Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-421/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X2 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə, ##.##.1982-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X2 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətin təmin olunmaması qərara alınmışdır. işin halları: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə olunmağı haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən onun barəsində törədilmiş inzibati xətaya dair MN ******* saylı ##.##.2026-cı il tarixli qərar qəbul edərək Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə tətbiq edilmişdir. Inzibati orqanın qərarı və digər aidiyyatı sənədlər poçt vasitəsi ilə ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə alınmışdır. Mübahisələndirilən inzibati aktlar əsassız və qanunsuz tətbiq edilib, ləğvi üçün kifayət qədər əsaslar var. Belə ki, inzibati protokol və qərarda inzibati tənbeh vəzifəli şəxsə tətbiq edildiyi qeyd olunur. Elə burada böyük yalnışlıq vardır ki, o, fərdi kiçik sahibkardır. Vəzifəli şəxs deyildir. Azərbaycan Respublikasının “Normativ hüquqi aktarı haqqında” Konstitusiya Qanununda vəzifəli şəxsin kim olduğu təsfir olunmuşdur. Qeyd olunur ki, vəzifəli şəxs-təyinat yolu ilə və ya seçkilərin nəticələrinə əsasən hökumət nümayəndəsi funksiyalarını daimi, müvəqqəti və ya xüsusi səlahiyyətlərə uyğun olaraq həyata keçirən, dövlət idarələrində, müəssisələrdə, təşkilatlarda, partiyalarda, ictimai qurumlarda, təşkilatlarda və inzibati funksiyaların və ya inzibati vəzifələrin həyata keçirilməsi ilə bağlı birləşmələrdə vəzifə tutan şəxsdir. Maraqlıdır, onun vəzifəli şəxs olduğu necə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətini müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarın ləğv olunmasını barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Günel Elmiyeva həmişə problemli işçi olmuşdur. Dəfələrlə onu şifahi xəbərdar etmişdir. X7 Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş qərarı da mübahisələndirmişdir. Həmin işə baxılarkən işçiləri şahid kimi dindirilmişdir. Onlar da təsdiq etmişdir ki, Günel Elmiyeva nizam intizamlı işçi olmamış, dəfələrlə xəbərdarlıq edilmişdir. Odur ki, Günel Elmiyeva əsaslı olaraq işdən çıxarılmışdır. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 çıxış edərək, Qərardan şikayət verən orqan (şəxs) işçisi Günel Elmiyevanı işdən çıxararkən Əmək Məcəlləsinin tələblərinə əmıl etmədiyini, işdən çıxarılma əmrində sadəcə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə istinad etmiş, əmrdə heç bir əsaslandırma və işçinin işdən çıxma səbəbi göstərilməmişdir. Odur ki, göstərilənlərə əsasən ##.##.2026-cı il tarixli MN ******* saylı tərtib edilmiş inzibati xəta haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində törədilmiş inzibati xətaya dair MN ******* saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən inzibati aktlar əsassız və qanunsuz tətbiq edilib, ləğvi üçün kifayət qədər əsaslar var. Inzibati protokol və qərarda inzibati tənbeh vəzifəli şəxsə tətbiq edildiyi qeyd olunur. Elə burada böyük yanlışlıq vardır ki, o, fərdi kiçik sahibkardır. Vəzifəli şəxs deyil. Azərbaycan Respublikasının “Normativ hüquqi aktarı haqqında” Konstitusiya Qanununda vəzifəli şəxsin kim olduğu təsfir olunmuşdur. Qeyd olunur ki, vəzifəli şəxs-təyinat yolu ilə və ya seçkilərin nəticələrinə əsasən hökumət nümayəndəsi funksiyalarını daimi, müvəqqəti və ya xüsusi səlahiyyətlərə uyğun olaraq həyata keçirən, dövlət idarələrində, müəssisələrdə, təşkilatlarda, partiyalarda, ictimai qurumlarda, təşkilatlarda və inzibati funksiyaların və ya inzibati vəzifələrin həyata keçirilməsi ilə bağlı birləşmələrdə vəzifə tutan şəxsdir. Hazırki vəziyyətdə onun vəzifəli şəxs olduğu necə müəyyənləşdi və hansı vəzifənin sahibi olduğum hansı əsaslarla müəyyən edildi? Günel Elmiyeva həmişə problemli işçi olduğu və dəfələrlə onu şifahi xəbərdar etmişdir. Tərtib edilmiş inzibati protokolun və barəsində qəbul edilmiş qərarın əsassız olduğunu həmin işə baxılarkən digər işçilərdə şahid kimidindirilmiş və onlar da təsdiq etmişdir ki, Günel Elmiyeva nizam intizamlı işçi olmamış, dəfələrlə xəbərdarlıq edilmişdir. Odur ki, Günel Elmiyeva əsaslı olaraq işdən çıxarılmışdır. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. O, əlavə barəsində cərimənin şərti tətbiq edilməsi barədə məlumatı olmamasını bildirmişdir. Cərimənin şərti tətbiq olunduğunu bilsəydi qeyd olunmuş halı aradan qaldırardı. Apellyasiya məhkəməsi iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozaraq xitam verilməsinə görə IXM-nin 192.6cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, işə götürən Qərardan şikayət verən orqan (şəxs) Yevlax şəhərində yerləşən “PUB-İ” obeyktində ##.##.2025-ci il tarixdə X4 əmək müqaviləsinə xitam verərəkən AR Əmək Məcəlləsinin tələblərinə əməl etməmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Iş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” ** nömrəli # ###### 2025-ci il tarixli əmrdən görünür ki, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçi X4 ilə bağlanmış *F*C*DH****** nömrəli əmək müqaviləsinə Azərbaycan respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçi X4 ilə olan *F*C*DH****** nömrəli əmək müqaviləsinə ##.##.2025-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Işəgötürən tərəfindən ##.##.2025-ci il tarixli əmri əsaslandırılmamış, “tərəflərdən birinin təşəbbüsü ilə” ifadəsindən başqa heç bir səbəb göstərilməmişdir. Halbuki Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi, yəni işdən azad olunma yalnız qanunla müəyyən olunmuş əsaslarla mümkündür və bu əsaslar konkret hallara görə müxtəlif formalarda tətbiq edilir. Tərəflərdən birinin təşəbbüsü ilə xitam (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam) iki formada ola bilər. Bu zaman əmək müqaviləsi həm işçinin, həm də işəgötürənin təşəbbüsü ilə ləğv oluna bilər. Işçi bu məqsədlə işəgötürəni ən azı bir təqvim ayı əvvəl yazılı ərizə ilə xəbərdar etməlidir (Maddə 69). Işəgötürən isə yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda müqaviləyə xitam verə bilər (Maddə 70). Hazırki işdə isə işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2025-ci il tarixli əmri əsaslandırılmamış, “tərəflərdən birinin təşəbbüsü ilə” ifadəsindən başqa heç bir səbəb göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyaisya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. Inzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. Inzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. IXM-nin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri vəzifəli şəxs hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri)-vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosesinin təminatı ilə məşğuldurlar. Həmin şəxslər yalnız qanunla, digər normativ hüquqi aktla, əmr və ya sərəncamla təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasını yerinə yetirdikdə, həmçinin xüsusi səlahiyyət əsasında hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Odur ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Hazırki iş üzrə də Qərardan şikayət verən orqan (şəxs) hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmə, yəni əmək müqaviləsinə xitam vermə səlahiyyətinə malik olduğundan vəzifəli şəxs hesab edilir. Apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) mülahizə xarakterli dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilməsi üçün əsas deyil. AR IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X13 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X13 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-421/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-421/2026
29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver