Məhkəmə qərarları › İş №3(3-10)-415/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-415/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-415/2026 27.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X12 nümayəndələri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və X2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X9 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim P.Məmmədova) “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 262.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Protokolu tərtib edən orqan “xxxx” MMC barəsində IXM-in 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi nümayəndə1 izahat verərək bildirmişdir ki, X4 hüquqi şəxs tərəfindən pozulmuşdur. Şəki SMSII balansında olan sudan istifadə edilmiş, lakin müqavilə bağlanmamışdır. Inzibati xəta haqqında protokol tərtib edilərkən, hüquqi şəxsin rəhbəri dəvət edilmiş, lakin iştirak etməmiş, gəlməkdən imtina etmişdir. Hüquqi şəxsin qanunsuz olaraq sudan istifadə etdiyinə görə 276 manat maddi ziyan vurmuşdur. Buna görə də qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Suallara cavab olaraq protokolu tərtib edən orqanın nümayəndəsi nümayəndə1 bildirmişdir ki, müqavilə müvafiq olaraq X11 tərətindən bağlanılır. Həmin birlik müvafiq şablon əsasında müqaviləni bağlayır. Lakin müqayisə üçün başqa rayon ərazisi üzrə SIB nümunəsini təqdim edərək bildirdi ki, həmin hüquqi şəxsə verilən müqavilə nümunəsində qeyd edilən su həcmi məcburi deyildir. Subyektə uyğun müəyyən edilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMCnin direktoru nümayəndə3 izahat verərək bildirmişdir ki, klinika 2021-ci ildən fəaliyyət göstərir. Əvvəldən hansı qaydada fəaliyyət göstərirsə, o şəkildə davam edir. O, özü Mərkəzi Xəstəxanada həkim işləyir. Iş vaxtından sonra həmin klinikada oftolmoloji fəaliyyət göstərir. 2 işçi, 1 sanitar qovşaq, 3 əlüzyuyanı var. Orada su kütləvi şəkildə istifadə edilmir. O, müqavilənin bağlamalı olduğunu bildikdən sonra müraciət etmiş, lakin ona verilmiş şablon müqavilə klinikanın fəaliyyəti zamanı istifadə edilən suyun həcminə bərabər olmayan həcmin əks olunduğu müqavilənin imzalanmasını tələb edirlər. Bu şəkildə adekvat olmayan həcmdə, yəni 125.8 min m3 su istifadə edilmədiyi halda, bu müqavilənin imzalamaq ağlabatan deyildir. O, müqaviləni imzalamaqdan heç vaxt boyun qaçırmamışdır. Sadəcə realda olmayan və istifadə etmədikləri böyük həcmdə suya görə müqaviləyə düzəliş edilməsini tələb etmişdir. Akt ilə də razı deyildir. O, rəsmi konfransda olduğu tarixdə protokolun tərtib ediləcəyi bildirilmişdir. O, işdən fürsət tapıb gəldikdə isə artıq protokol tərtib edildiyi bildirilmişdir. Onun iştirakı olmadan baxış keçirilmiş, akt və protokol tərtib edilmişdir. Qeyd edir ki, həmin 1.5 m3 ümumi su rezervuarından daraq sistemi ilə başqa qeyri-yaşayış obyektləri də uzun illərdir ki, istifadə edir. Onlar sudan istifadəyə dair 1 nəfər Osman adlı şəxsə aylıq 5 manat da pul ödənişləri etmişlər. Tərtib edilən protokol qərəzlidir. Klinikanın imkanları heç cəriməni də ödəməyə çatmır. O, müqaviləni mövcud istifadə edilən həcmdə müqavilə bağlamağa, bilmədən dəymiş zərəri də ödəməyə hazırdır. Lakin sağlamlıq ocağında istifadə edilən suyun talanması iddiasını rədd edir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, maddi və prossesual hüquq normalarını pozmuş, işə bir tərəfli yanaşmış, yalnız qarşı tərəfin maraqlarından çıxış etmiş, məhkəməyə təqdim olunmuş maddi sübutları düzgün qiymətləndirməmişdir. Təqdim olunmuş sübutlardan göründüyü kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X9 Xidməti ** saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş aktla Şəki şəhərinin inzibati ərazisində aparılan monitorinq-nəzarət tədbirləri zamanı su xəttinə qanunsuz qoşulma halı aşkar olunmuş, fakta dair aparılan araşdırma nəticəsində qoşulmanın ünvan 1 ünvanında yerləşən “Visus Clinic”də tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış obyekti ilə fərdi qaydada X11 arasında müqavilə bağlanmamışdır. Sözügedən qeyri-yaşayış obyekti 22/E23 reper nömrəli içməli su mənbəyi kimi hazırlanmış subartezian quyusundan D-15 mm diametrli xətdən su götürür və bu su istehlakı heç bir rəsmi qeydiyyata alınmadan həyata keçirilmişdir. Obyekt gündəlik “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyriqanuni istifadənin həcminin müəyyən edilməsi” cədvəlinə uyğun olaraq gündəlik 3.05 m³ olmaqla cəmi 276 m³ sudan istifadə etmişdir. Qeyd edir ki, su sərfiyyatının bu cür hallarda hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “X4”-na * nömrəli əlavəyə əsasən aparılmışdır. Bu göstəricilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli, *** nömrəli qərarına əlavə olunmuş “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi” cədvəlinə uyğun olaraq hesablanmışdır. Aparılmış hesablamalara əsasən obyekt tərəfindən su təchizatı xidmətlərindən müqaviləsiz istifadə nəticəsində Şəki SMSII-nə 276 manat məbləğində maddi ziyan dəymişdir. Aparılmış inzibati araşdırma tam qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Belə ki, qeyri-yaşayış obyektində heç bir yoxlama aparılmamış, su sayğacına baxış keçirilərkən sayğacdan xətlə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla su təminatını həyata keçirdikləri müəyyən olunsa da, inzibati xəta haqqında işə məhkəmə tərəfindən hərtərəfli və tam baxılmamış, MMC-nin qanunsuz əməllərinə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlardan və qanunvericiliyin tələblərindən göründüyü kimi, Suların Istifadəsinə və X9 Xidmətinin ** saylı X1 tərəfindən inzibati araşdırma və inzibati xəta haqqında işə baxılması qaydaları qanunverciliyin tələblərinə uyğun aparılmış, aparılan araşdırma zamanı aşkar olunmuş faktları özündə əks etdirən akt, protokol, inzibati xəta haqqında işə baxılmanın yeri və müddətinin MMC-yə qanunvericiliyin tələblərinə uyğun bildirilməsi və s. bunu sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “X4” nın 4-cü bəndinin tələbləri pozulmuş və * nömrəli əlavəyə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən vurulmuş ziyan hesablanmışdır. Göründüyü kimi, məhkəmə işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, işə birtərəfli və səthi yanaşmış, yalnız qarşı tərəfin maraqlarından çıxış etmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəməyə təqdim olunmuş maddi sübutları düzgün qiymətləndirməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X12 nümayəndələri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və X2 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Verilən suala cavab olaraq X2 bildirmişdir ki, yoxlama zamanı “xxxx” MMC-nin ərazisinə daxil olunmamış, onlar Şəki SMSII-nin balansında olan subartezian quyusuna baxış keçirən zaman MMC tərəfindən müqavilə bağlanmadan sudan istifadə olunması müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, “xxxx” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki şəhəri, Z.Əliyeva 127 ünvanında ##.##.2026-cı il tarixdə “xxxx” MMC-yə məxsus “Visus” klinikada istifadə olunan suyun Şəki SMSII-nin balansında olan 22/e-23 reper nömrəli subartezian quyusuna qanunsuz qoşulmaqla, talanmasına görə IXM-in 262.3-cü maddəsi ilə “xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - ##.##.2026-cı il tarixli nəzarət tədbirləri haqqında aktdan görünür ki, Şəki şəhəri Z.Əliyeva küçəsində yerləşən “xxxx” MMC-yə baxış keçirilərkən Şəki SMSII-nin balansında olan 22/e-23 reper nömrəli subartezian quyusuna qanunsuz qoşulmaqla suyun talanması faktı aşkar edilmişdir. ##.##.2026-cı il tarixdə əraziyə baxış keçirilmiş, akt tərtib edilmişdir. Klinika nümayəndə3 tərəfindən idarə olunur. Nöqsanların aradan qaldırılması və maarifləndirilməsi üçün ##.##.2026-cı il tarixdə məktubla bölməyə dəvət edilmişdir. Lakin o, bölməyə gəlsə də, izahat verməkdənimtina etmişdir. Eyni zamanda aşkar edilmiş nöqsanla bağlı dəymiş zərərin arayışı da təqdim edilmişdir. Təkrarən ##.##.2026-cı il tarixdə ona məxsus ********** nömrəli mobil telefonla əlaqə saxlanılaraq dəvət edilsə də, gəlməkdən və materialları imza etməkdən, izahat verməkdən imtina etmişdir. - ##.##.2026-cı il tarixli aktda qeyd olunur ki, nümayəndə3 məxsus Şəki şəhəri Z.Əliyeva küçəsində yerləşən qeyri-yaşayış obyektinə baxış keçirilən zaman Şəki SMSII-nin balansında olan 22/e-23 reper nömrəli subartezian quyusundan müqavilə bağlamadan qanunsuz olaraq d=15 mm su xətti ilə su götürmüşdür. 10 gün vaxt verilməsinə baxmayaraq o, müqavilə bağlamamışdır. - ##.##.2026-cı il tarixli sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Protokolu tərtib edən orqan tərəfindən Şəki, Oğuz və Qəbələ rayonları ərazisi üzrə 2 gün nəzarət tədbirləri aparılması tapşırılmışdır. - ##.##.2026-cı il tarixli aktda qeyd olunur ki, Şəki SMSII-nin balansında olan 22/e-23 reper nömrəli subartezian quyusuna baxış keçirərkən nümayəndə3 məxsus “xxxx” MMC qanunsuz suyun götürülməsi müəyyən edilmişdir. - Şəki SMSII-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, dəymiş ziyanın həcmi 276 manat müəyyən edilmişdir. - “xxxx” MMC-nin Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Protokolu tərtib edən orqan ünvanlanan ##.##.2026-cı il tarixli məktubundan görünür ki, klinikanın yerləşdiyi ünvana içməli suyun istifadəsi üçün şərait yaradaraq abonent kimi qeydiyyata alınması və sayğac qoyulması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi şəxsə məxsus sahibkarlıq obyektində plansız (nönbədənkənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən, iş materiallarına əlavə edilmiş monitorinq aktının hüquqi nəticəsi mövcud ola bilməz. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun yoxlama aparılmadığından hüquqi şəxs məsuliyyətə cəlb edilə bilməz. Birinci instansiya məhkəməsinin istinad etdiyi nəticənin əksinə olaraq, “xxxx” MMC-nin fəaliyyət göstərdiyi qeyri-yaşayış obyektində həyata keçirilmiş tədbir “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun mənasında sahibkarlıq subyektində aparılan yoxlama kimi qiymətləndirilə bilməz. Iş materiallarından görünür ki, nəzarət tədbirləri Şəki SMSII-nin balansında olan 22/E-23 reper nömrəli subartezian quyusuna və su təchizatı şəbəkəsinə baxış keçirilməsi zamanı həyata keçirilmiş, məhz həmin baxış nəticəsində müqavilə bağlanılmadan sudan istifadə edilməsi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı Xidmətin nümayəndəsi də təsdiq etmişdir ki, yoxlama zamanı MMC-nin ərazisinə daxil olunmamış, yalnız su mənbəyinə baxış keçirilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin monitorinq tədbirini sahibkarlıq subyektində aparılan növbədənkənar yoxlama kimi qiymətləndirməsi və yalnız bu əsasla təqdim edilmiş bütün sübutları hüquqi qüvvədən salması iş materiallarına və tətbiq edilməli hüquq normalarına uyğun deyildir. Halbuki inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən sübutlar ayrı-ayrılıqda deyil, onların məcmusu əsasında qiymətləndirilməlidir. IXM-in 84.1-ci maddəsinin tələbinə əsasən, hakim işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq sübutları daxili inamına əsasən qiymətləndirməlidir. Lakin məhkəmə digər yazılı sübutlara, protokola, aktlara, dəymiş ziyanın hesablanmasına dair sənədlərə hüquqi qiymət verməmişdir. Belə olan halda, yalnız “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə istinad edilməklə inzibati icraata xitam verilməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına səbəb olmuşdur. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan sübutların məcmusu ilə uzlaşmadığından, həmin qərarın qanuni və əsaslı hesab edilməsi mümkün deyildir. IXM-in 134.1.4-cü maddəsinə görə, bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. IXM-nin 135.1.1-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar