Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-419/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, ##.##.1991-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, rəsmi işləməyən, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməsi qərara alınmışdır. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon Icra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ##.##.2026cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında Zaqatala rayon Icra və probasiya şöbəsinin icra məmuru X1 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin *(***)-***/****- *** nömrəli icra vərəqəsinə əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat məbləğində borc pul və 117.75 (yüz on yeddi manat 75 qəpik) manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmin borcdan 6867,75 manat ödənilməmiş borcu qalmış və onunla bağlı protokol tərtib edilmişdir. Icra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «Icra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən borcun ödənilməsi üçün vaxt verildiyini, borcunun bir hissəsini ödədiyini və tələbkarla razılaşdıqlarını bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərdi ki, borcunun bir hissəsini ödəmişdir. Təxminən 3467 manat borcunun qaldığını, həmin pulu da tez bir zamanda ödəyəcəyini bildirmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Zaqatala rayon Icra və probasiya şöbəsinin icra məmuru X1 və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahatlarını və çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli icra vərəqəsinə əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat məbləğində borc pul və 117.75 (yüz on yeddi manat 75 qəpik) manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmin borcdan 6867,75 manat ödənilməmiş borcu qalmış, məhkəmə prosesi dövründə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına ##.##.2026-cı il tarixdə 1500 manat, ##.##.2026-cı il tarixdə 400 manat, ##.##.2026-cı il tarixdə 500 manat olmaqla, ümumilikdə 2400 (iki min dörd yüz) manat ödəniş edilmişdir. Lakin qalıq borc barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən hələ də ödənilməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan bütün sübutlar tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə ödənməli məbləğin bir hissəsini işə məhkəmədə baxılan zaman ödəməsi, işə apellyasiya məhkəməsində baxılanadək borcunu tam şəkildə ödəməməsi onun inzibati tənbeh tədbirindən yayınmaq məqsədini təsdiq edir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədindəki tələb üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmişdir Işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi IXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun icra sənədi üzrə göstərişlərinə məhəl qoymamasını, məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan məbləği tam şəkildə ödəməməsini nəzərə almamışdır. Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində isə göstərilir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də apelyasiya məhkəməsi hesab edir ki, hazırki iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi məqsədi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 tapşırılmışdır. Müdafiəçi vəkil1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 4 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi vəkil1 44 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Inzibati Xətalar Məcəlləsinın 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Müdafiəçi vəkil1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 44 manat vəsait vəkil1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-419/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-419/2026
29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver