Məhkəmə qərarları › İş №3(3-10)-408/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-408/2026

30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-408/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon Polis şöbəsinin ITBnin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Sarıyev Musa Kahov oğlunun iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Zaqatala rayon Polis şöbəsinin rəisi, R Vəfadar Orucov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-167)-587/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim Z.Məmmədova) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 510-cu maddəsi ilə təqsirli bilinib 70 (yetmiş) manat məbləğində inzibati qaydada cərimə edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Zaqatala rayon Polis şöbəsinin sahə rəisi X4 ## #### 2026-cü il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata həmin hissə üzrə xitam verilməsi qərara alınmışdır. Işin halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında ## #### 2026-cü il tarixli, MN ******* saylı və ## #### 2026-cü il tarixli, MN ******* saylı protokollar tərtib edilmişdir ondan ötrü ki, o, ##.##.2026-cı il tarixdə, saat 09:00 radələrində Zaqatala Tarix-Mədəniyyət Qoruğunda ictimai qaydanı pozan zaman onu nizam-intizama dəvət edən daxili işlər orqanının əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Zaqatala rayon Polis şöbəsinin ITB-nin polis sahə rəisi X4 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 09 radələrində Taleh Saatov xidmətdə olarkən xidmət vaxtı əraziyə daxil olan Hacı adlı şəxsin dövlət rəmzlərini təhqir etməsinə dair məlumatları əks etdirən ərizəsi Zaqatala rayon Polis şöbəsinə daxil olmuşdur. Həmin ərizə əsasında araşdırma aparılmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Ərazidə olarkən nalayiq ifadələr işlətmiş və mübahisə yaranarkən mühafizə polisinin qanuni tələblərinə tabe olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o gəzməyi və bələdçilik etməyi sevir və bu onun xobbisidir. ##.##.2026-cı il tarixdə, səhər saat 09 radələrində iki nəfər qonağı ilə Zaqatala qala ərazisinə getmişdir. Orada mühafizə ona girişin ödənişli olduğunu bildirib. Əvvəllər 1 manat olan giriş üçün 2 manat istəyib. Sonra yanında olan xanımlardan biri irad bildirib ki, bəs giriş ödənişlidir deyirsiz amma bilet vermirsiz. Ondan sonra xanım oradan uzaqlaşmağı təklif edib və onlar uzaqlaşdıqca mühafizə onları təqib edib. Bundan sonra mühafizə polisinin Rı onlara yaxınlaşır və onunla söhbət edirlər. Hadisəni onlara izah edir və polis komandiri xanımlardan üzr istəyir və şikayət etməmələrini istəyir. Orada razılıq əldə edilir. Bundan sonra oradan uzaqlaşıblar və ##.##.2026-cı il tarixdə onu səhərdən polis şöbəsinə dəvət ediblər və həmin insidentlə bağlı barəsində şikayət olduğunu bildiriblər. Səhərdən onu şöbədə saxlayıblar. Nalayiq söz istifadə edib, amma bunu kimsənin şəxsinə şəxsiyyətinə qarşı etməyib. Polisin qanuni tələbinə tabe olmama kimi bir hal olmayıb. Orada gözləyib polis maşını yaxınlaşıb və orada olan iki polis əməkdaşı ilə danışıqdan sonra razılıq əldə olunaraq ayrılıblar. Komandir özü xanımlardan üzr istəyərək onları yola salıb. Orada başqa bir mübahisə olmayıb. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili X3 çıxış edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində polisə tabe olmama yoxdur. Özü gəlib izahat verib, amma ağzından nalayiq ifadə çıxarıb və bundan peşmandır. Ona görə də hərəkətində IXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə üzrə icraata xitam verilməsi və peşmanlığını nəzərə alaraq 510cu maddəsində nəzərdə tutulan daha yüngül hesab edilən inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş orqan Zaqatala rayon Polis şöbəsinin rəisi, R Vəfadar Orucov tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Zaqatala rayon Polis şöbəsinin ITB-nin polis sahə rəisi X4 məhkəməyə təqdim etdiyi protokola əsasən Zaqatala Rayon Məhkəməsi sonuncu barədə IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması və təqsirliliyi sübuta yetirilməməsi səbəbindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanmış icraata həmin hissədə xitam vermiş, yalnız inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510-cu maddəsi ilə təqsirli bilib, ona 70 manat miqdarında inzibati cərimə tətbiq etmişdir. Lakin həmin şəxs faktiki olaraq IXM-in hər iki maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Buna baxmayaraq, Zaqatala Rayon Məhkəməsi inzibati protokolu tam olaraq təmin etməmiş və heç bir əsas olmadan IXM-in 535.1-ci maddəsi üzrə olan hissədə inzibati icraata xitam vermişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXMin 510-cu maddəsi ilə daha ağır inzibati tənbeh tədbirinin görülməsi və IXM-in 535-ci maddəsi ilə də inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Zaqatala rayon Polis şöbəsinin ITB-nin polis sahə rəisi X4 çıxış edərək bildirdi ki, birinci instansiya məhkəməsi iş materiallarında olan video görüntülərdə IXM-in 535-ci maddəsinin tərkib əlamətlərinin olmadığını qeyd etmiş və Taleh Saatovu şahid qismində dindirməmişdir. Apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, iş fəaliyyətinin Zaqatala rayonuna gələn qonaqlara Zaqatala rayonunu gəzdirmək və tanıtdırmaqdır. O, qoruğa daxil olarkən bilet satan şəxslər orada yox idi, amma gəzintiyə davam etdi, daha sonra bilet alacağından və qoruğa daxil olmuşdur. Onlara yaxınlaşan mühafizə işçisinin qeyri-normal şəkildə onunla ünsiyyət qurduğu üçün onun o anki ruh halının dəyişməsinə səbəb oldu. Verilən suala cavab olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, mühafizə polisi ona bilet almasını bildirmişdir. Lakin o, bilet almadan qoruğun ərazisinə daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Zaqatala Tarix-Mədəniyyət qoruğunda mülki mühafizə vəzifəsində çalışan X1 izahatında bildirdi ki, ##.##.2026-cı il tarixdə səhər saatlarında Zaqatala Tarix-Mədəniyyət qoruğunda xidmətə gedib, xidmətdə olarkən ərazidə 3 nəfər şəxsi görmüş, onlara yaxınlaşaraq bilet tələb edib. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona ərazinin otlu və səliqəsiz olması barədə irad bildirib. O, isə ərazinin səliqəsinə yox, oradakı təhlükəsizliyə cavabdeh olduğunu söyləyib. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbərdarlıq edərək biletsiz olduğu üçün ərazidən çıxmalarını tələb edib. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə ona təkrar-təkrar ərazinin səliqəsiz və otlu olduğunu bildirərək onun tələbini yerinə yetirməmiş, daha sonra ictimai yerdə söyüş söymüşdür. Hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Iş materiallarında olan CD-R diskə baxış keçirilmiş və həmin daşıyıcıda VID- 20260701-WA0009.rar, VID-20260701-WA0012.rar, VID-20260701-WA0013.rar adında 3 video görüntü olduğu müəyyən edilmişdir. Həmin görüntülərdə şəxslərin üzləri dəqiq görünmür və aralarında sözlü mübahisə və cəmiyyətə və dövlət orqanlarına açıqca hörmətsizlik edən ifadələr mövcuddur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokollar, inzibati xəta barədə toplanmış digər materiallar, məhkəmə iclasında dindirilmiş X2un ifadəsi, barəsində inzibati icraat aparılan şəxsin izahatı, habelə CD-R diskdə olan video görüntülər qarşılıqlı əlaqədə qiymətləndirildikdə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisində ictimai qaydanı pozmuş, nalayiq ifadələr işlətmiş, mühafizə əməkdaşının ərazini tərk etmək və müəyyən olunmuş qaydalara riayət etmək barədə qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasında nalayiq ifadələr işlətdiyini inkar etməmiş, yalnız həmin ifadələrin konkret şəxsə yönəlmədiyini bildirmişdir. Lakin IXMin 510-cu maddəsinin tətbiqi üçün nalayiq ifadələrin konkret şəxsə ünvanlanması zəruri deyildir. Ictimai yerdə əxlaq normalarını kobud surətdə pozan və ictimai asayişə xələl gətirən davranışın özü həmin inzibati xətanın obyektiv cəhətini təşkil edir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında mühafizə əməkdaşının bilet alması barədə tələb irəli sürdüyünü, lakin buna baxmayaraq bilet almadan qoruğun ərazisinə daxil olduğunu etiraf etmişdir. X2 da ifadəsində onun dəfələrlə edilən qanuni tələbləri yerinə yetirmədiyini, ərazini tərk etmədiyini və nalayiq ifadələr işlətməyə davam etdiyini göstərmişdir. Bu ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşır və onların həqiqiliyini şübhə altına alan hər hansı mötəbər dəlil müəyyən edilmir. CD-R diskdə olan video görüntülərdən şəxslərin simaları tam aydın seçilməsə də, görüntülərdə səs yazıları, mübahisənin gedişi və səsləndirilən ifadələr hadisənin baş verməsini, ictimai qaydanın pozulduğunu və polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilmədiyini təsdiq edən əlavə sübut kimi qiymətləndirilir. Şəxslərin görüntülərinin tam seçilməməsi videonun sübut əhəmiyyətini aradan qaldırmır, çünki həmin görüntülər iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilir. Birinci instansiya məhkəməsinin videoda IXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin tam əks olunmamasına əsaslanaraq həmin maddə üzrə icraata xitam verməsi düzgün hüquqi nəticə hesab edilə bilməz. Inzibati xəta işi üzrə təqsirlilik yalnız bir sübut növü ilə deyil, iş üzrə toplanmış bütün sübutların məcmusu əsasında müəyyən edilir. Mövcud sübutların məcmusu isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığını kifayət qədər təsdiq edir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində həm IXM-in 510-cu maddəsində, həm də IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi mövcuddur. Buna görə də birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz, ləğv edilməli və iş üzrə yeni qərar qəbul olunmalıdır. IXM-in 34.3-cü maddəsinin tələblərinə əsasən, şxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. IXM-in 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaların xarakteri, ictimai təhlükəlilik dərəcəsi, polis əməkdaşlarının qanuni tələblərinə nümayişkaranə şəkildə tabe olmaması, ictimai asayişin pozulmasının xarakteri nəzərə alınaraq onun barəsində IXM-in 535.1-ci maddəsinin sanksiyası həddində 10 gün müddətinə inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiq hesab edilir. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Sarıyev Musa Kahov oğluna tapşırılmışdır. Vəkil Sarıyev Musa Kahov oğlu tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərilən hüquqi yardıma görə 33 manat məbləğində pul müdafiəçi Sarıyev Musa Kahov oğluna ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zaqatala rayon Polis şöbəsinin rəisi, R Vəfadar Orucov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən IXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. Inzibati qaydada həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Zaqatala rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərilən hüquqi yardıma görə 33 manat məbləğində pul müdafiəçi Sarıyev Musa Kahov oğluna ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar