Məhkəmə qərarları › İş №3(3-10)-417/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-417/2026

29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-417/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, ##.##.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 2 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. işin halları: ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli və *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli icra vərəqələri üzrə borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi iclasında Mingəçevir şəhər Icra və probasiya şöbəsinin böyük icra məmuru X1 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 360 manat məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Daha sonra *(***)****/**** saylı ##.##.2023-cü il tarixli icra sənədinə əsasən aliment 420 manat məbləğinə, *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli icra sənədinə görə isə 450 manat məbləğinə qaldırılmışdır. Borclu Azərbaycan ərazisində yaşamadığından barəsində axtarış qərarı qəbul edilmişdir. 2022-ci ildən axtarışdadır, bu gün polis əməkdaşları tərəfindən Icra Şöbəsinə gətirilmişdir. Borclunun izahatı alınmışdır. Hazırda borclunun 10849 manat aliment borcu vardır, borcundan 4000 manat ödəmək istəyir, lakin tələbkar Zərərçəkmiş şəxs razı olmayaraq borcunu tam şəkildə ödəməsini istəmişdir. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hazırda Rusiya Federasiyasında yaşayır. Orada sürücü vəzifəsində işləyir, aylıq 600 manat əmək haqqı alır. Mütəmadi olaraq Moskvadan pul göndərməklə aliment borcundan ödəniş etmişdir. Hər ay 400 manat aliment verməklə indiyə qədər təxminən alimentdən 8310 manat ödəmişdir, hazırda 10849 manat borcu qalmışdır. Qeyd olunan borcdan 4000 manatını ödəyə bilər. Atası xəstə olduğu üçün ona müəyyən pul vəsaiti lazım olduğundan borcunu tam şəkildə ödəyə bilmir. Odur ki, göstərdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin tərkib əlamətləri olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi və maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin mövcudluğundan və aliment öhdəliyindən xəbərdar olmuşdur. Bunu onun öz izahatı da təsdiq edir. Belə ki, borclu Rusiya Federasiyasından mütəmadi olaraq pul göndərərək aliment ödənişləri etdiyini, ümumilikdə 8.310 manat aliment ödədiyini, hazırda isə 10.849 manat aliment borcunun qaldığını etiraf etmişdir. Borclunun bu etirafı onun həm aliment öhdəliyindən, həm də icra sənədindən xəbərdar olduğunu birmənalı şəkildə təsdiq edir. Eyni zamanda, iş materiallarında Mingəçevir Şəhər Icra və Probasiya şöbəsinin ##.##.2023-cü il tarixli "Tələbin könüllü icrası haqqında" bildirişi mövcuddur. Həmin bildirişlə borcluya icra sənədini könüllü qaydada icra etmədiyi halda barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. Bundan başqa, ##.##.2022-ci il tarixli qərarla borclu barəsində axtarış elan edilmiş, ##.##.2026-cı il tarixdə ondan izahat alınmış və yalnız bundan sonra aliment borcunun bir hissəsi -4.000 manat ödənilmişdir. Sadalanan hallar göstərir ki, borclu uzun müddət aliment öhdəliyini tam və vaxtında yerinə yetirməmiş, icra orqanının qanuni tədbirlərinə baxmayaraq aliment borcunun yığılmasına yol vermişdir. Borcun yalnız inzibati xəta haqqında protokol tərtib edildikdən və iş məhkəməyə göndərildikdən sonra qismən ödənilməsi isə əvvəlki dövrdə mövcud olmuş qanun pozuntusunu aradan qaldırmır və inzibati məsuliyyəti istisna etmir. Apellyasiya məhkəməsi iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Mingəçevir şəhəri üzrə Icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahatlarını və çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialların olan Mingəçevir şəhər Icra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, ##.##.2022-ci il tarixdən başlayaraq, ##.##.2018-ci il tarixdə doğulmuş X3, ##.##.2020-ci il tarixdə doğulmuş X2 və ##.##.2021-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment və ##.##.2022-ci il tarixdən başlayaraq, ##.##.2020-ci il tarixdə doğulmuş X2 və ##.##.2021-ci il tarixdə doğulmuş X4 adlı uşaqlar 3 yaşına çatanadək ana üçün hər ay 40 (qırx) manat, cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment vəsaiti cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. ##.##.2022-ci il tarixli “Icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər Icra və Probasiya şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borcluya icra sənədini müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2018-ci il təvəllüdül X3, ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. ##.##.2023-cü il tarixli “Icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər Icra və Probasiya şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borcluya icra sənədini müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, ##.##.2018-ci il təvəllüdül X3, ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. ##.##.2023-cü il tarixli “Icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər Icra və Probasiya şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borcluya icra sənədini müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. ##.##.2026-cı il tarixli “icraatın birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu olduğu icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. ##.##.2022-ci il tarixli “borclunun axtarışı” haqqında qərarın surətindən görünür ki, ##.##.1982-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşamış olan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mingəçevir şəhər Icra və Probasiya Şöbəsində izahatı alınmışdır. ##.##.2026-cı il tarixli *** nömrəli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 alimentə görə 4000 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin izahatı, işdə olan sənədlər və digər iş materiallarına əsasən inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, müəyyən olunmuşdur ki, icra vərəqəsinə əsasən borclu 8310 manat ödəniş etmiş, yaranmış 10849 manat borcundan hələ indi xəbəri olmuş və eyni zamanda hazırda borcundan 4000 manat ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini icra etməməsi və icra məmurunun qanuni tələbini yerinə yetirməməsi müəyyən olunmur. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan bütün sübutlar tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli məbləğdən ödəniş etməməsi onun inzibati tənbeh tədbirindən yayınmaq məqsədini təsdiq edir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindən xəbərsiz olduğunu qeyd etsə belə, iş materiallarında olan sənədlər və ödənişlər, onun icra sənədi barədə məlumatlı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədindəki tələb üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmişdir Işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi IXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun icra sənədi üzrə göstərişlərinə məhəl qoymamasını, məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan məbləğindən ödəniş etməməsini nəzərə almamışdır. Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ona görə də apelyasiya məhkəməsi hesab edir ki, hazırki iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi məqsədi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 4 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi Vəkil 44 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Inzibati Xətalar Məcəlləsinın 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Müdafiəçi Vəkil əmək haqqı ödənilməsi üçün dövlət hesabına 44 manat vəsait Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar