Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-413/2026 24.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin nümayəndəsi Şahverdiyev İlqar Məmmədağa oğlunun iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hаkim İ.Hüseynov), ##.##.2000-ci il tarixdə İsmayıllı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 37 ünvanında qeydiyyatda olmaqla yaşayan Qərardan şikayət verən orqan (şəxs) Zöhrab oğlunun şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN 1855047 “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN 1855047 “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi R X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 606.3cü maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 300 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəis müavini Şahverdiyev İlqar Məmmədağa oğlu tərəfindən inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək “əlavə tibbi müayinədən vaxtında keçmədiyinə” görə onun İXMin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi nəticəsinə gəlinmişdir. Həmin protokoldan görünür ki, protokolun tərtib edilməsi tarixi ##.##.2026-cı il göstərilsə də imza etdirilməklə surəti ona ##.##.2026-cı il tarixdə verilmişdir. Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi R X1 isə həmin Məcəllənin 43.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq aidiyyət qaydalarına əməl etməmiş, vəzifə səlahiyyətlərini aşmış, baxılması rayon məhkəməsinə aid olan inzibati xəta haqqında işə baxaraq qərəzli qərar qəbul etmişdir. Şikayətə cüzi bir hissəsini əlavə etdiyi tibbi sənədlərlə onun ağır xəstə olduğu təsdiq edilir Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin qanuni marağı nədən ibarətdir ki, onu “əlavə tibbi müayinədən keçmək” üçün yaşadığım ünvandan 180 km uzaq olan şəhərə göndərir? Belə yerdə el misalı yada düşür “Keçi can hayında qəssab piy axtarır”. Həmin Məcəllənin 606.3-cü maddəsinin dispozisiyasında əməlin təqsirli olması “üzrlü səbəblə” şərtləndirilir. Digər tərəfdən, səlahiyyətli orqanın tələbi həm qanuni, həm də əsaslı olmalıdır. Daha sonra həmin maddənin qeyd hissədində göstərilir ki, bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Onun səhhəti rayon məhkəməsinə belə gəlməyə imkan vermir, maddi imkanı səmərəli hüquqi yardım almaq üçün vəkillə təmsil olmağa çatmır. Göründüyü kimi, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə heç bir sübutun olmamasına baxmayaraq, barəsində qanunsuz olaraq protokol tərtib etmiş və barəsində qanunsuz olaraq qərar qəbul edilmişdir. Halbuki, İXM-in 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və həmin Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar pozulduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Ona görə də, inzibati xəta haqqında protokolun qanunun tələbinə uyğun tərtib edilməməsi onun sübut növü kimi qəbul edilməsinə imkan vermir. Odur ki, İXM-in 606.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 300 manat məbləğində cərimə edilməsinə dair Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi R X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsin və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onun səhhətində ciddi problemlər var. Bu səbəbdən uzaq yol gedə bilmir. Yanvar ayında ona müayinə olunması ilə bağlı məlumat daxil olmuş və bir neçə dəfə müayinə olunmaq üçün Bakı şəhərinə getmək istəsə də, yolun yarısından geri qayıtmışdır. Barəsində qəbul edilmiş protokol və qərardan məlumatlı olmuşdur. Qəbul edilmiş qərardan narazıdır. Belə ki, uzaq yol gedə bilmir və buna səhhəti imkan vermir. Ona görə də, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin nümayəndəsi Şahverdiyev İlqar Məmmədağa oğlu izahat verərək bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) 2024-cü il tarixdə təkrar tibbi müayinəyə gəlməli idi. Lakin Qərardan şikayət verən orqan (şəxs) 1 il 7 aydan sonra ## ###### 2026cı il tarixdə şöbəyə gəlmişdir. Həmin vaxt humanistlik edilərək Qərardan şikayət verən orqan (şəxs) inzibati qaydada cərimə edilməmiş və onun tibbi müayinədən keçirilməsi bildirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) komissiyadan keçirilmiş və ona Respublika Klinik Xəstəxanası, Şəki Psixiatriya Xəstəxanası və Kardiologiya İnstitutuna müayinə olunması üçün göndəriş verilmişdir. Qərardan şikayət verən orqan (şəxs) gedib sonradan geri qayıdaraq, Bakıya gedə bilməyəcəyini və yerli müayinəyə yazılmasını, Şəki və Mingəçevir şəhərlərinə isə gedə biləcəyini bildirmişdir. Bakıda müayinədən keçmədiyi təqdirdə sənədlərin natamam olacağı ona izah edilmişdir. Buna baxmayaraq Bakı şəhərində keçməli olduğu müayinələri İsmayıllı rayonunda keçmişdir. Qərardan şikayət verən orqan (şəxs) əsas narahatlığının “panik atak” olduğunu bildirdiyi üçün, onun Şəki Psixiatriya Xəstəxanasından müayinədən keçirilməsi vacib olmuşdur. O, özü Qərardan şikayət verən orqan (şəxs) Şəki şəhərinə apararkən, Emin avtomobilə minən kimi səs-küy salmış və narahat olduğunu bildirərək getməkdən imtina etmişdir. Daha sonra Emin özü avtomobil tutaraq Şəki şəhərinə getmək istədikdə yenidən getməmişdir. Bununla bağlı hər dəfə Qərardan şikayət verən orqan (şəxs) inzibati qaydada cərimə olunacağı bildirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş protokol və qərardan məlumatlı olmuşdur. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Ona görə ki, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş, tətbiq edilmiş tənbeh bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun deyil, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar (inzibati xəta tərkibi olmadıqda) müəyyən olunmamış, inzibati xəta haqqında iş üzrə qərar buna səlahiyyəti çatmayan orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməmişdir. Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuş İXM-in 606.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 300 manat miqdarında inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərardan İsmayıllı məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsi xahiş olunmuş və şikayətdə göstərilmişdir ki, Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi R X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəis müavini Şahverdiyev İlqar Məmmədağa oğlu tərəfindən inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək “əlavə tibbi müayinədən vaxtında keçmədiyinə” görə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi nəticəsinə gəlinmişdir. Həmin protokoldan görünür ki, protokolun tərtib edilməsi tarixi ##.##.2026-cı il göstərilsə də imza etdirilməklə surəti ona ##.##.2026-cı il tarixdə verilmişdir. Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi R X1 isə həmin Məcəllənin 43.1ci maddəsinin tələblərini kobud şəkildə pozaraq aidiyyət qaydalarına əməl etməmiş, vəzifə səlahiyyətlərini aşmış, baxılması rayon məhkəməsinə aid olan inzibati xəta haqqında işə baxaraq qərəzli qərar qəbul etmişdir. Şikayətə cüzi bir hissəsini əlavə etdiyi tibbi sənədlərlə onun ağır xəstə olduğu təsdiq edilir. Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin qanuni marağı nədən ibarətdir ki, onu “əlavə tibbi müayinədən keçmək” üçün yaşadığı ünvandan 180 km uzaq olan şəhərə göndərir? Belə yerdə el misalı yada düşür “Keçi can hayında qəssab piy axtarır”. İXM-in 606.3-cü maddəsinin dispozisiyasında əməlin təqsirli olması “üzrlü səbəblə” şərtləndirilir. Digər tərəfdən səlahiyyətli orqanın tələbi həm qanuni, həm də əsaslı olmalıdır. Daha sonra həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Onun səhhəti rayon məhkəməsinə belə gəlməyə imkan vermir, maddi imkanı səmərəli hüquqi yardım almaq üçün vəkillə təmsil olunmağa belə çatmır. Göründüyü kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə heç bir sübutun olmamasına baxmayaraq, barəsində qanunsuz olaraq protokol tərtib edilmiş və barəsində qanunsuz olaraq qərar qəbul edilmişdir. Halbuki, İXM-in 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və həmin Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Ona görə də, inzibati xəta haqqında protokolun qanunun tələbinə uyğun tərtib edilməməsi onun sübut növü kimi qəbul edilməsinə imkan vermir. Odur ki, İXM-in 606.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 300 manat məbləğində cərimə edilməsinə dair Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi R X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət ərizəsinə uyğun izahat versə də bu izahatı qismən təhrif edilmiş və səhhətində ciddi problemlər olduğundan uzaq yol gedə bilmədiyini, yanvar ayında müayinə olunması ilə bağlı məlumat daxil olduğunu və bir neçə dəfə müayinə olunmaq üçün Bakı şəhərinə getmək istəsə də, yolun yarısından geri qayıtdığını məhkəmə iclasında göstərsə də məhkəmə bu halı araşdırmamışdır. Qərardan şikayət verən orqan (şəxs) 2024-cü il tarixdə təkrar tibbi müayinəyə gəlməli olması göstərilsə də, ilkin müayinənin nəticələri, təkrar müayinəyə göndərilməsinin səbəbləri, buna zərurətin olması, bu tələbin qanuniliyi nə vəzifəli şəxs, nə də hakim tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Qərardan şikayət verən orqan (şəxs) bundan 1 il 7 aydan sonra ## ###### 2026-cı il tarixdə şöbəyə nə əsasında gəlməsi də araşdırılmamışdır. Dövlət Xidmətinin Qərardan şikayət verən orqan (şəxs) inzibati qaydada cərimə etməməklə “humanistlik” etməyə səlahiyyəti varmı? Qərardan şikayət verən orqan (şəxs) komissiyadan keçirildiyi və ona Respublika Klinik Xəstəxanası, Şəki Psixiatriya Xəstəxanası və Kardiologiya İnstitutuna müayinə olunması üçün göndəriş verildiyi göstərilmişdir. Lakin iş materiallarında belə göndəriş görünmür! Hakim ümumiyyətlə şikayətin dəlillərini tam araşdırmamış, onun səhhətinin ağır olmasına dair tibbi sənədləri qəbul etməmiş, onlara qiymət verməmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, onun tərtib edilməsi tarixi ##.##.2026-cı il, surətinin ona verilməsi tarixi ##.##.2026-cı ildir. İXM-in 101-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin inzibati xətanın törədilməsi faktı protokol tərtib edildikdən 2 il sonra tərtib edilmiş, surəti isə ona 3 gün sonra verilmişdir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarın ləğv edilməsini, İsmayıllı rayon şöbəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı əsassız olduğundan inzibati xətanın tərkibi olmaması əsası ilə inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin nümayəndəsi Şahverdiyev İlqar Məmmədağa oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) anlaqlı şəkildə tibbi yoxlanışdan yayınır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, - ##.##.2025-ci il tarixli Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə verdiyi iltizamdan görünür ki, ona verilən göndəriş əsasında 10 gün müddətində aidiyyatı üzrə göndərildiyi tibb məntəqəsindən keçəcəyinə söz verir. Tibbi müayinədən keçmədiyi halda İXM-in 606.3-cü maddəsi ilə 300 manatdan 500 manatadək məbləğdə cərimə olunacağı və 321.1-ci maddəsinə əsasən 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacağı barədə məlumatlandırılmışdır. Əlavə olaraq ona verilən əlavə müayinələrdən başqa sağlamlığından şikayətinin olmadığını bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2021-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, ##.##.2000-ci il təvəllüdlü, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 37 ünvanında qeydiyyatda olan Qərardan şikayət verən orqan (şəxs) ##.##.2021ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya ambulator müayinəyə qəbul olunub. Qərardan şikayət verən orqan (şəxs) ##.##.2021-ci il tarixdə Hərbi Həkim Komissiyasına gəlmədiyi üçün tam müayinə olunmayıb. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, əlavə tibbi müayinədən vaxtında keçmədiyinə görə İXM-in 606.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 606.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət çağırışla bağlı qanuni tələblərin, o cümlədən əlavə tibbi müayinədən keçmək barədə verilmiş göstərişin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə yaranır. Həmin normanın tətbiqi üçün şəxsin qanuni tələb barədə məlumatlandırılması, onu icra etmək üçün real imkanının olması və tələbin üzrlü səbəb olmadan yerinə yetirilməməsi müəyyən edilməlidir. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025ci il tarixdə yazılı iltizam vermiş, verilmiş göndəriş üzrə on gün müddətində müvafiq tibb müəssisələrində müayinədən keçəcəyini öhdəsinə götürmüş, bu öhdəliyi yerinə yetirmədiyi halda İXM-in 606.3-cü maddəsi ilə inzibati məsuliyyət və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqi nəticələr barədə xəbərdar edilmişdir. Bu iltizam onun qanuni tələb barədə əvvəlcədən məlumatlandırıldığını və həmin tələbin mahiyyətini tam dərk etdiyini təsdiq edir. Apellyasiya şikayətində göstərilən əsas dəlil ondan ibarətdir ki, səhhəti ilə əlaqədar Bakı şəhərinə gedərək əlavə tibbi müayinədən keçmək mümkün olmamışdır. Lakin bu hal öz-özlüyündə inzibati məsuliyyəti istisna edən üzrlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan sübutlardan görünür ki, barəsində inzibati icraat aparılan şəxs uzun müddət ərzində əlavə tibbi müayinədən keçməmiş, dəfələrlə ona izahat verilmiş, müayinədən keçməsinin zəruriliyi bildirilsə də, o, bu öhdəliyini yerinə yetirməmişdir. Dövlət Xidmətinin nümayəndəsinin izahatından görünür ki, ona müxtəlif tibb müəssisələrinə göndəriş verilmiş, hətta Şəki şəhərinə aparılması üçün şərait yaradılmış, lakin o, həmin hallarda da müayinədən keçməkdən faktiki olaraq imtina etmişdir. Bu izahatlar ardıcıl olmaqla iş materiallarının digər sübutları ilə uyğunluq təşkil edir və onların həqiqiliyinə şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Şikayətçi müayinədən keçməməsini səhhətində olanm problemlərlə əlaqələndirsə də onun tərəfindən məhkəmyə təqdim edilmiş sənədlər onun əlavə tibbi müayinədən keçməsinin obyektiv olaraq tam mümkünsüz olduğunu təsdiq etmir. Tibbi sənədlərdə onun hərəkət etmək, müalicə müəssisələrinə getmək və ya dövlət orqanının qanuni tələbini yerinə yetirmək imkanından tam məhrum olması barədə nəticə yoxdur. Buna görə də həmin sənədlər İXM-in 606.3-cü maddəsində nəzərdə tutulan “üzrlü səbəb” anlayışını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Aidiyyətlə bağlı dəlillərə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında qərarın qanunla belə işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilmədiyini təsdiq edən hər hansı sübut yoxdur. Şikayətçi bu barədə yalnız mülahizələr irəli sürmüş, lakin onları təsdiq edən hüquqi və ya faktiki əsaslar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Şikayətçi həmçinin inzibati xəta hadisəsinin sübuta yetirilmədiyini bildirmişdir. Lakin məhkəmə bu mövqe ilə razılaşmır. İnzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, yazılı iltizam, səlahiyyətli şəxslərin izahatları və digər yazılı materiallar birgə qiymətləndirildikdə müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) əlavə tibbi müayinədən keçmək barədə qanuni tələb verilmiş, həmin tələb ona izah edilmiş, nəticələri barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq o, uzun müddət ərzində həmin öhdəliyi yerinə yetirməmişdir. Bu sübutlar məcmu halında İXM-in 83-cü maddəsinin tələbləri baxımından inzibati xəta hadisəsinin və şəxsin təqsirinin müəyyən edilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üçün əhəmiyyətli olan bütün halları araşdırmışdır. Apellyasiya şikayətində göstərilən dəlillər əsasən birinci instansiyada irəli sürülmüş arqumentlərin təkrarından ibarətdir və həmin arqumentlərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətində həmin nəticələri təkzib edən yeni və mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üzrə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. İXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. İXM-in 31.1-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. İXM-in 31.2-ci mаddəsinə əsasən, fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-413/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-413/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver