilərək 7.000 manat məbləğində cərimə etmişdir. Məhkəmə cəriməni azaldaraq 6.000 manat həddində müəyyən etmişdir. Cərimənin məbləği qanunda nəzərdə tutulandan yüksəkdir. Belə ki, tənbeh edildiyi maddənin sanksiyasına görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilirlər. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilməsini və inzibati cərimənin azaldılaraq 2.000 manat həddində müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin olunmasını, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilməsini və inzibati cərimənin azaldılaraq 2.000 manat həddində müəyyən edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsi cərimənin məbləğini 7.000 manatdan 6.000 manata salmışdır. Qərardan şikayət verən orqan (şəxs) müəssisəsində bir yox, iki nəfəri əmək müqaviləsi olmadan çalışdırır. Göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti həyata keçirərkən əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 və X9 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 7.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - * saylı Ərazi Vergilər Idarəsinin məktubundan görünür ki, vergi ödəyicisi Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) AZ2300, Göyçay rayonu, İ Ərəb-Cəbirli ünvanında qeydiyyatda olan fərdi sahibkardır. Sənədə əsasən, Qərardan şikayət verən orqan (şəxs) sahibkarlıq fəaliyyətinin dayandırılması onun ##.##.2026-cı il tarixli şəxsi müraciəti əsasında həyata keçirilmiş və vergi ödəyicisinin fəaliyyəti ##.##.2026-cı il tarixdən ##.##.2041-ci il tarixədək dayandırılmışdır. - Göyçay rayon prokuroru, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair kifayət qədər sübutlar toplandığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Qərarda göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Göyçay rayonu, Birinci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla fərdi sahibkarlıq fəaliyyəti göstərmiş və ünvan 2 ünvanında yerləşən “Əli çay evi” kafesində X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan və həmin müqavilə hüquqi qüvvəyə minmədən 2025-ci ilin dekabr ayından etibarən xadimə kimi işə cəlb etmişdir. - Göyçay rayon prokuroru, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXm-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair kifayət qədər sübutlar toplandığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Qərarda göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Göyçay rayonu, Birinci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yerləşən avtomobil yuma sexində X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan və həmin müqavilə hüquqi qüvvəyə minmədən ##.##.2026-cı il tarixdən etibarən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər və kifayət qədər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, şikayətçinin öz izahatları, işə cəlb edilmiş şəxslərin izahatları, Göyçay rayon prokuroru tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar, baxış protokolları, eləcə də digər yazılı sübutlar Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki fiziki şəxsi - X5 və X9 işlərin yerinə yetirilməsinə cəlb etdiyini təsdiq edir. Iş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bu hal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı, Göyçay rayon prokuroru tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarlar, işə cəlb olunmuş şəxslərin izahatları və digər yazılı sübutlarla tam təsdiq olunur. Həmin sübutların mötəbərliyini şübhə altına alan hər hansı məlumat iş materiallarında mövcud deyildir. Apellyasiya şikayətində göstərilən əsas dəlil cərimənin məbləğinin yüksək olması və daha da azaldılmasının zəruriliyi ilə bağlıdır. Lakin həmin dəlil əsaslı hesab edilə bilməz. Belə ki, IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh yalnız törədilmiş xətaya reaksiya deyil, həm də yeni hüquq pozuntularının qarşısının alınmasına xidmət edən hüquqi təsir tədbiridir. Eyni zamanda IXM-in 31.2-ci maddəsi inzibati tənbeh təyin edilərkən xətanın xarakterinin, təqsirkarın şəxsiyyətinin, əmlak vəziyyətinin, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmasını tələb edir. Birinci instansiya məhkəməsi məhz həmin normaların tələblərini rəhbər tutaraq inzibati orqan tərəfindən tətbiq edilmiş cərimənin məbləğini azaldaraq şikayətçinin vəziyyətini yaxşılaşdırmışdır. Məhkəmə onun əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, sahibkarlıq fəaliyyətinə təsiri və digər fərdiləşdirici halları nəzərə almışdır. Deməli, cəzanın fərdiləşdirilməsi prinsipi artıq tətbiq edilmişdir. Şikayətçinin cərimənin qanunda nəzərdə tutulan həddən artıq olması barədə dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, şikayətçi tərəfindən eyni xarakterli iki inzibati xəta törədilmiş, həmin inzibati xətalara dair materiallar eyni orqanın səlahiyyətinə aid olmuşdur. IXM-in 34.2 və 34.4-cü maddələrinin tələblərinə əsasən, bu hallar inzibati tənbeh müəyyən edilərkən nəzərə alınmalıdır. IXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 31.1-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. IXM-in 31.2-ci mаddəsinə əsasən, fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar