Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-409/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Sarıyev Musa Kahov oğlunun iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi və həbsetmənin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Işin halları Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru 1 dərəcəli Ədliyyə qulluqçusu X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2017-ci il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməməsi və nəticədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** saylı iş üzrə icra sənədi ##.##.2025-ci il tarixdə Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin dərhal icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən təmin olunmamışdır. Icra sənədi borclu tərəfindən könüllü müddətdə icra olunmadığı üçün məcburi icra tədbirlərinə başlanılmış, borclunun bank hesabları və həmin hesablarda pul vəsaitlərinin, iş yeri, əmək haqqı və pensiyasının, adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlakının, təsərrüfatında iri və xırdabuynuzlu mal-qaranın, sahibkarlıq fəaliyyəti ilə məşğul olubolmaması müvafiq qaydada sorğulanmış, lakin heç bir nəticə əldə olunmamışdır. X1 Əhməd oğlu icra sənədi üzrə təyin olunmuş aliment ödənişini vaxtlı-vaxtında ödəməmiş, buna görə də aliment üzrə borc yaranmışdır. Icra sənədi üzrə tələbkar X4 ##.##.2026-cı il tarixində Şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1130 manat məbləğində aliment borcu vardır, yaranmış borcun ödənilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir. Icra sənədinin məcburi icrası ilə əlaqədar borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə çağırılmış, lakin borclu çağırışdan üzrsüz olaraq yayınmışdır. Borclunun faktikiolduğu ünvanı müəyyən etmək mümkün olmadığı üçün icra məmurunun ##.##.2026-cı il tarixli qərarı ilə axtarışa verilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq Şöbəyə gətirildi. Borcluya barəsində olan icra sənədi və onun tələbləri haqqında məlumat verildi. Iş üzrə borclunun izahatı alındı. Borclu izahatında bildirdi, hər ay təyin olunmuş alimenti qismən, maddi imkanının olduğu qədər ödəyir. Hal-hazırda mövcud olan 1560 manat məbləğində aliment borcundan xəbərdardır, həmin borcunu yaxın müddət ərzində ödəyə bilmir. Yalnız tütün mövsümünün sonunda əldə olunmuş tütün nəhsulunu sataraq borcunu ödəyə bilər. Lakin icra sənədi üzrə tələbkar Çinarə Abdurahmanova ##.##.2026-cı il tarixdə, saat 14:35-də mobil telefon vasitəsilə borclunun bu təklifi ilə razılaşmadığını və bütün borcun ödənilməsi üçün tədbir görülməsini xahiş etdi. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə hal-hazırda 1560 manat aliment borcu və 10% 156 manat icra ödənişi borcu mövcuddur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə yaranmış bütün borcunu tam şəkildə ödəməsi tələb olundu, lakin o, kifayət qədər imkanının olmadığını bidirərək bu tələbi təmin etməkdən imtina etdi. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda qeyd olunan icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarından dərhal sonra aliment borcunu ödəmişdir. Sadəcə məhkəmə iclasında borclunun aliment borcunu dərhal ödəmək imkanı olmamışdır. Çünki barəsində inzibati həbs tətbiq edilmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, icra sənədi üzrə aliment borcu tam olaraq tələbkara ödənilmişdir. Hazırda tələbkarın heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Vəkil məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dediklərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin icra məmuru X2 və zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. IXM-in 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apelyasiya instansiyası məhkəməsinə verilir. IXM-in 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətin dəlillərini araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməlidir. IXM-in 528-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Işdə olan Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin rəisi Məzahir Məmmədovun ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2017-ci il tarixli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## #### 2026-cı il tarixli qəbzə əsasən tələbkar X4 1.500 manat aliment pulu ödənilmişdir. Hal-hazırda borclunun aliment borcu 60 manat təşkil edir. Işdə olan ## #### 2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkar X4 60 manat aliment pulu ödənilmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2017-ci il tarixli icra sənədi üzrə aliment borcu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən X4 tam şəkildə ödənilmişdir. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 5.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. IXM-in 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. IXM-in 5.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən IXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Işdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərini icra etməkdən yayınsa da, hazırda icra sənədi tam olaraq icra edilmişdir. IXM-in 53.1 və 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyi üçün şikayət təmin olunmalı, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməli və o məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Sarıyev Musa Kahov oğluna tapşırılmışdır. Vəkil Sarıyev Musa Kahov oğlu tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 4 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi"Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://eqanun.az/framework/46945" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi"Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərilən hüquqi yardıma görə 44 manat məbləğində pul müdafiəçi Sarıyev Musa Kahov oğluna ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və IXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin qeydinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası Şəki şəhər-rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında göstərilən hüquqi yardıma görə 44 manat məbləğində pul müdafiəçi Sarıyev Musa Kahov oğluna ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-409/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-409/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver